|
Meyxana ustadının ailəsi sənətçinin son görüntülərinin yayımlanmasına razılıq verməyiblər və onun ötən ilin may ayında ad günündə çəkilmiş kadrı təqdim ediblər.
Meyxanaçının oğlu Kamil atasının yataq xəstəsi olduğunu bildirib:
"Həkimlər deyir ki, sağalmasına ümid var. Ümümilikdə, 4 ildir xəstəlikdən əziyyət çəkir, 1 ildən çoxdur ki, yataqdadır. Ətraf mühitlə əlaqəsi yaxşıdır. İnsanları tanıyır, yaxşıdır. Huşu da yerindədir. Biraz ayaqlarında problem var. Ona görə də gəzə bilmir".
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqda yazılmasının onu narahat etdiyini bildirib:
"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".
Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.
Qeyd edək ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.
ATV-nin idman jurnalisti Vüsal Qurbanov doğulduğu, işğaldan azad edilmiş Zəngilan rayonuna ezam olunub.
Ölkə.Az xəbər verir ki, jurnalist Zəngilanda öz evlərini tapıb.
Həmin vaxt Vüsal Qurbanov qəhərlənib və bu sözləri deyib:
“Gözün aydın olsun, ata! Ruhun şad olsun, ana! 27 ildir həsrətində olduğunuz evimizdəyəm”.
Bu sözləri müğənni Vüqar Muradov sosial media hesabında yazıb.
Hazırda Qaxda olan müğənni əlində silahla şəklini paylaşıb.
O, quş ovuna çıxdığını xüsusilə vurğulayıb.
Həmin fotonu təqdim edirik:
Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək R.Ayxanın Yeni il axşamı rəqs videosu paylaşmasının doğru olmadığını bildirib:
"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın. Özü də anasan".
Qeyd edək ki, M.Abbasova daha əvvəl R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.
Əməkdar artist Gövhər Rzayevanın Firuzə İbadova ilə küsülü olduğu ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu haqda qarmon ifaçısı "Onun sirri" proqramında deyib. O bildirib ki, İbadova dəfələrlə onun çörəyinə bais olub:
"Firuzə başıma o qədər oyunlar gətirib. Toy tuturdum, gedirdim qapısına. Anası Hökmə xanım çıxırdı ki, yoxdur. Gedirdi rayonlara konsertlərə. Mənə əvvəldən desəydi, daha yaxşı olardı. Arxayın olardım ki, toya Firuzə ilə gedə bilməyəcəm. Məni dəfələrlə avara qoyub. Başdan desəydi, gedib digər müğənnini çağırardım. Axı söz verirəm. Toya 1 saat qalmış gedirdim qapısına ki, hardasan? Adamı başqasının yanında xəcalətli, diliqısa edir. Gəl indi toy sahibinə cavab ver ki, Firuzənin konserti çıxıb. Özüm də xəcalət çəkirdim".
Vətən Müharibəsinin şəhidi, ifası ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının tam versiyası yayılıb.
Videoda X.Yusifzadə dostlarına mahnı oxumağı təklif edir.
Qeyd edək ki, Vətən Müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Ağbənd qəsəbəsində şəhid olub.
"Ölkə.Az" xəbər verir ki, məşhur aparıcının ARB ailəsinə qatılmasını əks etdirən video çarx artıq efirdə yayımlanır.
Müğənni Manaf Ağayev və ailəsinin koronavirusa yoluxduğu barədə məlumat vermişdik.
"Sfera.az xəbər verir ki, sənətçinin qardaşı Zahid Ağayev ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Zahid Ağayevin həyat yoldaşı Validə Ağayeva isə koronavirusun qurbanı olub. O, ötən gecə dünyasını dəyişib.
Sosial mediada gəlini ilə qalmaqal yaşayan əməkdar artist Mətanət İsgəndərlinin oxuyub-oynamağı ilə bağlı video yayılıb.
Big.az xəbər verir ki, müğənni bu hərəkətinə görə sosial şəbəkə izləyicilərinin tənqidi ilə üzləşib.
Hami onun şəhidlərimizin hələ qanının soyumadığı, anaların gözüyaşlı qaldığı bir vaxtda belə hərəkət etməsini qınayıblar.
Sözügedən videonu təqdim edirik: