![]() |
|
Danimarkanın baş naziri Mette Frederiksen paytaxt Kopenhagendə bir nəfərin hücumuna məruz qalıb.
Xarici KİV xəbər verir ki, Kultorvet meydanında baş verən hadisədən sonra hadisəni törədən şəxs həbs edilib.
Baş nazirin ofisi Frederiksenin hücumdan sonra şoka düşdüyünü bildirib.
Polis Frederiksenin xəsarət alıb-almaması barədə hər hansı bir məlumat verməyib.
Siyasi strateq Mixail Şeytelman deyib ki, Kreml lideri Vladimir Putini sui-qəsdçilər öldürə bilər, lakin bu, yəqin ki, açıq edam olmayacaq. Çox güman ki, Putin Rusiya siyasət tarixində tez-tez baş verdiyi kimi, müəmmalı şəraitdə sadəcə yoxa çıxacaq və ya öləcək.
Lent.az xarici mediaya istinadən bildirir ki, ekspertin sözlərinə görə, Rusiya prezidenti kütləvi tədbirlərdə gülləkeçirməz jilet geyinməyə başlayıb. Ancaq bu, onu sui-qəsd cəhdindən xilas etməyəcək, şübhəsiz ki, sui-qəsdçi peyda olacaq və kütlənin arasında sadəcə atəş açmaqdan daha maraqlı və etibarlı bir üsul tapacaq.
Şeytelman həmçinin vurğulayıb ki, “səhv bir şey” etmiş bütün rusiyalı siyasətçilər ən çox qəza və ya intihar kimi təqdim olunan qəribə şəraitdə ölüblər. Çox güman ki, Putin də oxşar aqibətlə üzləşəcək.
Onun fikrincə, Putin sadəcə olaraq yoxa çıxa bilər və onun yoxa çıxmasının səbəbləri ilə bağlı bir çox versiyalar icad edilə bilər. Bəlkə də onun cəsədi, məsələn, Moskva çayının dibində tapılacaq və ya betonla divara vurulacaq.
Putinin aradan götürülməsi üçün sui-qəsdçilərin təşkil edəcəyi başqa bir seçim müəmmalı şəraitdə həbsdən sonra qəfil ölüm olardı.
Sərhəddə yalnız erməni sərhədçilərin dayanması Azərbaycanın tələbi ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Benyamin Matevosyan Rusiya sərhədçilərinin Zəngəzurun Nerkin Hand kəndi yaxınlığındakı zonadan və 44 gün müharibədən sonra yerləşdikləri digər ərazilərdən çıxarılmasını şərh edərkən deyib.
Matevosyan əmindir ki, Ermənistan və Azərbaycan arasında iki respublikanın sərhədində üçüncü ölkə sərhədçilərinin olmaması barədə razılıq var.
Politoloqun fikrincə, belə bir razılaşmanın şərtlərinə görə, məntiqlidir ki, KTMT qoşunları da burada nə sülhməramlı, nə də tamhüquqlu ordu korpusu kimi yerləşə bilər. Bu isə Ermənistanın hazırkı hakimiyyətinin geosiyasi vektorun tam transformasiyasını nəzərdə tutan siyasətinə tam uyğun gəlir.
O, delimitasiya və demarkasiyanın Tavuşdan başlamasını da təsadüfi saymayıb və iddia edib ki, orda rus sərhədçilərin möhkəmləndirilmiş postları vardı.
Buna baxmayaraq, politoloq delimitasiya və demarkasiyanın davam etməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, əgər digər ərazilərdə də 1976-cı il xəritəsi əsas götürülsə, bu, uğurlu olacaq, əks halda isə Ermənistan ciddi güzəştə məcbur olacaq.
Matevosyan xatırladıb ki, danışıqlarda vasitəçi də yoxdur, birbaşa aparılır, bu isə Ermənistanı daha çox güzəştə vadar edir.
ABŞ Rusiyanın yaxın həftələrdə Karib dənizində hava və dəniz təlimlərinə başlayacağını gözləyir.
"Bunu adı açıqlanmayan ABŞ rəsmisi deyib.
Təlimdə Rusiyanın hərbi gəmiləri və uzaqmənzilli bombardmançı təyyarələri iştirak edəcək. Bu, Rusiyanın 2019-cu ildən bəri Karib dənizində keçirdiyi ilk hava və dəniz manevrləri olacaq.
Birləşmiş Ştatlar bunları Amerikanın Ukraynaya dəstəyinə və Amerikanın NATO müttəfiqləri ilə təlimlərini gücləndirməsinə cavab kimi şərh edir.
ABŞ səsmisi bildirib ki, Rusiya təlimləri ABŞ üçün birbaşa təhlükə kimi görünmür.
Rusiya gəmilərinin Kubada və ola bilsin ki, Venesuelada liman səfərləri edəcəyi gözlənilir.(publika.az)
Heç bir tərəf Ermənistan Respublikasına sərhəd delimitasiyası tətbiq etməyib, lakin təbii ki, qeyd etmək lazımdır ki, bəli, Azərbaycan bu 4 məşhur kəndin qaytarılmasında israr edib.
Bunu Ermənistan Baş Naziri Aparatının “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi”nin direktoru Qor Tsarukyan deyib.
Azərbaycanın hətta müharibə ilə hədələməsi ilə bağlı açıqlamaya gəlincə, Qor Tsarukyan bu cür bəyanatların ictimaiyyət tərəfindən səsləndirilməsini təsdiqləyib.
