![]() |
|
Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək mahnının təqdimat tarixi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni Samirə Əfəndinin ifası və klipinin premyerası martın 15-də baş tutacaq.
Bundan əvvəl isə sənətçinin yer aldığı ekran işinin anons görüntüləri müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb. Layihəyə maraq böyük olub, bir neçə saata 100 mindən çox insan tərəfindən izlənilib.
Həmçinin, Samirənin ifa edəcəyi mahnının adı da müəyyənləşib. Belə ki, bəstə “Game of desire” (Nəfs oyunu) adlanır. Ehtimal olunur ki, təqdim olunan 6 mahnı arasında əslən Hindistandan olan rəqqasə, alman casus Mata Haridən (Marqareta Qertruda Zelle) bəhs edən musiqi parçası seçilib.
Mədəniyyət Nazirliyi Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuriyev daim dövlətin və nazirliyin diqqət mərkəzində olub.
"Yaşar Nuriyev nazirliyin təqdimatı ilə 1981-ci ildə Respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Y.Nuriyev Prezident təqaüdçüsü idi. Mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və bütün müalicə xərcləri nazirlik tərəfindən ödənilib. 2016-cı ildə noyabr ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artistinin 65 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. Sənətkarın 65 illik yubileyi münasibəti ilə nazirliyin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb",- nazirlikdən bildirilib.
Qeyd edək ki, R.Nuriyeva “Report”a açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:
“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".
Mədəniyyət naziri Anar Kərimov isə “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirmişidi.
"Martın 10-da Milli Teatr Günü idi. Amma nazirlikdən nə mənə, nə də digər mərhum sənətkarların ailələrinə quruca təbrik də olmayıb. Ev muzeyindən oğurluq olub, amma bir dəfə də maraqlanmayıblar. Aidiyyatı qurumlara müraciət etmişəm, amma onlar da məni Mədəniyyət Nazirliyinə yönəldirlər. Nazirliyin katibliyinə, oradakı köməkçilərə dəfələrlə zəng vurmuşam. Amma heç bir tədbir görülmür, Ölkədəki mədəniyyət qyurumlarına rəhbərlik edən şəxslər nə fikirləşir? "Azdrama"nın, Teatr Xadimləri İttifaqının rəhbərliyi, Mədəniyyət Nazirliyinin rəhbərliyi, Milli Məclisin Mədəniyyət Komitəsi 2012-ci ildən bu yana bir dəfə də bizimlə maraqlanmayıb. Qənirə Paşayeva özgə vaxt hardasa bir problem olanda dərhal reaksiya verir. Bəs bu boyda hadisə baş verib. hara baxır?".
Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.
Hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.
Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və digər əşyalar oğurlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Axşam.az xəbər verir ki, verilişə gələn Ramin-Günay cütlüyü arasında mübahisə düşüb. Ramin Günayın övladını ona göstərmədiyi üçün proqrama gələrək, aparıcı Zaur Baxşəliyevdən kömək istəyib.
Sözləri çəpləşən cütlük bir-birinin ünvanına təhqirlər səsləndirib. Daha sonra isə Ramin Günayı döymək üçün ona hücum edib. Studiyadakılar onları ayırıb. Daha sonra Ramin əlindəki mikrofonu qadına çırpıb.
Bu barədə jurnalist Şahin Cavadsoy sosial şəbəkədə məlumat verib.
O bildirib ki, sənətçinin illərdir yaşadığı evini satmasına səbəb karantin günlərində maddi sıxıntı yaşaması olub.
Qeyd edək ki, Əməkdar artist Teymur Əmrah da bu səbəbdən evini satmışdı.
Belə ki, restoranların birində səhnə alan Səidə Sultan həm də burada doğum gününü qeyd edib.
Oxu.az xəbər verir ki, görüntülərdən aydın olur ki, əyləncə zamanı karantin qaydaları kobud şəkildə pozulub, sosial məsafə qaydalarına əməl edilməyib.
Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.
Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak edib.
Əyləncə zamanı qonaqların sosial məsəfəni qorumaması da gözdən qaçmayıb.
Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa vəkil Şəfiqə Nağıyevanın efirdə meyxanaçı Samirə Yusifqızını geyiminə görə təhqir etməsini qınayıb. O bildirib ki, vəkil efirdə ifaçını təhqir edib.
Ş.Nağıyeva isə "Samirəni çox istəyirdim, ona efirdə ağlayan mən oldum. Efirdə ona kömək istəyə bilərəm, amma bunu deyə bilmərəm? Samirə gərək o hərəkəti etməzdi. O, uşaq, ana saxlayır. Xoşunuza gəlirsə, Kübra xanım, siz də elə geyinin gəlin" sözlərini deyib.
K.Əliyeva vəkilə "Bura 10 milyon insan, dünya baxır. Öz insanımızı, qadınımızı təhqir etdiniz. Siz onu təhqir etdiniz. Burada deyilməsinin əleyhinəyəm. Ona anası, övladı baxırdı. Elə irad demək olmazdı" cavabını verib.axşam.az
1857-ci ilin martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olan bu aksiyanın qarşısı polis tərəfindən alınıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, ötən il doğulan 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir. Milli Məclisdə də qadın deputatların sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatıb.
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Eyni zamanda dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadına fəxri adlar verilərək təltif ediliblər.
“Hazırda məni həyat yoldaşım izləyir. Açıq deyirəm, bir neçə xanım dostlarım var, onlarla yazışıram da. Xanımım heç onların üzünü də görməyib, bilmir kimdir. Bir dəfə mənə deməyib ki, Rəhman, kiminlə yazışırsan?”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “Elgizlə izlə” proqramında deyib. Aktyor qadın qısqanclığını tənqid edib:
“Üzbəüz otururam yoldaşımla, çay içirəm, televizora baxırıq. Mən yazışıram, o qayıdıb nəsə soruşmur. Qadının nəyinə lazımdır kimlə yazışıram? Ailəmi dolandırıram, nə istəyir alıram, gəzdirirəm... Onun nəyinə lazımdır kimlə danışmağımı bilmək?”.