![]() |
|
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter qəzaya uğrayıb. “Mehr” agentliyi İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olduqlarını yazıb.
“Tasnim” agentliyinin məlumatına görə, qəza nəticəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılıb.
Bildirilir ki, proses qəza yerində həyata keçirilir.
***
İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, İranda xilasedicilər helikopter qəzasında həlak olan bütün şəxslərin cəsədlərini aşkar edib.
Onun sözlərinə görə, cəsədlərin axtarışı başa çatıb: “Həlak olanların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib”.
Rəisi İranın siyasi elitasının çox spesifik hissəsinə aid olub və son bir neçə ildə siyasi təbəqədən olan digər şəxslər ona yaxın olan şəxslərin ambisiyalarından narahat olublar.
Bu barədə jurnalist Araş Əzizi "The Atlantic" üçün "İbrahim Rəisinin ölümü kimə xeyir verəcək?" başlıqlı yazısında qeyd edib.
O bildirib ki, İranın şimal-şərqindəki müqəddəs Məşhəd şəhərindən olan Rəisi əvvəllər bu şəhərdəki ziyarətgahın mühafizəçisi olub, bu da özlüyündə iqtisadi imperiyadır.
"Məşhəddə Cümə namazı imamının, sosial mühafizəkar olan qızı ilə evlidir (evli olub). Rəisinin həyat yoldaşı Cəmilə Alamolhoda qeyri-adi ictimai rola malikdir və bu, bəzi mühafizəkarları Xameneinin ölümündən sonra “Məşhəd qruplaşması”nın rejimin zirvəsinə qalxa biləcəyindən narahat edir", - məqalədə deyilir.
Müəllif yazır ki, Rəisinin açıq-aşkar passivliyi, onun zəif prezidentliyini parlament spikeri Məhəmməd Beyker Qalibaf kimi daha köklü mühafizəkarların hesabına öz siyasi statuslarını yüksəltmək üçün bir fürsət kimi görən xüsusilə qızğın sərt xətt tərəfdarları arasında rəqiblərin meydana çıxmasına da kömək etdi.
"Bütün bu səbəblərə görə Rəisinin ölümü İslam Respublikası daxilindəki qruplaşmalar arasında qüvvələr nisbətini dəyişəcək. İran konstitusiyasına görə, onun vitse-prezidenti Məhəmməd Mohber prezident vəzifəsini tutacaq və Mohber, Qalibaf və ədliyyə sisteminin rəhbəri Qulam Hossein Mohseni Eceidən ibarət şura 50 gün ərzində yeni seçkilər təşkil etməli olacaq.
Mən Qalibafa yaxın bir məmurdan qəzanın siyasi nəticələrini soruşduqda o, dərhal cavab verdi: “Doktor Qalibaf yeni prezident olacaq”, - o bildirib.
İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.
"Tasnim" xəbər verir ki, İranın şimal-qərbində qəzaya uğrayan İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter Amerikan istehsalı olan "Bell 212"dir.
"Bell 212" helikopteri 14 nəfər sərinişin daşıya bilən və 190 km/saat sürətə malik idi.
Aviasiya Təhlükəsizliyi Şəbəkəsi İran prezidentinin qəzaya uğrayan helikopterinin Amerika istehsalı "Bell 412" olduğunu təsdiqləyib. İranın birinci şəxsinin 50 il bundan öncə, İran şahı Rza Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır.
"Bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb:
"Güman ki, İran da elə o zamanlar bunu alıb. ABŞ sanksiyaları səbəbindən İran bu helikopterləri, öz daxili resursları hesabına təmir edib istifadəyə yararlı vəziyyətə gətirirmiş".
Ekspert deyir ki, İran prezidentinin əvvəllər daxili səfərlər üçün Rusiya istehsalı olan Mi-171 helokopterindən istifadə etməsi haqqında da xeyli məlumatlar açıqlanıb. Məhz bu səbəbdən əvvəlcə qəzanın bu helikopterlə olması məlumatları yayılmışdı.
"Xatırladıram ki, Azərbaycanın Hərbi Hava Quvvələri də ən müasir "Bell 412" helikopterlərinə malikdir və hərbi paradlarda nümayiş olunub. O zaman Azərbaycan bu helikopterləri alanda düşmənlərimiz xeyli hay-küy salmışdılar. "Bəlkə də, İran prezidenti Azərbaycanın da bu helikopterə sahib olmasını nəzərə alaraq "Mi-171"ə deyil, köhnə model "Bell 412"ə üstünlük verib", - deyə O. Gündüz əlavə edib.
İran hökuməti prezident İbrahim Rəisinin vəfatından sonra təcili iclas keçirəcək.
Bu barədə İRNA agentliyi məlumat yayıb .
Görüşün dəqiq vaxtı barədə məlumat verilmir.
Onu da qeyd edək ki, Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb. Bu barədə birjanın Direktorlar Şurası məlumat yayıb.
Niger Respublikası Prezidentinin Ofisi ölkənin və ABŞ-nin Müdafiə nazirlikləri nümayəndələrinin birgə komissiyası çərçivəsində Amerika qüvvələrinin bu il sentyabrın 15-dək Nigerdən çıxarılması barədə razılığa gəldiklərini açıqlayıb.
Bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, tərəflər 15 sentyabr 2024-cü ildən gec olmayaraq başa çatacaq ABŞ qoşunlarının çıxarılması qaydası barədə razılığa gəliblər.
"Bu hərbi müzakirələr tam şəffaflıq və tərəflərin qarşılıqlı hörməti ilə baş verib", - Niameydə yayımlanan kommünikedə bildirilir.
Bildirilir ki, hər iki tərəf Amerika qüvvələrinin çıxarılması prosesində qorunması və təhlükəsizliyinin təminatlarını təsdiqləyib. ABŞ hərbi təyyarələrinin uçuşları və enişləri də daxil olmaqla Amerika hərbçilərinin hərəkətini asanlaşdıran prosedurlar da razılaşdırılıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirəcək, Amerika qoşunlarının çıxarılması isə Niger və ABŞ-nin inkişaf sahəsində əməkdaşlığına xələl gətirməyəcək.(Report)
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
İran mediası xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib.
Qeyd edək ki, helikopter qəzasında həlak olanların adları açıqlanıb:
1 Prezident İbrahim Rəisi
2 Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi
3 İmam Cümə Təbrizi
4 Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
5 Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti
6 Pilot
7 İkinci pilot,
8 Sərnişin köməkçisi,
9 Mühafizə dəstəsinin rəhbəri
10 Mühafizəçilərdən biri olub.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.
Xəbər verdiyimiz kimi, İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.
"Mehr" agentliyi prezidentin olduğu helikopterin dağlıq ərazidə sərt eniş etməsindən bir saat əvvəl uçuşunun videosunu yayıb.
İran Prezidenti İbrahim Rəisinin mayın 19-da Ermənistana nəzərdə tutulan səfəri baş verən helikopter qəzası ilə bağlı təxirə salınıb.
Bu barədə TASS məlumat verib.
Qeyd edilib ki, mayın 19-da Rəisinin Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirdi.