![]() |
|
"Məşhurlar" komandasında çıxdığı oyunlarda ən çox xal toplayan Pərviz Abdullayev SMS yarışında uduzub.
Komanda yoldaşlarının konseydə adını yazdığı Pərviz, sonradan adları çəkilən türkiyəli aktyorlar Ersin Korkut və Mert Ocaldan daha az səs toplayaraq, yarışmanı tərk edib.
Bu barədə “Milliyet” xəbər yayıb.
Ölkədə karantin rejiminin tətbiq olunması ilə əlaqədar evdə həyat yoldaşı Başak Dizerlə qalan aktyor özünü pis hiss edib. Bu səbəbdən xəstəxanaya gedən aktyor həkim nəzarətinə götürülüb.
Aktyorun koronavirusa yoluxduğu ehtimal edilir.
Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.
Yol-xeber.az APA-ya istinadən məlumatına görə, yaşadığı məhəllədə Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, evinə göndərilib.
Qeyd edək ki, A. Quliyevin 70 yaşı var.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.
Baku.ws xəbər verir ki, layihənin rəhbəri Acun ailəli və uşaqları olduğu üçün yalnız "Məşhurlar" komandasında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə evinə zəng edib vəziyyətlərini öyrənmək şansı verib.
Ailəsinə zəng edən Pərviz oğlu Yusifin səsini eşidərkən qəhərlənib. Xanımının "Hamımız yaxşıyıq, narahat olma. Uşaqlar da ancaq sənə baxırlar, ötən videoları da təkrar izləyirlər" sözləri isə Pərvizi daha da duyğulandırıb.
Sözügedən kadrları təqdim edirik:
İfaçı müğənnilərin heç bir ittifaqı olmadığından şikayət edib.
“Aktyorların qildiyası, bəstəkarların, yazıçıların ittifaqı var. Biz də isə heç nə yoxdur, yiyəsizik. Müğənnilərin də belə bir ittifaqı və ya birliyi olsa idi çox yaxşı olardı ”,- deyə o, qeyd edib.
O, Xalq artistilə birgə çəkilən fotosunu “İnstagram” səhifəsində yayımlayıb. Müğənni paylaşımını “Atalar heç zaman ölmür” şeiri ilə şərh edib.
Qeyd edək ki, 74 yaşlı Xalq artisti Rafael Dadaşov dünən, uzun sürən xəstəlikdən vəfat edib.
Daxili İşlər Nazirliyi yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni videoçarx yayıb. Avtosfer.az xəbər verir ki, videoçarxda diqqətsiz sürücülərdən və piyadalardan bəhs edilir. Tanınmış aktyor Tahir İmanovun çəkildiyi bu çarxda bir daha sürücülərə və piyadalara tövsiyyə edilir ki, yol hərəkəti qaydalarına əməl etsinlər.
Yollarda diqqətli və məsuliyyətli olun ki, arzularınız yarımçıq qalmasın...
Lent.az xəbər verir ki, şou-biznesin daha 3 tanınmış siması bu qadağaya tuş gəlib.
Bunlar Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimovdur.
Axsam.az xəbər verir ki, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.
ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:
“Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə, verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək”.
N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.
S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.
Qeyd edək ki, “Ona qalsa” verilişi mövsümün ortasında “Üç əlli” proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.