![]() |
|
"İsrail Tehranın Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücuma reaksiyasının qarşısını almaq üçün Misirin xarici işlər naziri vasitəsilə İrana mesaj göndərib".
"Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə Qum şəhərində yüksək səviyyəli müəllimlər və xarici rəsmilərin iclasında deyib.
“İsrailin niyyəti yüksək rütbəli İran hərbçilərini öldürmək olsaydı, bunu İranın Suriyadakı konsulluğundan kənarda edə bilərdi. İsrailin məqsədi oktyabrın 7-də məğlubiyyətin əvəzini çıxmaq üçün strateji qələbəyə nail olmaq idi", - o qeyd edib.
Hacızadə bəyan edib ki, “Əsl vəd” əməliyyatı zamanı İranın hərbi potensialının 20%-i işə salınıb.
İranda keçiriləcək prezident seçkisi üçün üç namizəd rəsmən qeydiyyatdan keçib.
"Bu barədə kampaniyanın sözçüsü Möhsün Eslami bildirib.
Bildirilir ki, bunlar İranın sabiq deputatı, İran Demokrat Partiyasının qurucusu Mustafa Kəvakbian, həmçinin 12-ci çağırış Məclisin (parlament) üzvləri Məhəmməd Sabaqian və Abbas Moğtadaidir.
Kavakbian ötən prezident seçkilərində bir neçə dəfə namizəd kimi qeydə alınıb. Dörd işdən üçündə onun namizədliyi Mühafizə Şurası tərəfindən rədd edilib. Digər iki namizəd isə əvvəllər prezidentliyə namizəd olmayıb. İran Parlamentində Sabaqian Yəzd əyalətini, Moğtadai isə İsfahanı təmsil edir.
Xatırladaq ki, bu gündən İranda növbədənkənar prezident seçkisi kampaniyası başlayıb. İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhələsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edirlər. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür. (Oxu.az)
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib.
Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib.
Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün Çin sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. ABŞ-də isə "TikTok"un ümumiyyətlə qadağa edilməsi gündəmdədir.
Almaniya kansleri Şolts Ukraynanın Rusiyaya zərbə endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verilməsi ideyasını dəstəkləyir.
Bu barədə "Politico" yazıb.
Nəşrin yazdığına görə, mayın 28-də Şolts Ukraynadakı münaqişədə Qərb silahlarının çeşidini genişləndirmək üçün heç bir səbəb görmədiyini bildirsə də, mayın 29-da onun sözçüsü Stefan Hebestrayt jurnalistlərə bildirib ki, Ukraynanın müdafiə fəaliyyəti təkcə öz ərazisi ilə məhdudlaşmır, həm də Rusiyanın ərazisinə də keçə bilər.
Şoltsun sözçüsü onu da iddia edib ki, kanslerin Ukrayna ilə Rusiya ərazisinə zərbə endirməməsi ilə bağlı "konsensus" bəyanatı zamanı üçün keçərli idi, lakin indiki vaxta şamil edilməyən "faktların bəyanatı"dır.
"Politico" onu da yazıb ki, ABŞ də təchiz etdiyi silahlardan istifadə etməklə Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağı düşünür.
Nəşr qeyd edib ki, dövlət katibi Antoni Blinken ABŞ-nin bu məsələ ilə bağlı siyasətində mümkün dəyişiklikləri açıqlayıb.
Kolumbiya prezidenti Qustavo Petro BMT-yə çağırış edərək ölkəsinin Qəzzaya qoşun göndərməyə hazır olduğunu bildirib və sülhməramlı qüvvələrin yaradılmasını istəyib.
Kolumbiya prezidenti Petro İsrailin Rəfah şəhərində baş verən qanlı hücumlardan sonra sosial media hesabında paylaşım edib.
BMT-yə müraciət edən Petro bunları qeyd edib: "Qəzza zolağında BMT-nin sülhməramlı qüvvələrin yeridilməsindən başqa alternativ yoxdur. Kolumbiya belə bir qüvvələrin bir hissəsi olacaq".
İsrail qüvvələrinin Rafahdakı köçkün Fələstin vətəndaşlarının düşərgəsinə hücumundan sonra İsraili qınayan Petro onu da əlavə edib ki, Kolumbiya olaraq Qəzzaya əsgər göndərməyə hazırdırlar.
Gün ərzində Petro şəxsi hesabında Fələstini dəstəkləyən çoxlu görüntü və xəbərləri izləyiciləri ilə paylaşıb. Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmi olaraq kəsdiklərini açıqlayıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı prezident İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzası ilə bağlı növbəti açıqlama yayıb.
Baş Qərargah prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı ikinci ilkin araşdırma hesabatını dərc edib.
Hesabatda bildirilir ki, qəzaya uğramış helikopterin texniki xidmət və təmir qeydləri araşdırılıb və bununla bağlı heç bir problem aşkar edilməyib, qəzaya 69 saniyə qalmışa qədər ekipajla əlaqə zamanı hər hansı bir fövqəladə hal və ya əlaqə kəsintisinin olmadığı bildirilib.
Helikopter Təbrizdən ilk uçuş marşrutu olan Ağbənd körpüsünə və "Qızqalası" bəndinə qalxdıqdan sonra hava şəraitinin vizual uçuş şəraitinə uyğun olduğu, lakin əldə edilən sənədlərə, pilot və sərnişinlərin ifadələrinə uyğun olduğu bildirilib.
Sənəddə həmçinin qeyd edilib ki, digər 2 helikopterin pilot və sərnişinlərinin hava şəraitinin qəzaya səbəb ola bilmə detalları daha ətraflı araşdırılmalıdır.
