Celal Ay - Negmem 2020 (Official Klip) - VİDEO 


Dəyərli izləyicilərimiz sizlərə yeni mahni 2020 təqdim edirik buyrun xoş dinləmələr.

İfaçı: Cəlal Ay
Mahnı: Nəğməm 2020 (Official Klip)
Söz: Cəlal Ay
Mus: Cəlal Ay
Gitara: Cəlal Ay
İdeya: Cavid Əfəndi
Ssenari: Cavid Əfəndi
Aranjıman: Loğman Yusub
Rejissor: Loğman Yusub
Solo Gitara: Məmmədov Arif
Rollarda: Sara Ağayeva
Sevda Məmmədova
Sahib İbrahimov
Vüsalə Qarahun
Fərid Bədəlov
Ifaçının İnstagramı: celalay_
Yayım: Tofiq Mirzeyev
Milli Məclisin deputatı məşhur müğənnilərlə bir layihədə tar çaldı
Milli Məclisinin V və VI çağırış deputatı Naqif Həmzəyev "Qarabağ üçün oxu" layihəsində iştirak edib.

Millət vəkili layihədə oxunan "Nə bəxtiyardıq" mahnısının ifası zamanı tar çalıb.

Qeyd edək ki, "Qarabağ üçün oxu" - məşhur qlobal layihənin ("Playing for Change", "Doğa için çal" ) Azərbaycan versiyasıdır. qaynarinfo

Koronavirusdan ölən xalq artistinin dəfnində iştirak edənlər cərimələndi — RƏSMİ + VİDEOXəbər verdiyimiz kimi, dünən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb.

"Ölkə.Az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər olub ki onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmalarıdır:

“Həmin şəxslərdən yeddi nəfərinin karantin qaydalarını pozduğu müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”.

Azərbaycanlı yazıçı muğam oxudu
Yazıçı Ömər Xəyyam muğam ifa edib.

“Ölkə.Az” xəbər verir ki, yazıçının ifası zamanı çəkilən videosu “Facebook” sosial şəbəkəsində yayımlanıb. Video qısa müddət ərzində izləyicilər tərəfindən çox bəyənilib.

Sözügedın videonu təqdim edirik:

“Mən sadəcə haqqımı tələb edirəm”

''Mən son bir həftə içində çox yorulmuşam''.
Bu sözləri ''Ölkə.Az''ın əməkdaşı ilə söhbəti zamanı Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə aralarında baş verən qalmaqala fikir bildirərkən deyib:

''Artıq söz-söhbətlərə son qoyulur. Müdriyyət tərəf də, mən tərəf də tükənmişik. Mən sadəcə haqqımı tələb edirəm. Burada başqa söhbət yoxdu''.
Aktyor əməkdaşımızın ''Biletlərin üç aparıcı aktyora görə satılmasını dilə gətirməyiniz, digər həmkarlarınızda qıcıq yaradır?'' sualına da münasibət bildirib:

''Biz bu sözü müdir Əliqismət Lalayevin ağzından eşitmişik. Həqiqət olduğu üçün də, bunu danmaq olmaz. Mən də haqqımı tələb edərək demişəm ki, ''Əgər belədirsə onda nəyə görə mənim haqqımı yemisən?'' Elə yaxın keçmişdə də Hacıbaba Bağırovun, Nəsibə Zeynalovanın, Bəşir Səfəroğlunun adına biletlər alıblar. Mən uşaq vaxtından, gözümü açdığım gündən görmüşəm ki, adını saydığım aktyorların adına biletlər alırlar”.

Teymur Mustafayev koronavirusdan vəfat edib
Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub.

TƏBİB-dən "Report"a bildirilib ki, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. 

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.

Daha bir jurnalist ATV-dən ayrıldı
ATV telekanalının Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı işdən ayrılıb.

Bu barədə jurnalist özü “Facebook” səhifəsində məlumat verib.

“Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm”,- deyə o, qeyd edib.

N. Sadıqlı bu addımı səhhətində yaranan problemlərə görə atdığını vurğulayıb.

 “Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.

На изображении может находиться: 1 человек, стоит

Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov “İncilər” şou verilişini bağlayıb.

Sözügedən televiziyada yayımlanan “İncilər” verilişinin yayımı dayandırılıb. Artıq Murad Dadaşovun qərarı işçilərə elan olunub.

Qeyd edək ki, sözügedən verilişin layihə rəhbəri Əli Həsənovun qaynı Azər Vəliyev olub.(unikal.org)

İTV-də “Səs Azərbaycan” başlayır
İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəmizdə yayım lisenziyasına sahib olduğu məşhur “The Voice” vokal müsabiqəsi yenidən ekranlara qayıdır.

Möhtəşəm şounun böyüklər üçün olan versiyası “Səs Azərbaycan”nın qeydiyyatı başlayır.

Dünyanın ən çox müzakirə olunan vokal şousunda iştirak etmək istəyən və istedadına güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “Whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilər.

“Teatrın direktoru aktyorların qanını içir”
“Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev, efir vasitəsi ilə üzümü tuturam sənə, bəsdir teatrın, aktyorların qanını içdin!”

Bu sözləri Əməkdar artist Çingiz Əhmədov ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramda ekspert qismində iştirak edərkən deyib.

Sənətçi teatrda baş verən özbaşınalıqlara üsyan edib, Əliqismət Lalayevin ünvanına kəskin ittihamlar səsləndirib: “5-6 il o, teatra yaxşı direktorluq etdi. Amma sonra teatra, aktyorlara diqqət yetirməkdənsə, bu diqqəti özünü həsr etdi, özü ilə oynayır. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova, deyirsiz ki, mən 2008-ci ildə prezident mükafatı almışam. Ə.Lalayevin bundan xəbəri olmayıb. Zamanında nazirin (keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayev – red.) qapısına gedib, o mükafatı almışam. 2012-ci ildə Ə.Lalayevin xəbəri olmadan Əməkdar artist fəxri adına layiq görülmüşəm. Bunun üçün yenə də nazirin qapısını döymüşəm. 18-ə yaxın mükafat almışamsa, yenə də Ə.Lalayevin onlardan xəbəri olmayıb.

 Ə.Lalayev son zamanlar aktyorların maaşını kəsir. Aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur. Həmin 30 manatları yığıb cibinə qoyur. Bütün teatr direktorlarını ayağa qaldırıb demişəm ki, siz aktyorların maaşını tutursuz? Deyirlər ki, bu, cinayətdir.

Teatrda heç kim başını qaldırıb söz deyə bilmir. Kimsə Ə.Lalayev barədə nəsə xoşagəlməz bir söz deyəndə aparıb qoyurlar onun ovucuna. Belə hegemonluq etmək olmaz. Teatrın direktor müavini Vəfa xanıma Ə.Lalayev səlahiyyət verib ki, bax gör hansı aktyor məşqə gəlməyib, onun məvacibindən pul kəsəcəyəm. Novruz Qartalın 74 yaşı var, 400 manata kirayədə qalır. Üç nəvəsi var. Ə.Lalayev 81 yaşlı aktyora mükafat yazır, amma Novruza yazmır. Emil Heydərov rus bölməsinin aparıcı aktyorudur, ona da heç bir mükafat vermir. İllərlə bu teatrda çalışan aktyorlara mükafat vermir.

2019-cu ildə Ə.Lalayev dedi ki, mənim, Afaq Bəşirıqızının, İlham Namiq Kamalın adına kassadan bilet alırlar. Əgər mənim adıma tamaşaçılar bilet alırlarsa, bəs niyə mənə hörmətsizlik edirsən?” oxu.az

Xəbər lenti