Qalmaqallı sözləri və yaxın günlərdə də karantin rejimini pozaraq qonaq-qaralı evlilik il dönümü qeyd etməsi ilə gündəmə gələn müğənni Nadir Qafarzadə bu dəfə də izləyicilərini təhqir edib.

"Ölkə.Az"ın məlumatına görə, müğənni instaqram hesabında izləyicilərinə kobud sözlər söyləyib, hətta qarğış da edib:

“Allah sizə heç rəhm etməsin…Bədbəxtsiniz siz! İstəməzdim bu Ramazanda belə danışım. Amma məcbur oldum. Allahın yazıq bəndəcikləri. Allahın yadından çıxmısız siz. Oturun instaqramda onun- bunun qazancını güdün. Kim hara getdi, kim nə qədər qazandı. Oturun ancaq qiybət qırın!”.

Nadirin bu kobud ifadələri işlətdiyi video qısa zamanda sosial şəbəkədə paylaşılıb. Videonu izləyənlər Nadiri dediklərinə görə tənqid ediblər. /konkret.az

Azərbaycanda tanınmış müğənni vəfat etdi
60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Bu barədə “kulis.az”a sənətkarın yaxınları məlumat verib. 60-80-ci illərdə estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin "Bakının qızları" mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.

“İki yüz otuz üç manat təqaüd aldığım üçün 190 manat yardımı ala bimədim. Bundan başqa Əməkdar artist adıma görə 100 manat da mükafat alıram”.

Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində 67 yaşlı Əməkdar artist Ədilə Əflaki deyib. 

Bundan başqa o, mənzil şəraitinin çox pis vəziyyətdə olduğunu da deyib.

“Mənzil şəraitim çox pis vəziyyətdədir. Fiziki qüsurlu oğlumla 16 kvadrat metr sahəsi olan qəzalı mənzildə yaşayıram. Oğlumun 36 yaşı var, müavinət alır. 130 manat əlillik təqaüdü aldığı üçün ona da heç bir sosial yardım vermədilər”,- deyə Ə.Əflaki qeyd edib.

Əməkdaşımızın “Sənət dostlarınız bu günlərdə bir çox insana əl tutdular, yardım etdilər. Onlardan kimsə sizə yardım etdimi?” sualına Ədilə Əflaki belə cavab verib:

“Mən Bakı milyonçusu, dahi şəxsiyyət, xeyriyyəçi Ələkbər bəy Nəzərlinin nəvəsiyəm. Mənim babam o vaxtlar Bakının 60 faizinə yardım edirdi. Onları geyim və qida ilə təmin edirdi. Uzun illər Opera və Balet teatrında çalışıb. Onun adı milli ensiklopediyada və muğam ensiklopediyasında işıqlandırılıb. Mən sənət dostlarımdan heç bir yardım qəbul etmək istəmirəm. Özümü tərifləmək kimi çıxmasın, mən onlardan çox yüksəkdəyəm. O cür dahi bir şəxsiyyətin nəvəsiyəm”. 

Əməkdar artist karantin zamanı ona yardım edənlərdən də söz açıb.

“Bu yaxınlarda millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və teleaparıcı Hacı Nuran Hüseynov mənə baş çəkməyə gəlmişdiər. Sağ olsunlar, mənə yardım gətirmişdilər. Onlar da mənim bu çətin yaşayış şəraitimi gördülər. Qənirə xanım, mənə söz verdi ki, əlindən gələn yardımı, köməkliyi mənə göstərəcək. Mən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ilə müraciət etmişəm. Sağ olsunlar, məktub ünvanına çatan kimi Prezident Administrasiyasından və Mədəniyyət Nazirliyindən zəng etdilər, maraqlandılar. İnşallah, hər şeyin gözəl olacağına inanıram”,- deyə, o, bildirib.

Müsahibəsinin sonunda Əməkdar artist incəsənətdə iz qoyan sənətkarları unutmayanlara da öz minnətdarlığını bildirib.

“Məni unutmadığınız üçün, sizə təşəkkür edirəm. Hazırda çoxlarının yadına düşmürük. Mənim fikrimcə, insan heç vaxt keçmişini unutmamalıdır”,- deyə Ədilə Əflaki fikrini tamamlayıb.

''Mənə çox çətindir''
Müğənni Səidə Dadaşova atası Xalq artisti Rafael Dadaşovdan danışıb.

O, Arb televiziyasında yayımlanan ''Ona qalsa'' verilişinin qonağı olub. İfaçı atasının itkisinin onun üçün çox ağır olduğunu bildirib.

''Mən hələ də atamın ölümünə inana bilmirəm. Mənə elə gəlir ki, sanki o, bizi tərk edib, çox uzaqlarda yaşayır. Ancaq heç bir cavab da yoxdur. Axı, necə inana bilərəm? O, mənim ölməz atamdır. Onsuz mənə həqiqətən də çox çətindir. Mənim yanımda yoldaşım, ailəm olmasına baxmayaraq, yenə də atamın yanımda olmasını, mənə hər zamankı kimi dəstək olmasını istəyərdim'',- deyə, o, bildirib. 

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov 17 martda ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyindən vəfat edib.

“Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla çevirib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil”.

Bu sözləri millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O, həm tanınmış tərcüməçisi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirdiyini, həm də mədəniyyət siyasətində nöqsanların bəzilərini sadaladığını qeyd edib:

“100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib. Ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?”

Millət vəkilinin sözlərinə görə, eyni şey musiqi məktəbləri ilə də bağlıdır. O, Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbinin olduğunu, onun da yerləşdiyi binanın hər an uça biləcəyini qeyd edib:

“Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib-gələ biləcəkdir? Bu qədər mədəniyyət profilli obyektlər tikilir, çətindirmi ki, övladlarımızın normal musiqi təhsil ala biləcəyi məktəblə təmin edək?”.  /BakuPost.az/

Zaur AzTV-yə niyə gedibmiş?
Teleaparıcı Zaur Baxşəliyevin AzTV-də işə başlaması xəbəri yalan çıxıb.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, o, AzTV-də “Çıxışa doğru” verilişinə qonaq qismində dəvət olunub. Aparıcı çəkilişlərdə iştirak etmək üçün kanala gedib. Bu da Baxşəliyevin orada işə başıaması barədə şayiələrin yaranmasına səbəb olub.

Qeyd edək ki,  aparıcı sosial şəbəkədə AzTV-də çəkilən fotosunu yayımlayıb. Baxşəliyev fotoya "Mənə bir AzTV verin" şərhini yazıb. İzləyicilər onun AzTV-yə keçdiyini düşünərək, təbrik ediblər.

"Əziz dostlar, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə diqqətlə baxın. Üzümü sizə tutub demək istəyirəm ki, kimisə təriflmək istəyirsinizsə, bəhanə axtarmayın".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqram səhifəsində yazıb. Müğənni sosial şəbəkədə erməni əsilli dünya ulduzu Kim Kardaşyanın şəklini paylaşıb "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan səhifəni tənqid edib:

"Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair...

Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".

Karantindən sonra toy qiymətləri QALXACAQ?
Karantin dövründə toy və el şənliklərinin ləğv edilməsi, bir sıra sahələr kimi müğənnilərin də "bazar"ını vurub. Lakin bir müddət əvvəl bəzi müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini qaldırdıqları iddia edilib. Ölkədə karantin rejimini bitdikdən sonra yenə toy mövsümü öz çal-çağırı ilə geri dönəcək.

“Ölkə.Az” olaraq istədik öyrənək görək, şou əhlinin toy qiymətlərində yenilik yoxdur ki? Əvvəlcədən onu qeyd edək ki, bir çoxları toy qiymətlərini açıqlamaqdan boyun qaçırıb. 

Müğənni Mətanət Əsədova: “Təki hər zaman toy olsun. Qaldı ki, müğənnilərin toy qiymətinin bahalaşmasına, bu hər kəsin şəxsi işidir, ona hər kəs özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib, bahalaşdıracaq. Öz adıma deyə bilərəm ki, yaxın gələcəkdə belə bir fikrim yoxdur”.

Mətanət Əsədova GİZLİ şəkildə ƏRƏ GETDİ: O, mənim içimdəki qeyrəti ...
Müğənni Manaf Ağayev: “Mən düşünürəm ki, xalqımızın maddi vəziyyətinin yaxşı olmadığı bir zamanda, heç bir müğənni qiymət qaldırmaz. Əksinə, toy qiymətlərində endirim olacaq. Onsuz da indi kimin ağlına nə gəlirsə, onu da danışır. Mən öz adımdan əminliklə deyə bilərəm ki, mənim toy qiymətini qaldırmaq fikrim yoxdur. Təki xalqımız toy etsin. Qiymət qaldırmaq sonranın işidir”.

Manaf Ağayev polisə çağırıldı, üzr istədi
Xalq artisti, xanəndə Mələkxanım Əyyubova: “Biz hazırda toy qiymətlərində dəyişiklik edəcək halda deyilik. Dua edirik ki, tezliklə, Allahın köməkliyi ilə koronavirus bəlası bitsin və təki hər zaman toy olsun”. 

