![]() |
|
Bunu “Report”a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.
O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.
G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.
“Haber Global”ın məlumatına görə, bu münasibətlə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” hesabında paylaşım edib.
Dövlət başçısı mərhum sənətçi ilə çəkilən fotosunu paylaşaraq bunları yazıb:
“Musiqi dünyamızın dəyərli ağsaqqallarından biri olan və yaşından asılı olmayaraq, hər kəsin yaddaşında çox fərqli bir yerə sahib olan Barış Mançoyu ölümünün 22-ci ildönümündə rəhmət və hörmətlə anıram”.
“Həmin Zaur” proqramı səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evindən reportaj hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal gitara ifaçısına evində baş çəkərək onun son görüntülərini lentə alıb.
Xalq artistinin xanımı Gülü qeyd edib ki, Rəmişin yaşı və bronxlarında yaranan problem səbəbindən qaraciyər transplantasiyası həyata keçirilməyəcək:
“Rəmişdən ötrü hər gün ağlayıram. Bronxlarından əziyyət çəkirdi. İndi də qaraciyər bir tərəfdən problem yaratdı. Su yığılıb, bir dəfə çəkdirmişik. Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq, nəfəsində, ağciyərində də problem var. Əməliyyat olsa, sağ çıxmaz. İndi müalicə üsulu ilə sağaltmağa çalışırıq.
Camaat da deyir ki, guya mən yardım istəmişəm. Mənim heç kimin pul yardımına ehtiyacım yoxdur. Dövlət ona ev, fəxri ad verib”.
Meyxana ustadının ailəsi sənətçinin son görüntülərinin yayımlanmasına razılıq verməyiblər və onun ötən ilin may ayında ad günündə çəkilmiş kadrı təqdim ediblər.
Meyxanaçının oğlu Kamil atasının yataq xəstəsi olduğunu bildirib:
"Həkimlər deyir ki, sağalmasına ümid var. Ümümilikdə, 4 ildir xəstəlikdən əziyyət çəkir, 1 ildən çoxdur ki, yataqdadır. Ətraf mühitlə əlaqəsi yaxşıdır. İnsanları tanıyır, yaxşıdır. Huşu da yerindədir. Biraz ayaqlarında problem var. Ona görə də gəzə bilmir".
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqda yazılmasının onu narahat etdiyini bildirib:
"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".
Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.
Qeyd edək ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.
ATV-nin idman jurnalisti Vüsal Qurbanov doğulduğu, işğaldan azad edilmiş Zəngilan rayonuna ezam olunub.
Ölkə.Az xəbər verir ki, jurnalist Zəngilanda öz evlərini tapıb.
Həmin vaxt Vüsal Qurbanov qəhərlənib və bu sözləri deyib:
“Gözün aydın olsun, ata! Ruhun şad olsun, ana! 27 ildir həsrətində olduğunuz evimizdəyəm”.
Bu sözləri müğənni Vüqar Muradov sosial media hesabında yazıb.
Hazırda Qaxda olan müğənni əlində silahla şəklini paylaşıb.
O, quş ovuna çıxdığını xüsusilə vurğulayıb.
Həmin fotonu təqdim edirik:
Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək R.Ayxanın Yeni il axşamı rəqs videosu paylaşmasının doğru olmadığını bildirib:
"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın. Özü də anasan".
Qeyd edək ki, M.Abbasova daha əvvəl R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.
Əməkdar artist Gövhər Rzayevanın Firuzə İbadova ilə küsülü olduğu ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu haqda qarmon ifaçısı "Onun sirri" proqramında deyib. O bildirib ki, İbadova dəfələrlə onun çörəyinə bais olub:
"Firuzə başıma o qədər oyunlar gətirib. Toy tuturdum, gedirdim qapısına. Anası Hökmə xanım çıxırdı ki, yoxdur. Gedirdi rayonlara konsertlərə. Mənə əvvəldən desəydi, daha yaxşı olardı. Arxayın olardım ki, toya Firuzə ilə gedə bilməyəcəm. Məni dəfələrlə avara qoyub. Başdan desəydi, gedib digər müğənnini çağırardım. Axı söz verirəm. Toya 1 saat qalmış gedirdim qapısına ki, hardasan? Adamı başqasının yanında xəcalətli, diliqısa edir. Gəl indi toy sahibinə cavab ver ki, Firuzənin konserti çıxıb. Özüm də xəcalət çəkirdim".