![]() |
|
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim Rəisinin olduğu helikopterin axtarışına cəlb edilməsi barədə göstəriş verib.
Bu barədə İRİB məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapmayıblar.
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.
Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
***
“Tasnim”in xəbərinə görə, İranın xarici işlər naziri də qəzaya uğrayan helikopterin göyərtəsində olub.
Hazırda xilasedici qruplar hadisə yerinə çatmağa çalışır, əlverişsiz hava şəraiti onlara maneə olur.
Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir halda müxalifətin tələbi ilə istefaya getməyə hazırlaşmır.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim "Mülki Müqavilə" Partiyasından olan deputat Sərkis Xandanyan deyib.
O, həmçinin növbəti parlament seçkilərinin 2026-cı ildə keçiriləcəyini qeyd edib.
Misir Qəzza zolağının sərhədindəki Rəfah keçidinin və onun sonrakı idarəsinin yenidən açılması üçün İsrailin koordinasiyalı fəaliyyət təklifini rədd edib.
Bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
İsrailin təklifi İsrail qoşunlarının çıxarılmasından sonra sərhəd postunun idarə olunması mexanizmini ehtiva edirdi. Lakin Misir israr edir ki, Rəfah keçidinə nəzarət yalnız Fələstin hakimiyyəti tərəfindən həyata keçirilməlidir.
İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) nümayəndələri bu planı mayın 15-də Qahirəyə səfəri zamanı İsrailin Rəfahda hərbi əməliyyatlara başlamasından sonra iki ölkə arasında artan gərginlik fonunda təqdim ediblər.
Hakan Fidana 3 yeni müavin təyin edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə xarici işlər naziri Hakan Fidana yeni müavinlər təyin olunub. Prezidentin sərəncamı "Rəsmi Qəzet"də dərc olunub.
Prezident Ərdoğanın sərəncamı ilə Ayşe Berris Ekinci, Nuh Yılmaz və Burhanəddin Duran xarici işlər nazirinin müavinləri təyin edilib.
ABŞ iki Rusiya vətəndaşı və Moskva ilə Pxenyan arasında hərbi-texniki əməkdaşlıqda iştirak etdiyi iddia edilən üç Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Belə ki, rusiyalılar və departamentin hesab etdiyi kimi, onlarla əlaqəli şirkətlər Rusiya ilə KXDR arasında silah ötürülməsini asanlaşdırdıqlarına görə sanksiya siyahısına daxil edilib.
Polşa Türkiyədən sifariş verdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının hamısını əldə edib.
Bu barədə Şərqi Avropa ölkəsinin müdafiə nazirinin müavini Pavel Beyda sosial şəbəkədə bildirib.
“Bu, Türkiyənin “Bayraktar TB2” dronlarının əvvəllər sifariş edilmiş tədarüklərinin sonuncu partiyasıdır – müqavilə Polşa Hərbi Hava Qüvvələrini gücləndirəcək dörd dəst pilotsuz uçuş aparatının alınmasını nəzərdə tuturdu. Beləliklə, Polşa Qoşunları (Polşa Silahlı Qüvvələrinin qeyri-rəsmi adı – red.) dünyanın bir çox ordularının istismar etdiyi müasir texnika ilə zənginləşir”, – Beyda yazıb.
Xatırladaq ki, Polşa 2021-ci ilin mayında Türkiyədən 24 ədəd “Bayraktar TB2” PUA-sı sifariş etmişdi.
Polşanın Baş naziri Donald Tusk Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdindən sonra hədələr almağa başlayıb.
Bu barədə Polşa hökumətinin başçısı "X" sosial şəbəkəsində danışıb.
Polşalı siyasətçi təhdidlərdən birini göstərərək, belə mesajların çox olduğunu qeyd edib.
"Slovaklar bizə öz nümunələri ilə Donald Tuskla nə etmək lazım olduğunu göstərdilər" - təhdis vezajında bildirilib.
Bundan əvvəl Serbiyada polis ölkə prezidenti Aleksandr Vuçiçə hədə-qorxu gələn şəxsi saxlayıb. Daxili işlər naziri İvitsa Daçiç bildirib ki, həmin şəxs respublika prezidentinin təhlükəsizliyinə təhdidlərə görə polis tərəfindən 48 saat ərzində saxlanılıb.
Xatırladaq ki, Slovakiyanın baş naziri mayın 15-də Handlovda ölkənin Nazirlər Kabinetinin iclasının keçirildiyi binanın yaxınlığında atışma nəticəsində yaralanıb. Siyasətçi binanın yaxınlığında toplaşan insanlara yaxınlaşıb, bundan sonra bir neçə dəfə atəş açılıb. Hücum edən şəxs saxlanılıb.
San-Franskoda hər il evsiz adamlara alkoqollu içkilər verilməsinə 5 milyon dollar xərclənir.
“Medicina” xəbər verir ki, əslində milli sağlamlıq çərçivəsində həyata keçirilən bu layihədə məqsəd bu adamların il ərzində içdiyi alkoqolu məhdudlaşdırmaqdır. Belə olduğu halda evsizlər dövlətin gözlədiyi pulsuz payı gözləyir.
Verilən içkilər siyahısında pivə, araq və şərab var.
Eləcə də layihəyə alkoqolizmdən sağalmaq istəyən pasiyentlər müraciət edir. Onları otel otağında təcrid edirlər və hər gün müəyyən dozada spirtli içki verilir, həkim nəzarəti olur.
Getdikcə onlarda iradə möhkəmliyi olur, orqanizm tədricən dozaya tələbatı azaldır, özlərini yaxşı hiss edirlər.
Bu layihə başladıqdan sonra şəhər rəsmiləri alkoqoliklərin təcili yardıma ağırlaşmış halda müraciətləri azalıb, eləcə də şəhər barlarına axın azalıb.
Bununla da təxirəsalınmaz çağırışlardan şəhər 2 milyon qənaət edib.
Bu cür metodları evsizləri xəstəxana, həbsxanaya düşməkdən, hətta ölümdən də xilas edir.
Vaşinqton ərəb ölkələrindən müharibə başa çatdıqdan sonra Qəzza zolağına sülhməramlılar göndərməyi xahiş edir.
Bu barədə "Financial Times" nəşri yazıb.
Bildirilib ki, Bayden administrasiyası ərəb dövlətlərini müharibə bitdikdən sonra Qəzza zolağına yerləşdiriləcək sülhməramlı qüvvələrdə iştirak etməyə çağırır.
"ABŞ bunu etibarlı Fələstinin təhlükəsizlik aparatı yaradılana qədər sektorda boşluğu doldurmaq ümidi ilə edir", - məqalədə yazılıb.
Qeyd edilib ki, Misir, BƏƏ və Mərakeş bu təşəbbüsü nəzərdən keçirir, digər ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı, “İsrailin əməkdaşları” kimi görünmək qorxusundan öz qüvvələrini yerləşdirmək ideyasını rədd edir.
"Bayden Qəzza zolağında ABŞ hərbçilərini yerləşdirmək istəmir, lakin ərəb ölkələri hesab edirlər ki, istənilən səylər ABŞ rəhbərliyi altında həyata keçirilməlidir", - nəşr yazıb.