![]() |
|
"Avstriyaya getmişdim, amma qala bilmədim. Orada biznes qurmaq istəyirdim. Deyirdim, Azərbaycanın milli qutabını hazırlayım satım".
"Bu sözləri müğənni Vüqar Muradov "Səhər mərkəzi" proqramında qonaq olarkən deyib.
Sənətçi bir müddət əvvəl Azərbaycandan köçmək istədiyini etiraf edib:
"Mosart adına olan teatrında işləyəcəkdim. Böyük qonorar verirdilər: 6900 avro maaş dedilər. O şəhər məni sıxdı. İstiqanlı ölkə deyil, soyuqdur. Qala bilmədim".
"Tez-tez konsertlərin yoxluğundan gileylənməklə güdəmə gələn ifaçı bu dəfə yeni imicilə pərəstişkarlarını təəccübləndirib.
"Instagram" hesabından yeni fotosunu paylaşan məşhurun saçlarını uzatdığı diqqətdən qaçmayıb.
Türkiyə 34 ildir iştirak etdiyi “Avroviziya” mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir.
“Bu barədə ölkənin dövlət kanalı olan TRT-nin baş direktoru İbrahim Eren məlumat yayıb.
O, sosial media hesabında qeyd edib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb. Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq.
Qeyd edək ki, bir müddətdir Türkiyənin mədəniyyət üzvləri “Avroviziya”ya qayıtmaq barədə sosial şəbəkələrdə kampaniyaya başlayıblar.
Xatırladaq ki, Türkiyə ilk dəfə müsabiqəyə 1975-ci ildə Semiha Yankının “Səninlə bir dəqiqə” mahnısı ilə qatılmışdı. 2003-cü ildə Riqada keçirilən yarışmada Sertab Erener qalib gəlmişdi.
2013-cü ildə Türkiyə ümumilikdə 34 dəfə qatıldığı yarışmada iştirak etməmək barədə qərar vermişdi. O dövrdə TRT-nin direktoru Bülent Arınç “Bu rəqabətə hansı güclü qrupla getsək də, istədiyimiz nəticəni əldə edə bilmərik. Türkiyənin tanıtımında çox aktivlik yoxdur”,- deyə bildirmiş, səsvermənin şəffaf keçirilmədiyini vurğulamışdı.
Türkiyə sonuncu dəfə Bakıda keçirilən yarışmaya iştirakçı göndərmişdi. Can Bonomo “Love me back” mahnısı ilə sonuncu təmsilçi kimi tarixə düşüb.
Türkiyənin iki pop ulduzu- Demet Akalın və Soner Sarıkabadayı Azərbaycana gələcək.
“Yol-xeber.az” qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənnilər Bakının fərqli restoranlarında konsert proqramları ilə çıxış edəcəklər. Demet iyunun 26-sı, Soner isə iyulun 3-də səhnəyə çıxacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. Buna baxmayaraq təkcə yerli yox, xarici ulduzların da Bakıdakı restoranlarda çıxışı geniş vüsət alıb.
Daxili İşlər Nazirliyi və Operativ Qərargah yerli restoranlara bu mövzuda xəbərdarlıq edib. Hətta DİN bir neçə məşhur restoranı cərimələyib.
"Film Vətən müharibəsi dövründə müharibənin acı və yıxıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılacaq.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.
Əməkdar artist Nigar Şabanova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
"Sənətçiyə XTQ nişanlısı sürpriz edib.
Nigar "İnstagram" hesabında foto paylaşaraq: "Gözəl sürprizin üçün təşəkkür edirəm, nəfəsim" sözlərini yazıb.
Qeyd edək ki,Nigar Şabanovanın nişanını qaytarması xəbərləri yayılmışdı. Lakin özü bunu təkzib edib.
Məşhur aparıcının Bakıdakı şəkli sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, o Bakıya AVRO-2020-nin A qrupunun II turunda qarşılaşan Türkiyə və Uels (0-2) yığmalarının arasında matçı izləmək üçün gəlib.
Rusiya və Ukrayna şou-biznesinin ulduzu Svetlana Loboda 11 il birlikdə çalışdığı azərbaycanlı prodüser Natella Krapivina (Əliyeva) ilə işbirliyinə son qoyması barədə yeni açıqlama yayıb.
“Pop ifaçısı Xalq artisti Filipp Kirkorovla qalmaqaldan sonra incəsənət aləmindən uzaqlaşan Natelladan sonra heç bir prodüserlə əməkdaşlıq etməyəcəyini deyib:
“Dostlar, bir həftə əvvəl mənə və komandama əhəmiyyətli dərəcədə təsir edən bir hadisə oldu. Natellanın şərhini qəbul etmədiyimi vurğulamaq istəyirəm və duyğuların bu ifadə formasının qəbuledilməz olduğuna inanıram. Eyni zamanda, hər kəsin səhv etmək və düzəltmək hüququ olduğunu xatırlatmaq istəyirəm. Natellanı yaxşı tanıdığımdan, baş verənlərdən peşman olduğunu düşünürəm. Natellanın bizi tərk etmək qərarına görə təəssüflənirəm, amma bunu hörmətlə qəbul edirəm”, - deyə Loboda bildirib.
