![]() |
|
"Avropa və ABŞ Ukrayna döyüşçülərini silahla təmin etsə də, Rusiya üzərində qələbə imkanı qazana bilmir. Qələbənin əldə edilməsi üçün Qərb Ukrayna ordusuna Rusiyanın istənilən hərbi hədəfinə qarşı Qərb silahlarından istifadə etməyə icazə verməlidir. Ancaq bu zaman qələbə haqqında danışmaq olar".
Bu barədə “The Hill” yazır.
ABŞ ordusunun veteranı Adrian Bonenberqer nəşrə yazdığı məqaləsində qeyd edib ki, ABŞ və Avropa Ukrayna ordusuna Rusiyanın istənilən obyektini məhv etmək barədə razılıq verməlidir.
"Bu baş verərsə, rus ordusu o zaman tab gətirə bilməyəcək", - o vurğulayıb.
Amerikalı veteran həmçinin hesab edir ki, Rusiya ərazisinə zərbələr sayəsində ukraynalılar, nəhayət, düşmənin artıq qüvvələri cəmlədiyi yerdə üstünlük əldə edə biləcəklər.
"Bu, Rusiyanı qeyri-mümkün seçim qarşısında qoyacaq və nəticə etibarilə qələbəyə gətirib çıxaracaq”, - Bonenberqer qeyd edib.
İtaliyada parlamentin Nümayəndələr Palatasında iqtidar və müxalifət deputatları arasında baş verən davada deputat xəstəxanalıq olub.
İtaliya mətbuatı xəbər verir ki, Nümayəndələr Palatasınında Giorgia Meloninin başçılıq etdiyi sağçı koalisiya hökumətinin regional hökumətlərə daha çox muxtariyyət verilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı müzakirələr ciddi narazılığa səbəb olub və sonda isə davaya çevrilib.
Qanun layihəsinə etiraz edən müxalifətin təmsilçisi "5 Ulduz Hərəkatı"nın (M5S) deputati Leonardo Donno qanun layihəsinin memarı olan Liqa Partiyasından olan Regional İşlər Naziri Roberto Kalderolinin yanına gəlib və İtaliya bayrağını açaraq boynundan asmaq istəməsi, ciddi əks reaksiya ilə nəticələnib.
Donnonun bu addımına əsəbiləşən hakim partiyanın deputatları da səhnəyə çıxaraq ona qarşı fizki güc tətbiq etməyə və yumuruqlamağa başlayıblar. Sosial şəbəkələrdə yayılan videolardan göründüyü kimi, Donnonu aldığı yumruq zərbələrindən yerə yıxılıb. O xəstəxnaya yerləşdirilib.
"M5S" lideri Cüzeppe Konte bəyan edib ki, adıçıkilən qanun İtaliyanın parçalanması anlamına gələn muxtariyyət qanununa “yox” deyirlər.
"2018-ci ildən “Dağlıq Qarabağ”la bağlı ən böyük problem ondan ibarətdir ki, 2018-ci ilin aprelində yaranan vəziyyət nəticəsində biz ya güzəştə getməli idik, ya da müharibəyə. Bax biz burada səhvə yol verdik. Biz o zaman güzəştin yollarını axtarmalı idik, amma bacarmadıq".
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Özümə sual verdim: yaxşı, əgər güzəştlərə getsək, o zaman güzəştlər prosesi harada dayanacaq? Bu suala cavab verə bilmədim.
İndi bu suala cavabım varmı? Bəli, var, bu sualın cavabı Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisidir”, - Paşinyan qeyd edib.
Paşinyanın fikrincə, o zaman bunu qəbul edib, gəlib bağlı qapılar arxasında “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibində azərbaycanlılarla ermənilərin birgə idarəetmə muxtariyyəti kimi tanınmalı olmasını desəydi, daha düzgün olardı.
“Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır. Mən bunu deyirəm və başa düşürəm ki, o vaxt belə bir söz deməyə cəsarət etməzdim. Mən özümü buna inandıra bilmədim. Bu mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət xadimi başa düşməli idi ki, bütün bunları öz üzərinə götürmək lazımdır. Və bu gün mən bunu edirəm. Mən öz üzərimə götürməsəm, başqa heç kim etməyəcək”, - Nikol Paşinyan bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında növbəti görüş olacaq.
Bu məsələ Türkiyə xarici işlər naziri Hakan Fidanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı müzakirə olunub.
Putin deyib ki, əlaqələri sürətlə inkişaf edir və yaxın vaxtlarda prezident Ərdoğanla görüşü olacaq: “Ümid edirəm ki, yaxın gələcəkdə, fikrimcə, iyulun 3-4-də beynəlxalq tədbir çərçivəsində Astanada olacağıq və prezident Ərdoğanla görüşmək imkanımız olacaq”.
Qeyd edək ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçiriləcək.
“Gürcüstan və Rusiya rəhbərliyi iki ölkə arasında diplomatik münasibətlərin bərpa edilməsi ilə bağlı fəal işlər görür”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Gürcüstanın müxalif “Mtavari arxi” telekanalı yayıb.
“Əldə etdiyimiz məlumata görə, hakim “Gürcü arzusu” partiyası və Rusiya rəhbərliyi diplomatik münasibətlərin bərpa edilməsi ilə bağlı fəal işlər görür və danışıqlar aparır. Ölkə rəhbərliyi Moskvada Gürcüstan Səfirliyini açmağı planlaşdırır, hətta artıq əməkdaş seçimi də başlayıb”, - deyə telekanal iddia edib.
Qeyd edək ki, Moskva 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdıqdan sonra Gürcüstanla Rusiya arasında münasibətlər kəsilib.
İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkisində mübarizə aparacaq namizədlərin adları bəlli olub. İki gün əvvəl Nəzarət Şurası səlahiyyətləri təsdiq olunmuş namizədlərin siyahısını seçkinin keçirilməsinə bilavasitə cavabdeh olan Daxili İşlər Nazirliyinə göndərib.
Bildirilib ki, prezident seçkisinə namizəd kimi qatılmaq istəyən 80 iddiaçıdan yalnız altı nəfər növbəti mərhələyə buraxılıb.
Süjetdə təsdiq olunmuş namizədlər sırasında seçkinin qalmaqallı və kəskin mübarizə şəraitində baş tutmasına səbəb ola biləcək bir sıra tanınmış siyasətçilərin adlarının yer almadığı xüsusi vurğulanıb.
"Bunlar ilk növbədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, parlamentin sabiq sədri Əli Laricani, keçmiş birinci vitse-prezident İshaq Cahangiri və ali rəhbərin ofisinin təmsilçisi Vəhid Həqqaniyandır. Bu şəxsləri seçki marafonundan kənarda qoymaqla, İran hakimiyyəti prezident postu uğrunda mübarizənin nisbətən sakit məcrada keçməsinə nail olmaq və həmişə olduğu kimi, seçki prosesini öz istəyinə uyğun şəkildə idarə edərək nəzərdə tutduğu namizədin qələbəsini təmin etmək niyyətini ortaya qoyub.
İddialara görə, İranın ali rəhbərinin və "SEPAH"ın (İslam İnqilabı Keşikçiləri Korpusu) qarşıdakı dörd ildə prezident postunda görmək istədiyi şəxs parlamentin hazırkı sədri Məhəmmədbağır Qalibafdır. Beləliklə, Qalibaf prezident olmaqla bağlı 20 illik arzusunun reallaşmasına çox yaxındır.
Amma Nəzarət Şurasının süzgəcindən keçməyən namizədlər də boş dayanmayıblar və məsələyə müxtəlif şəkildə reaksiya veriblər. Məsələn, Əli Laricani bəyanat yayaraq sözügedən qurumdan prezidentliyə namizədliyinin təsdiq olunmamasının səbəblərini açıqlamağı tələb edib. İran siyasətinin özünəməxsus simalarından olan eks-prezident Mahmud Əhmədinejad isə özünün təqribən 25 dəqiqəlik çıxışının videosunu yaymaqla, yaranmış vəziyyətə münasibətini bildirib. Həmin çıxış üç il əvvəlki prezident seçkisi ərəfəsində edilsə də, bugünkü durumla çox səsləşir və orada irəli sürülən fikirlər hazırkı situasiya ilə tam üst-üstə düşür".
Çıxışı zamanı Əhjmədinejad xəbərdarlıq edib ki, hakim təbəqənin əhalinin hüquq və azadlığını getdikcə daha çox məhdudlaşdırması təhlükəli sonluğa gətirib çıxara və ölkənin parçalanması ilə nəticələnə bilər.
Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:
Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış etdi.
Axar.az xəbər verir ki, Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirdi.
“Əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər”, – Simonyan jurnalistin sualına cavab olaraq əlavə etdi.
Ermənistan parlamentinin sədrinin Zəngəzur dəhlizini nəzərdə tutduğu şübhəsizdir, çünki məhz onun “3-cü dövlətin nəzarətinə verilməsi” məsələsi var. 9/10 noyabr 2020-ci il bəyanatına görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yola Rusiya FTX-nin Sərhəd Xidməti nəzarət etməlidir.
A.Simonyan “düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər” sözləri ilə birbaşa bəyanatın bu bəndini və region ölkəsi olan Rusiyanı nəzərdə tutur. Yəni heç bir halda nəzarətin Rusiyaya verilməyəcəyini elan edir.
O, yola nəzarət üçün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində müvafiq qurum yaradıldığını və bu qurumun məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirməklə yanaşı, təhlükəsizliyin təmini üçün "bir təşkilat" müzakirəsinə də açıq olduqlarını qeyd etdi.
Maraqlıdır, Paşinyanın danışan dili olan Simonyan hansı təşkilatı nəzərdə tutur?
Söhbət “Frontex” kimi tanınan təşkilatdan – Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir.
“Frontex” 2004-cü ildə Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarə edilməsi üzrə Avropa Agentliyi kimi yaradılıb və ilk növbədə sərhəd nəzarəti səylərinin əlaqələndirilməsinə cavabdehdir. 2015-ci ildə qurum Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə çevrilib, 6 oktyabr 2016-cı ildə Bolqarıstanın Türkiyə ilə xarici sərhədində rəsmi olaraq fəaliyyətə başlayıb.
Büdcəsi də 2015-ci ildə 143 milyon avro idisə, 2021-ci ildə artıq 543 milyon avroya yüksəlib. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10.000 nəfərə çatdırılması planlaşdırılır.