Vurğulanıb ki, helikopterin qalıqları, hissələri üzərində aparılan müayinələr, götürülən nümunələrə görə elektron müdaxilə və təxribata dair heç bir fakt aşkar edilməyib.
Bildirilib ki, qəzanın əsl səbəbi aşkarlanadək araşdırmalar davam etdiriləcək və nəticələr ictimaiyyətlə paylaşılacaq.
Prezident Rəisi mayın 19-da İran-Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub. Qəzada xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 8 məmur həyatını itirib.
Baş Qərargah mayın 24-də dərc olunan qəzanın səbəblərini araşdıran ilk ilkin istintaq hesabatında bildirib ki, helikopterin hissələrində güllə və ya oxşar xarici obyektlərin izləri aşkar edilməyib.
Artıq 11 ölkə Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə verilməsi fikrini dəstəkləyir. Bəs, Kiyevin Rusiya ərazisinə zərbə endirmək üçün hansı Qərb silahları var və bu silahlar nə qədər məsafədəki hədəfləri vura bilər?
Axar.az RT-yə istinadla siyahını və onların çata biləcəyi ərazinin xəritəsini təqdim edir:
- Fransanın HAMMER idarəolunan aviabombaları, eləcə də AGM-88B antiradar raketləri 60 və 80 km məsafəyə malikdir və Rılsk, Suca, Belqorod, Novıy Oskol və Valuyki, eləcə də Rusiyanın bir sıra sərhədyanı digər şəhər və kəndlərini hədəf ala bilər;
- 227 mm-lik ikipilləli GLSDB raketləri, eləcə də ATACMS Blok I əməliyyat-taktiki raketlərinin zərbələri daha böyük dərinliyə (160-165 km) çata bilir. Rusiya ilə sərhəddən 30 km məsafədə atəş mövqeləri yerləşdirilərsə, zərbənin dərinliyi Bryansk, Kursk, Starıy Oskol, Rossoş və Taqanroq şəhərlərini əhatə edə bilər;
- ATACMS Blok IA və QRU raketləri təxminən 300 km uçuş məsafəsinə malikdir və Voronej, Lipetsk və Oryola çata bilir. Həmçinin bu raketlərin əhatə dairəsində Rostov-Don, Taqanroq, Kamensk-Şaxtinski, Şaxtı şəhərləri də var;
- Analoji qanadlı raketlər SKALP-EG və “Storm Shadow” da 300 km məsafəyə malikdir;
- “Tekever AR3” kamikadze dronlarının uçuş məsafəsi 1000 km-ə çata bilər.
Qeyd edilir ki, müasir yerli hava hücumundan müdafiə sistemlərinin əksəriyyəti GLSDB mərmilərinə qarşı durmağa qadirdir, hərçənd kütləvi ATACMS hücumlarını dəf etmək üçün bir neçə S-400, S-300V4 və ya “Buk-M3” batareyalarını nəzərdə tutulmuş uçuş trayektoriyalarına, habelə obyektlərdən 10-30 km məsafəyə yerləşdirmək lazımdır.
Rusiya-Ukrayna müharibəsində prezident Vladimir Putin Çin liderindən Rusiyaya silah tədarük etməyi xahiş edib və Pekin də buna razılıq verib. Lakin ABŞ-nin xəbərdarlığından sonra Pekin planlarını dəyişməli olub.
Bu barədə "Washington Post" yazıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə Rusiyaya yardımın nəticələri barədə xəbərdarlıq edəndə silahlar artıq çatdırılmaya hazır vəziyyətdə olub.
Lakin Baydenin Çin lideri arasında baş tutan telefon danışığından sonra Pekin bu addımından geri çəkilmək məcburiyyətində qalıb.
Ağ Evin saytında yayılan məlumata görə, hər iki ölkə liderinin təxminən iki saat davam edən söhbəti zamanı Bayden Rusiyaya yardım edəcəyi təqdirdə nəticələrin Pekin üçün yaxşı olmayacağını Çin liderinin diqqətinə açıq şəkildə çatdırıb.
Məhz bu danışıqdan sonra Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Pekin “sülhün tərəfdarı və müharibəyə qarşıdır”, “dialoqu və danışıqları davam etdirməyi, mülki itkilərin qarşısının alınmasını, humanitar böhranın qarşısının alınmasını və hərbi əməliyyatların tezliklə dayandırılmasını” prioritet hesab edir.
Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 bomba düşüb.
Axar.az xəbər verir ki, bu barədə ASTRA nəşri məlumat yayıb.
Bildirilib ki, Şebekino şəhərinin Böyük Qorodişe kəndindən 5 km uzaqlıqda 3 FAB-250 aviabombası düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb, təxliyə barədə məlumat verilmir.
Beləliklə, son 3 ayda Rusiya SQ Belqorod və işğal olunmuş ərazilərə səhvən 73 aviabomba atıb.
Onların arasında “ağıllı” bomba sayılan UMPB D-30SN də var.
İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat əməliyyatları nəticəsində partladılması ilə bağlı fərziyyə istisna edilir.
Axar.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının 19 mayda baş verən helikopter qəzası ilə bağlı təhqiqatının ikinci hesabatında deyilir.
“Helikopterin parçaları arasındakı məsafəyə və onların səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya təpənin yamacına dəyməyə bir neçə saniyə qalmış təxribat nəticəsində partlayışın baş verməsi ehtimalı istisna edilir”, - hesabatda vurğulanıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Bundan əvvəl Baş Qərargah qəza ilə bağlı birinci hesabatını yaymışdı.