![]() |
|
Müğənni əvvəlcə Azərbaycan və Türkiyə bayraqlarının fotosunu yayımlayaraq ''Zamanı gəlmişdi. Allah qələbə nəsib etsin'' sözlərini qeyd edib.
Daha sonra o, ermənilərin Gəncədə törətdiyi terrordan yazıb.
"Bir ovuc axmaq öz sonunu hazırlayır. Bütün dünya da bunu səsiz izləyir. 10 aylıq uşağın qatillərinin axıtdığı qan yerdə qalmayacaq. Başın sağ olsun Azərbaycan" -deyə o qeyd edib.
"Azərbaycan demək, Türkiyə deməkdir mənim üçün, bizim üçün. Azərbaycan xalqı bizim öz xalqımızdır, özümüzdür. Biz eyni duyğuları paylaşırıq, eyni millətik və bundan qürur duyuruq".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur sənətçisi Orxan Gəncəbay Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə Azərbaycanın haqq mübarizəsindən danışarkən deyib.
Sənətçi Azərbaycanın yanında olduğunu ifadə edib: "Biz tarix boyu bərabər olmuşuq. Azərbaycana illərdir edilən haqsızlığı yaxından izləyirik. Onun torpaqlarını, vətənlərini bölmək, işğal etmək kimi hərəkətlər hamımızı çox narahat edib. İndi azərbaycanlı canlarımız, qardaşlarımız bu haqsızlığa qarşı uğurla mübarizə aparırlar və torpaqlarını azad edirlər. Biz bununla qürur duyuruq. Ermənistanın etdiyi yanlışlıqları təəssüf ki, dünya bilsə də, səsini çıxarmır. Şübhəsiz, bunların hamısı siyasi səbəblərdən olur. Ancaq Azərbaycan xalqı olduqca haqlıdır və bu haqqını sonuna qədər müdafiə edəcək".
Orxan Gəncəbay Azərbaycan Ordusuna da dəstəyini dilə gətirib: "Aslanlarımıza deyirəm ki, özlərinə diqqət etsinlər. Onlar dastan yazır hamısı. Savaş meydanında möhtəşəmdirlər. Kaş ki, sülhlə olardı bütün bunlar, ancaq demək ki, artıq belə gərəkir. Onlar gərəkəni layiqli bir formada edirlər. Hamısının gözlərindən öpürəm, bağrıma basıram, hamısı bizim övladlarımızdır, canlarımız, aslanlarımız".
Sənətçi Azərbaycanın qələbə qazanacağına inamını bildirib: "İnşallah bütün bunlar bitəcək və hər şey çox yaxşı olacaq, Azərbaycanın lehinə olacaq. Azərbaycan xalqına ən dərin hörmətlərimi və sevgilərimi çatdırıram"
Bu barədə Türkiyə mediası məlumat yayıb. Sənətçi müxbirlərin suallarını cavablandırarkən Ermənistan rəhbəri Nikol Paşinyanı tənqid edərək, müharibə qaydalarına əməl etmədiyini, dinc əhalini hədəf aldığını deyib.
''Mənim erməni xalqına bir sözüm yoxdu, amma rəhbəri ruhi xəstədir. Əgər əsgərləri varsa müharibədə döyüşməlidirlər. Dinc əhalinin üstünə raket atmaq terrordur''.
Eyni zamanda sənətçi "Azərbaycanda döyüşə gedərsinizmi?" sualını da cavabsız qoymayıb.
''Əgər mənim getməyimə ehtiyac olarsa, təbii ki, gedərəm. Ancaq növbə mənə gələnə qədər, Azərbaycan əsgəri öz vətəndaşlarını qoruyur", - deyə, o, bildirib.
Sənətçi ''İnstagram'' hesabında Azərbaycan və Türkiyə bayraqlarının yanaşı fotosunu yayımlayaraq vətənimizə dəstək olub.
''Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir" -deyə, o qeyd edib.
'Sənətçi sosial media hesabında paylaşım edərək ölkəmizə dəstək olub.
“Ermənistan illərdir Azərbaycan ərazilərini utanmadan işğal etmiş durumdadır. Dünya da illərdir buna səs çıxarmırdı. Azərbaycan və Türkiyə prezidentləri bu işğala “Artıq yetər” dedi. Bizim qardaş ölkəmiz Azərbaycanın sonunadək yanındayam. Çox çətin coğrafiyada yaşayırıq. Davamlı problem çıxaran qonşularımız var”, - deyə, Ortaç qeyd edib.
