Türkiyəli müğənni Mustafa Cecelinin ötən gün Bakıda konsert proqramı ilə çıxış etməsini əks etdirən görüntülər yayılıb.

“Yol-xeber.az” xəbər verir ki, sosial şəbəkələrdə yayılan konsert proqramından videonu M.Ceceli də öz “İnstagram” səhifəsində də paylaşıb.

Bakıda yerli məkanlardan birində baş tutan konsertlə bağlı müğənni bunları yazıb:

“Səhnədən ötrü çox darıxmışıq... İnşallah, bu görüntülərə ən qısa zamanda Türkiyədə də qovuşarıq, konsertlər yenidən başlayar. Bakıda bizi coşğuyla qarşılayan və həmişə bir ağızdan mahnıları zümzümə edən hər kəsə təşəkkür edirəm. Yaşa, var ol, Can Azərbaycan” -müğənni bildirib.

Sözügedən görüntülərdə sosial məsafəyə riayət olunmaması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sözügedən konsertlə bağlı “Ölkə.az”a danışıb. O, açıqlamasında məsələnin araşdırılacağını bildirib.

Paralimpiyaçı Vüsalə Kərimova Vətən Müharibəsi veteranı Vaqif Babazadə ilə ailə həyatı qurub.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Cütlük 5 il əvvəl tanış olsa da, bu günlərdə evlənmək onlara nəsib olub.

Qeyd edək ki, Vaqif Babazadə müharibədəki qəhrəmanlıqlarına görə "Ağdamın azad olunmasına görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

"Oğlum desə oxuma, oxumacayacağam".

Yol-xeber.az xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı karyerası ilə bağlı danışarkən deyib.

"Biz kefdən oxumuruq ki, maddiyata görədir", - o söyləyib. 

Müğənni həmçinin şəxsi həyatı barədə danışarkən bildirib ki, həyat yoldaşından özü ayrılıb.

"Allah bu səsi veribsə, məni istəyən adam deməlidir ki, sən oxu, yanındayam. Ayrılma səbəbinə gəlincə isə onu xəyanətdə tutdum".

Samirə evlənib Norveçə köçəcək

“Dürüst olmaq lazımdırsa, deyim ki, əvvəlcə Norveç təmsilçisi TİX-in marağı mövzusunda ciddi deyildim. Nə olduğunu anlamırdım. “Avroviziya”ya qazanmaq üçün getdim, biri ilə tanış olmaq üçün yox. Seçim və arzularımda qətiyyətliyəm. Mənə mahnı oxudu və duyğularını etiraf etdi”.

“Yol-xeber.az” xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi “Sputnik”ə müsahibəsində bildirib. O, Norveç təmsilçisi TİX-lə yaşadığı eşqdən söhbət açıb.

Samirə ailə qurduğu zaman Azərbaycandan köçəcəyini açıqlayıb: “Ora tamamilə fərqli düşüncələrlə getdim, amma taledən bir hədiyyə aldım. “Avroviziya” bitdikdən sonra ondan əvvəl də TİX-in mənə xitab edən müxtəlif videolar çəkdiyini öyrəndim. Bundan xəbərsiz idim. Onu Bakıya dəvət etdim, ailəmlə tanış olmaq istədi. Onunla evlənərəm, ya yox, bunu bilmirəm. Hər şey təklifə bağlıdır. Ayrıldığımızda qoluma qızıl taxdı və dedi ki, məni gözlə, unutma!

Hər gün danışırıq. Evlənsəm, ehtimal ki, Norveçə köçəcəm. Ərim hardadırsa, mən də orada olacam. TİX gələn zaman ona şirniyyatlarımızı təqdim edəcəm. Rotterdamda şəkərbura və paxlavamızı yemişdi”.

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

"Əsl Avropa dediyimiz bəlkə də elə bu şəhərdən başlayır".

Yol-xeber.az xəbər verir ki, bunu Rusiyada səfərdə olan müğənni Nadir Qafarzadə Sankt-Peterburq şəhəri barədə danışarkən bildirib.

"Çox mədəni insanlar - sakit, sterssiz, əsəbsiz... Nə soruşursan, cavab verirlər. Deyirlər, azərbaycanlıları Rusiyada sevmirlər, vallah, bunu görmədim. Kim özünü yaxşı aparırsa, qanuna riayət edirsə, burada ayrı-seçkilik salmırlar. İnsanların heç kimlə işi yoxdur. Hər kəs yolu ədəb-ərkanlı gedir, açıq-saçıq geyinən yoxdur, eşitdiyimə görə isti də olanda geyinmirlər. Heç kimə nəyisə sübut etmək istəmirlər. Sadə geyinirlər. Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər. Mən belə xoşlayıram. Sevdim səni, Piter", - deyə o bildirib.

Meyxanaçı Namiq Qaraçuxurlu ona qarşı dələduzluq edən şəxslərin tapılması üçün polisin hərəkətə keçdiyini söyləyib.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı video açıqlama yayan ifaçıbunun üçün rəsmi olaraq müraciət etdiyini bildirib.

"Polis dərhal hərəkətə keçib. Məni Türkiyədən tapdılar və yardım etmək istədiklərini dedilər. Bakıya gələndə rəsmi olaraq polisə şikayət edəcəm".

Qeyd edək ki, meyxanaçı İnstaqramda sosial şəbəkədə onlayn alış-veriş səhifəsinin onu və bir çoxlarını aldatdığını açıqlamışdı.

Ağ Partiya başqanı Tural Abbaslı "musavat.com"a açıqlamasında "Evrovision" qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir: "Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar".

"T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla  fotosunu paylaşaraq bunları yazıb:

"Ell və Nikki, ya Eliş və Nikki?".

Eldar isə həmin paylaşıma bir komment əlavə edib:

"Məncə, Nicar Jamalzadə".

Sənətçinin paylaşımı sosial şəbəkələrdə T.Abbaslının açıqlamasını xatırladıb.

"Şeron" qrupunda ağır itki baş verib.

"Aznews.az xəbər verir ki, qrupun əməkdaşlarından olan Azər Qafarov dünyasını dəyişib.

"Şeron" qrupunun əməkdaşı Ülvü Cəfərov məlumatı təsdiqləyib: "Dəhşətdir, gecə yatıb, səhər ayılmayıb. Çox istedadlı insan idi".

Qeyd edək ki, A.Qafarov ailəlidir, iki övladı var.

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

“Report-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçıları çıxış edəcək.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

***

Niderlandın Rotterdam şəhərində “Avroviziya-2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

“Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Xəbər lenti