Əməkdar artist Röya Ayxan sosial şəbəkədə oğlu Hüseynin və keçmiş həyat yoldaşı Anar Cəlilovun digər nikahdan olan qızının fotosunu paylaşıb.

Ardını oxu...

Mərhum sənətkar Aşıq Vüqar Mahmudoğlunun xatirəsinə həsr olunmuş süjetini təqdim edir:

Ardını oxu...

Xalq artisti Aygün Kazımovanın oxşarı peyda olub.

Ardını oxu...

Erməni yazıçısının mənə həsr etdiyi kitaba görə titullarının əlindən alınmasından xəbərsizəm.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar artist, muğam ustası Elnarə Abdullayeva erməni yazıçısı Lyubik Çibuxçyanın “Elnara” kitabına görə təzyiqlərə məruz qalması barədə danışarkən deyib. Xanəndə bildirib ki, ermənilərin ona hansı münasibət bəsələməsi və haqqında yazdıqları onun üçün maraqlı deyil.

Qeyd edək ki, erməni yazıçısı Lyubik Çibuxçyan muğam ifaçısı Elnarə Abdullayevaya "Elnara" adlı 173 səhifəlik mənzum kitab həsr edib. Çibuxçyan bir neçə il bundan əvvəl “Elnara” kitabı ilə bağlı “BBC Azərbaycan”a müsahibə verib. O, Elnarə xanımı Azərbaycan televiziyasının efirində gördüyünü, səsini çox bəyəndiyini, yazdığı kitabı bir neçə dilə tərcümə edərək ATƏT-in Minsk Qrupu həmsədrlərinə bağışlamaq istədiyini açıqlayıb. Çibuxçyan hətta Elnarənin Feysbuk ünvanına məktub yazdığını, amma cavab ala bilmədiyini deyib.

Sözügedən kitaba görə erməni hakim dairələri L.Çibuxçyanı bütün titullardan məhrum edib, hətta vəzifəsindən uzaqlaşdırıb. O, sabiq prezident S.Sərkisyana 12 şikayət məktubu yazsa da, cavab almayıb. Erməni yazıçı daha sonra Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycandan siyasi sığınacaq almaq istədiyini bildirib.

L.Çibuxçyan dəfələrlə pul mükafatı və müxtəlif medallarla, avtomobil və üçotaqlı mənzillə təltif olunub, Ermənistan incəsənət xadimi adına layiq görülüb.

İsmayıl Tanrıverdinin yaydığı məlumata görə, Elnarə Abdullayevaya həsr etdiyi kitaba görə onun bütün titulları əlindən alınıb.

Ötən gün “O səs Türkiyə” mahnı müsabiqəsində Azərbaycan mahnısı səsləndirilib.

Ardını oxu...

Müğənni Gülay Zeynallıya ağır itki üz verib.

Ardını oxu...

11 il kirayə evdə qalmışam. Xoşbəxtəm ki, hər şeyi zəhmətlə əldə etmişəm. Hər bir gözəl işdə zəhmət dayanır.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Şou ATV" verilişində deyib. "Gren card" qazanan və Amerikaya köçməyə hazırlaşan nağara ifaçısı göz yaşlarını saxlaya bilməyib. O, ailəsi ilə birlikdə ölkədən getdiyini deyib:

"O qədər naxələf insanlar gəldi-getdi həyatımdan. Nə molla, nə dindaram. Azərbaycanlıyam, müsəlmanam. Getmək elədir ki... Bu bir şansdır. İstəyir yüz ədəd "Green Card" udum... Bu, oğlumun arzusu idi. Sənədlərimiz hazırdır. Mayda ailəmlə birlikdə gedirəm.

Amma min Amerika olsa, xalqımı kənara atmaram. Məni bu xalq yetişdirdi. Beş manatı görüb qaçan, çörəyi dizində olan deyiləm. Ümidlə istəyimiz orada nağara məktəbi açmaqdır. Oğlumu getməzdən əvvəl evləndirmək istəyirəm, amma razılaşmır".

Qeyd edək ki, Natiq Şirinov təkcə Azərbaycanda deyil, dünyada da kifayət qədər tanınır.

Xalq artisti Murad Dadaşov sonuncu “Maşın” şoudakı avtomobilin aqibətindən danışıb.

Ardını oxu...

Türkiyəli məşhur müğənni Əbru Gündəş Bakıya gəlir.

Ardını oxu...

Şou-biznes nümayəndələri hər zaman evləri, bahalı avtomobilləri ilə gündəmə gəlir.

Ardını oxu...

Xəbər lenti