“Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla çevirib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil”.

Bu sözləri millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O, həm tanınmış tərcüməçisi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirdiyini, həm də mədəniyyət siyasətində nöqsanların bəzilərini sadaladığını qeyd edib:

“100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib. Ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?”

Millət vəkilinin sözlərinə görə, eyni şey musiqi məktəbləri ilə də bağlıdır. O, Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbinin olduğunu, onun da yerləşdiyi binanın hər an uça biləcəyini qeyd edib:

“Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib-gələ biləcəkdir? Bu qədər mədəniyyət profilli obyektlər tikilir, çətindirmi ki, övladlarımızın normal musiqi təhsil ala biləcəyi məktəblə təmin edək?”.  /BakuPost.az/

Zaur AzTV-yə niyə gedibmiş?
Teleaparıcı Zaur Baxşəliyevin AzTV-də işə başlaması xəbəri yalan çıxıb.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, o, AzTV-də “Çıxışa doğru” verilişinə qonaq qismində dəvət olunub. Aparıcı çəkilişlərdə iştirak etmək üçün kanala gedib. Bu da Baxşəliyevin orada işə başıaması barədə şayiələrin yaranmasına səbəb olub.

Qeyd edək ki,  aparıcı sosial şəbəkədə AzTV-də çəkilən fotosunu yayımlayıb. Baxşəliyev fotoya "Mənə bir AzTV verin" şərhini yazıb. İzləyicilər onun AzTV-yə keçdiyini düşünərək, təbrik ediblər.

"Əziz dostlar, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə diqqətlə baxın. Üzümü sizə tutub demək istəyirəm ki, kimisə təriflmək istəyirsinizsə, bəhanə axtarmayın".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqram səhifəsində yazıb. Müğənni sosial şəbəkədə erməni əsilli dünya ulduzu Kim Kardaşyanın şəklini paylaşıb "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan səhifəni tənqid edib:

"Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair...

Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".

Karantindən sonra toy qiymətləri QALXACAQ?
Karantin dövründə toy və el şənliklərinin ləğv edilməsi, bir sıra sahələr kimi müğənnilərin də "bazar"ını vurub. Lakin bir müddət əvvəl bəzi müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini qaldırdıqları iddia edilib. Ölkədə karantin rejimini bitdikdən sonra yenə toy mövsümü öz çal-çağırı ilə geri dönəcək.

“Ölkə.Az” olaraq istədik öyrənək görək, şou əhlinin toy qiymətlərində yenilik yoxdur ki? Əvvəlcədən onu qeyd edək ki, bir çoxları toy qiymətlərini açıqlamaqdan boyun qaçırıb. 

Müğənni Mətanət Əsədova: “Təki hər zaman toy olsun. Qaldı ki, müğənnilərin toy qiymətinin bahalaşmasına, bu hər kəsin şəxsi işidir, ona hər kəs özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib, bahalaşdıracaq. Öz adıma deyə bilərəm ki, yaxın gələcəkdə belə bir fikrim yoxdur”.

Mətanət Əsədova GİZLİ şəkildə ƏRƏ GETDİ: O, mənim içimdəki qeyrəti ...
Müğənni Manaf Ağayev: “Mən düşünürəm ki, xalqımızın maddi vəziyyətinin yaxşı olmadığı bir zamanda, heç bir müğənni qiymət qaldırmaz. Əksinə, toy qiymətlərində endirim olacaq. Onsuz da indi kimin ağlına nə gəlirsə, onu da danışır. Mən öz adımdan əminliklə deyə bilərəm ki, mənim toy qiymətini qaldırmaq fikrim yoxdur. Təki xalqımız toy etsin. Qiymət qaldırmaq sonranın işidir”.

Manaf Ağayev polisə çağırıldı, üzr istədi
Xalq artisti, xanəndə Mələkxanım Əyyubova: “Biz hazırda toy qiymətlərində dəyişiklik edəcək halda deyilik. Dua edirik ki, tezliklə, Allahın köməkliyi ilə koronavirus bəlası bitsin və təki hər zaman toy olsun”. 

Uşaqlarıma dayaq olmaq istəmədim” - Mələkxanım Əyyubova
Müğənni Nadir Qafarzadə: “Mən öz adımdan deyə bilərəm ki, toy qiymətlərində dəyişiklik etmək fikrində deyiləm. Karantində insanlar maddi sıxıntı çəkdiyi üçün maddi vəziyyətlərində çətinlik yaranıb. Qiymətləri qaldırmaq həmin insanlara qarşı haqsızlıq olardı. Belə bir deyim var “Çox istəyən azdan da olar”. Əgər qiymət qaldırmaq istəyən müğənnilər olacaqsa, onlara demək istəyərdim ki, camaatın dar günündən istifadə etməsinlər”. 

Nadir Qafarzadə qız atası olmaq istəyir - Open.az
Əməkdar artist, xanəndə Elnarə Abdullayeva: “Mənim toy qiymətində dəyişiklik etmək fikrim yoxdur. Məgər karantindən sonra insanlar varlanacaq ki, biz də qiymətləri qaldıraq?”

Xanəndə Elnarə Abdullayeva kənd həyatına qayıtdı - FOTO
Əməkdar artist Nüşabə Ələsgərli: “Düzünü desəm, toy qiymətlərində bahalaşma barədə heç bir xəbərim yoxdur. Düşünürəm ki, bu barədə yayılan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir. Axı, kim millətin bu çətin anında insafsızlıq edib qiymət qaldırar?”

Afət başdanxarabdır” – Nüşabə Ələsgərli

Müğənni Tacir Şahmalıoğlu: “Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib. Camaatın imkanına görə də hərəkət etmək lazımdır. Mən hər zaman xalqımın, millətimin imkanına görə hərəkət etmişəm. Bəlkə də, bu, məndə Allah vergisidir. Mən insana baxanda kimi bilirəm ki, hansı gücə, imkana malikdir. Əgər bir insanın gücü beş manat verməyə çatırsa, ondan 10 manat istəməyin mənası yoxdur. Bəzi müğənnilər var ki, məndən yüksək qiymətə toya gedirlər, ancaq mənim ayağımın bildiyini onların başı bilmir”. 

54 yaşlı Tacir 3-cü dəfə ata oldu - Bu da körpəsinin FOTOLARI

“Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru getməlidir. Bu gün alınmırsa, sabah alınar deməlidir. Allah da çalışqan insanları sevir. Çalışqan insanlar hər zaman mükafatlandırılır”.

Bu sözləri açıqlamasında müğənni Nadir Qafarzadə səsləndirib. 

İfaçı son zamanlar sosial şəbəkələrdə tənqid və təhqir dolu şərhlər yazan insanlardan da danışıb.

 “Uğursuz insanlar çoxdur. Evdə oturaraq, özünü divandan qaldırmadan əlinə telefonu alıb, başlayır uğurlu insanlara tənqid və təhqir dolu şərhlər yazmağa, çünki paxıldır. Tənbəl insan ola bilər, lakin bir də var tərbiyəsiz insanlar. Bu tərbiyəsiz insanları mən “otxod” adlandırıram, onlar cəmiyyətin artıqlarıdır. Əllərindən söyməkdən başqa bir iş gəlmir. Biz Allahın qanunlarına riayət etmirik. Allah Nadirin taleyinə müğənnilik yazıb. Bu, nə mənim, nə də başqasının seçimidir. Bu, Allahın seçimidir, mənə yazdığı qismətdir. Yaxud da kiminsə bəxtinə nazir olmaq düşüb. Deməli, o da ona layiqdir. Lakin cahil insan bunu düşünmür”. 

Daha sonra o, sosial şəbəkələrdə onu təhqir edən istifadəçilərdən də danışıb.

“Mən hər zaman sözün düzünü demişəm. Belə bir deyim var  “Doğru söz danışanı yüz kənddən qovarlar”.  Dahilər də hər zaman belə olub. Düzdür, mən özümə dahi demirəm, amma onlar da doğru söz dedikləri üçün hər zaman daş - qalaq olunublar.  Lakin insanlar onların ölümündən sonra anlayıblar ki, bu insanlar həqiqət carçısı olublar. Ona görə deyiblər, sağlığında qiymət verin insanlara”. 

“Heç olubmu ki, sizi təhqir edənlərdən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz” sualına isə ifaçı belə cavab verib.