Uşaqlarıma dayaq olmaq istəmədim” - Mələkxanım Əyyubova
Müğənni Nadir Qafarzadə: “Mən öz adımdan deyə bilərəm ki, toy qiymətlərində dəyişiklik etmək fikrində deyiləm. Karantində insanlar maddi sıxıntı çəkdiyi üçün maddi vəziyyətlərində çətinlik yaranıb. Qiymətləri qaldırmaq həmin insanlara qarşı haqsızlıq olardı. Belə bir deyim var “Çox istəyən azdan da olar”. Əgər qiymət qaldırmaq istəyən müğənnilər olacaqsa, onlara demək istəyərdim ki, camaatın dar günündən istifadə etməsinlər”. 

Nadir Qafarzadə qız atası olmaq istəyir - Open.az
Əməkdar artist, xanəndə Elnarə Abdullayeva: “Mənim toy qiymətində dəyişiklik etmək fikrim yoxdur. Məgər karantindən sonra insanlar varlanacaq ki, biz də qiymətləri qaldıraq?”

Xanəndə Elnarə Abdullayeva kənd həyatına qayıtdı - FOTO
Əməkdar artist Nüşabə Ələsgərli: “Düzünü desəm, toy qiymətlərində bahalaşma barədə heç bir xəbərim yoxdur. Düşünürəm ki, bu barədə yayılan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir. Axı, kim millətin bu çətin anında insafsızlıq edib qiymət qaldırar?”

Afət başdanxarabdır” – Nüşabə Ələsgərli

Müğənni Tacir Şahmalıoğlu: “Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib. Camaatın imkanına görə də hərəkət etmək lazımdır. Mən hər zaman xalqımın, millətimin imkanına görə hərəkət etmişəm. Bəlkə də, bu, məndə Allah vergisidir. Mən insana baxanda kimi bilirəm ki, hansı gücə, imkana malikdir. Əgər bir insanın gücü beş manat verməyə çatırsa, ondan 10 manat istəməyin mənası yoxdur. Bəzi müğənnilər var ki, məndən yüksək qiymətə toya gedirlər, ancaq mənim ayağımın bildiyini onların başı bilmir”. 

54 yaşlı Tacir 3-cü dəfə ata oldu - Bu da körpəsinin FOTOLARI

“Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru getməlidir. Bu gün alınmırsa, sabah alınar deməlidir. Allah da çalışqan insanları sevir. Çalışqan insanlar hər zaman mükafatlandırılır”.

Bu sözləri açıqlamasında müğənni Nadir Qafarzadə səsləndirib. 

İfaçı son zamanlar sosial şəbəkələrdə tənqid və təhqir dolu şərhlər yazan insanlardan da danışıb.

 “Uğursuz insanlar çoxdur. Evdə oturaraq, özünü divandan qaldırmadan əlinə telefonu alıb, başlayır uğurlu insanlara tənqid və təhqir dolu şərhlər yazmağa, çünki paxıldır. Tənbəl insan ola bilər, lakin bir də var tərbiyəsiz insanlar. Bu tərbiyəsiz insanları mən “otxod” adlandırıram, onlar cəmiyyətin artıqlarıdır. Əllərindən söyməkdən başqa bir iş gəlmir. Biz Allahın qanunlarına riayət etmirik. Allah Nadirin taleyinə müğənnilik yazıb. Bu, nə mənim, nə də başqasının seçimidir. Bu, Allahın seçimidir, mənə yazdığı qismətdir. Yaxud da kiminsə bəxtinə nazir olmaq düşüb. Deməli, o da ona layiqdir. Lakin cahil insan bunu düşünmür”. 

Daha sonra o, sosial şəbəkələrdə onu təhqir edən istifadəçilərdən də danışıb.

“Mən hər zaman sözün düzünü demişəm. Belə bir deyim var  “Doğru söz danışanı yüz kənddən qovarlar”.  Dahilər də hər zaman belə olub. Düzdür, mən özümə dahi demirəm, amma onlar da doğru söz dedikləri üçün hər zaman daş - qalaq olunublar.  Lakin insanlar onların ölümündən sonra anlayıblar ki, bu insanlar həqiqət carçısı olublar. Ona görə deyiblər, sağlığında qiymət verin insanlara”. 

“Heç olubmu ki, sizi təhqir edənlərdən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz” sualına isə ifaçı belə cavab verib.

