![]() |
|
"Bu sözləri "Kult.az"a Xalq artisti Afaq Bəşirqızı Feysbukda adına açılan saxta profil və oradan edilən paylaşımlar barədə danışarkən deyib.
A.Bəşirqızı bildirib ki, saxta səhifənin açılmasından xəbərsizdir:
“Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm. Hansısa deputatlığa namizədlə bağlı paylaşım da etməmişəm və heç vaxt belə şeylərə qatılmıram, bu kimi şeylərdə iştirak etmirəm. Səhifəni kim açıb, daha sonra kim silib, məlumatsızam”.
Xalq artisti bildirib ki, iki ilə yaxındır açdığı şəxsi səhifəsindən başqa sosial şəbəkədə heç bir səhifəsi yoxdur:
“Mənim Feysbuk şəxsi və rəsmi səhifəm “Afaq Bəşirqızı”dır. İki ilə yaxındır ki, o səhifəni açmışam və ondan başqa səhifəm yoxdur. Şəxsi səhifəmdə heç vaxt hansısa deputatla bağlı paylaşım etməmişəm, məlumat paylaşmamışam. O səhifə mənə aid olduğu üçün paylaşımlar da mənə aiddir. Ümumiyyətlə, hansısa deputata vəkillik etmək, onu tərifləmək kimi şeylərdən uzağam”.
A.Bəşirqızı deputatlığa namizədlərdən ona dəstək olmaq üçün müraciət edənlərin olduğunu da bildirib:
“Mənə gələn bu kimi təklifləri hər dəfə rədd etmişəm. Mənə elə gəlir ki, millət vəkili özünü xalqın qarşısında doğrultmalıdır. Millət vəkilliyinə iddialı olan şəxsin kiminsə tərifinə ehtiyacı olmamalıdır. Əgər ehtiyac olsaydı, mən onlarla bağlı nə isə söz deyərdim. Ancaq o adamlar özləri buna ehtiyac duymayıblar, özlərinə və xalqın onlara olan etimadına inanırlar”.
Bəşirqızı əlavə edib ki, növbəti dəfə onun adından bu kimi səhifə açan şəxslərə qarşı daha sərt addım atacaq:
“Mənim adımdan bu kimi saxta səhifə yaradan şəxslərə səslənərək bildirirəm ki, özlərini yığışdırsınlar. Əgər belə bir hal təkrarlansa, mən o adamın tapılması ilə bağlı müvafiq addım atacaq və o şəxsə qarşı olduqca sərt addımlar atacağam”.
Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızının adından saxta profil açılıb. “Qusi.aliyev.545” nikindən açılan Feysbuk səhifəsində Afaq Bəşirqızının adından deputatlığa namizəd Əziz Ələkbərlinin təbliğat videosu paylaşılıb və onu dəstəkləmək üçün çağırış edilib.
Aktyor Səbuhi Xanlarovun yol hərəkəti qaydalarını pozduğu videogörüntü oxuculardan biri tərəfindən qeydə alınaraq redaksiyaqmıza göndərilib. Avtosfer.az xəbər verir ki, aktyor idarə etdiyi 99-TT-586 qeydiyyat nişanlı "Ford" markalı avtomobili ilə yanvarın 22-i Bakı-Sumqayıt yolunda hərəkətdə olarkən telefonu əldə saxlamaqla ondan istifadə edib. O, Beynəlxalq Avtovağzalın yaxınlığındakı 1.11 nişanlanma xəttinin qadağan olunmuş hissəsindən sol zolağa keçərək qaydaları bir daha pozub. Videogörüntüdən aydın şəkildə görünür ki, aktyor yolboyu mobil telefondan istifadə edib.
Müğənni Şəbnəm Tovuzlu idarə etdiyi avtomobillə qayda pozaraq videoya çəkib. Avtosfer.az xəbər verir ki, o, çəkdiyi videonu öz instagram səhifəsində paylaşaraq izləyicilərinə təqdim edib.. Müğənni sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib. Bundan əlavə olaraq müğənni təhlükəsizlik kəmərindən də istifadə etməyib. Müasir avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün müğənni təhlükəsizlik kəmərini oturacağın arxasından keçirərək taxıb.
Biz hər zaman qeyd edirik ki, məşhurluğu olan şəxslər öz hərəkətləri ilə cəmiyyətə nümunə olmalıdır. Çox təəssüf ki, tövsiyələrimizə lazımi olan dərəcədə əməl edilmir.
Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik”. Bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında çəkdiyi videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq əlavə edib: “Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.
Videonun sonunda evinə getməyə çalışan sənətçinin başqa maşına dəydiyi və əzdiyi də aydın görünür.
(axsham.az)
Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb.
“Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir.
DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt ŞPİ-nin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri-qənaətbəxşdir.
Məlumatda qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib
Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
MƏNİM GÜNAHIMI BAĞIŞLA, OĞLUM...
Ümidim, arxam, pənahım oğlum Cavidin 60 yaşına
Ya bir Allah, ya Məhəmməd, ya Əli, Müqəddəslər qulu oldum mən, bəli! Ürəyimdə çox sözüm var, deməli: Sizə çox əziyyət vermişəm, oğlum! Mənim günahımı bağışla, oğlum!
Zəhmətdən yoğurub qala çatmışam, Həmişə xeyirxah addım atmışam, Ömrün yoxuşuna gəlib çatmışam. Bacara bilmirəm yoxuşla, oğlum! Mənim günahımı bağışla, oğlum!
Həmişə göylərə ucalsın başın, Səni əzizləsin bacın, qardaşın, Durur qulluğunda ömür yoldaşın. Ürəyim doludur alqışla, oğlum! Mənim günahımı bağışla, oğlum!
Elin dayağısan, dayağı ol da! Allah sənə qüvvət versin bu yolda. Hörmətin çoxalsın eldə, mahalda. Həyatınız dolsun naxışla, oğlum! Mənim günahımı bağışla, oğlum!
Allah özü üstünüzdə yar olsun, Ətrafında dost-yoldaşın var olsun! İstəmərəm boran olsun, qar olsun, Hər yer təmizlənsin yağışla, oğlum! Mənim günahımı bağışla, oğlum!
Daim ətrafında olsun qohumlar, Səni indikindən çox sevsin onlar, Daim qarşılasın sizi xoş bahar. Səriştən olmasın heç qışla, oğlum! Mənim günahımı bağışla, oğlum!
ƏLDƏN GEDƏR
Dədəyə nəzirə
“Bal da olsa qədərindən bir qaşıq artıq yemə, Tamah səni bəndə salar, hörmətin əldən gedər”. Dədə Şəmşir
Hər işini vaxtında gör, dövran da əldən gedər, Geciksən fürsət keçər, zaman da əldən gedər. İkidilli, çənədən saz natarazdan uzaq ol, Eləsinə elədiyin güman da əldən gedər.
İnandığın bir kimsədə saxtadırsa sədaqət, Onu düzəltmək çətindir, hədər çəkmə əziyyət. Qazandığın xətir-hörmət, dost-tanışa məhəbbət İllər, aylar lazım deyil, bir anda əldən gedər.
Belələri şir görünsə, xislətində tülküdü, Zər-zibadan bəzəkləri elə bilər mülküdü. Aqil atalar söyləyib: “Mal-dövlət əl çirkidi”, Arxa bilib, fəxr etdiyin insan da əldən gedər.
KOL DİBİNDƏ BƏNÖVŞƏ
Çiçəklərin şahı gözəl bənövşə, Hayana yön alıb, hara getmisən?! Bizim eldə yaman boldu çiçəklər, Onlara qarışıb bəlkə itmisən?!
Baş-ayaqlı tamaşasan-tamaşa, Səni tərif ilə çəkəllər başa, Həmişə nərgizlə olmusan qoşa, Yenə bir yerdəsiz, yoxsa təkmisən?!
Niyə uzaqlaşıb görünməyirsən?! Nə səs eləmirsən, nə dinməyirsən. Qəlbimdən bir an da silinməyirsən, Özünü oraya özün əkmisən.
İnan, sənsiz pisləşibdi əhvalım, Ətrini, qoxunu de hardan alım? Fikirləşdim yamacları dolanım, Yəqin gedib kol dibində bitmisən.
