"Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair may ayının 7-də keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 17 namizəd arasından 11 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib. Beləliklə, "Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

Salmanov Elçin Fikrət oğlu;

İbrahimli Qorxmaz Əbülfəz oğlu;

Hüseynov Eyyub Mahmud oğlu;

Bəşirov Xəyal Kamil oğlu;

Əliyev Mayis Nəbi oğlu;

Məmmədov Sahib Məlik oğlu;

Nəsirov Şaban Fəxrəddin oğlu;
 
Quliyev Rəşad Xasay oğlu;

Quliyev Zaur Yunis oğlu;

Azərtaş Lalə Qabil qızı;

Rəhimzadə Vüqar Gəncəli oğlu.

Qeyd edək ki, təkrar seçkilərdə səsvermə hüququ olan təmsilçilərin 86,7 %-i iştirak edib. Bundan öncə aprel ayının 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 faiz səsini toplaya bilməyib. Ona görə də Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. İkinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiliblər.

Mədəniyyət Nazirliyi Xalq artisti Arif Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb.

"Nekroloqda deyilir:

Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Azərbaycanda ali təhsilin 4 səviyyəsi, hər səviyyədə iki fərqli təhsil müddəti müəyyənləşir
İqtisadi Şuranın növbəti iclasları keçirilib
Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.

Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.

Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi.

Tanınmış aktyor, səmimi insan Arif Quliyevin əziz xatirəsi doğmalarının, sənət dostları və tamaşaçıların yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

Xalq artisti Arif Quliyev bu gün dəfn edilir.

Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.

Baku TV-nin videosunu təqdim edirik:

Xalq artisti Arif Quliyev vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.

Mərhum aktyor süni tənəffüs aparatına qoşulmuşdu. 

Onun ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı. Sosial mediada xəstəxanadan onun ağır vəziyyətdə olduğunun görüntüləri yayılmışdı. 

Allah rəhmət eləsin!

Ötən gecə əməkdar artist Ağadadaş Ağayevin ölüm xəbəri yayılıb.

Hacı Nuran bu xəbərlərdən sonra Türkiyədə müalicə alan sənətçini ziyarətə gedib. O, sosial media hesabında Ağadadaş Ağayevlə fotolarını paylaşaraq vəziyyətinin yaxşı olduğunu yazıb:

"İnsanın hissləri ilə oynamaq olmaz! Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz! Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam. O bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm. Ürək-dirək verir, fikir verməməyi xahiş edirəm. Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Həyat yoldaşı da, mən də yanındayıq. Narahatlığa heç bir əsas yoxdur".

Ağadadaş Ağayev ölüm xəbərinə BELƏ REAKSİYA VERDİ - FOTO

Müğənni Aslan Hüseynovun qəzaya düşdüyü avtomobilin görüntüləri yayılıb.

Videoda ilk diqqəti çəkən A.Hüseynovun idarə etdiyi BMV markalı avtomobilin sürücü hissəsindən alın şüşəsinin çatlamasıdır. Bu isə onu ehtimal etməyə əsas verir ki, toqquşmanın sürətindən sürücünün başı ön şüşəyə dəyib və bu da müğənninin dünyasını dəyişməsinə səbəb olub.

Mümkündür ki, müğənni təhlükəsizlik kəmərindən istifadə etməyib. Buna baxmayaraq, bu görüntülərdə ən çox diqqəti çəkən təhlükəsizlik yastıqlarının açılmamasıdır.
Belə ki, BMV ən təhlükəsiz maşınlardan biri hesab olunur. Bu qədər böyük zərbə zamanı mütləq təhlükəsizlik yastıqları açılmalı idi. Avtomobilin sükanın üstündə olan təhlükəsizlik yastığı hətta yerini də dəyişib, ancaq qəribədir ki, açılmayıb. Böyük ehtimalla təhlükəsizlik yastıqları açılsaydı, müğənninin həyatını xilas edəcəkdi.

Qeyd edək ki, Aslan Hüseynov ötən gün Gəncədən, anasının 7 mərasimindən qayıdarkən Qaradağ rayonu ərazisində, Bakı-Qazax yolunun 60-cı kilometrliyində qəzaya düşüb və dünyasını dəyişib.
 

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.

Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza "Report"a faktı təsdiq edib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aparıcı Zaur Kamal olub.

İllər öncə ona hədiyyələr alan xanımdan danışan məşhur aparıcı qadınlara pul xərcləmədiyini deyib:

“Gürcüstanlı bir ailənin qızı vardı. Dinləyicim idi, hər gün efirə zəng edirdi. Bir gün məni evlərinə qonaq çağırdı. Qardaşımla getdim. Gördüm ki, qızın mənə sevgisi var. Mənə ayaqqabı, telefon, nömrə aldı. Boşanmış xanım idi. Məndən gizlətmişdi. Yalanın üstü açılanda ondan soyudum. Aldığı telefon nazik “Nokia” markası idi. Bir gün nömrəmdə problem oldu. Mobil operatora zəng vurub aydınlaşdırmaq istədim. Məlum oldu ki, nömrəni başqası götürüb. Telefonu, ayaqqabını əlimdən ala bilmədi. Ona görə nömrəni aldı. Ondan sonra kiminsə mənə hədiyyə almağını sevmədim. İndiyədək nə etmişəmsə, özüm etmişəm. Qadınlara pul xərcləməmişəm. Elə adamın da yanında olmamışam ki, məndən istifadə etsin”.

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim COVİD-19 virusuna yoluxub.

"Bakupost.az xəbər verir ki, o, hazırda Moskvada xəstəxanaların birində müalicə olunur.

Məlumata görə, müğənninin vəziyyəti ağırdır.

Müğənninin keçmiş gəlini Canana qafqazinfo-ya bildirib ki, beş gün əvvəl qayınanası və eks-ərində “COVID-19” aşkarlanıb:

“Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə şəhid Xudayar Yusifzadə haqqında status paylaşan Fuad Rəsulzadə adlı şəxs ötən gün küçədə döyülüb.

"Ölkə.Az" xəbər veirr ki, məsələ ilə bağlı azxeber.com-a açıqlama verən şəhid Xudayarın qardaşı Məhəmməd Yusifzadə deyib ki, o adamı haqlı olaraq döyüblər: 

"Şəhid haqqında bu cür status yazanda bilmirdi ki, onu nələr gözləyir? Döyüblər, yaxşı ediblər, əlləri dərd görməsin. Onu döyənlər də elə Xudayarı sevənlər, Xudayarın qardaşları olub. Onun haqqı idi bu cür vəziyyətə düşmək. Şəhidlərimiz haqqında bu cür fikirlər bildirmək olmaz. Onlar vətən uğrunda canlarından keçiblər”.

Məhəmməd Yusifzadə qeyd edib ki, cəzalandırılması lazım olan şəxs elə Xudayar haqqında bu cür sözlər yazan adamdır:

"Onu döyənləri cəzalandırmaq lazım deyil. Hər gün küçələrdə mənasız davalar olur, bəs onlar niyə cəzalandırılmır? 

Cəzalandırılması lazım olan adam elə o statusu yazandır. Həmin statusu yazdığı vaxt o, qanunla cəzalandırılmalı idi. Bütün şəhidlər bizim qardaşlarımızdır. Onlara qarşı belə hərəkətlər etmək olmaz”.

Xəbər lenti