Afaq Bəşirqızıyla bağlı QALMAQALIN PƏRDƏARXASI
Əməkdar artist Tahir İmanov son günlər Afaq Bəşirqızı ətrafında yaranmış qalmaqala münasibət bildirib.

 İmanov "Ölkə.Az"-a açıqlamasında yaranmış vəziyyətdən təəssüfləndiyini dilə gətirib:

"Çox təəssüf ki, bizim jurnalistlər yoldan ötən müğənnilərlə Afaq Bəşirqızını səhv saldılar. Unutmaq lazım deyil ki, o, bizim teatr sənətimizin brendlərindən biridir. Guya hansımız söyüş söymürük ki? Nəzərə almaq lazımdır ki, bu söhbət iki nəfər arasında olub və efir vaxtı baş verməyib. Bildiyimə görə sözügedən video verilişdən iki gün sonra sosial şəbəkəyə yüklənilib. Deməli, bu, Afaq xanıma qarşı təxribatdır".

Tahir İmanov jurnalistikanın hazırki vəziyyətindən də danışıb:

"Yadınızdadırsa, mən iki il əvvəl televiziyalarımızın, jurnalistikamızın durumuyla bağlı danışanda demişdim ki, vəziyyət yaxşı deyil. O vaxt televiziyaların nümayəndələri demişdilər ki, Tahir İmanovun çörəyi dizinin üstündədir. Halbuki onlar heç vaxt mənə çörək verməyiblər. Mənə çörəyi dövlətim və Allahım verib. Bu məsələdə də jurnalistlərin böyük səhvi var. Onlar Afaq xanımı hansısa müğənniylə səhv saldılar. Təəssüfləndirici bir məqam da ondan ibarətdir ki, peşəkar jurnalistlərin əksəriyyəti bu məsələdə susur. Çox istərdim ki, susmasınlar. Biz bu gün bir qrup sənət adamı Afaq xanıma dəstək olduq və olmalıyıq". 

Afaq Bəşirqızından sərt sözlər
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan "Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub.

Sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu iddia edilib. 

Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət öncə Teatr Xadimləri İttifaqının 14-cü konfransını yarımçıq tərk etmişdi. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid etmişdi.

Həmin görüntüləri təqdim edirik: /sfera.az

Əməkdar artist Tahir İmanov Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Əməkdar artist "Ölkə.Az"-a açıqlamasında dünən ki, hadisəylə bağlı bunları deyib:
''Təəssüf edirəm ki, təxribat təkcə Afaq xanıma yox, bir çox tanınmış simalara aiddir. Çoxları bilərəkdən bir mövqedə dayanaraq qalmaqal yaradır. İstənilən sözü kontekstdən çıxarıb, mövzunu şişirir və özünün xoşuna gəldiyi formada təqdim edirlər. Məlumdur ki, bununla da qalmaqal yaranır. Eyni vəziyyət bir neçə ay öncə mənim dostum, həmkarım Murad Dadaşovla bağlı da yaranmışdı. Neftlə bağlı olan ifadəsini kontekstdən çıxarıb, düzgün formada təqdim etməmişdilər. Afaq xanım da dəfələrlə qeyd edib ki, siz mənim sözlərimi düzgün təqdim etmirsiniz. Dünəni mövzuya gəlincə, etiraf edim ki, mövzudan xəbərim yoxdur. Xəbərim olmadığı üçün də öncə Afaq xanımla əlaqə saxlayıb, hər şeyi özündən öyrənməliyəm''.

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrlə gündəmə gəlib.

Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb.

Kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Televiziya 16:00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.

Belə ki, canlı yayım zamanı Xalq artisti Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

Yenilik.az həmin anın videosunu təqdim edir:

“Karantində başa düşdüm ki, bir də ərə gedəcəm”
“Eurovision” müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov İTV-də yayımlanan “Gəl, qonaq ol” layihəsinədə onlayn qonaq olublar.

Axşam.az xəbər verir ki, aparıcı Saleh Bağırov N.Camala “Karantin günlərində özündə nəyi kəşf etdin” deyə, sual ünvanlayıb. Bu zaman müğənni verdiyi cavabla hər kəsi güldürüb.

“Karantin rejimində başa düşdüm ki, bir də ərə gedəcəm. Ona görə ki, bütün günü evdəyəm. Yemək bişirirəm, yığışdırıram, yuyuram. Evdar xanım olmuşam. Bu, daha maraqlıdır. Eldar nə vaxt elçi göndərsə, ondan sonra tarixi deyərəm. Beşinci mərtəbədən səkkizinci mərtəbəyə gəlin köçəcəm” deyə, sənətçi bildirib.

Qeyd edək ki, N.Camalın evliliyindən iki qızı var. O, illər öncə həyat yoldaşından boşanıb.

“Tək yaşayıram. Karantin rejimi tətbiq ediləndən sonra evimdə çalışan köməkçim gələ bilməyib. Elə o gündən başlayaraq, evin bütün işləri ilə özüm məşğul oluram. Fikirləşdim ki, kimdən artığam? (gülür) Yemək bişirdim, təmizlik işlərini gördüm. Bundan çox böyük həzz aldım.

Eyvanımda çoxlu güllərim var. Onları suladım, torpağını yenilədim. Bir sözlə, onlara da zaman ayırdım. Artıq izlədiyim filmlərin də məzmunu mənim üçün dəyişdi. Karantin rejimində yalnız müsbət əhval bəxş edən filmlərə baxmağa başlamışam”.

Bunu məşhur teleaparıcı Nərgiz Cəlilova Əməkdar artist Bəhram Bağırzadənin “Instagram” hesabında açdığı canlı yayımın qonağı olarkən dilə gətirib.