İfaçı ''İnstagram'' hesabında Xalq artisti Aygün Kazımova ilə fotosunu yayımlayaraq “Mərhaba, Azərbaycan” şərhini qeyd edib. ''İnstagram'' hesabında 53 milyon izləyicisi olan Snop Doqun dəstək paylaşımı maraqla qarşılanıb. Qeyd edək ki, O, bir müddət öncə Xalq artisti Aygün Kazımova ilə Amerikada klip çəkdirmişdi.
Əməkdar artist Bəhram Bağırzadənin sosial media paylaşımı marağa səbəb olub.
Aktyor ''İnstagram'' hesabında öz fotosunu yayımlayaraq ermənilərə sərt mesaj ünvanlayıb.
"Mən Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə, insan nitqini hələ də qavraya bilən hər kəsə müraciət edirəm. Son onilliklər ərzində Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirmişdir. Ancaq əsas odur ki, biz 10 milyon olduq. Çünki prezidentimiz İlham Əliyev başda omaqla, yaratdığımız gələcəyimiz var. Siz isə əbədi müharibənizlə təkbətək qaldınız və nəvaxtsa həyatla, dahi musiqi ilə, bülbüllərin cəhcəhi ilə bürünən Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz. Xalqınızı tanrısız, nifrət virusu ilə yoluxdurdunuz. Nəsillərinizə hansı mirası qoyacaqsınız? Yanmış torpaqlar, mina dolu sahələr, əsgərləriniz üçün məzar daşları, analarınız üçün qara matəm rəngi ? Düşünün! Qarabağı tərk edin, onu dağıdıcı varlığınızdan azad edin! Bu mübarək torpaqda çörək yetişdirənlər, körpülər tikənlər, uşaqlara dərs verənlər və Allaha dua edənlər yaşamalıdır! Biz müharibəyə nifrət edirik, ancaq qələbə qazananadək mübarizə aparacağıq! Biz qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir! Biz qələbə çalacağıq, çünki sülh və yaradılış üçün doğulmuşuq! Qarabağ Azərbaycandır!''- deyə, Əməkdar artist qeyd edib.
''Ölkə.Az'' xəbər verir ki, Rihanna keçən cümə günü öz markasını nümayiş etdirmək üçün dəfilə təşkil edib. Dəfilə zamanı səslənən Koukou Kloyenin İslami hədisə yer verdiyi Doom mahnısı müsəlmanların etirazına səbəb olub. Müğənni ''Twitter'' hesabında bu barədə paylaşım edərək müsəlmanlardan üzr istəyib.
''Dəfilə zamanı baş verən xətaya etirazlarını bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Diqqətsiz xətam üçün sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi bilirəm və bu səbəbdən çox məyusam. Tanrıya və heç bir dinə qarşı hörmətsizlik etmirəm. Anlayışınız üçün hər birinizə öz təşəkkürümü bildirirəm'' -deyə, o qeyd edib.
İşğalçı Ermənistana qarşı cəbhədə gedən döyüşlərlə əlaqədar hər bir vətəndaş Azərbaycan Ordusuna bacardığı formada dəstək olmağa çalışır.
"Qafqazinfo"nun müsahibi Amil Hüseynov da onlardan biridir. Türkiyədə Akdeniz Universiteti Xəstəxanasında uzman cərrah kimi çalışan həmyerlimiz cəbhədə gedən döyüşlərə biganə qala bilməyib. O, ilk uçuşla Azərbaycana qayıdıb və könüllü olaraq cəbhə bölgəsinə ən yaxın xəstəxanalardan birinə yollanıb.
Cəbhə bölgəsinə ezam olunan əməkdaşlarımız Ağdam rayonundan məcburi köçkün olan 32 yaşlı həkimlə görüşüb, onun təəssüratlarını öyrənib. Üç uşaq atası olan A.Hüseynov bildirib ki, iki ilə yaxındır işləriylə əlaqədar Azərbaycana gələ bilməyib. Amma mövcud durum onu narahat edib və buna görə də o, vətənə qayıtmağı özünə borc bilib.
Emin Səfərov
Video: Pərvin Zeynal
İfaçı bununla bağlı sosial media hesabında paylaşım edib. O, qardaşının və oğlunun fotosunu ''İnstagram'' hesabında yayımlayaraq sağ salamat qayıtmalarını arzu edib.
Sözügedən görüntünü təqdim edirik: