Damla Azərbaycana qayıtdı, karantinə alındı
Müğənni Damla Azərbaycana qayıdıb.

O, bu barədə özü ARB-də yayımlanan “Ona qalsa” verilişində telefon bağlantısı zamanı açıqlayıb.

O, açıqlamasında ailəsi və vətənindən ayrı qaldığı üçün çox darıxdığını deyib.

“Moskvada həmvətənlərimizin otelində qalırdıq, vəziyyətimiz normal idi, amma hamıdan uzaq qaldığıma görə, çox sıxılırdım. Rəqsanə xanım bizə çox qayğı göstərdi, sağ olsun, evində bir gün qaldıq”,- deyə o, bildirib.

Daha sonra o, hazırda Bakı şəhərində karantində olduğunu qeyd edib.

“Hazırda Bakıda özəl otellərin birində karantin müddətini keçirəm, özümü yaxşı hiss edirəm. İnşallah, bu müddət tezliklə keçib gedər və mən də ailəmə, sevənlərimə qovuşaram”.

Qeyd edək ki, Damla el şənliklərinin birində iştirak etmək üçün Rusiyaya getmişdi.

Xalq artisti beşinci dəfə insult keçirdi
Xalq artisti Flora Kərimova səhhətindən danışıb.

O, bu barədə “Xəzər” televiziyasında “5də5” verilişində qonaq olarkən danışıb.

“Deyirlər, pis günün ömrü az olar, ancaq mənim pis günlərim bir az çox uzun çəkdi. Beşinci dəfə insult keçirdim. Bilmirəm niyə oldu, heç əsəb də keçirməmişdim. Heç kəsin münasibəti mənim səhhətimə təsir etməz . 79 yaşın içindəyəm, yəqin, ondandır",- deyə o, bildirib.

 

Həbsdən çıxan Kamili anası və qayınanası belə qarşıladı
Xəbər verdiyimiz kimi ötən gün karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

Big.az xəbər verir ki, Kamil evinə gələrkən anası Sahilə xanım və qayınanası qarşılayıb.

Görüntüləri video çəkib instaqram hesabında paylaşan Kamil hər kəsi kövrəldib. Qısa zaman ərzində paylaşıma çoxsaylı bəyənmə və rəy gəlib.

Sözügedən videonu təqdim edirik:

Kamil Zeynallı azadlıqda
Karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

Qafqazinfo” xəbər veir ki,  məlumatına görə, K.Zeynallı 10 sutka inzibati həbs cəzasını başa vurduğu üçün sərbəst buraxılıb.

O, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.

K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb.

Xalq artisti Faiq Ağayev onu Mədəniyyət naziri vəzifəsində görmək istəyən sevənlərinə təşəkkür edib.

Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edilib. Bundan sonra cəmiyyət nazirlik postunda görmək istədikləri namizədlərin adlarını sadalayıblar. Bu namizədlərdən biri də Xalq artisti Faiq Ağayev olub. Pərəstişkarları sənətçiyə sosial media vasitəsilə Mədəniyyət naziri kimi onu görmək istədiklərini yazıblar.

Faiq Ağayev isə sosial şəbəkə vasitəsilə pərəstişkarlarına təşəkkür edərək, qeyd edib.

"Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!

O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək.

Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki..."

Kamil Zeynallıdan XƏBƏR VAR
Tanınmış idmançı Kamil Zeynallının 10 sutkalıq həbs cəzası bu gün bitir.

 Kamil Zeynallı mayın 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbslə cəzalandırılmışdı.

"Instagram" səhifəsindəki məlumatda da idmançı karantin rejimi qaydalarını pozduğuna görə həbs edildiyi təsdiqlənib.

“Hər kəs bu sənətdən vaxtı çatanda ayrılmalıdır. Necə deyərlər “hər aşığın öz dövranı var”. Bu sənətdə olan insanların mütləq ikinci peşəsi olmalıdır. Ona görə yaşım keçmədiyi üçün ali təhsil almaq istəyirəm”.

