![]() |
|
O, açıqlamasında “Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən” deyib. (oxu.az)
MediaPost xəbər verir ki, o, İnstaqram "Story"də Xalq artistinin "Hər şey gözəldir həyatda" adlı ifasının yeni klipindən görüntülər paylaşıb.
A.Kazımova videoya "Allah rəhmət eləsin" sözlərini yazıb. Onun bu paylaşımı birmənalı qarşılanmayıb. Bir qisim sosial media istifadəçisi Kazımovanın bu sözləri Dadaşovanı nəzərdə tutaraq yazdığını bildirib.
Lakin məlum olub ki, sözügedən mahnının ikinci dəfə ifa olunmasının səbəbi bəstəkar bir xanımdır. O, bir müddət öncə dünyasını dəyişib. A.Kazımova da həmin qadını nəzərdə tutaraq "Allah rəhmət eləsin" sözlərini yazıb.
Oxu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qızları onun məzarı üzərinə Azərbaycanın dövlət bayrağını sərib, şəklini asıb, güllər düzüb və dua ediblər.
Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətində çalışırlar.
DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova bildirib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir:
“Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək, bu gün fəxrlə DSX-nin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Əminəm ki, bu gün 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq”.
Şəhidin digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova qeyd edib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə altı yaşında ziyarət etdiyi atasının məzarı önündədir:
“Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.
Milli Qəhrəmanın qızları doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.
Görüntüləri təqdim edirik:
"Ölkə.Az" xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. Düşən raketin görüntülərini izləyiciləri ilə bölüşən Kamil raketin partlamadığını qeyd edib:
“Yaxınlığımıza raket düşüb partlamamışdı. Dəymədi!”
Qeyd edək ki, Kamil Zeynallı İkinci Qarabağ müharibəsi başlayandan bəri tez-tez cəbhə bölgəsinə gedib, əsgərlərə dəstək olurdu.
Müğənni Manaf Ağayev və həyat yoldaşı koronavirusa yoluxub.
Unikal.org məlumata görə, müğənni və həyat yoldaşı Fərqanə Ağayevada COVİD-19 aşkarlanıb. Onların hər ikisi Yeni Klinikaya yerləşdirilib.
M.Ağayev açıqlamasında faktı təsdiqləyib:
"Təcili Tibbi Yardım stansiyasının əməkdaşları bizi Yeni Klinikaya yerləşdirdilər. Hazırda mənim və həyat yoldaşımın vəziyyəti normaldır. Bir neçə gün sonra evə buraxılacağıq."
O, ilk günlərdə döyüş yoldaşlarının onun cəbhəyə yollanmasını təəccüblə qarşıladığını bildirib.
"Aktyoram və çox adamlar təəccüblə qarşılayır ki, sən burda nə edirsən? Vətəni qorumaq hər birimizin borcudur. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik. Reper dostum Epi (Əkbər) də burda bizimlə birlikdə döyüşürdü. Əlbəttə, çətin idi. Həm yaş, həm fiziki görünüş eitbarilə çətin idi. Amma məqsəd böyük idi. Hər şeydən öncə vətəndir. Bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edrəm. Şəhidlərə rəhmət, qazilərimizə şəfa diləyirəm. Sağ qalanları da tərbik edirəm ki, sağ-salamat evlərinə qayıdırlar. Qarabağ Azərbaycandır!"
Qeyd edək ki, E.Musayev bir sıra yumoristik layihələrin aparıcı simalarındandır.
Zeynallı şəhid haqqında bu sözləri yazıb:
"Sən necə də gözəl insan imişsən, necə nurlu üzün, siman, gözəl səsin, avazın, söhbətlərin varmış. Ömrüm boyu unutmaram sənin mənə təşəkkürünü, unutmaram sənin batıq yanaqlarını, əziz qardaşım. Allah qismət eləsin, səninlə axirətdə görüşüm, şəhidim. Mən ölümü ona görə sevirəm ki, o biri dünyada sənin kimi qardaşlarımla görüşəcəm, əgər qismətim olsa... Görüşmək ümidi ilə, Allah sənə də, mənə də rəhm və rəhmət eləsin, əziz qardaşım".
Qeyd edək ki, gizir Yusifzadə Xudayar Müslüm oğlu Vətən müharibəsində Kəlbəcərin Murov yüksəkliyi uğrunda, həmçinin Füzuli, Qubadlı, Cəbrayıl Zəngilan uğrunda döyüşlərdə iştirak edib. Zəngilanın Ağbənd kəndindəki dğyüşlərdə isə şəhidlik zirvəsinə ucalıb.
Dünyaca məşhur fotoqraf Reza Deqati 40 ildir Fransada yaşayır. Fotojurnalist 27 il sonra Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Cəbrayıl rayonuna səfər edib.
O, ilk olaraq tarixi Xudafərin körpüsünün fotosunu çəkib:
“30 il idi ki, mənim belə bir arzum var idi. Mən 1992-ci ildə Xocalı faciəsinin şahidi olmuşam. Bir aydan çox bizim əsgərlərlə bir yerdə idim həmin vaxt. 30 il idi ki, fikrimdə var idi, ömrüm olsa, mən buraya gəlim, yenidən azadlığını görüm”.
Fotoqraf bildirib ki, onun indi tək arzusu Qarabağın gözü sayılan Şuşada yenidən fotolar çəkməkdir:
“Mənim o zaman bir fotom var. Adı “Şuşada son çay” idi. Hansı ki, mənimlə birgə orada əsgərlər var idi. Şuşadan çıxmadan beş dəqiqə əvvəl, Şuşanın meydanında dedim, gəlin, burada bir çay içək. Həmin fotonu 30 ildir saxlayıram ki, yenə gedib orada çay içəcəyəm.
Elə həmin yerdə. İndi ona görə gəlmişəm ki, Şuşa işğaldan azad olunsun və orada gözəl çay içək”.
“Ölkə.Az” xəbər verir ki, bloqqer media nümayəndələri ilə Tərtərin Talış kəndinə yollanıb. Kəndi gəzən Ruhi Çenet ermənilərin yaşadığı evlərdə çəkiliş aparıb. Əsgər düşərgələrini lentə alan “youtuber” gördüyü iyrənc mənzərənin qarşısında təəccübünü gizlədə bilməyib. Çəkiliş zamanı cəbhə bölgəsində ağır artilleriya səsləri eşidilib. Bir az keçdikdən sonra isə “youtuber”in 100 metr yaxınlığına top mərmisi düşüb. Erməni varvarları bu dəfə də öz ənənələrinə sadiq qalaraq atəşkəsi pozaraq Azərbaycan ərazisini atəşə tutub.
Cəbhə bölgəsindən çəkdiyi videonu o, “YouTube” kanalında yayımlayıb. Video qısa müddət ərzində 900.000 minə yaxın insan tərəfindən izlənilib.
Ruhi Çenetin çəkdiyi videonun tam versiyasınızı təqdim edirik:
Vüsalə Balayeva
“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".
Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".
***
Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilir.
Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.