![]() |
|
Sabahdan etibarən İranda iyunun 28-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlərin irəli sürlümə prosesinə strat veriləcək.
Prezident Rəisinin mayın 19-da helikopter qəzasında ölməsindən sonra konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə prezident vəzifəsini icra edir.
İran konstitusiyasına görə, hazırkı prezidentin vəfat etdiyi halda seçkilər ən geci 50 gün ərzində keçirilməlidir.
Mayın 20-də isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.
Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.
Ona görə də seçkilərdə İranda prezidentliyə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.
İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.
İndiyədək keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, mühafizəkar Səid Celili namizədlik üçün müraciət edəcəklərini açıqlayıblar.
ABŞ-yə məxsus qırıcı təyyarə ölkənin Nyu-Meksiko ştatında Albukerke Beynəlxalq Sunport hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qırıcı təyyarənin pilotu katapult etsə də, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Kirtland Hərbi Hava Qüvvələrinin bazası qəzanı təsdiqləsə də, təyyarənin növü və qəzanın səbəbi kimi təfərrüatlar barədə məlumat verilməyib.
İranda helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin həyat yoldaşı Cəmile Alemulhudanın iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı məlumatlar ölkə mediasında yer almaqdadır.
İran lideri Ayətullah Əli Xameneinin Məşhəd nümayəndəsi və Rəisinin həyat yoldaşının atası Ayətullah Əhməd Alemulhudanın ofisindən verilən açıqlamada Cəmilə Ələmülhudanın prezidentliyə namizəd olması iddiasının qətiyyən doğru olmadığı bildirilib.
Ailənin prezident Rəisinin vəfatına yas tutduqları, seçkilərə qatılmağı və heç bir namizədi dəstəkləməyi planlaşdırmadıqları bildirilib.
Ölkə mətbuatında çıxan bəzi xəbərlərdə Rəisinin akademik həyat yoldaşının iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyi və İranın ilk qadın prezidenti ola biləcəyi iddia edilib.
Fransa Ermənistanla hər əməkdaşlıq sahədə İrəvanın hansı səviyyədə əməkdaşlığa hazır olmasından asılıdır.
Bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, "Daşnaksütun"un təmsilçisi Murad Papazyan deyib.
Onun sözlərinə görə, Ermənistanın reaksiyasından xəbəri yoxdur. "Əgər Ermənistan daha geniş hərbi əməkdaşlıq tələb etsə, o zaman Fransa razılaşacaq, biz də Fransanın razılaşmasına kömək edəcəyik. Biz çalışırıq ki, Ermənistan və Fransa ciddi hərbi əməkdaşlıq qursun.
İndiki məqamda Papazian Fransanın Ermənistana hərbi qüvvə yeritməyə hazır olduğunu görmür. Eyni zamanda, biz çalışmalıyıq ki, Fransa buna razı olsun”, - deyə o vurğulayıb.
İrəvan balanslaşdırılmış xarici siyasət yürütməsinin zəruriliyini qeyd edən Papazyan əlavə edib ki, əgər Ermənistan diqqətini yalnız Qərbə yönəltsə və Rusiyaya qarşı düşmənçilik siyasəti aparsa, o zaman uğur qazana bilməyəcək: "Ermənistan o zaman Qərbin girovuna çevriləcək".
Koronavirusdan sonra bütün bəşəriyyəti narahat edəcək yeni bir virus ortaya çıxıb.
Çində yerləşən "Hebei" Tibb Kollecinin alimləri laboratoriya mühitində "Ebola" virusu hazırlayıblar.
Testlərdə bu virusun 3 gün ərzində ölümcül təsir göstərə biləcəyi müəyyən edilib.
Virusun hamsterlər üzərində sınaqdan keçirildiyi testlərdə onun qısa müddətdə orqan çatışmazlığı kimi ciddi əlamətlərə səbəb olduğu müşahidə edilib.(publika.az)
Ukrayna lideri Volodimir Zelenski müttəfiqlərini Rusiya raketlərini vurmağa çağırıb, lakin Polşa nüvə dövləti ilə döyüşmək niyyətində deyil.