Bütün gözəlliklər göylərdən enib, Bu töhfəni sizə Allah göndərib, Meylini Qənbərdən niyə döndərib Qərib-qərib, qəmgin-qəmgin ötmüsən?!
12.02.2018
DAĞLARDA QALDI
Kəlbəcərin Dəmirçidam kəndindən qaçqın düşüb məcburən Bakıda məskunlaşan eloğlum Talıb Əhmədalı oğlu Əmirova məktub
Talıb lələ, arayırsan, çox sağ ol, Əsl ünvanımız dağlarda qaldı. Bir zaman o yerdə gəşt eləyərdik, Adımız-sanımız dağlarda qaldı.
Bir kənd olub Dəmirçidam-Ağdaban, İkiyə bölünüb onlar sonradan. Necə tab eləyib bəs dözsün insan?! Qaçdıq da, canımız dağlarda qaldı.
Qohum-qardaş çoxalmışdı Göyçədə, Bizdən əvvəl qaçqın oldu Göyçə də. Bəziləri dərk etməyir bəlkə də, Sazlı dastanımız dağlarda qaldı.
Əvvəlcədən hazırlardıq çantanı, Bayramda pusardıq qapı-bacanı, Əzizlərdik ağsaqqalı, qocanı, Əhli-ürfanımız dağlarda qaldı.
Mixək, piltan, malaçiçək, bənövşə, Sinələri bəzəyərdi həmişə. Neçə belə güney, neçə düz, meşə - Barlı bostanımız dağlarda qaldı.
Yaz olanda tez qalxardıq yaylağa, Bələd idik hər bələnə, oylağa, Qiblə deyib baş əyərdik bulağa, Din və imanımız dağlarda qaldı.
Söyləyim ki, çox aciz də olmadıq, Dostlar ilə əlaqələr saxladıq, Sədaqətlə əhdi-peyman bağladıq, Əhdi-peymanımız dağlarda qaldı.
Çoxlarımız “mənəm-mənəm” deyirdik, Yerli-yersiz özümüzü öyürdük, Gözəl torpaqları düşmənə verdik, Qeyrət-vicdanımız dağlarda qaldı.
Qənbər sənə açıq desin bu sirri: Həsrət içindədi illərdən bəri. Qərib qoyduq Ələsgəri, Şəmşiri, Şair Qurbanımız dağlarda qaldı.
23.02.2018
DOĞRU
Ömür tükənəndə, can azalanda, İnsan cəhd eləyər məcələ doğru. Ümid, arzulamaq canımızdadı, Müdrik yaxa verməz kəc ələ, doğru.
Qəvi pəhləvanlar açsa meydanı, Alqış sədaları alar hər yanı. Cəsarət zamanı, hünər zamanı Ürəklərdə olan güc ələ doğru.
Sözümün mənası budur müxtəsər, Zaman yetişəndə çalışma hədər, Səmimi söyləyir sizlərə Qənbər, Daha yön çevirib əcələ doğru.
20.02.2017
DAĞLARIN
Yönümü çevirim Kəpəzə doğru, Dil tapım, soruşum halın dağların. İl sona yetişib, çatdırır bahar, Görə biləm xoş əhvalın dağların.
Daşağıl, yanında Daşbulaq, Daşyurd, Əgər oğulsansa yadırğa, unut! O yerə getməyə az qalıb umud, Bir gəzəydim ayaqyalın dağları.
Hərdənbir Üzənə - get Bəzirgana, Bu yurd Koroğludan qalıb nişana, Dünya dəyişilsə, gəlsə zamana, Səcdəylə qəlbini alın dağların.
İstəmirəm sadalayam birbəbir, Deyib-danışmaqla qurtaran deyil. Sinələr çəmənli, çoxalıbdı gül, Tutubdu yamacın, yalın dağların.
Mart, 2017
ÇİÇƏKLƏR
Sözgəlişi deyil, düzü belədir, Bizim tərəflərdə boldu çiçəklər. Dərəndə incimir, qoxu bəxş edir, Dil biləndi, əhli-haldı çiçəklər.
