![]() |
|
“Arif Quliyev süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir”.
Bunu APA-ya açıqlamasında “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
O, aktyorun vəziyyətinin ağır stabil olduğunu bildirib.
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti bir neçə gün əvvəl "Yeni Klinika"ya yerləşdirilib.
“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov dünən dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı sosial şəbəkədə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, iş adamı sənətçi ilə fotosunu paylaşaraq Əşrəfovun daim qəlblərdə yaşayacağını bildirib:
“Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun...”.
Qeyd edək ki, M. Mənsimov bir müddət əvvəl səhhətində ciddi problem yaranan müğənniyə yardım etmiş, onu müalicə üçün Türkiyəyə aparmışdı. Türkiyədə Baloğlan Əşrəfova qaraciyər köçürülmüşdü.
Xalq artsitinin qızı Günel Quliyeva “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, - o deyib.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.
Oxu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, S.Əvəzoğlu koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.
Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.
Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A.Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".
Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Ölkə.Az” xəbər verir ki, mərhum doğulduğu Masallı rayonunun Bədalan kəndində anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, COVID-19-a yoluxan B.Əşrəfov ötən gün evində dünyasını dəyişib.
***
Xəbər verdiyimiz ki, ötən gün Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
Ölkə.Az-ın məlumatına görə, mərhumun ailə üzvləri, sənət dostları onun evinin qarşısına toplanıb.
Baloğlan Əşrəfov Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.
Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
Bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.
O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib:
“Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.
Bir neçə həftə əvvəl Kanal D-də yayıma başlayan və qısa zaman ərzində populyarlıq qazanan “Camdaki kız” serialı sosial medianın gündəmi olmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, psixoloq-yazar Gülseren Budayıcıoğlunun eyni adlı kitabından ilhamlanaraq çəkilən, real həyatdakı hadisədən bəhs edən ekran işi eyni zamanda İngiltərə Kal ailəsinin həyatını xatırladır.
İddiaya görə, serialın motivini həm də Şahzadə Diana- Şahzadə Çarlz – Kamilla ilə bağlı tarixçə də təşkil edir. Həmin məhəbbət üçbucağını Burcu Biricik (Nalan), Feyyaz Şerifoğlu (Sedat) və Hande Ataizi (Cana) canlandırır.
Bundan əlavə, baş obrazın geyimləri Şahzadə Uilyamın xanımı, Kembric düşesi Keyt Middltonun libasları ilə eynilik təşkil edir. Bu müzakirələrdən sonra sözügedən ekran işinin Türkiyədəki real həyatdan, yoxsa Böyük Britaniya Krallığından bəhs etdiyi sual doğurur.
“Koronavirusa yoluxmuşdum. Birinci gün özümü narahat hiss etdim, təcili yardıma zəng vurdum. Evə gəlib test götürdülər, cavab pozitiv çıxdı. 14 gün evdə müalicə aldım. 5-6 gün hərarətim var idi, 39-a qədər yüksəlirdi. Antibiotik içmədim, ancaq vitamin qəbul edirdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri koronavirusdan yeni sağalan aparıcı Tural Əsədov deyib.
O, aparıcısı olduğu “Səhər Mərkəzi”nin efirinə çıxaraq Səhiyyə Nazirliyinin fəaliyyətindən şikayətlənərək sahə həkimləri ilə yaşadığı problemdən danışıb:
“Səhiyyə Nazirliyi evdə müalicə alanlar üçün xüsusi dərman dəsti göndərməlidir. Amma sahə həkimi bunu mənə demədi. Siz də tələb edin. Dərmanlar barədə araşdırın. Dünən zəng vurub bu barədə soruşdum. Mənə dedi ki, dərman dəsti imtiyazlı ailələr üçündür.
Mənə maraqlıdır, həkim telefondan mənim imtiyazlı olduğumu necə anladı? Xəstəsizsə, həkiminizdən dərmanları tələb edin. Həmin dərmanların qiyməti 60-90 manatdır. Haqqınızı tələb edin. Daha sonra vəziyyət modul tipli xəstəxanalarda pulla yer almağa qədər gəlib çıxır”.