“Azərbaycan heç bir delimitasiya olmadan, heç bir sərhəd göstərmədən kəndlərin qaytarılmasını sadəcə olaraq israrla təkid edirdi. Kəndləri qaytarın, vəssalam", - o qeyd edib.
Sərhədlərin delimitasiyası prosesi ilə bağlı tənqidlərə toxunan Tsarukyan bildirib ki, sərhədlərin delimitasiyası üçün hüquqi baza beynəlxalq hüquqi müqavilə çərçivəsidir, beləliklə, dövlət sərhədləri beynəlxalq səviyyədə tanınsın.
"Bu proses sərhədin çəkilməsi, sərhədin tənzimlənməsi, ərazinin dəyişdirilməsi prosesi deyil, Sovet İttifaqının mövcud sərhədlərinin bərpası prosesidir", - o bildirib.
ABŞ administrasiyası Ukrayna rəhbərliyini səfərbərlik yaşını 18 yaşa endirməyə, sonra isə Volodimir Zelenskidən qurtulmağa məcbur edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Düşünürəm ki, ABŞ administrasiyası Ukraynanın hazırkı rəhbərliyini bu qərarları qəbul etməyə, səfərbərlik yaşını 18 yaşa endirməyə, sonra isə sadəcə olaraq Zelenskidən yaxa qurtarmağa məcbur edəcək”, - Putin bildirib.
O əlavə edib ki, ABŞ təxminən bir ildən sonra Zelenskidən qurtulacaq.
"Qərb Ukrayna müharibəsində özünü xilas edəcəyi düşüncəsində yanılır. Moskva geri çəkilmək niyyətində deyil. ABŞ və Avropa tərəfindən eskalasiyanın daha da artacağı təqdirdə o, həddindən artıq tədbirlər görəcək. Lakin Qərbdə hələ də buna inanmırlar".
Bunun rusiyalı ekspert Sergey Karaqanov deyib.
Onun sözlərinə görə, artıq proseslər dünya müharibəsinə doğru sürükləyir. "Ona görə də seçimlər etməlidir və bunu etməsək, özümüzü və dünyanın qalan hissəsini məğlubiyyət astanasına qoyacağıq”, - ekspert deyib.
Ekspert əlavə edib ki, bu prosesdə Rusiyanın geri çəkiləcəyini düşünmək belə yanlışdır: "Rusiya nəinki ən kiçik bir geri çəkilmə istəmir, əksinə, Ukraynada müharibədən əvvəl elan etdiyi strateji təhlükəsizlik maraqlarını qorumaq olduğunu təkrarlayır".
Avropa xalqlarının böyük əksəriyyətinin Rusiya ilə müharibədə qətiyyən maraqlı olmadığını qeyd edən ekspert bildirib ki, Moskva da bunu yaxşı anlayır. "Putinin dediyi kimi, Ukrayna müharibəsi tərəflər üçün ölüm-dirim savaşıdır və bu məsələdə sonadək - bu ya hərbi və ya diplomatik yolla həllini tapmalıdır".
Sergey Karaqanov hesab edir ki, Qərbdən daha da eskalasiya olacağı təqdirdə Rusiya NATO (Amerika) Polşa, Almaniya və ya Rumıniyadakı bazalarına zərbələr endirməli olacaq.
O qeyd edib ki, Qərbdən buna cavab olarsa, Rusiya o zaman nüvə silahına üstünlük verməli olacaq.
Karaqanov onu da bildirib ki, artıq burada kimin haqlı, kimin haqsız olmasının əhəmiyyəti yoxdur: "İistisnasız olaraq hamı bunda günahkardır. Dünya üçün bu son dərəcə təhlükəli silahlı münaqişəni əvvəldən aid olduğu diplomatiya məkanına köçürmək istəyən və edə bilən soyuqqanlı və rasional rəhbərlərin vaxtı çatıb. Bu olmasa, dünyanı ciddi fəlakət gözləyir".
Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr endirilməsi onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O qeyd edib ki, Moskva buna reaksiya verəcək.
Putin ölkəsinin nüvə doktrinasına istinad edərək vurğulayıb ki, Rusiya Federasiyası təhdidlər baş verəcəyi təqdirdə, əlində olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edir.
Rusiya lideri əlavə edib ki, ölkəsi öz uzaqmənzilli silahlarını dünyanın regionlarına çatdıra bilər, haradan ki, Ukraynaya silah verən ölkələrə həssas zərbələr endiriləcək.
İsrail Qəzzadan sonra daha bir ölkəyə hücum planlaşdırır. İsrail ordusunun növbəti hədəfi Livan olacaq. Artıq bununla bağlı orduya hazırlıq göstərişi verilib.
Bu məqsədlə İsrail Baş Qərargah rəisi Herzi Halevi Livan sərhədinə səfər edib və oradan Hizbullah ilə gərginliyə diqqət çəkərək deyib: "Qərar verilməli olan nöqtəyə yaxınlaşırıq, İsrail ordusu hücuma keçməyə hazırdır".
İsrailin Hərbi Nazirlər Kabinetinin Livanın cənubundan Hizbullahın atdığı raketlər nəticəsində son iki gündə baş verən yanğınlardan sonra şimal cəbhəsindəki hadisələri müzakirə etmək üçün toplanacağı bildirilib.
7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə savaşır.
Bu qarşıdurmalarda 325 Hizbullah üzvü, 65 mülki livanlı, 19 Əməl Hərəkatı, 13 HƏMAS, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilir.