![]() |
|
Əməkdar artist Gövhər Rzayevanın Firuzə İbadova ilə küsülü olduğu ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu haqda qarmon ifaçısı "Onun sirri" proqramında deyib. O bildirib ki, İbadova dəfələrlə onun çörəyinə bais olub:
"Firuzə başıma o qədər oyunlar gətirib. Toy tuturdum, gedirdim qapısına. Anası Hökmə xanım çıxırdı ki, yoxdur. Gedirdi rayonlara konsertlərə. Mənə əvvəldən desəydi, daha yaxşı olardı. Arxayın olardım ki, toya Firuzə ilə gedə bilməyəcəm. Məni dəfələrlə avara qoyub. Başdan desəydi, gedib digər müğənnini çağırardım. Axı söz verirəm. Toya 1 saat qalmış gedirdim qapısına ki, hardasan? Adamı başqasının yanında xəcalətli, diliqısa edir. Gəl indi toy sahibinə cavab ver ki, Firuzənin konserti çıxıb. Özüm də xəcalət çəkirdim".
Vətən Müharibəsinin şəhidi, ifası ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının tam versiyası yayılıb.
Videoda X.Yusifzadə dostlarına mahnı oxumağı təklif edir.
Qeyd edək ki, Vətən Müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Ağbənd qəsəbəsində şəhid olub.
"Ölkə.Az" xəbər verir ki, məşhur aparıcının ARB ailəsinə qatılmasını əks etdirən video çarx artıq efirdə yayımlanır.
Müğənni Manaf Ağayev və ailəsinin koronavirusa yoluxduğu barədə məlumat vermişdik.
"Sfera.az xəbər verir ki, sənətçinin qardaşı Zahid Ağayev ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Zahid Ağayevin həyat yoldaşı Validə Ağayeva isə koronavirusun qurbanı olub. O, ötən gecə dünyasını dəyişib.
Sosial mediada gəlini ilə qalmaqal yaşayan əməkdar artist Mətanət İsgəndərlinin oxuyub-oynamağı ilə bağlı video yayılıb.
Big.az xəbər verir ki, müğənni bu hərəkətinə görə sosial şəbəkə izləyicilərinin tənqidi ilə üzləşib.
Hami onun şəhidlərimizin hələ qanının soyumadığı, anaların gözüyaşlı qaldığı bir vaxtda belə hərəkət etməsini qınayıblar.
Sözügedən videonu təqdim edirik:
"Ölkə.Az" xəbər verir ki, müğənni "instagram" səhifəsində videosunu paylaşaraq, bu sözləri yazıb:
"Hərə öz sevdiyini çagırsın"
Müğənninin bu paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
İzləyiciləri Röyanın paylaşımına tərif yağdırmqla yanaşı, həm də ,"axı hələ şəhidlərimizin qanı soyumayıb", "səhifənizdə bir şəhid haqqında məlumat yoxdur" kimi şərhlər də yazıblar .
ATV kanalında yayımlanan "Bizimləsən" proqramının aparıcısı Zaur Bəxşəliyev qazimiz Həsən Müzəffərliyə avtomobil hədiyyə edib.
"Ölkə.Az" xəbər verir ki, avtomobil canlı efirdə qazimizə təqdim edilib
Həmin görüntüləri təqdim edirik:
Əməkdar artist Mətanət İsgəndərli ailəsi ilə bağlı etiraf edib.
Müğənni "Ay Zaur" proqramında qonaq olarkən xalası oğlunun 28 il əvvəl Qarabağ müharibəsində əsir düşdüyünü deyib:
"Atamın bibisinin nəvəsi Həsənov Vurğun ikinci Qarabağ müharibəsində şəhid oldu. Bir də mənim xalam oğlu, 1992-ci ildə Ağdərədə itkin düşüb. Onda 18 yaşı var idi. Tamara xalam hələ də onun yolunu gözləyir. 2 ay idi əsgər getmişdi. Deyirik, bəlkə indi ondan xəbər çıxa. Natiq Əhmədov, bəlkə izinə düşdük. Amma öldüyündən, əsir olduğundan xəbərsizik".(axşam.az)
Redaktor.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri "Siyaqut" şadlıq evində baş tutan toydan "İnstagram"da canlı yayım edildiyini yazıblar.
Canlı yayım açan şəxsə yazılan şərhlərdən bəllidir ki, hər kəs bu məsələnin yanlış olduğunu düşünüb.
"Şəhidimiz var, siz toy edirsiniz, ayıb olsun!" kimi fikirlər səsləndirilib.
Aldığımız məlumata görə, görüntülərlə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırmaya başlayıb.
Bakıda karantin qaydalarını pozaraq toy mərasimi keçirilib.
"Ölkə.Az" Redaktor.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri "Siyaqut" şadlıq evində baş tutan toydan "İnstagram"da canlı yayım edildiyini yazıblar.
Canlı yayım açan şəxsə yazılan şərhlərdən bəllidir ki, hər kəs bu məsələnin yanlış olduğunu düşünüb.
"Şəhidimiz var, siz toy edirsiniz, ayıb olsun!" kimi fikirlər səsləndirilib.
Aldığımız məlumata görə, görüntülərlə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırmaya başlayıb.
Laçın adı gələndə ilk o yada düşür. Laçınım deyərək bu dünyadan əbədi köçən, yurd həsrətli sənətkar Məhəbbət Kazımov, ruhun şad olsun, Laçın indi azaddır.
"Kaş atam bu günləri görərdi, yeganə arzusu Laçını azad görmək idi”.
Bu sözləri Sfera.az-a açıqlamsında sənətkarın oğlu Rəşid Kazımov deyib:
"Hər kəs kimi mən də ümid edirdim ki, tez bir zamanda torpaqlarımız azad olunacaq. Mən indiyə qədər Laçını görməsəm də atam o torpağı mənə sözlərlə təsvir edib. Həmişə həvəsində olmuşam ki, Laçını görüm. Qiyabi də olsa Laçınavideomateriallarla, şəkillərlə səyahət etmişəm. Ancaq şükürlər olsun ki, artıq kiminsə çəkdiyi şəkillərdən yox, öz gözlərimizlə görüb, əllərimizlə o torpağına toxuna biləciyik”.
Rəşid Kazımovun yeganə təsəllisi atasının qəbri üstünə gedərək, yüksək səslə "Laçının azaddır, ata!” deməsi olub:
"Tək bizim ailə yox, bütün Azərbaycan təssüf hissi keçirdi ki, Məhəbbət Kazımov bu günləri görmədi. Atam son nəfəsində də Laçın dedi. İlk təssəlim atamın qəbrinin üstünə gedib "Laçın azaddır” demək oldu. Adi günlərdə də gedirdim, ancaq bu gün atamın ziyarətinə o şad xəbərlə getmək çox qürurlu idi. Şükürlər olsun ki, atama nəsib olmasa da, işğaldan azad olunmuş Laçında yaşamaq mənim qismətimdə var imiş. Odur ki, köçürülmə prosesini çox böyük səbirsizliklə gözləyirəm”.