Fətullah Gülən Türkiyəyə gətirildi? - Bəyanat verildi - FOTOSU

Təhlükəsizlik mənbələri sosial şəbəkələrdə və internet saytlarında FETÖ lideri Fətullah Gülənin Türkiyəyə gətirildiyi xəbərinin həqiqəti əks etdirmədiyini açıqlayıb. Bu arada FETÖ liderinin son görüntüsü üzə çıxıb.

Jurnalist Müyesser Yıldız iyunun 4-də yazdığı köşə yazısında FETÖ lideri Fətullah Gülənin ekstradisiya edildiyini iddia edib.

Müyesser Yıldız yazıb: "Pensilvaniyadakı mülkü boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq durumu günlərdir danışılır və “ ölür, ölür ” deyilir .

Bu gün etibarilə gündəmə gələn son iddia isə odur ki, ABŞ-nin Güləni MİT-ə təhvil verdiyi, təyyarəsinin Türkiyəyə getdiyi və bu məlumatın hələlik gizli saxlanıldığı bildirilir".

Yıldız daha sonra qeyd edib ki, bu iddia doğrudur, yoxsa yox, biz bilə bilmərik". 

Bu iddiadan sonra açıqlama verən təhlükəsizlik mənbələri Gülənin Türkiyəyə gətirildiyi xəbərinin həqiqəti əks etdirmədiyini bildiriblər .

FETÖ səhifələrində paylaşılan görüntüdə Fətullah Gülənin son şəkli yer alıb.

 

 

 

Bir neçə ildir ki, "Google" istifadəçilərin şəxsi məlumatlarını toplayır və hətta uşaqların səslərini də qeydə alır.

Bu barədə “404 Media” saytı “Google”un daxili məlumat bazasına istinadən məlumat yayıb .

Bu məlumat bazasında təqdim olunan məlumatlara əsasən, 2013-2018-ci illər arasında Google əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi ilə bağlı minlərlə hal qeydə alıb. Məsələn, bir hadisə istifadəçilərin xəbəri olmadan istifadəçilərin e-poçtlarının saxlanması ilə bağlı idi.

Bundan əlavə, sənədlərdə "Waze" istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında "YouTube"da tövsiyələrin göstərilməsi, təhsil proqramında "Socratic"də bir milyondan çox istifadəçinin (o cümlədən uşaqlar) e-poçt ünvanlarının məxfiliyinin açılması qeyd olunur.

Google nümayəndəsi "Daily Mail"ə bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini açıqlayıb.

Xatırladaq ki, dörd il əvvəl ABŞ-da "Google"un ana şirkəti Alphabet Inc"ə qarşı iddia qaldırılmışdı. Korporasiya hətta icazələr söndürüldükdə belə, müxtəlif proqramların istifadəçilərinə casusluq etməkdə ittiham edilib. Məlumatların toplanması hətta internet brauzeri inkoqnito rejimində istifadə edildikdə də həyata keçirilirdi.(Publika.az )

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu şəxsi hüquqlarını pozduğu üçün sabiq müdafiə naziri, hazırda isə parlamentin Milli Müdafiə Komissiyasının sədri, millət vəkili Hulusi Akara 100 min lirə mənəvi təzminat ödəməyə məhkum edilib.

Qərar Ankara Məhkəməsində keçirilən prosesdə qəbul edilib.

Kılıçdaroğlunun vəkili onun sözlərinin ifadə azadlığı çərçivəsində olduğunu və təhqir sayılmadığını bəyan edib.

Lakin hakim İbrahim Enes Çelik bununla razılaşmayıb.

Qeyd edək ki, siyasətçinin müvafiq çıxışı 10 yanvar 2023-cü ildə Türkiyə Böyük Millət Məclisində baş tutub.(oxu.az)

Türkiyədə hərbi təyyarə qəzaya uğradı, pilotlar öldü

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi Kayseridə qəzaya uğrayıb.

 Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan SF-260D tipli təlim təyyarəsi Kocasinan rayonunun Həsənarpa rayonu yaxınlığında naməlum səbəbdən qəzaya uğrayıb.

Qəza nəticəsində iki hərbi pilot şəhid olub.