 “Yox, əsla. Mən heç vaxt hansısa adamcığaza görə dövləti, polisi narahat etmərəm. Elə insanlar olub, hər zaman da olacaqlar. Onlar cəmiyyətin boşluğunda olurlar. Mən isə həmişə dolu yerlərdə oluram. Elə insanları polis saxlasa belə, yenə də öz əməllərinə davam edəcəklər. Necə deyərlər, qozbeli qəbir düzəldər. Əvvəllər olub ki, belə 1-2 nəfərə cavab vermişəm. Ancaq indi düşünürəm ki, belələrinə  cavab vermək lüzumsuzdur.  Çünki, mən cavabımla cılız insanları mükafatlandırmış, dəyərləndirmiş oluram. Allaha şükürlər olsun ki, mən taleyimlə barışmışam. 10-12 il əziyyət çəkəndən sonra Allah məni mükafatlandırıb”. 

İfaçı təhqir yazan insanlara cavab verən həmkarlarından da danışıb.

“Elə həmkarlarım var ki, onları təhqir edən o cılız insanlara cavab verirlər. Mən heç kimi qınamıram. Demək ki, bıçaq sümüyə dirənib. Çünki, biz də insanıq. Elə insanlara deyərdim ki, hanı o məmurlar, deputatlar? Bu çətin gününüzdə yanınınızda deyillər. Ancaq təhqir etdiyiniz həmin o müğənnilər qapı-qapı düşüb, sizə yardım paylayırlar. Vallah, inandırım sizi, yenə də  naşükürlük edirlər, başlayırlar müğənniləri söyməyə. Otuz manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz? Biz əslində, heç kimə borclu deyilik. Bizim borcumuz yalnız Allahımızadır. Kimsə kiməsə yardım edirsə, ona təşəkkür etməliyik. Lakin insanlar bunu düşünmür. Heç kim məmurdan, biznesmendən yardım istəmir. Ancaq müğənnilərin adını çəkirlər. Çünki biz insanlarda qorxu var. Elə yəqin o səbəbdəndir ki, bizə “qılınc müsəlmanı” deyirlər. 

Nadir Qafarzadə Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala da münasibət bildirib. 

“Düşünürəm ki, Xalq artisti Afaq Bəşirqızına olan sosial hücum bir təxribatdır. Biz bildiyimiz elə məsələlər var ki,  tamaşaçılar bilmir. Çünki televiziya işçiləri bilir ki, canlı efirlə studiya bağlantısının arasında 5 dəqiqə fərq olur. Əgər o efirdə həqiqətən də söyüş olmuşdusa,  həmin sözlər efirə necə gedib? Mən belə düşünürəm ki, bu ya bilərəkdən baş verib, ya da sifariş olunub. Afaq xanımın sənəti mənim üçün böyükdür. Söyüşə gəldikdə isə hamı söyüş söyür. Adi axmaq sözünü belə işlətməyən yoxdur. Ola bilər ki, həmin anda Afaq xanım əsəbi olub. Unutmayın ki, biz də insanıq. Ancaq yenə də fikrimin üzərində dayanıb deyirəm ki, həmin ifadələr Afaq xanıma aid deyil. 

Bizim cəmiyyətdə belə bir düşüncə var ki, birinin uğurunu, yüksəlişini görəndə onu yıxmaq istəyirik. Axı biz niyə bu dərəcədə bir-birimizə düşmən kəsilməliyik? Afaq xanım dövlətin bütün mükafatlarına layiq görülüb. Xalqın sevimlisidir, incəsənət tarixinə düşəcək aktrisadır. Onun bundan sonra itirəcək bir şeyi yoxdur. Heç kim bilmir ki, onun başına nə gələcək. Əksinə çalışmaq lazımdır ki, yıxılanı ayağa qaldıraq. Təəssüf ki, bəzi insanlar yıxılanın əlindən tutmaqdansa, ayağından aşağı çəkir. Çox təəssüf ki, bəzi insanlar başlarından düşünmək üçün istifadə etmirlər. Bədən üzvü kimi çiyinlərinin üzərində gəzdirirlər”.

Dünyasını dəyişən Nur Yerlitaşın evinə şou-biznes nümayəndələri axın etdilər
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş 64 yaşında dünyasını dəyişib.

64 yaşında vəfat edən modelyerin cənazəsi Nişantaşındakı evindən çıxarılıb.

