"Bizdə çox istedadlı aktyor, rejissor, senarist var. Ümumilikdə, istedadlı gənclərimiz var. Sadəcə, onlardan düzgün istifadə etməyi bacarmırlar. Çünki sənətlə məşğul olan insanlar qapı döyməyi, "girişən" olmağı sevmirlər. Müəyyən insanlar var ki, hamıyla dil tapmağı bacarırlar, əslində sənətdən xəbərləri yoxdur. Onlar başlayırlar qazanc əldə edirlər, nəticədə biz əziyyət çəkir, xalqın zövqü korlanır".

"Ölkə.Az" axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "10-da görüşək" proqramında deyib. Aktrisa uzun müddətdir efirlərdən uzaq qalmasının səbəblərini açıqlayıb:

"Aktyor rejissordan asılıdır. Rejissor isə sırf baş prodüserdən asılı olur ki, ona təklif gəlsin. Prodüser anlamı bizdə yox dərəcəsindədir. Bizdə bunu köməkçi bilirlər. Yaxşı təşkilatçı olmalıdır. Aktyoru, rejissoru, maliyyəni təşkil etməlidir. Məni işgörmək maraqlandırır. Yoruldum boş-boş verilişlərə qonaq kimi təklif almaqdan, lazımsız yerdə işləməkdən. Nəticədə anladım ki, xalqı aldadıram, özümü görmədiyim yerdə olmaq istəmirəm.

Azərbaycan seriallarının ən əsas problemi maliyyədir. Pul olanda hər şey yerində olur, hamının işi bölünür: prodüser, köməkçi, təşkilatçı... Aktyor bilir ki, gedir çəkilişə. Düşünməli deyil ki, nə geyinəcəm, harada bəzənəcəm. Hər şey hazır olandan sonra rahat çəkiliş məkanına gedirəmsə, oynanamaq şansım yoxdur. İstədiyim qonorarı verəndə isə, onların haqqı var istədiklərini etməyəndə pulumu kəssinlər".

Türk və Azərbaycan seriallarını müqayisə edən V.Zeynalova bunları deyib:

"Bizdə rejissor və aktyorlar türklərdəkindən daha güclüdür. Onlarda hər şey hamı üçün o qədər rahatdır ki... Onlar nazla, kaprizlə gəlib qısa iş görürlər, hansısa obrazı canlandırır və onu elə təqdim edirlər ki... Montaj, musiqi üst-üstə gəlir və möhtəşəm olur.

Tamaşaçını aldadan görüntüdür. Bizdə biznesmenin ailəsini, varlı evi və kasıb evi verir. Aktyor oyunu yaddan çıxır: baxırıq evə, geyimə, aksesuarlara. Bizim aktyorlar özlərini öldürür, fikir vermirik. Kasıb, ağlayan, bədbəxt qız verir, uzun, şellaklı dırnaq. Düzgün təqdim etmək lazımdır".

Oğlunu itirən Xalq artistinin son görüntüsü ŞOK ETDİ
Xalq artisti Canəli Əkbərovun yeni görüntüsü yayılıb.

Demokrat.az xəbər verir ki, videonu Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə hesabında yayımlayıb.

Babək videounu paylaşaraq: "Respublikanın xalq artisti,mənim ustadım, Canəli Əkbərovu ziyarət etdim. Müəllimlik ən böyük zirvədir. Tələbə,şagird,hər zaman ona əziyyət çəkən müəllim və müəllimələrini unutmamalıdır. Allah şəfa versin korifey sənətkarımıza. Amin" sözlərini yazıb.

Xatırladaq ki, C.Əkbərov iyulda oğlunu itirib. Onun övladı xərçəngdən əziyyət çəkirdi. Oğlunu itirən xanəndənin bu görüntüləri izləyiciləri şok edib. Onlar Canəli Əkbərovun dərddən qocaldığını qeyd ediblər.

Azərbaycanlı qadın sənətçidən BİABIRÇI HƏRƏKƏT - Dubayda erməni ilə
Müğənni Afaq Aslanın “Mas” adı ilə məşhurlaşan erməni blogerlə görüntüləri yayılıb.

Onlar Nüsrət Gökçənin Dubaydakı restoranında bir araya gəliblər. Buna səbəb isə rusiyalı model və bloger Muhanad Beşin təşkil etdiyi qonaqlıq olub.

Erməni bloger və onun dostları ilə əylənən A.Aslanın görüntülərini isə Mas və Muhanad İnstaqram “Story”də paylaşıb.

 Qeyd edək ki, Mas və Muhanad bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir. A.Aslan isə sonuncu dəfə mediada braziliyalı iş adamına ərə getməsi barədə çıxan xəbərlərlə yer alıb. //Mediapost.az

Gülbahar Şükürlünün vəziyyəti pisləşdi

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. Ailə üzvlərindən “Qafqazinfo”ya verilən məlumata görə, bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb.

“Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.

Xalq artistinin xanımı Covid19-a görə özünütəcrid etdi

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Covid19-a görə özünütəcrid edib.
Axşam.az xəbər verir ki, opera ifaçısı bu haqda İnstaqramında məlumat yayıb. O bildirib ki, buna səbəb "Don Karlos" operasındakı həmkarı, müğənni İldar Abdrazakovda koronavirus aşkarlanıb.

Annanın testlərinin cavabı neqativ olsa da, o, özünütəcridə üstünlük verib. Netrobko bunu yaxınlarının təhlükəsizliyini qorumaq üçün etdiyini vurğulayıb.
Müğənni həmçinin “Yevgeni Onegin” tamaşasındakı çıxışını dekabra keçirdiyini söyləyib.

Xalq artistindən MARAQLI TƏKLİF
Xalq artisti, dirijor Ramiz Məlikaslanov maraqlı paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.  Xalq artisti uşaqlara ibtidai sinifdən klassik musiqi anlayışını öyrətməyi təklif edib.

“Son müsahibəmdən sonra, pandemiya və ümumi karantinlə əlaqəli olaraq məni çoxdan narahat edən ümumi musiqi təhsili və mədəniyyət problemini həll etmək haqqında bir fikir yarandı. Keçmiş zamanlara baxsanız görərsiniz ki, həqiqətən də konsert salonlarını və operanı anlayan tamaşaçını itirmişik.

Bunun bir çox səbəbləri var, ancaq indi bu əsas məsələ deyil. Məktəbdə ibtidai siniflərindən başlayaraq, musiqi dünyası ilə ilk tanışlıq musiqi dərslərindən başlayır. Təklif edirəm ki, bu dərslər notların öyrənilməsi ilə tamamlansın. Birincisi, bunun nəticəsində dünyanı daha geniş dərk edən yeni nəsil yetişəcək. İkincisi, uşaqlıqda bunları öyrənən insanlar gələcəkdə Altsheymer və Parkinson kimi xəstəliklərdən daha az əziyyət çəkirlər. Bu mənim fantaziyam deyil, bu görkəmli elm adamlarının gəldikləri qənaətdir.

Bir vaxtlar gələcək həyat yoldaşına aşiq olan, lakin ona bunu necə etiraf edəcəyini bilməyən məşhur dirijor və bəstəkar Qustav Mahler “Adagio”nu bəstələyib poçtla ona göndərir. Bir müddətdən sonra isə o, qızdan təkcə "Gəlin" sözündən ibarət məktub alır. Qız peşəkar musiqiçi olmasa da, bəstəkarı bürüyən bütün hissləri partiturada oxuya bilmişdir.

Bu sualın bir tərəfidir, digər tərəfdən insan bir peşəni sınamadan, ona aid olub olmadığını hiss edə bilməz. Bununla bağlı hətta belə bir zarafat var. Birindən “Skripka da ifa edə bilirsən?”soruşulur. O, isə cavabında “Bilmirəm, sınamamışam”,- deyə cavab verir.

Əvvəllər Bakıdan gələn musiqiçilərə SSRİ-nin bütün musiqi kollektivlərində, o cümlədən Böyük Teatrın Orkestralarında, Moskva və Leninqrad simfonik orkestrlərində, xüsusən nəfəsli alətlərdə böyük tələbat var idi. Buradan belə bir sual doğurş Niyə? Çünki əvvəllər şəhərin hər bölgəsində mədəniyyət evləri var idi. Küçələrdə gəzən bekar oğlan uşaqlarını bura toplayıb, onlara ən çox nəfəs alətlərində ifa etməyi öyrədirdilər. Belə bir çox xırda kollektivlər yaradılmışdı. Əksər hallarda onların çoxusu musiqiçi olmurdular, lakin onlarda  musiqi mədəniyyəti formalaşırdı. Ən son belə nəfəs alətlərindən ibarət orkestr Y. Qarayusifli  yaratmışdı, çox təəssüf ki, hazırda onlardan xəbərim yoxdur. 

Əvvəllər klassik repertuarın ən yaxşı vokalçılarının, nadir istisnalar  olmaqla bizdə olmadığına inanılırdı. Lakin zaman hər şeyi öz yerinə qoydu, düzgün tədrislə indi vokalistlərimiz dünyanın ən yaxşı konsert salonlarında və opera səhnələrində çıxış edirlər.

Mən bununla musiqi və incəsənətin bu və digər problemləri ilə maraqlanan hər kəsin diqqətini çəkmək istəmirəm, amma bunu bir giriş hesab etdiyimi söyləmək istəyirəm. Hər hansı bir musiqi sahəsində problemi olan hər kəsə əlimdən gələn köməyi və yaxud dostlarıma müraciət etməyi məsləhət görüb, daha sonra hansı addımları atmağı söyləməyə hazıram.