Bu sözləri ifaçı Türkan Vəlizadə ATV-də yayımlanan “7 canlı” verilişində deyib. Daha sonra o, vaxtilə universitetə qəbul olsa da, maddi imkansızlıq ucbatından təhsilini davam etdirə bilmədiyi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Mən Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olmuşdum. Maddi imkansızlıqdan təhsilimi davam etdirə bilmədim. Çünki daxil oluğum fakultə  ödənişli idi. Sonradan təhsilimi davam etdirə bilmədiyim üçün çox peşman oldum . Atam fəhlə işləyib, məni oxudurdu.  Ancaq ailədə olan sıxıntıları gördükdən sonra, təhsilimi yarımçıq tərk etmək qərarına gəldim. Ailəm çox istəyirdi ki, mən ali təhsil alım”, - deyə, o, bildirib.

Daha sonra Türkan ailə qurmamasının səbəbini də açıqlayıb:

“Hazırda pul qazanıram, ailəmə baxıram. Mən də ailə qurmaq istəyirəm, ancaq indi bu mümkün deyil. Çünki ailəm qarşısında müəyyən öhdəliklərim var ”- deyə, o, vurğulayıb.

“Siz kimsiniz axı, yeni janr yaradasınız?”
Müğənni Əli Mirəliyev ifaçı Şəbnəm Tovuzlu və Üzeyir Mehdizadəni tənqid edib.

O, ARB-də yayımlanan “Ona qalsa” verilişinin qonağı olub. Proqram zamanı müğənni bir çox təzadlı məqamlara toxunub. Ə.Mirəliyev müğənnilərin ifa etdikləri musiqi janrından da danışıb.

“Şəbnəm Tovuzlu, Üzeyir Mehdizadə oxuya bilmirlər, səsləri yoxdur. Onlar “bazar” mahnıları ifa edirlər. Deyirlər, bu bizim janrımızdır, siz kimsiniz axı, yeni janr yaradasınız? Onlar xalqı aldadırlar. Gedirlər toya, 10.000 manat pul alırlar. Sən heç 10 qəpiklik oxuya bilmirsən. Bu müğənnilər əsl Azərbaycan musiqilərini ifa edə bilmirlər. Ona görə də başlayıblar “kitayski, monqolski” mahnılar oxumağa. Bütün bu mahnıları ifa edirlər, bir dənə bizim mahnıları ifa edə bilmirlər. Çünki musiqinin öz ölçüləri var. Bu zaman birinci səs gəlir, ikinci musiqi, üçüncü isə ritm, bunlarda isə hər şey tam əksinə olur. Onların ifa etdikləri mahnılara fikir versəniz, birinci ritmin, ikinci musiqinin axırda isə səsin gəldiyini görəcəksiniz. Belə, biz millət olaraq, musiqi dəyərlərimizi itiririk. Niyə axı siz özünüz üçün musiqiyə müdaxilə edirsiniz. Deyirlər Üzeyirə Özbəkistanda, Tacikistanda qulaq asırlar, həsəd aparırlar. Sənin nəyinə axı həsəd aparırlar, sən məgər musiqiçisən, oxuya bilirsən ki?”,- deyə o, vurğulayıb.

Qeyd edək ki, dünən müğənni Şəbnəm Tovuzlu “Ona qalsa” proqramında “Musiqidə mənim öz janrım, öz tərzim var” deyə açıqlama verib.

Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb
Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır.

"Ölkə.Az" xəbər verir ki, bu barədə APA-ya Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova məlumat verib.

O bildirib ki, Z.Xanlarova sağ-salamatdır və Bakıdakı evində ailəsi ilə birlikdədir:

"Bu xəbəri yayanlara nə deyim, bilmirəm. Zeynəb Xanlarova haqqında bu cür sözlər yazıblar. O, sağ-salamat evindədir".

Azərbaycanlı blogeri həbs edib başını qırxdılar
Bir neçə gün öncə bir qrup gəncin nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq DİN məlumat yaymışdı.

Baku.ws xəbər verir ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Digər nəqliyyat vasitəsi - “Kia” markalı avtomobilin sürücüsünün Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

Səbail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayevə 30 gün, Z.Cəfərov və R.Məcidovun hər birinə 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Qeyd edək ki, Zaur Cəfərov sosial şəbəkələrdə "Daqqılı" ləqəbi ilə tanınır. 

Xəbər lenti