Dağda yun qəlibdən alaçıq qurduq, Boz otdan komlayıb, sonra oturduq. Girib-çıxmaq üçün qapı da qoyduq, Qapıdan içəri doldu çiçəklər.
“Unutma məni” adlı çiçək də var, Sinələr üstündə səni qarşılar. Dərib bir-birinə verər cavanlar, Beləcə yadigar qaldı çiçəklər.
Kolların dibində bitər bənövşə, Nərgiz koma-koma yayılar döşə. Burada gəzməyi eyləyən peşə Gözəl buxağında xaldı, çiçəklər.
Mart, 2017
DAĞI
İlk dəfə bu yerə ayaq basanlar Övladına deyib: - Gəl, becər, dağı! Həmişə firavan, abad olubdur, Heç vədə tutmayıb dərd-əcər, dağı.
Yox olsun ölkəyə nifaq salanlar, Ağzı köpüklənib, daşıb-dolanlar! Qızıl axtaranlar, var axtaranlar Qazıb, eyləyibdi eybəcər, dağı.
Koroğlu oynadıb öz Qıratını, Öyrədib igidlik söz baratını. Nəbi rəddi ilə sürüb atını, Gəzib dolaşıbdı çox Həcər, dağı.
Diyarları, ölkələri gəzmişəm, Gözəlliyi ipə-sapa düzmüşəm, Daha ovsanmışam, əlim üzmüşəm, Sinəmdən silinməz Kəlbəcər dağı.
07.03.2017
ŞƏMŞİRİN OCAĞINDAYAM
Dostuma məktub
Narahat olmağa dəyərmi, qardaş?! Bilirəm ömrümün nə çağındayam. Dağlardan enmişəm, yoxdu zirvələr, Dünyanın adi bir bucağındayam.
Hər kəsin özünün təmənnası var, Quşların qonmağa öz yuvası var, Şikayət etməyin nə mənası var, Anamız torpağın qucağındayam.
Elələri var ki, məni güdürlər, Bəziləri baxıb qibtə edirlər, Hələ ki nəfəsim gəlir, şükürlər, Qənbərəm, Şəmşirin ocağındayam!
PƏRVƏRDİGAR
Heç bilmirəm ömrüm-günüm Necə keçir, Pərvərdigar! Məni qəmə qərq edənlər Şərbət içir, Pərvərdigar!
Qazanları tabaqsızdı, İş tuturlar, savabsızdı, Kim haqlıdı, kim haqsızdı, Özü seçir Pərvərdigar!
Kədər yenə həddin aşır, Sevdiklərim uzaqlaşır, Artıq zaman yaxınlaşır, Qənbər köçür, Pərvərdigar!
dekabr, 2017
EYLƏYƏR
İnsan, inan bu dünyada Hər işi həyat eyləyər. Bəzən də badalaq vurub, Sonradan heyhat eyləyər.
Usta tutar əməlini, İşlədər şirin dilini, Bir kimsə bilməz sirrini, Gücünü isbat eyləyər.
Ayağından tutub çəkər, Kotan salıb yurdun əkər, Ömrün kərpicini sökər, Olanı bərbad eyləyər.
Bircə anda gedər başın, Ocaqda dəmlənər aşın, Yığılar qohum-qardaşın, Üstündə fəryad eyləyər.
Müğənni Dəniz Dövlət Yol Polisi əməkdaşları haqqında oxuduğu mahnı sosial şəbəkələrdə yayılıb. Müğənni həmin ifanı "Xəzər" televiziyasında yayımlanan verilişlərin birində oxuyub.
Yol-xeber.az həmin görüntünü təqdim edir.
Macarıstanla oyunda aldığımız məğlubiyyət bizim üçün şok oldu. Biz ilk xəbərdarlığı Azərbaycanla oyunda almışdıq.
Axar.az xəbər verir ki, bu sözləri 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş xorvatiyalı ulduz Luka Modriç deyib.
“Biz Azərbaycanla matçda qələbə qazana bildik, lakin bu dəfə alınmadı. Son iki oyunda sərgilədiyimiz performansdan daha yaxşısını nümayiş etdirməliyik. Rəqiblərin müdafiə xəttini yarmaq üçün sürətli oynamalıyıq”, - Modriç bildirib.
