orenburq-denizi-xatirladir

Hazırda Rusiyanın Orenburq vilayətində daşqınlarla əlaqədar vəziyyət gərgin olaraq qalır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Orenburqun meri Sergey Salmin öz teleqram kanalında açıqlayıb.

Onun sözlərinə görə, Ural çayında suyun səviyyəsi artmağa davam edir. Belə ki, çayda suyun səviyyəsi 1162 santimetrə çatıb və təhlükəli səviyyə hesab edilən 930 santimetri ötüb. 

Bildirilir ki, ötən sutka ərzində 402 ərazi və 210 evi su basıb. Bununla da, su altında qalan ərazilərin ümumi sayı 5365-ə, evlərin sayı isə 2897-yə çatıb. 

Qeyd edək ki, vilayətdə federal xarakterli fövqəladə vəziyyət rejimi elan edilib. İlkin məlumata görə, infrastruktura vurulan zərər 40 milyard rubl olaraq qiymətləndirilir.

 










 
antalyada-kanat-qezasi

Türkiyənin Antalya şəhərində Tünektəpə kanat xəttində qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, kanat xəttinin kabinələrindən biri dirəyə dəyərək parçalanıb. 

Parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədən 98 nəfər təxliyə edilib. Hazırda 9 kabinədə xilasetmə işləri davam edir.

Qəzadan sonra kanat xəttinin dayanması səbəbindən çox sayda insan kabinələrdə köməksiz qalıb.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.

 

 



 

İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq Tehran hərbi güc tətbiq etmək niyyətində olsa, bu, alınmayacaq.
Bu bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.

O, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə buna nail olmayacaq”.

Eyni zamanda, Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. İndi İrana hansı mesajı göndərmək istərdiniz sualına Bayden “bunu etməyin” deyə cavab verib.

“Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər?”

Bu barədə Baku TV-nin “YouTube” kanalının növbəti analitik süjetində deyilib.
“Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib. O əlavə edib ki, əgər belə bir qərar qəbul edilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə materialda qeyd olunub. 

Daha ətraflı süjetdə:

“Bizə xatırladırlar ki, seçki proqramımızda Rusiya ilə strateji tərəfdaşlıq və KTMT ilə münasibətlərin dərinləşdirilməsi yer alırdı. Bəli, düz deyirsiniz, belə idi. Bəs KTMT köməyə gəlməkdən imtina edirsə, necə? Müqavilə işləmirsə, nə etməli?”

“Caliber” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki bugünki çıxışı zamanı deyib.

O, yenə də Rusiyadan gileylənib.

“İrəvanın əmri ilə işə salınmalı olan Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemi lazımi vaxtda işə düşmədi. Belə epizodlar çoxdur”, - deyə baş nazir bildirib.

Paşinyan ATƏT-in keçmiş Minsk Qrupundan da narazıdır.

“30 ildir ki, çuval kimi o yan-bu yana atılmışıq. Onlar Ermənistana bir cür deyib, başqa cür ediblər”, - deyə o qeyd edib.

Paşinyan separatçı rejimin Ermənistandan maliyyələşdirilməsini də etiraf edib.

“Bizə deyirlər ki, hökumətimiz “Dağlıq Qarabağ”ı tək qoyub. 2020-ci ildən 2023-cü ilə qədər Ermənistan hökuməti “Dağlıq Qarabağ”a 538 milyard dram və ya 1,3 milyard dollar verib. Biz onları təkmi buraxmışıq?”, - baş nazir vurğulayıb.

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının qarşıdan gələn seçkidə namizədi Donald Tramp dünyanın 500 ən varlı adamı siyahısından çıxıb.

Bunu “Bloomberg Billionaires Index” (BBI) məlumatları sübut edib.

Ekspertlər hesab edirlər ki, sərvətin bir hissəsinin itirilməsinə səbəb “Truth Social” sosial şəbəkəsini idarə edən “Trump Media & Technology Group Corp” (TMTG) şirkətinin uğursuzluğu olub. Ayın əvvəlindən şirkətin kapitallaşması azalıb.

Aprelin 10-da keçirilən ticarətin sonunda səhmlər dəyərinin 8,57 faizini itirib. Nəticədə siyasətçi və iş adamının sərvəti 4,6 milyard dollara çatıb, halbuki BBI reytinqi azı 5,76 milyard dolları nəzərə alır.

Türkiyənin ən məşhur analitiklərindən hesab olunan Eray Güçlüer Üçüncü Dünya Müharibəsinin qaçılmaz olduğunu açıqlayıb.

Hərbçi kökənli təhlilçi olan Eray Güçlüer "Haber Global" televiziyasına açıqlamasında bu barədə detallı danışıb.

Məlumat üçün bildirək ki, o, son illərdə verdiyi bütün siyasi proqnozların düz çıxması ilə fərqlənir.

Onun Üçüncü Dünya Müharibəsinin - QİYAMƏTİN final mərhələsinin yeri və tarixi , iştirakçıları barədə verdiyi təhlil də son dərəcə maraq doğurur.

Həmin açıqlamanın videolentini təqdim edirik.

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn “Azututyun” radiosuna müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: “Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Maşınlar münaqişə zonasına daxil ola biləcəklər və həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar”.

Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Qəzzadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumunun reaksiyaları və nəticələrini müzakirə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS lideri İsmayıl Haniyə zəng edərək 3 oğlunun həlak olması ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, İsmayıl Haniyə ilə telefonla danışan R.T. Ərdoğan İsrailin qanun qarşısında törətdiyi insanlığa qarşı cinayətlərinə görə mütləq cavab verəcəyini bildirib.

Daha sonra prezident Ərdoğan Haniyənin Hazem, Əmir və Məhəmməd adlı oğullarının həlak olması ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da HƏMAS rəhbəri İsmayıl Haniyəyə zəng ediblər. Onlar da İsmayıl Haniyəyə İsrailin hava hücumunda ailə üzvlərinin həlak olması ilə bağlı başsağlığı veriblər.

Xatırladaq ki, 10 aprel tarixində HAMAS liderinin İsrailin hücumu zamanı 3 oğlu həlak olub. İsrailin hücumu nəticəsində Haniyənin nəvələri də ölüblər. İndiyə kimi İsmayıl Haniyənin 60-a yaxın ailə üzvü İsrail hücumlarında həlak olub.

Xəbər lenti