![]() |
|
Ermənistanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları yenidən itaətsizlik aksiyası keçirir.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etirazçılar bir neçə dövlətlərarası yolu bağlayıb.
Bununla yanaşı, paytaxt İrəvanda da bir neçə küçə bağlanıb. Hazırda əsas olaraq İrəvan-Aştarak və İrəvan-Armavir yolunun bağlı olduğu bildirilir. Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan da aksiyada iştirak edir. O, avtomobillə Abovyan və Sayat Nova küçəsinin kəsişməsini bağlayıb.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.
***
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, İrəvanda keçirilən aksiyada 67 etirazçı saxlanılıb.
Türkiyənin Mərsin şəhərində zəncirvari yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Bildirilib ki, hadisə Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşınının toqquşması nəticəsində baş verib. Qəzada 10 nəfər ölüb, 39 nəfər isə yaralanıb.
Çindən ABŞ-a daxil olan miqrantlar ABŞ-la daxildə savaşmaq üçün ordu yaradırlar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia ABŞ-ın keçmiş lideri Donald Tramp təərəfindən Nyu-Yorkda, seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.
“Çindən çoxlu insan gəlir. Bu insanların hamısına baxın, fiziki formaları yaxşıdır, yaşları 19-25 arasındadır, demək olar ki, hamısı hərbi yaşda olan kişilərdir. Məncə, ordu yaradırlar. Bizimlə daxildə vuruşmaq istəyirlər. Onlar adi qeyri-leqal miqrantlar kimi deyillər, nəyəsə hazırlaşırlar”, - deyə Tramp bildirib.
“Vaqner”in təsisçisi Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyində generalların həbsində əli ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Tsarqrad” öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, Priqojin Rusiya prezidenti Vladimir Putinlə görüşlərinin birində ona cəbhədəki real vəziyyət barədə məlumat verib.
Jurnalistlərin fikrincə, bir versiyaya görə, Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi məsələsi 2022-ci ilin dekabrından, Priqojinin bir sıra təhqiramiz bəyanatlar verdiyi vaxtdan kəskinləşib. Qeyd olunur ki, PMC-nin təsisçisi situasiyaya diqqət çəkmək üçün təxribatçı üsullardan istifadə edib. Jurnalistlər iddia edirlər ki, bundan sonra o, “Vaqner” komandirləri ilə birlikdə dövlət başçısı ilə görüşə bilib.
Görüş 2023-cü il iyunun 29-da Kremldə baş tutub. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin “Vaqner” rəhbərliyindən 35 nəfəri görüşə dəvət edib və şirkətin cəbhədəki hərəkətlərini qiymətləndirib.
Bununla yanaşı, jurnalistlər iddia edirlər ki, Priqojin təkcə vəziyyətlə bağlı öz versiyasını açıqlamayıb, həm də dövlət başçısına xüsusi hərbi əməliyyat zonasında işlərin real vəziyyəti barədə məlumatların yer aldığı müəyyən qovluğu da verib.
Rusiya Müdafiə Nazirliyində yüksək rütbəli hərbçilərin bir sıra həbsləri aprel ayında müdafiə nazirinin müavini Timur İvanovun həbsi ilə başlayıb. O, xüsusilə böyük miqyasda rüşvət aldığına görə iş yerində saxlanılıb.
Daha sonra, may ayında Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov saxlanılıb. İstintaqın məlumatına görə, o, iş adamlarından onların xeyrinə müəyyən hərəkətlər etdiyinə görə rüşvət alıb.
Kuznetsovun həbsindən sonra iki həftə ərzində Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı İvan Popov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Kommunikasiya İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini Vadim Şamarin da saxlanılıb. Onlar müvafiq olaraq oğurluq və rüşvətxorluqda ittiham olunurlar.
Macarıstanın Baş naziri Viktor Orban Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsddən sonra belə gülləkeçirməz jilet geyinməyəcəyini bildirib.
"Bu barədə o, "Blikk" nəşrinə bildirib.
"Mən heç vaxt geyinməmişəm (güllə keçirməyən jilet) və indi də geyinmirəm", - Orban deyib.
Bundan əvvəl Gürcüstanın baş naziri bildirib ki, Avropa komissarı ona Fikonun taleyin xatırladaraq ölümlə təhdid edib.
ABŞ Ukraynaya təxminən 300 milyon dollar dəyərində hərbi yardım paketi hazırlayır.
"Bu barədə Ukrayna KİV-i "AP News"a istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Ukraynaya sabah ayrıla biləcək 275 milyon dollar məbləğində hərbi yardım paketi hazırlayır.
Qeyd olunub ki, bu, Konqresin ötən ayın sonunda Ukraynaya xarici yardım haqqında qanun layihəsini qəbul etdikdən sonra Ukraynaya hərbi yardımın dördüncü tranşı olacaq.
ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, paketə HIMARS raket sistemləri, həmçinin 155 və 105 mm-lik artilleriya mərmiləri daxildir.
İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın gözlənilmədən ölümü ilə İranla ABŞ arasında gizli danışıqlar pozulub.
"Bu barədə mənbələr “Middle East Eye”a bildiriblər.
Qeyd edilib ki, Omanda keçirilən mühüm danışıqlar bazar günü bir neçə yüksək səviyyəli İran rəsmisinin həyatına son qoyan helikopter qəzasından sonra qəfil dayanıb.
ABŞ Prezidentİ Co Baydenin Yaxın Şərq üzrə baş müşaviri Brett Makqurk və İranın aparıcı müzakirəçisi Əli Bağeri Kəni yanvar ayından bəri ilk danışıqlarda irəliləyiş əldə ediblər.
Regional gərginliyin artması fonunda keçirilən müzakirələrdə bir sıra kritik məsələlər o cümlədən İsrail hökumətinin dəyişdirilməsində qarşılıqlı maraq, İsrailin Qəzzada hərbi əməliyyatlarına son qoyulması və münaqişənin Yaxın Şərqdə daha da yayılmasının qarşısının alınması kimi məsələlər müzakirə edilib. İran rejiminə yaxın analitiklər danışıqların ABŞ və İranın müttəfiqləri arasında potensial atəşkəsə də toxuna biləcəyini irəli sürürlər.
Tehranda qəfil liderlik boşluğunun yaranması və İranın iyunun 28-də prezident seçkiləri keçirməyə hazır olması ilə bağlı yüksək riskli danışıqların gələcəyi qeyri-müəyyən olaraq qalır. ABŞ də noyabrda keçiriləcək prezident seçkilərinə yaxınlaşır və bu diplomatik durğunluğu daha da artırır.
Husilər Aralıq dənizindəki hədəflərə aviazərbələr endirib.
“Bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalı ilə çıxışı zamanı hərəkatın lideri Abdel Malik əl-Husi məlumat verib.
Yəmənin “Ənsarullah” hərəkatının lideri deyib ki, bu həftə həyata keçirilən əməliyyatlardan biri Aralıq dənizi akvatoriyasındakı hədəflərə qarşı olub:
“Bu həftə Qırmızı və Ərəb dənizlərində, Ədən körfəzində və Hind okeanında 15 raket və pilotsuz uçuş aparatından istifadə edilməklə ümumilikdə 8 əməliyyat həyata keçirilib. Bununla hücuma məruz qalmış İsrail, eləcə də onların havadarları amerikalılar və ingilislərlə əlaqəli olan gəmilərin sayı 119-a çatıb”.
İranın mərhum prezidenti İbrahım Rəisi ölkənin ali rəhbəri Əli Xamneyinin iki mümkün varisindən biri idi, lakin altı ay əvvəl Ekspertlər Şurası populyarlığının azalması səbəbindən onu istisna etdi.
Bu barədə “Reuters” yazır.
Qeyd olunur ki, ikinci namizəd Xamneyinin oğlu Müctəbadır ki, onun namizədliyi ali rəhbərin özü tərəfindən dəstəklənmir. Səbəb isə 1979-cu il İslam İnqilabı zamanı monarxiyanın devrildiyi ölkədə irsi idarəçiliyi istəməməsidir.
“Xamneyinin irsi idarəçiliyə qarşı çıxması, Müctəba Xamneyi və İraqın Nəcəf şəhərində yaşayan İslam Respublikasının banisinin nəvəsi Əli Xomeyninin namizədliklərinin aradan qaldırılmasına gətirib çıxaracaq”, - mənbə qeyd edir.
“Rəisinin ölümü hazırda başqa namizədi olmayan isteblişmentə zərbədir”, - başqa bir mənbə vurğulayıb. Sonuncunun fikrincə, Xamneyinin özünün niyyətlərinin dəqiq nədən ibarət olduğu məlum deyil.
Qeyd edilir ki, Ekspertlər Şurası İranda ölkənin Ali Rəhbərini seçən xüsusi dövlət orqanıdır.
Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan İbrahim Rəsinin vida mərasimində iştirak üçün Tehrana gedib.
Axar.az xəbər verir ki, səfər çərşivəsində Paşinyanın İranın Ali Dini rəhbəri Əli Xamenei ilə görüşnü əks etdirən görüntülər müzakirələrə səbəb olub.
Belə ki, Painyan Xamenei ilə ikiəlli görüşsə də, Xamenei ona sol əlini uzadıb.
Onun bu hərəkəti sağ qolunda problemin olduğu iddialarını gündəmə gətirib.