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla birgə E qrupunda yer alan Xorvatiya səfərdə Macarıstana 1:2 məğlub olub.
Xorvatiya ilk turda Azərbaycan millisini eyni hesabla məğlub edib.
2018-ci il hər sahədə olduğu kimi, sənətdə də maraqlı hadisələrlə yadda qaldı. Tanınmış sənətçilərimiz istər ölkədə, istərsə də xaricdə konsert proqramları ilə çıxış etdilər.
Kult.az ilin yekunları və növbəti ildə gözləntilərlə bağlı məşhur sənətçilər arasında keçirilən sorğunu təqdim edir:
Xalq artisti Alim Qasımov:
“2018-ci il yaddaşımda çox gözəl xatirələrlə qaldı. Gözəl konsertlər verdik, maraqlı səfərlərimiz oldu. Xalqımıza yeni ildə xoşbəxtlik arzulayıram. 2019-cu il də xeyirli gəlsin. İnşallah, yaxşı layihələr, konsertlər olacaq”.
Xalq artisti Mənsum İbrahimov:
“2018-ci il mənim üçün yaradıcılıq baxımından uğurlu oldu. Azərbaycanın bir çox bölgələrində - Gəncə, Qəbələ, Sumqayıt və Bakıda, oktyabr ayında İtaliyada - İtaliya prezidentinin sarayında, dekabrda isə Ankarada solo konsert verdim.
Cənab prezidentin və Mehriban xanımın iştirakı ilə Ağdamda yeni Muğam Mərkəzi açıldı. İlk bədii solo konsertimizi verdik. Hər baxımdan bizim üçün uğurlu il oldu.
2019-cu ildən təbii ki, daha böyük gözləntilərimiz var. Birinci növbədə, Qarabağımız üçün dönüş ili olacağına ümidliyəm, inanıram. Çox istəyirəm ki, orada tədbirlər keçirək”.
Xalq artisti Gülyaz Məmmədova:
“2018-ci il mənim üçün qarışıq bir il oldu. Yaradıcılıq baxımdan uğurlu keçsə də, itkilərimiz də oldu. Belə ki, atamızı itirdik. Yaxın qohumlarımız, sənət dostlarımız arasında da vəfat edənlər oldu. Buna baxmayaraq, özümüzü yenə də ruhdan salmırıq, həyat davam edir.
Əvvəldən heç nə demək olmur. İnşallah, 2019 hamımız üçün düşərli il olar”.
Əməkdar artist Şölə Səfərəliyeva:
“2018-ci il mənim üçün karyera baxımından çox uğurlu keçdi. Əməkdar artist adına layiq görüldüm. Ondan əvvəl isə səfirliklərin dəstəyi ilə bütün dünyada AXC-nin 100 illiyi haqda tədbirlər keçirildi. Azərbaycanı Pakistanda estrada ifaçısı kimi təmsil etdim.
2019-cu ildə təhsilimi bir pillə də yüksəltmək üçün addım atacağam. Çox istərdim ki, bu il magistraturaya musiqi üzrə istədiyim fakültəyə qəbul olum. Bundan əlavə, “Qaya” dövlət ansamblının solo konsertinə hazırlıq görürük. Ümid edirəm ki, 2019-cu il şəxsi həyatda da düşərli olacaq”.
Türkiyəli məşhur müğənni Fərhad Göçər onu FETÖ üzvü olması ilə bağlı prokurorluğa şikayət edən həmkarı Asım Gökmənə qarşı məhkəmədə iddia qaldırıb.
Kult.az xəbər verir ki, “Sabah” qəzeti F.Göçerin həmkarına qarşı qaldırdığı mənəvi təzminat iddiasını qazandığını yazıb.
Məhkəmədən sonra F.Göçərin FETÖ üzvü olması ilə bağlı 2016-cı ilin 20 oktyabrında polislər tərəfindən saxlanıldığı üzə çıxıb.
Qeyd edək ki, türkiyəli müğənni Asım Gökmən 2016-cı ilin sentyabrın 7-də 155 qaynar xəttinə zəng edərək, həmkarı F.Göçərin FETÖ üzvü olduğunu iddia edib.