Bu vaxt Nurun yaxın dostu Sibel Canın tabutun arxasından göz yaşı tökdüyü görüntülənib. İki il əvvəl beyin xərçəngi diaqnozu qoyulan Nur Yerlitaş bu müddətdə iki ciddi əməliyyat keçirib.

O, bu gün günorta saatlarında evdə vəfat edib. Modelyerin yaşadığı evə Türkiyənin məşhur simaları axın ediblər. Nur Yerlitaşla çalışan bir çox tanınmış şəxslər onunla birlikdə çəkilmiş şəkillərini sosial media hesablarında paylaşaraq, yaxınlarına baş sağlığı veriblər. oxu.az

 

Afaq Bəşirqızıyla bağlı QALMAQALIN PƏRDƏARXASI
Əməkdar artist Tahir İmanov son günlər Afaq Bəşirqızı ətrafında yaranmış qalmaqala münasibət bildirib.

 İmanov "Ölkə.Az"-a açıqlamasında yaranmış vəziyyətdən təəssüfləndiyini dilə gətirib:

"Çox təəssüf ki, bizim jurnalistlər yoldan ötən müğənnilərlə Afaq Bəşirqızını səhv saldılar. Unutmaq lazım deyil ki, o, bizim teatr sənətimizin brendlərindən biridir. Guya hansımız söyüş söymürük ki? Nəzərə almaq lazımdır ki, bu söhbət iki nəfər arasında olub və efir vaxtı baş verməyib. Bildiyimə görə sözügedən video verilişdən iki gün sonra sosial şəbəkəyə yüklənilib. Deməli, bu, Afaq xanıma qarşı təxribatdır".

Tahir İmanov jurnalistikanın hazırki vəziyyətindən də danışıb:

"Yadınızdadırsa, mən iki il əvvəl televiziyalarımızın, jurnalistikamızın durumuyla bağlı danışanda demişdim ki, vəziyyət yaxşı deyil. O vaxt televiziyaların nümayəndələri demişdilər ki, Tahir İmanovun çörəyi dizinin üstündədir. Halbuki onlar heç vaxt mənə çörək verməyiblər. Mənə çörəyi dövlətim və Allahım verib. Bu məsələdə də jurnalistlərin böyük səhvi var. Onlar Afaq xanımı hansısa müğənniylə səhv saldılar. Təəssüfləndirici bir məqam da ondan ibarətdir ki, peşəkar jurnalistlərin əksəriyyəti bu məsələdə susur. Çox istərdim ki, susmasınlar. Biz bu gün bir qrup sənət adamı Afaq xanıma dəstək olduq və olmalıyıq". 

Afaq Bəşirqızından sərt sözlər
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan "Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub.

Sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu iddia edilib. 

Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət öncə Teatr Xadimləri İttifaqının 14-cü konfransını yarımçıq tərk etmişdi. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid etmişdi.

Həmin görüntüləri təqdim edirik: /sfera.az

Əməkdar artist Tahir İmanov Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Əməkdar artist "Ölkə.Az"-a açıqlamasında dünən ki, hadisəylə bağlı bunları deyib:
''Təəssüf edirəm ki, təxribat təkcə Afaq xanıma yox, bir çox tanınmış simalara aiddir. Çoxları bilərəkdən bir mövqedə dayanaraq qalmaqal yaradır. İstənilən sözü kontekstdən çıxarıb, mövzunu şişirir və özünün xoşuna gəldiyi formada təqdim edirlər. Məlumdur ki, bununla da qalmaqal yaranır. Eyni vəziyyət bir neçə ay öncə mənim dostum, həmkarım Murad Dadaşovla bağlı da yaranmışdı. Neftlə bağlı olan ifadəsini kontekstdən çıxarıb, düzgün formada təqdim etməmişdilər. Afaq xanım da dəfələrlə qeyd edib ki, siz mənim sözlərimi düzgün təqdim etmirsiniz. Dünəni mövzuya gəlincə, etiraf edim ki, mövzudan xəbərim yoxdur. Xəbərim olmadığı üçün də öncə Afaq xanımla əlaqə saxlayıb, hər şeyi özündən öyrənməliyəm''.

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrlə gündəmə gəlib.

Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb.

Kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Televiziya 16:00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.

Belə ki, canlı yayım zamanı Xalq artisti Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

Yenilik.az həmin anın videosunu təqdim edir:

Xəbər lenti