Azərbaycanda daha bir məşhurun toyu oldu.

Milli.az xəbər verir ki, aktyor, parodiya ustası Ramil Abdullayev ötən gün subaylığın daşını atıb.

Bu da Ramilin toyundan görüntü:

Prodüser Təranə Səmədovaya ağır itki üz verib.

Axşam.az xəbər verir ki, prodüserin anası İradə xanım dünyasını dəyişib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış mərasimi keçirilib.

Yol-xeber.az xəbər verir ki, Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb.

Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.

 

 

 

 
 
 
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

146 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 146 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak oldu, dörd nəfər yaralandı.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Məşhur müğənni İbrahim Tatlısəs sosial şəbəkədə yeni paylaşım edib.

"Ölkə.Az" xəbər verir ki, ifaçı “Instagram” hesabında gənc sevgilisi Gülçin Karakaya ilə yeni görüntüsünü paylaşıb.

69 yaşlı İbrahimlə 26 yaşlı sevgilisinin bu videosu müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl cütlüyün gizli toy olub. Bu haqda Tatlısəs açıqlama verərək 5-ci dəfə evləndiyini bildirib.

İbrahimlə Gülçinin arasında 43 yaş fərq olmasına baxmayaraq onlar hər zaman çox yaxşı yola getdiklərini və xoşbəxt olduqlarını bildirirlər.

Bir il öncə oğlu Rəhimi ağır yol qəzasında itirən müğənni İbrahim Borçalıdan xəbər var.

"Yol-xeber.az" xəbər verir ki, İbrahim sosial media hesabında oğlunun məzarı üstündə foto paylaşıb. O, paylaşımına: "20 iyul... bir il necə də tez keçdi, elə bil bir ay keçib" sözlərini yazıb. İzləyiciləri İbrahimə Allahdan rəhmət və səbir diləyiblər.

Bəziləri isə onun xarici görkəminə diqqət çəkərək sənətçinin ağır itki səbəbindən saçlarının ağardığını bildirib.

Bundan öncə müğənni oğlu ilə birgə çəkdiyi videonu paylaşaraq keçmişə qayıtmaq istədiyini qeyd etmişdi.

 

 

 
 
 
Aparıcı Zaur Baxşəliyev düşmən tapdağından azad edilən Qarabağa gedib.

"O, 29 ildən sonra Şuşaya səfər edib. Uzun illərdən sonra doğulduğu Şuşanı görən Zaur göz yaşlarına hakim ola bilməyib.

O, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib. Aparıcı yol boyu və Şuşada lentə alınan görüntüləri yayımlayaraq bunları əlavə edib:

“Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah qazilərimizi, Müzəffər Ordumuzu, Ali Baş komandanını qorusun. 29 ildən sonra Qafqaz Müsəlmanları idarəsi, onun rəhbəri Bütün Qafqazın Şeyxi Şeyxülislam Allah Şükür Paşazadə və Dini konvensiyaların rəhbərləri ilə Şuşaya səfər etdik… Allaha Şükürlər olsun”.

Baxşəliyevin bu paylaşımına 129 min "like" gəlib, mindən çox şərh yazılıb.

 

"ARB” kanalında ekranlara gələn "Həmin Zaur” proqramının yayımı dayandırılıb.

Həftə içi hər axşam efirə gedən Zaur Kamalın verilişinin dayanma səbəbi sual doğurub.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, verilişin işçi heyəti tətilə çıxıb.

İstirahətdən sonra sözügedən proqram yenidən efirə qayıdacaq.

"Meyxanada birinci yoxdur, idarə edən qüvvələr, tanınmışlar və təsadüfi düşənlər var".

Ölkə.Az-ın xəbərinə görə, bunu söz ustası Mehman Əhmədli deyib.

Sənətçi bildirib ki, idarə edən qüvvələrdən biri özüdür: 

"Bir neçə dostlarımız var ki bu qüvvələrə aiddir. Ağamirzə, Rəşad (Dağlı - ölkə.az) da buraya daxildir. Pərviz Bülbülə meyxanadan özünü bir az kənara çəkib. Əsasən duetlərə üstünlük verir. Yenə də qayıdır, maşallah, bizimlədir. Dostumuzdur, qardaşımızdır. Namiq Qaraçuxurlu başda olanlardandır".

“Bu cəmiyyətdə və məhz bu ölkədə polis olmasa nələr baş verə bilər, yəqin hamımız bunu çox gözəl bilirik. Vaxtilə bizdə vətəndaşla polis arasında qorxulu bir sərhəd olub. Amma son illərdə polis artıq vətəndaşın ən yaxın dostuna çevrilib”. 

“Yol-xeber.az” xəbər verir ki, bunu aktyor Elcan Rəsulov Polislər günü ilə bağlı paylaşımında yazıb. O bildirib ki, sosial şəbəkələrdə paulaşılan hadisələrə polisin dərhal reaksiya verdiyini bildirib:

“Köməksiz vəziyyətdə, heç kimi olmayan, özünü kimdənsə üstün sayanların önündə aciz qalanın, ümumiyyətlə kimliyindən asılı olmayaraq hər hansı bir şəraitdə polisə ehtiyacı olanın polis həmişə yanında olub. Ən yaxın dostundan da tez onun yanına gəlib. Sosial hesablarda qabaran ürəkağrıdan problemlərə ən tez polis reaksiya verir və dəfələrlə bununla bağlı vətəndaş sevincinin şahidi olmuşuq. 90-cı illərdən 2021-ci ilə boylansaq, artıq çox şeyin dəyişdiyini görərik. Artıq polisin rəsmi teleqram, instaqram, feysbuk hesabı var. Vətəndaşa ən yaxın yerlərdə polis var. Bu gün onların peşə bayramıdır. Bu formanı şərəflə daşıyan hər bir polisi təbrik edirəm” – aktyor qeyd edib.

Xəbər lenti