 

 

 

Alman silahları Ukraynada eskalasiyaya səbəb olmayacaq - Şolts

Almaniya silahlarının Rusiya Federasiyasına qarşı istifadəsi eskalasiya təhlükəsi yaradacağına inanmır.

Bunu Almaniya kansleri Olaf Şolts deyib.

O hesab edir ki, əksinə, bu silahlar Ukraynanın Rusiyadakı hədəfləri Qərb silahları ilə vurmaq hüququ Kiyevə yalnız böyük şəhərlərini qorumağa imkan verəcək.

Əlavə edib ki, Ukraynaya Almaniyadan gətirilən silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsinə yeni imkanlar yaranacaq.

Moskva və Pekin arasında fikir ayrılığı - Kreml çətin vəziyyətdə

Moskvanın "Sibirin gücü-2" qaz kəməri layihəsi ilə bağlı ümidləri boşa çıxdı. Çin daha ucuz və Moskvanın gözlədiyindən daha az qaz istəyir. İki ölkə arasında yaranmış fikir ayrılığı səbəbindən də “Sibirin gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar dalana dirənib.

Bu barədə “Financial Times” (FT) yazır.

Bildirilir ki, Çin Rusiyadan alacağı qazın qiymətini və tədarük həcmini aşağı salmaqda israrlıdır.

Nəşrin yazdığına görə, Çin dövlətin subsidiyaları sayəsində müəyyən səviyyədə saxlansa da, “Sibirin gücü-2” vasitəsilə verilən qazın haqqını Rusiyada daxili yanacaq qiymətlərinə yaxın qiymətə ödəmək niyyətindədir. Bundan əlavə, Pekin qaz kəmərinin tutumunun tədarük etmək üçün nəzərdə tutulduğu yanacağın həcminin yalnız kiçik bir hissəsini almaq istəyir.

Bu fikir ayrılığının nəticəsi olaraq "Qazprom"un Direktorlar Şurasının sədri Aleksey Millerin 2024-cü ilin mayında Rusiya prezidenti Vladimir Putini Çinə səfərində müşayiət etməyib.

Boru kəməri sazişi Putinin Çin lideri Si Cinpinlə görüşündə müzakirə etdiyi üç əsas mövzudan biri olub.

"FT" onu da qeyd edib ki, Pekinin “Sibirin gücü-2” ilə bağlı sərt mövqeyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Putini iqtisadi dəstək üçün Çindən getdikcə daha çox asılı vəziyyətə salıb.

Nəşr onu da yazıb ki, Rusiya yanacağının ixracı üçün alternativ marşrutların olmaması səbəbindən "Qazprom" Pekinin şərtlərini qəbul etməli olacaq.

Bayden: Bu, Azərbaycan üçün unikal imkan yaradır

Bakı Enerji Həftəsinə ev sahibliyi Azərbaycanın enerji landşaftında oynadığı rolu vurğulayır.

APA xəbər verir ki, bu, ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində oxunan məktubunda əksini tapıb.

Co Bayden qeyd edib ki, Bakı noyabrda COP29-a ev sahibliyinə hazırlaşır:

“Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək dəyərləndirən ABŞ Prezidenti bildirib ki, sülh və əmin-amanlığa böyük önəm verirlər.

Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Hakan Fidan

Bugünkü qlobal geosiyasi proseslər fonunda Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü ilə paralel olaraq, Türkiyədən başlayaraq, Qafqaz, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya dövlətlərindən keçərək Çinə çatacaq Xəzərin Şərq-Qərb Keçid Orta Dəhlizi Təşəbbüsünün (Orta Dəhliz) əhəmiyyəti getdikcə artmaqdadır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Pekində bəyan edib.

Nazirin sözlərinə görə, Orta Dəhlizin Avropa ilə Asiya arasında 2 min kilometr qısa yol əlaqəsini təmin etdiyini və dəniz yolunu 15 gün qısaldır.

"Bu baxımdan Xəzərin Şərq-Qərb Keçid Orta Dəhlizi Təşəbbüsü ilə Çinin “Bir Kəmər və Bir Yol Təşəbbüsü” təbii harmoniya təşkil edir", - o qeyd edib.

