![]() |
|
Türkiyənin Diyarbəkir vilayətində ailə həkimi Gökhan Çalışkan atıcılıq poliqonunda intihar edib.
Onun külli miqdarda “Bitcoin” itirdiyi məlum olub.
33 yaşlı gənc həkim atıcılıq poliqonuna gəlib və əlindəki silahı başına dirəyərək atəş açıb. Hadisə yerinə sağlamlıq və polis qrupları gəliblər, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Həkim əvvəlki gün sosial media hesabında paylaşım edib və “Bitcoin”ə görə böyük məbləğdə zərərlə üzləşdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən ay yarımlıq fasilədən sonra təcili olaraq kabinetini bu gün toplayacaq.
Bu iclas Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra ilk iclas olacaq.
Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün ən qaynar mövzusu İran-İsrail gərginliyi və Ankaranın Yaxın Şərqdəki proseslərə mövqeyinin ortaya qoyulmasıdır.
İclasda İranın İsrailə qarşı addımından sonra bölgədə artan gərginliyi azaltmaq üçün həyata keçirilən diplomatik trafiklə bağlı qiymətləndirmə aparılacaq.
İclasda Yaxın Şərqdə artan gərginliklə yanaşı, ölkədə inflyasiya, bahalaşma, iqtisadi vəziyyət və terrorla mübarizə kimi məsələlər də əsas müzakirə predmeti olacaq.
İclasda eyni zamanda yaxın günlərdə Ərdoğanın İraqın paytaxtı Bağdada edəcəyi rəsmi səfərə hazırlıq məsələsi də müzakirə olunacaq.
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Akop Aslanyan sərnişin avtobusunda vətəndaşla dalaşıb.
Publika.az xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Onu tənqid edən vətəndaşla mübahisə edən deputat kişinin telefonunu əlindən yerə salıb.
Artıq beynəlxalq ekspertlər də İranın aprelin 13-də İsrailə qarşı düzənlədiyi hərbi əməliyyatın uğursuz alındığını qeyd etməkdədirlər. İranın nə bir PUA-sə, nə də atdığı raketlərin heç bir strateji hədəfi vura bilmədi.
Tehranın bu əməliyyatını ABŞ, İsrail və İranın maraqlarına xidmət edən hərbi-siyasi şou hesab etmək olar.
İranlı hərbi ekspertlər belə bunun uğursuz olduğunu qeyd etməkdədirlər.
Məsələ ilə bağlı mövqeyini açıqlayan İran kəşfiyyatının keçmiş direktoru Əli Rizai deyib ki, 300 PUA və 100 raketdən heç biri strateji hədəfə belə yaxınlaşa bilmədi.
İsrail və ABŞ İranın 300 PUA və 100 qanadlı ballistik raketlə hücumunu çoxdan bilirdilər və buna qarşı öz tədbirlərini almışdı.
"İranın İsrailə hücumu tamamilə daxili tarazlığa yönəlib və ABŞ və İsrail bütün mərhələlərdən xəbərdar idi", - Əli Rizai qeyd edib.
Rizai onu da qeyd edib ki, İsrail Dəməşqdə tək raketlə 7 yüksək rütbəli hərbçini və 4 diplomatı öldürməklə nəticə əldə edib.
O zaman bu əməliyyatı tərəflərin gizli razılığı ilə daxili auditoriyaya hesablanmış bir savaş səhnəsidir. Yəni hücumun məqsədi daxildəki kütlələri razı salmaq və Yəmən, Suriya və İraq kimi ölkələrdəki proksi qüvvələri motivasiya etmək olub.
Həyata keçirilən əməliyyatın əvvəlcədən razılaşdırılmasını sübut edən digər amil isə PUA və raketlərin 1700 km uzaq bir məsafədən İsrailə buraxılması idi. Yəni saatda 180 km/saat sürətlə uçan PUA -nın zərərsizləşdirmək elə də çətin deyildi. Bu PUA-lardan bəzisinin heç hədəfə gedib çatmadan yolda sıradan çıxması da məlumdur.