 “Yox, əsla. Mən heç vaxt hansısa adamcığaza görə dövləti, polisi narahat etmərəm. Elə insanlar olub, hər zaman da olacaqlar. Onlar cəmiyyətin boşluğunda olurlar. Mən isə həmişə dolu yerlərdə oluram. Elə insanları polis saxlasa belə, yenə də öz əməllərinə davam edəcəklər. Necə deyərlər, qozbeli qəbir düzəldər. Əvvəllər olub ki, belə 1-2 nəfərə cavab vermişəm. Ancaq indi düşünürəm ki, belələrinə  cavab vermək lüzumsuzdur.  Çünki, mən cavabımla cılız insanları mükafatlandırmış, dəyərləndirmiş oluram. Allaha şükürlər olsun ki, mən taleyimlə barışmışam. 10-12 il əziyyət çəkəndən sonra Allah məni mükafatlandırıb”. 

İfaçı təhqir yazan insanlara cavab verən həmkarlarından da danışıb.

“Elə həmkarlarım var ki, onları təhqir edən o cılız insanlara cavab verirlər. Mən heç kimi qınamıram. Demək ki, bıçaq sümüyə dirənib. Çünki, biz də insanıq. Elə insanlara deyərdim ki, hanı o məmurlar, deputatlar? Bu çətin gününüzdə yanınınızda deyillər. Ancaq təhqir etdiyiniz həmin o müğənnilər qapı-qapı düşüb, sizə yardım paylayırlar. Vallah, inandırım sizi, yenə də  naşükürlük edirlər, başlayırlar müğənniləri söyməyə. Otuz manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz? Biz əslində, heç kimə borclu deyilik. Bizim borcumuz yalnız Allahımızadır. Kimsə kiməsə yardım edirsə, ona təşəkkür etməliyik. Lakin insanlar bunu düşünmür. Heç kim məmurdan, biznesmendən yardım istəmir. Ancaq müğənnilərin adını çəkirlər. Çünki biz insanlarda qorxu var. Elə yəqin o səbəbdəndir ki, bizə “qılınc müsəlmanı” deyirlər. 

Nadir Qafarzadə Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala da münasibət bildirib. 

“Düşünürəm ki, Xalq artisti Afaq Bəşirqızına olan sosial hücum bir təxribatdır. Biz bildiyimiz elə məsələlər var ki,  tamaşaçılar bilmir. Çünki televiziya işçiləri bilir ki, canlı efirlə studiya bağlantısının arasında 5 dəqiqə fərq olur. Əgər o efirdə həqiqətən də söyüş olmuşdusa,  həmin sözlər efirə necə gedib? Mən belə düşünürəm ki, bu ya bilərəkdən baş verib, ya da sifariş olunub. Afaq xanımın sənəti mənim üçün böyükdür. Söyüşə gəldikdə isə hamı söyüş söyür. Adi axmaq sözünü belə işlətməyən yoxdur. Ola bilər ki, həmin anda Afaq xanım əsəbi olub. Unutmayın ki, biz də insanıq. Ancaq yenə də fikrimin üzərində dayanıb deyirəm ki, həmin ifadələr Afaq xanıma aid deyil. 

Bizim cəmiyyətdə belə bir düşüncə var ki, birinin uğurunu, yüksəlişini görəndə onu yıxmaq istəyirik. Axı biz niyə bu dərəcədə bir-birimizə düşmən kəsilməliyik? Afaq xanım dövlətin bütün mükafatlarına layiq görülüb. Xalqın sevimlisidir, incəsənət tarixinə düşəcək aktrisadır. Onun bundan sonra itirəcək bir şeyi yoxdur. Heç kim bilmir ki, onun başına nə gələcək. Əksinə çalışmaq lazımdır ki, yıxılanı ayağa qaldıraq. Təəssüf ki, bəzi insanlar yıxılanın əlindən tutmaqdansa, ayağından aşağı çəkir. Çox təəssüf ki, bəzi insanlar başlarından düşünmək üçün istifadə etmirlər. Bədən üzvü kimi çiyinlərinin üzərində gəzdirirlər”.

Dünyasını dəyişən Nur Yerlitaşın evinə şou-biznes nümayəndələri axın etdilər
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş 64 yaşında dünyasını dəyişib.

64 yaşında vəfat edən modelyerin cənazəsi Nişantaşındakı evindən çıxarılıb.

Bu vaxt Nurun yaxın dostu Sibel Canın tabutun arxasından göz yaşı tökdüyü görüntülənib. İki il əvvəl beyin xərçəngi diaqnozu qoyulan Nur Yerlitaş bu müddətdə iki ciddi əməliyyat keçirib.

O, bu gün günorta saatlarında evdə vəfat edib. Modelyerin yaşadığı evə Türkiyənin məşhur simaları axın ediblər. Nur Yerlitaşla çalışan bir çox tanınmış şəxslər onunla birlikdə çəkilmiş şəkillərini sosial media hesablarında paylaşaraq, yaxınlarına baş sağlığı veriblər. oxu.az

 

Xəbər lenti