Xəbər verdiyimiz kimi, əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
Müğənni açıqlamasında deyib ki, vəziyyəti hələlik yaxşı deyil:

"Bu koronavirus Allahın bəlasıdır, hamının qarşısına çıxır. Məni çox yormayın xahiş edirəm, hazırda ev şəratində müalicə oluram, həkim nəzarəti altındayam, inşallah yaxşı olar”.

Müğənni maskasız canlı efirdə qonaq olduğu zaman koronavirusa yoluxduğunu bildirib:

"Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi.
Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, indi bu dəqiqə canlı yayım başlayacaq. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrafonum başqa müğənninin mikrofununa , başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.

Qeyd edək ki, əməkdar artist B. Əşrəfov 10 gündən artıqdır koronavirusa yoluxub.azxeber

Bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxan tanınmış aparıcı sağalıb.

ATV telekanalının sevilən aparıcısı Pərvin Əsgərli koronavirusdan sağalıb.

O, bu barədə özü məlumat paylaşıb.Azərbaycanlı teleaparıcı:

Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.

İclasda 20 aprel 2020-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılmışdır.

Milli Televiziya və Radio Şurası "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq "ATV" televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul etmişdir.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilmişdir.

Xatirə İslamın əri də COVID-19-a yoluxub.

"Lent.az” xəbər verir ki, müğənni Xatirə İslamla bərabər onun həyat yoldaşı Fəxrəddin bəy də ötən gecə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Onlara təcili yardım göstərilib, lazımi dərmanlar verilib, gecə hər ikisi oksigenlə təmin olunub.

Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.
Report xəbər verir ki, 81 yaşlı müğənni "Instagram" hesabında hər şeyin yaxşı olduğunu olduğunu yazıb.

“Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.

Müğənni Nura Suri "189” taksi şirkətinin fəaliyyətindən şikayətlənib.
Müğənni şirkətin xidmətinin yararsız olduğunu bildirib.

"189 taksi şirkəti tamamilə yararsız vəziyyətdədir. Bir sifarişə 4 dəfə avtomobil təyin edirlər, sürücüləri kobud və bəziləri tərbiyəsizdir. Operatorlar qeyri-adekvatdır” – N.Suri qeyd edib.sfer.az

Rəqsanə Moskvaya toya gedən xanım müğənniləri hədələdi

Müğənni Rəqsanə İsmayılova toy üçün Bakıdan Moskvaya gedən xanım həmkarlarını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı instaqramda canlı yayım açaraq ad çəkmədən Rusiyadakı məclislərdə əksər sənətçilərin özlərini qeyri-etik apardığını iddia edib.

O bildirib ki, həyat yoldaşı, sevgilisi olan qadınlar məclislərdə xoşagəlməz hərəkətlər edir: “Özünüzü pula görə hörmətdən salmayın. Siz məclisə oxumaq üçün gəlmisiz. Artıq şeylər nəyə lazımdır?

Bir də o insanlar haqqında artıq şeylər eşitsəm, onların adlarını açıqlayacam. Qoy Azərbaycandakı sahibləri gəlib bunları aparsınlar.

Zülmlə bir yerə gəlib çıxmısız. Ayıbdır! Pulu bu qədər sevməyin. Sizin çıxış etdiyiniz kafelərə baxıb utanıram.

Beş ildir Moskvada yaşayıram. Onlar kimi 50-60 min rubla konsert vermirəm, kafe müğənnisi deyiləm. Konsert konsert zallarında olar, restoranda yox! Başa düşürəm, pandemiyaya görə əziyyət çəkirsiz. Gəlin, toylarda iştirak edin. Amma pula görə özünüzü biabır etməyin. Siqaret damağınızda kişilərin içərisində oturmusuz. Sizə necə baxırlarsa, bizə də elə baxacaqlar.

Toy qurtaran zaman evinizə gedin. Musiqiçi, toy sahiblərinin qohumları ilə özünüzü biabır etməyin. Moskva böyük şəhər olsa da, söhbət tez yayılır”. 

Mən indi yumoristik verilişlərə baxmıram, çünki səviyyələri çox aşağıdır. Bu da savadsızlıqdan və cahillikdən irəli gəlir.

Bunu ARB24-ün “Telebloq” verilişinin qonağı olan əməkdar artist Bəhram Bağırzadə deyib. 

“Biz Moskvada çıxış edəndə rus KVN-şiklərə sübut etdik ki, Çexovu, Dostoyevskini, Tolstoyu və digər rus yazıçıların əsərlərini və ədəbiyyatını onlardan yaxşı bilirik. Ona görə də qalib gəldik. İndi isə gənclər gedib Moskvada qalib gələ bilməyəcək. Çünki savad, elm, dünyagörüşü yoxdur. 

Bəlkə nə vaxtsa Azərbaycanda futbol olacaq, amma KVN olmayacaq”, - o bildirib.

Əməkdar artist məcburiyyət qarşısında özlərini də kütlənin səviyyəsinə saldıqlarını qeyd edib:

“Planet Parni iz Baku”nun da problemi ondadır ki, biz bu gün onun səviyyəsini kütlənin səviyyəsinə salmışıq. Bu, böyük problemdir. Mən rahatam ki, hər iki zarafatı bacarıram. Amma başa düşürəm ki, bunu etmək olmaz. Lakin məcburiyyət qarşısındayam. Əks halda bilirəm ki, baxan olmayacaq”.

“Heç birimiz koronavirus xəstəsi deyildik”

Ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bu gün dəfn olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, mərhum gitaraçının nəşi müalicə olunduğu 1 saylı Kliniki Mərkəzdən Yasamal (“Qurd qapısı”) qəbiristanlığına aparılır. Pandemiya qaydalarına əsasən, onunla vida mərasimi keçirilməyəcək. 

Onun xanımı Gülü Hüseynova saytımıza açıqlamasında özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını bildirib: “Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar? Bu gecə yatmadım. Dedim bəlkə insafa gəlib, evə qayıdıb gələr. Morqdan cənazəsini vermədilər.

O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Xəstəxanadan xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyildik. Onlar günaha batdılar".

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də xəstəxanaya yerləşdirilmişdi. 

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, “Rəmiş” ləqəbi ilə tanınan Rafiq Hüseynovun ölüm səbəbi məlum olub.

"Ölkə.Az2 xəbər verir ki, Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.

Həkim BAKU.TV-yə eksklüziv açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib”, - deyə Cavid Paşayev bildirib.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Xəbər lenti