Müğənni 11 illik işbirliyinin yaddaşdan silinəcək və ya unudulacaq bir şey olmadığını qeyd edərək belə davam edib: “Bu illər ərzində baş verən hər şey üçün Natellaya minnətdaram və demək istərəm ki, ailəmin bir hissəsi idi və qalır. Və həmişə belə olacaq”.
İfaçı postunu “Həyatımda artıq prodüser olmayacaq” sözləri ilə bitirərək uzun müddət konsert direktoru vəzifəsinə şəxs axtardığını və bu gündən etibarən iki şirkətin bu işlə məşğul olacağını qeyd edib.
O, bu işlə müvəqqəti olaraq Təbriz Şəhidi və Andrey Alekseevin məşğul olacağını bildirib.
Qeyd edək ki, Natella Kirkorovun instaqramda erməni bloqqer David Manukyanla fotosuna “Əvvəllər Qafqazda bu cür insanları kabab üçün doğrayırdılar” fikirlərini yazmışdı. Prodüser homofobiyada ittiham edilmişdi.
Naxçıvanda səfərdə olan aparıcı Nazilə Səfərlinin bazarda satıcı ilə dialoqu tənqid hədəfinə tuş gəlib.
Satıcı onunla danışan zaman məşhurla şəkil çəkdirmək üçün icazə istəyib. N.Səfərli isə "mənimlə şəkil çəkdirsən, ərik pulsuzdur" deyib.
Sənətçi sosial media hesabında paylaşdığı videoda əriyin qiymətində endirim etmək cəhdinin əks olunması, izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Hətta teleaparıcı Zaur Baxşəliyev paylaşımın rəy yerinə "səninki də lap bahalı maşın alıb "qaqa bu nə qədər benzin yeyir" deyənlərin ağlı oldu e... 2 manatlıq əriyi neçəyə endirmək istəyirdin ki?" yazıb.
Nazilər Səfərli isə onu tənqid edənlərə belə cavab verib: "Deyirəm, dəhşətsiz e, əri "JEK" müdiri olan bazara getmir. Mən durub bazara gedirəm, insanların rifahını paylaşıram yenə narazısınız. Xınaya baha gedirsən nə deməkdir ki? Əvvəla indi xına yoxdur, heç pul da yoxdur. Lap milyonçuyam sonra? Yəni pulu olanı loxlamaq lazımdır? Bazarın öz qanunları var. Belə də ki yaxşı edirəm, əriyi 50 qəpiyə alıram. Kimə nə? Duzu qaçıb bəzilərinin".
Müğənni Cavanşir Məmmədov və Manaf Ağayev jurnalistlərlə bağlı narazılığını ifadə edib.
Yol-xeber.az xəbər verir ki, onlar "Həmin Zaur" verilişində qalmaqala yol açacaq sözlər dilə gətirib.
Belə ki, əvvəlcə C.Məmmədov media nümayəndələri haqda "onlar yazmasa, dolana bilməz axı, biz veririk də... Yəni mövzunu. Əlbəttə ki, əsəbiləşdiyim jurnalistlər olub", deyib.
Ardınca həmkarı Manaf Ağayev söyləyib ki, jurnalistlərdən dost olmaz:
"Nə yazmayıblar indiyə kimi? Ümumiyyətlə görmüsünüz, nə vaxtsa nəyisə tərif etsinlər?"
Cavanşir Məmmədli isə onun söylədiklərindən sonra "düzdür, bəli" reaksiyasını verib.
Bu çıxışlar şou-biznes jurnalistləri tərəfindən birmənalı qaşılanmayıb. Belə ki, onlar arasında sənətçilərin sözləri ilə razlaşmayanlar və müğənnilərin mövqeyini tənqid edənlər olub.
Jurnalist Könül İbrahim sosial media hesabında bildirib ki, son illər verilişlərdə tanınan və "tanınan" simaların jurnalistləri tənqid etməsi dəb halını alıb.
"Cavanşir Məmmədov və Manaf Ağayev sənət üçün hansı gözəl layihələr edib ki, tərif də istəyir? Toy oxuyub pul qazanmaqdan başqa nə edibsiz ki, jurnalistdən bir alqış da istəyirsiz? Daha dövr şou, qalmaqal, söydü, vurdu qaçdı dövrü deyil. Birlik dövrüdür.
Sizdən çox rica edirəm, arada açıb bir iki qəzet oxuyun, sanballı xəbər agentliyinə göz atın. Jurnalistika instagram səhifələrindən ibarət deyil".