Gəlin birlikdə övladlarımızın gələcəyini düşünək və Allah bizə kömək olsun!”

Qeyd edək ki, hazırda dirijor fəaliyyətini Türkiyə Respublikasında davam etdirir.

Məşhur qəssab bu dəfə də qəhvəsinə qızıl səpdi
Dünyanın müxtəlif yerlərində restoranları olan türkiyəli qəssab Nusret Gökçe, qızıl örtüklü məhsulları ilə diqqət mərkəzindədir.

“Ölkə.Az” xəbər verir ki, əvvəl ətləri qızıl kağıza bükən Gökçe, indi içdiyi qəhvəyə qızıl tozu səpib. Hər anını İnstaqram hesabında yayımlayan Nusret, son paylaşımı ilə yeni işinin müjdəsini verib.

O, qəhvə içərkən çəkilən videosunu belə şərh edib. “Qızıl qəhvə. Tezliklə  “coffee shop” (qəhvə mağazası) açıram”.

Qeyd edək ki, məşhur qəssabın Dubay, Abu Dabi, Doha, Mayami, Nyu- York şəhərlərində və Mikonos adasında restoranları var.

Ssoyetik kasap Nusret Gökçe, kahve dükkanı açmaya hazırlanıyor

Sosyetik kasap Nusret Gökçe, kahve dükkanı açmaya hazırlanıyor! Etten sonra kahveyi de altına buladı

Sosyetik kasap Nusret Gökçe, kahve dükkanı açmaya hazırlanıyor! Etten sonra kahveyi de altına buladı

“Bu, insanları bir-birinə qarşı etmək üçün edilir”

Xalq yazıçısı Çingiz Abdullayev son günlər sosial şəbəkələrdə Azərbaycanda rus dilli məktəblərin bağlanması ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, o, öz feysbuk hesabında bu təkliflə razılaşmadığını qeyd edib:

“Bir daha başa düşməyənlər üçün... ABŞ alimləri bütün fənlər üzrə nə qədər dərsliyə ehtiyac olduğunu hesablayıblar. Argentina pampalarından Yupiterin peyklərinə, nüvə fizikasından Yeni Zelandiyanın flora və faunasına qədər təxminən beş min orijinal dərslik və nəticə... Əhalisi 50 milyondan az olan millətlər heç vaxt bütün bu dərslikləri öz dillərində çap edə bilməyəcəklər. Kifayət qədər mütəxəssis, alim, müəllim və tərcüməçi olmayacaq. Burdan hansı nəticəyə gəlmək olar? Əhalisi 50 milyondan az olan millətlər, elmi potensiallarının, elm və texnologiyalarının inkişafı üçün dünya dillərindən istifadə etməlidirlər. Əks təqdirdə alınmayacaq.

Dostumuz Tofiq Məliklinin təklifi ilə dövlət dilini qeyd-şərtsiz bilməklə yanaşı əks-təbliğatımızın və xarici dilləri bilməyimizin əhəmiyyəti barədə yazdığım yazını əlavə rus məktəblərinin açılması ilə bağlı tezisə çevirdilər. Heç nə anlamamaq üçün bu qədər qeyri-adekvat olmalısan! Bu, bilərəkdən insanları bir-birinə qarşı qoymaq üçün edilir. Bu qədər! Kim anlamadısa, öz problemidir! Başa düşən hər kəsə təşəkkür edirəm!”.

“Mən ölməmişəm, sağam”
“O xəbəri yayanlar özləri yaramaz insanlardır. Mən ölməmişəm, sağam”.

Bu sözləri “Ölkə.Az”a açıqlamasında ölüm xəbəri yayılan müğənni Əli Mirəliyev deyib.

“Şükür Allaha səhhətimdə heç bir problem yoxdur. Xəbəri eşidib zəng edən dost- tanışdan  bilmişəm ki, hansısa yaramaz insanlar mənim ölümüm haqqında şayiə yayıblar. Hər şey yaxşıdır, şükür allaha”,- deyə, o, qeyd edib.

Xatırladaq ki, Əli Mirəliyevin ölüm xəbərinin yayılması ilk deyil. 2017-ci ilin noyabr ayında da sosial şəbəkələrdə müğənninin ölüm xəbəri yayılıb.

Koronavirusa yoluxan azərbaycanlı müğənni VƏFAT ETDİ
Koronavirusa yoluxmuş müğənni Toğrul Həbibi dünyasını dəyişib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə onun dostları “Facebook”da məlumat veriblər.

Qeyd edək ki, Toğrul bir müddət öncə COVİD-19-a yoluxmuşdu. Hətta onun müalicəsinə yardım  üçün dostları sosial şəbəkədə kompaniya da başlatmışdı.

Xəbər lenti