![]() |
|
''Ölkə.Az'' xəbər verir ki, sənətçi ''İnstagram'' hesabında video yayımlayaraq Azərbaycan ordusuna dəstəyini nümayiş etdirib.
"Şübhəsiz ki, Azərbaycanın güclü ordusu var. Prezident İlham Əliyevin səyi nəticəsində bu gün ordumuzun heç nəyə ehtiyacı yoxdur. Ancaq mən qərib ölkədə yaşayan bir ana kimi əlimdən nə gəlirsə etməyə hazıram". -deyə o qeyd edib.
O qeyd edib ki, anasına və Vətəninə görə narahatdır: “Azərbaycanda müharibə gedir və mənim anam orada yaşayır. Mən onun üçün dua edirəm”, - sirk ustası statusunda yazıb.
Qeyd edək ki, Ü.Novruzov Amerikanın “America's Got Talent” istedadlar şousunda, NBC telekanalının “The Champions” şousunda, “Rossiya-1” telekanalının “Qeyri-adi insanlar liqası” telelayihəsində iştirak edib. Bir neçə il əvvəl Ü.Novruzovun adı “Ginnesin rekordlar kitabı”na salınıb. O, Çində altı metr hündürlüyündə dayaqsız nərdivanda səkkiz dəqiqə müvazinətini saxlayaraq yeni rekord müəyyən edib.
Xocalı faciəsi ilə həmyaşıd olan bu ifadəni ilk dəfə böyük Türk aşığı Ozan Arifin yanıqlı sazından - səsindən eşitdik. Qardaş millətinin ağlasığmaz faciəsindən ürəyi parça-parça olan bir türkün səsi idi bu. Çox keçmədi bu səsə ölkəmizin rep tarixində əvəzsiz rolu olan “Dəyirman” da qoşuldu.
Bax, o zaman “Ya Qarabağ, ya ölüm” Azərbaycanın nəinki fəryadını, eyni zamanda, haqq sözünü də, döyüş əzmini də göylərə ucaltdı. 30 ilə yaxın bir vaxt ötdü, yaralarımız bağlanmadı və bu mahnı da dilimizdən düşmədi. Bu gün isə Qarabağımızın alınması uğrunda yenidən səfərbər olduğumuz bir zamanda “Ya Qarabağ, ya ölüm” yeni nəfəslərlə canlandı.
Xalq artisti Miri Yusif bu dəfə dahi xanəndə Alim Qasımov və böyük sənətkar Natiq Şirinovun rəhbəri olduğu “Natiq” ritm qrupu ilə birlikdə “Ya Qarabağ, ya ölüm” dedi. Bəli, bu dəfə mahnıda musiqimizin baştacı, sənətimizi bütün dünyada tanıtdıran muğam da var, ürəyimizin səsi ilə eyni ritmdə vuran nağara səsi də.
Mahnının ana mətnini Miri Yusif tək səsləndirsə də, onun ifasına hər bir Azərbaycan, hər bir Türk övladının qəlbinin səsi qoşulub. Bu səs Şərqin səsi, Türkün səsi, Peyğəmbərin öydüyü nəcib irqin səsidir. Qoy, Dünya səsimizi eşitsin artıq! Qoy bu dəfə “Ya Qarabağ, ya ölüm” mahnısının sədaları şanlı qələbəmizin rəmzi kimi Qarabağımızdan yayılsın.
Tanınmış aparıcı Zülfiyyə Bayramova sosial media hesabında maraqlı paylaşım edib.
Aparıcı ''İnstagram'' hesabında ailə üzvləri ilə bağlı paylaşım edib. O, Füzulidə ezamiyyətdə olan həyat yoldaşı İlqar Mikayıloğlunun, hərbi xidmətdə olan oğlunun və hərbi həkim qardaşının fotosunu yayımlayıb. Bayramova fotonu "Hərbi həkimin bacısı, əsgər anası və hərbi jurnalistin həyat yoldaşı olmaq kimi fəxrli bir ad daşıyıram. Mən sizinlə fəxr edirəm. Yaşasın Azərbaycan" sözləri ilə şərh edib.
Baku.ws xəbər verir ki, sözügedən kadrları paylaşan ermənilər Kamilin öldürülməsi ilə bağlı Telegram kanallarında mesajlar verir.
Bildirilir ki, azərbaycanlı idmançının öldürülməsi üçün hərəkətə keçilməlidir.
Kamil Zeynallıya qarşı ermənilərin nifrəti təəccüblü deyil. Belə ki, bir müddət öncə xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı ermənilərin hücumu başlamışdı.
Kamilin çağırışından sonra ermənilərə lazımi cavab verildi. Məhz həmin hadisələrdən sonra ermənilərin Kamilə qarşı nifrəti hədsiz dərəcədə artıb.
Dünyaca məşhur sənətçi ''Twitter'' hesabında ölkəmizlə bağlı baylaşım edib. Sami Yusif bildirib ki, düşüncələri və duaları Azərbaycanladır. O, “Qarabağ Azərbaycanındır” həştəqı ilə paylaşım edib.
Thoughts and prayers for my beloved Azerbaijan ????. SY#KarabakhisAzerbaijan #Azerbaijan
"Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm".
Qeyd edək ki, əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.
"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, sənətkar bir neçə gün öncə bir neçə gün öncə insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib.
Həkimlərin müdaxiləsindən sonra Xalq artistinin vəziyyəti stabilləşib.
“Mən özüm Ağdam rayonundanam. O səsi Qarabağda qazanmışam. 30 ildir bu həsrəti gözləyirdik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov son günlər cəbhədə baş verən erməni təxribatına münasibət bildirərkən deyib. O bildirib ki, ermənilər dinc əhaliyə qarşı təxribat törətməklə heç nəyə nail ola bilməyəcəklər, Azərbaycan ordusu layiqincə cavab verəcək:
“Mən Ali Baş Komandanımızın əmrini gözləmişəm. Əmr versin və ordumuz hücuma keçsin. Mən hər yerdə Qarabağ adı ilə çıxış edirəm. Mənim silahım səsimdir. Biz dünyaya sülhsevərliyimizi bildirmişik. Biz ermənidən torpaq istəmirik. Ermənilər dünən təkrar təxribat törətdilər. Prezident əmr verdi, ordumuz əks hücuma keçdi. Bir neçə saat içində 7 kəndi aldıq.
Bizim qüdrətli ordumuz var. Biz ordumuzdan qələbə xəbəri gözlədiyimiz qədər, xalqımızdan dözüm gözləyirik. Mənim üçün ən böyük hədiyyə torpaqlarımızın azad edilməsi ola bilər. Düşünürəm ki, ordumuz zəfər çalacaq. Biz həsrətlə o günü gözləyirik. Azərbaycan əsgəri, hamımız sənin arxandayıq. Xalqımızı bir olmağa çağırıram. Lazımsız xəbərləri yaymasınlar. Rəsmi olan xəbərlərə inansınlar”.