Fidan əlavə edib ki, Orta Dəhliz Avropa və Afrika ilə yanaşı Qara dəniz və Aralıq dənizi hövzələrinə də fasiləsiz və daha sürətli nəqliyyat hərəkətini təmin edir.

“Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı müharibənin Qırmızı dənizə təsir etdiyi və geosiyasi risklərin artdığı bu dövrdə Orta Dəhliz layihəsi daha ciddi əhəmiyyət kəsb edir”, - o deyib.

Hakan Fidan Orta Dəhlizi uğurlu regional inteqrasiya üçün Avrasiyanın iqtisadi güc mərkəzlərini birləşdirə biləcək layihə adlandırıb.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığa diqqət çəkərək “TDT vasitəsilə biz regional əlaqəni gücləndirmək, iqtisadi inteqrasiyanı sürətləndirmək və cəmiyyətlərimizdə siyasi, iqtisadi və sosial standartları yüksəltmək üçün çalışırıq”, söyləyib.

"Türkiyənin geostrateji mövqeyi ilə Avropadan Yaxın Şərqə, Şimali Afrikaya və Orta Asiyaya qədər uzanan geniş ticarət əlaqələrimiz 5 milyard əhaliyə və 28 trilyon dollar dəyərində bazara 4 saatlıq uçuşla asan çıxışı təmin edir", - o qeyd edib.

Zöhrabyanın çıxışında Rusiya izi... - Açıqlama xoruzun quyruğunu göstərirƏslində biz Nikol Paşinyana qarşı mübarizə aparmırıq.
Bu sözləri Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan bugünkü aksiyada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Nikol oyuncaqdır, biz burda Türkiyəyə, Azərbaycana, onun arxasında duran Qərbə qarşı vuruşuruq.
Zöhrabyan “danışıqlar prosesində” Rusiyanın olmasını istədiklərini bildirib.

Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Zöhrabyan həqiqətləri dilə gətirib:

“Bu bir daha Rusiyanın Ermənistanda baş verən etirazların arxasında durmadığı ilə bağlı səsləndirdiyi fikirlərin özünü aldatmaqdan ibarət olduğunu göstərir. O, Azərbaycan-Ermənistan sülh prosesində Rusiyanın iştirakını tələb etməklə əsas hədəflərini göstərib. Əslində bu fikirlər Rusiyanın istəyidir. Rusiya sülh prosesində olmadığını anlayır və məsələlərin ikitərəfli müstəvidə həll olunduğunu görür. Ona görə də Ermənistandakı etirazlara sərhədlərin delimitasiya və demarkasiyası üçün son şans kimi baxır. Rusiyanın proseslərdə iştirak etməməsi regionda təsir imkanlarının olmaması deməkdir. Sözügedən açıqlama xoruzun quyruğunu göstərir. Yəni proseslərin əsas ideya vericisi Rusiyadır fikrini ortaya qoyur. Kilsə hərəkatının arxasında revanşist qüvvələr dayanır. Kilsənin arxasında revanşist qüvvələrin dayandığı ifşa olunduğuna görə xalq etiraz dalğasına qoşulmadı. Hüquqi müstəvidə Nikol Paşinyan hökümətinə heç bir təsir imkanları mövcud deyil. Artıq müxalifət toqquşmalar və qan tökmələrə yönəlik addımlar atmaq istəyir. Bununla cəmiyyətdə vətəndaş qarşıdurması fonunda insanları prosesə cəlb etmək niyyətindədirlər”.
Baqrat bu gün HƏLLEDİCİ döyüşə çıxır? - ÖZÜ DEYİB...

“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bazar ertəsi səhər saatlarında tərəfdarlarını Müqəddəs Xaç kilsəsinin həyətinə toplaşmağa və İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb.

Axar.az xəbər verir ki, o, bu barədə mitinqdə çıxışında deyib.

“Sabah (bu gün -dia-az.info) səhər saat 10:00-da biz Müqəddəs Xaç kilsəsində toplanacağıq və İstintaq Komitəsinə hərəkət edəcəyik. Ya bütün suallarımıza yerindəcə cavab veriləcək, ya da biz hərəkətlərimizdə sərbəst olacağıq”, - deyə o bildirib.

Xəbər lenti