Hətta İran PUA-ları İraq ərazisində elektrik naqilinə ilişərək qaldığı da hamıya bəllidir. Uzaq məsafədən PUA-ların və raketlərin İsrailə buraxılması o demək idi ki, əvvəlcədən "təbdirlərinizi görün". Həm də İranın raketlərinin dəqiq hədəfi vurmadığı da hamı bilir.
İran tərəfinin buraxdığı PUA-dan ancaq çox cüzi qismi İsrail sərhədinədək çatıb. Çatan PUA-lardan cəmi bir neçəsi hansısa bir hərbi hissəyə düşüb və elə də böyük ziyan vura bilməyib. Bu da təbii ki, əvvəlcədən razılaşmaya uyğun olmalı idi. Necə deyərlər, rollar və sonluğun necə bitəcəyi ilə bağlı bütün planlar əvvəlcədən müəyyənləşmişdi.
Digər məqam isə ondan ibarətdir ki, İsrail və ABŞ İranın "hərbi əməliyyat"ının nə vaxt başlayacağından xəbərdar olması idi.
Bu isə o deməkdir ki, Tehranın uzun müddətdir, vəd etdiyi "qisas vədi" fiaskoya uğradı. Tehran niyyəti sadəcə daxili auditoriyanı sakitləşdirmək idi: "Bax, dedik və etdik!"
Bir sözlə, aprelin 13-də ABŞ, İsrail və İran tərəfindən hazırlanan "savaş səhnəsi" də tam plana uyğun şəkildə sonuclandı. Çünki ABŞ, İsrail və İran uzun illərdir, üzdə bir-birinə qarşı olsalar da, amma bölgədəki müəyyən proseslərdə birgə gizli əməkdaşlığının olması hamıya bəllidir.
"Savaş səhnəsi"ndən kimlər nə qazandı, bax, əsas məsələ budur?... Bu "əməliyyat" nəyə hesablanmışdı?...
Birincisi, Qəzza məsələsi arxa plana keçirildi.
İkincisi, beynəlxalq aləmdə formalaşan və getdikcə güclənən anti-İsrail mövqeyi aradan qalxdı. Hətta bəzi Qərb ölkələri anti-İsrail blokunda yer almaqda idi. Bununla həmin münasibət dəyişdi. Kollektiv Qərb yenidən İsrailn yanında yer almalı oldu.
Üçüncüsü, ABŞ da bu oyundan uduşla çıxdı:
- ABŞ və müttəfiqi İsrail üzləşdiyi beynəlxalq qınaqdan xilas oldu.
- ABŞ bölgədə hərbi gücünü daha da möhkəmlətmək məqsədilə bölgəyə əlavə hərbi güc yeritmək imkanı əldə etdi.
- Az da olsa, Baydenin seçkisinə öz töhfəsini verdi və onun mövqeyini möhkəmlətdi. Amerikadakı seçkiyə böyük təsiri olan yəhudi seçicilərinin dəstəyini qazandı.
- Yaxın Şərqi uzunmüddətli münaqişə ocağına çevriməklə Baydenin təmsil olduğu dünya silah ticarətçilərinin, həmçinin neft maqnatlarının xeyrinə oldu.
Dördüncüsü, Tehran bununla özünü bölgədə əsas "oyunçu" rolunda çıxış etdiyi iddiasını ortaya qoydu.
Beşincisi, Rusiya-Ukrayna müharibəsindən diqqəti yayındırdı.
Altıncısı, bölgənin gələcək geosiyasi şəkillənməsində öz payına sahib olmaq üçün süni böhran yaratmaqla ABŞ-nin əlinə oynadı.
Yeddincisi, Türkiyənin Yaxın Şərqdə artan nüfuzunun və ciddi oyunçuya çevrilməsi istiqamətindəki rolunun qarşısını almağa çalışdı.
Səkizinci, bu həm də Tehranın Moskva və Pekinin bölgədəki geosiyasi mövqeyinin müdafiəsinə xidmət edirdi.
Təbii ki, burada digər amillər də mövcuddur.
Qazaxıstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün platforma təklif etməyə hazırdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.
Tokayev bildirib ki, Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır.
“Qazaxıstan maksimum dərəcədə kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - deyə Tokayev bildirib.
İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər.
Bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr İsrail dövlətinin hücuma cavab verəcəyi günü dəqiq göstərmir.
"The New York Times" ( NYT) yazır ki, aprelin 14-də İsrail hərbi kabinetinin iclasından sonra rəsmilər heç bir açıqlama verməyiblər. Bununla belə, müzakirələrlə tanış olan rəsmi şəxs təsdiqləyib ki, İsrail İranın hücumuna mütləq cavab verəcək. NYT-nin daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, İsrailin cavabı müttəfiqləri ilə razılaşdırılacaq. Nəşr konkret olaraq kiminlə olduğunu açıqlamayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.
Erməni KİV-in məlumata görə, imzalanma mərasimi Ermənistan prezidentinin iqamətgahında baş tutub.
Tərəflər miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, Armavir və Manqistau regionları arasında əməkdaşlıq memorandumu, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Bundan əlavə, İrəvan və Astananın qardaşlaşmış şəhərlərə çevrilməsinə dair sənədlər imzalanıb.
Türkiyənin Antalya şəhərinin Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz funikulyor qəzası ilə əlaqədar həbs edilib.
Report xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti yazıb.
Antalyadakı funikulyor qəzası ilə əlaqədar keçirilən məhkəmədə Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz də daxil olmaqla beş nəfər həbs olunub, yeddi nəfər sərbəst buraxılıb.
Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kəpəz bələdiyyəsinə sədr seçilib. O həmçinin funikulyora cavabdeh “Anet” şirkətinin (bələdiyyəyə məxsusdur) idarə heyətinin sədri olub.
Xatırladaq ki, aprelin 13-də Antalyada baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski "X" hesabında İranın İsrailə hava zərbələri ilə bağlı çoxmənalı paylaşım edib.
Musavat.com xəbər verir ki, o, “dünyada istənilən raketləri, intihar bombalarını və digər terror vasitələrini dayandırmaq üçün lazım olan hər şey var” yazıb.
Daha sonra qeyd edib: “Dünyaya yalnız real, etibarlı təhlükəsizliyi bərpa edə biləcək həllər lazımdır.
Ukrayna Rusiya terrorunu dayandıra bilər, onun həyatını, bütün Avropanın və dünyanın digər regionlarının həyatını şərin yayılmasından qoruya bilər. Məhz buna görə bizim tərəfdaşlarımızın dəstəyinə ehtiyacımız var və hər gün gecikdirilən yardım yeni dağıdılmış evlər, əlavə dağılmış həyat deməkdir.
Dünyada terrorla mübarizədə həqiqətən kömək edən hər kəsə təşəkkür edirəm. Pisliyin qalib gəlməməsi üçün hər şeyi edən hər kəsə təşəkkür edirəm”.
Rusiyalı hərbi müxbir Alexander Kots Üçüncü dünya müharibəsinin bu il yenidən ləğv edildiyini söyləyib.
Onun fikrincə, İran və ABŞ arasında Yaxın Şərqdə eskalasiya dörd il əvvəl elit Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən sonra olduğu kimi, yenə də “centlmen razılaşması” ilə başa çatacaq.
“Bu il üçüncü dünya müharibəsi ləğv edilir. Deja vyü. Xatırlayırsınız? ABŞ-nin İraqdakı hərbi bazalarına və konsulluqlarına raket hücumları ilə bağlı həyəcanlı xəbərlər yayılırdı. Amma ABŞ hərbçilərindən demək olar ki, heç kim xəsarət alması və heç bir ABŞ obyekti zərər görmədi. SEPAH ABŞ-ni hücumlar barədə öncədən məlumatlandırıb. Yaxın Şərqdə bir gün əvvəl baş vermiş vəziyyətin gərginləşməsi də “centlmen razılaşması” ilə başa çatacaq”, - deyə jurnalist bildirib.
“Sən bizim konsulluğumuzu vurdun, biz sənin Negev səhrasındakı gizli bazanı vurduq. Biz başqa hücumlar planlaşdırmırıq. Baxmayaraq ki, bu, əvvəlki kəskinləşmələrdən fərqli olaraq, ciddi presedentdir”, - deyə o izah edib.(oxu.az)