N.Cəlilova karantinin insanları aqressivləşdirdiyini söyləyib, onları xoşniyyətli olmağa səsləyib:

“Əvvəlcə hamının əhval-ruhiyyəsi sanki nədənsə gözümə bədbin göründü. Get-gedə insanlar evdə qalmaqla darıxmağa başladılar. Hərəkət olmadığından aqressivlik başladı. Söz atmaq, həqarət, ittiham etmək kimi məsələlərlə üz-üzə qaldıq. Hər dəqiqə müxtəlif çağırışlar edirik ki, “evdə qal”, “güc birlikdədir”, “bərabər olaq”, “virusa savaş açaq”, “virusa qalib gələk”.

Bəs necə oldu bizim birliyimiz? Bu sual qarşısında qaldım. Bir tərəfdən də insanları başa düşməyə çalışdım. Bir daha insanları xoşniyyətli olmağa səsləyirəm. Yalnız bununla bir-birimizə söz çatdıra bilərik. Xüsusən bu ağır və çətin dövrdə”.

Müsahibənin sonunda isə teleaparıcı koronavirus pandemiyasının bir oyun olduğunu iddia edib:

“Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur.

Karantin bitəndən, həyat öz axarına düşəndən sonra bunun fəsadı nə olacaq, nəticəsi nə olacaq, düşünürəm ki, biz hələ bilmirik. İstəyirəm ki, bütün bunlar bir yuxu kimi həyatımızdan keçsin. Yəqin ki, bunların nə üçün olduğunun tüstüsü çıxacaq”.  /Oxu.Az/

Azərbaycana yardım gətirən Rəqsanə ilə səfirlik işçisi əlbəyaxa oldu – ŞOK VİDEO
Müğənni Rəqsanə İsmayılova və əri hücuma məruz qalıb.

Azərbaycanla Rusiya sərhədinə gələn müğənni yardımı vermək istəyərkən hücuma məruz qalıb.

Müğənninin sözlərinə görə, özünü səfirlik əməkdaşı kimi təqdim edən şəxs onların da yardımda adının çəkilməsini tələb edib. Müğənni yardıma onların pul vermədiyini bildirib və adlarını çəkməyəcəyini deyib.

Bundan sonra həmin şəxs yardımın paylanmasına mane olub.

Ərzaiyə polis çağırıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Səfirlik işçisi deyilən şəxs müğənninin həyat yoldaşına hədə-qorxu gəlib. “Səninlə sonra görüşəcəm” deyib.

Hadisənin anbaan videosunu təqdim edirik:



/oxu24.com/Müğənni Rəqsanə İsmayılova və əri hücuma məruz qalıb.

Azərbaycanla Rusiya sərhədinə gələn müğənni yardımı vermək istəyərkən hücuma məruz qalıb.

Müğənninin sözlərinə görə, özünü səfirlik əməkdaşı kimi təqdim edən şəxs onların da yardımda adının çəkilməsini tələb edib. Müğənni yardıma onların pul vermədiyini bildirib və adlarını çəkməyəcəyini deyib.

Bundan sonra həmin şəxs yardımın paylanmasına mane olub.

Ərzaiyə polis çağırıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Səfirlik işçisi deyilən şəxs müğənninin həyat yoldaşına hədə-qorxu gəlib. “Səninlə sonra görüşəcəm” deyib.

Hadisənin anbaan videosunu təqdim edirik:

/oxu24.com/

Köməyə gedən Kamil Zeynallının başına iş gəldi
Son zamanlar imnaknsız, kimsəsiz ailələrə yardım edən Kamil Zeynallının başına iş gəlib.

Növbəti kimsəsiz insanlara yardım etmək üçün əraziyə gələn Kamil qadın tərəfindən hücuma məruz qalıb. Kamil bu barədə “İnstagram” səhifəsində video yayımlayıb.

K.Zeynallı ona kömək etmək istədiyini bildirsədə qadın qışqıraraq onları qovmaq istəyib. Buna baxmayaraq idmançı, onlara yardımlarını davam etdirməyə qərar verib.

Vasif Məhərrəmli izləyicisini belə təhqir etdi
Əməkdar artist Vasif Məhərrəmli ehtiyacı olan insanlara yardım məqsədilə ərzaqlar alıb.

Sənətçi ərzaq qutularının üstünə ''Əməkdar artist Vasif Məhərrəmli'' sözlərini yazdırıb. Bu isə izləyicilərin onu tənqid etməsinə səbəb olub. ''Əməkdar artisti yazmasaydınız, tam olmazdı'' deyə, rəy yazan izləyici gözləmədiyi reaksiya ilə qarşılaşıb. Vasif Məhərrəmli ona söyüşlə cavab verib. Həmçinin, yardımla bağlı video çəkdirən müğənnin rolikdə Qazaxdakı villasını nümayiş etdirməsi də sosial şəbəkə istifadəçilərinə xoş getməyib. Onlar ifaçıya ''Yardım etmək evlərini, maşınlarını reklam etməyin təzə yoludur'' kimi şərhlər yazıblar.

Son günlər karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardım etməyi ilə gündəmləri zəbt edən idmançı Kamil Zeynallı ötən gün instaqramda canlı yayımda olub.

Kamil canlı yayımda qızı haqqında danışıb:

"Qıza qurban olaram. Yüz oğlum olsa, qızımın atılan dırnağı olmaz. Qızım gəlin köçəndə mən də onunla gedəcəm. Kürəkənim qızımı incitsə, onun nəslini ağladaram. Qız tamam başqa şeydir. Biz hamımız istəyirik ki, qızım ya həkim, ya da vəkil olsun". big.az

Xəbər lenti