Bu barədə polşalı general Tomas Drevniak Pyotr Zıxoviçə müsahibəsi zamanı danışıb.
"Qılınc yelləmək bizə çox baha başa gələ bilər", - deyə o, qeyd edib.
Publisist Pyotr Zıxoviç isə öz növbəsində əlavə edib ki, Varşava “nüvə gücü ilə döyüşmək niyyətində deyil”.
Almaniya NATO ölkələrinin, o cümlədən Polşanın ərazisindən Ukrayna üzərində Rusiya raketlərini vuracaq koalisiya yaratmaq təklifini irəli sürüb.
Danimarka parlamenti Fələstini dövlət kimi tanıyan qanun layihəsinin əleyhinə səs verib.
“Bu barədə "Reuters" məlumat yayıb.
Sənəd cari ilin fevral ayının sonunda dörd partiyanın nümayəndələri tərəfindən təqdim edilib və apreldə isə müzakirəsinə başlanılıb.
Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lekke Rasmussen qanun layihəsi ilə bağlı bildirib ki, ölkə lazımi şərait olmadığı üçün müstəqil Fələstin dövlətini tanımağa hazır deyil.
Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə “Wikileaks” portalının təsisçisi Culian Assanjı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.
" Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib. O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də britaniyalı hakimlər Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.
Rusiyanın Ryazan şəhərində Azərbaycan dilində elan maraq doğurub.
Yayılan fotoda ödəniş qarşılığında Rusiya Silahlı Qüvvələrində hərbi xidmət təklif olunur.
Elanda qeyd edilib ki, bununla ən azı bir il müddətinə müqavilə bağlandıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığı sadələşdirilmiş şəkildə əldə edilir.
Yüksək əməkhaqqı və müavinətlər barədə məlumat verilən lövhədə məbləğlər də yer alıb:
1 dəfə 195 min rubl (3.705 manat) – 1 il müddətinə müqavilə;
1 anda 200 min rubl (3800 manat) – regional ödəniş;
ayda 204 min rubldan (3,876 manat) – xüsusi hərbi əməliyyat zonası.
Bundan əlavə, elanda bildirilir ki, pulsuz tibbi xidmət, geyim dəstəyi, mənzil və s. kimi bəndlər müqavilə sənədində görünür.
Lövhədə yer alan şərtlərin Rusiya Federasiyası Prezidentinin 06.06.2022-ci il tarixli 355 nömrəli Fərmanına uyğun olaraq, qeyd edildiyi bildirilib.
Fotonu göndərən özbək, tacik və qırğızlar üçün eyni mətndə elan verildiyini söyləyib.(tempinfo.az)
ABŞ və Filippin dəniz piyadaları bir neçə qrup ilə helikopterdə Tayvanın cənub ucundan 100 mil (160 kilometr) uzaqlıqdakı kiçik adalara gəliblər.
"The Wall Street Journal" xəbər verir ki, oradakı ABŞ ordusu Çinlə mümkün münaqişə üçün aktiv hazırlıqlara başlayıb.
Nəşr qeyd edib ki, ABŞ hərbçilərinin Çinə qarşı əməliyyata başlaya biləcəyi ucqar adalarda keçirilən təlimlər bir sıra problemləri üzə çıxarıb. Bu onunla bağlıdır ki, yalnız bəzi adalarda uçuş zolaqları, digərlərində isə yalnız helikopter meydançaları var. Həmçinin, adalarda radar sistemlərinin və raket batareyalarının daşınmasına imkan verən yaxşı yollar çox azdır.
Amma ən böyük problem dəniz piyadalarının adalar arasında səyahət etməsi üçün kiçik gəmilərin olmamasıdır. Helikopterlərlə hərəkət etmək isə çətindir, çünki onlar daha çox görünür və daha az yük daşıya bilirlər.
Komandanlıq həmçinin Çinin təsirli raket arsenalına və bütün forma və ölçülərdə pilotsuz uçuş aparatlarına malik olmasından narahatdır.