![]() |
|
Rusiya Federasiyası rusların Cənubi Amerikaya tranzit problemi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə sorğu göndərib.
Rusiya vətəndaşlarının İstanbuldan "Latın Amerikasına reyslərdən çıxarılması ilə əlaqədar" Rusiya hakimiyyətinin Türkiyədəki nümayəndələri ölkənin Xarici İşlər Nazirliyinə sorğu göndərib.
Bu barədə RİA Novosti-yə Rusiya Federasiyasının İstanbuldakı baş konsulu Buravov məlumat verib. Onun sözlərinə görə, məsələ Türkiyənin İstanbul və Moskvadakı Türk Hava Yolları aviaşirkətinin rəhbərliyinin diqqətinə çatdırılıb.
Martın 8-də Türk Hava Yolları Türk Hava Yollarının rusiyalı sərnişinləri daşıyıcının onları İstanbuldan Argentina şəhərlərinə uçan təyyarələrə buraxmaqdan əsassız imtina etməsindən şikayətləniblər.
Xatırladan ki, bu məsələ erməni mediası tərəfindən də xüsusi canfəşanlıqla qabardılır. Belə ki, rusiyalı turislərdən birinin Türkiyədə problem yaşamasını manşet xəbəri kimi təqdim edərək yaranan vəziyyəti sensasiyalı şəkildə dərc edirlər.
ABŞ ilə əməkdaşlıq olmasa, İsrail müharibəni uduzacaq.
Bu barədə İsrailin nüfuzlu nəşri "Ynet yazır və 6 mühüm cəbhənin hər birində çıxılmaz vəziyyətə düşdüyünü qeyd edib.
"6 cəbhə dedikdə, girovların azad edilməsi, Rəfiyə şəhərində əməliyyat, müharibədən sonra Qəzza zolağının idarə olunması, şimalda müharibə, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması və İran təhlükəsi nəzərdə tutulur", - deyə bildirilir.
Nəşr yazır ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfiyyə qəsəbəsindəki əməliyyatı ABŞ və İsrail arasında razılaşma olmadığı üçün ləngiyir: “İsrail hökuməti ayaqlarını süründürür, bu səbəbdən Vaşinqtonla təmaslar dalana dirənib”.
Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı ilə normallaşma mümkündür, lakin Netanyahunun Fələstin dövlətinin yaradılmasını müzakirə etmək istəməməsi səbəbindən danışıqlar “ləng gedir”: "Şimaldakı müharibəyə gəlincə, qeyd edilir ki, İsrail və Hizbullah münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verirlər, lakin Qəzza zolağında atəşkəs əldə olunmayana qədər bu mümkün deyil".
“Buna görə də İsrail Fələstin məsələsində sərt mövqeyindən əl çəkməli, Amerikanın tələblərinə cavab verməlidir... Bayden administrasiyası ilə dərhal və strateji əməkdaşlıq etmədən biz nəinki uzun müddət çıxılmaz vəziyyətdə qalacağıq, həm də müharibəni uduzacağıq”, - nəşr yazır.
Xəbər verdiyimiz kimi, Ermənistan-Gürcüstan dövlətlərarası yolunu kəsən etirazçılar bütün təzyiqlərə baxmayaraq ərazini tərk etmək istəmirlər.
Etirazçılar magistralda tonqal qalayıblar və gecəni orada keçirəcəklərini bəyan ediblər.
Onlarla polis əməkdaşları arasında toqquşma başlayıb və tərəflər əlyaxa tutuşublar.
Ermənistanın baş naziri Tovuzqalada etirazçıların üstünə qırmızı beretliləri göndərilməsi barədə göstəriş verib.
Erməni politoloq Suren Petrosyan deyib ki, Kirants-Voskepar (Xeyrımlı-Əskipara) yolu bağlı qalacaq.
“Onların içində olan hər kəs Dilicandan, Kirantsdan tutmuş İrəvana qədər qiyam prosesinə başlamalıdır. Kirants sakini hazırda dövləti qoruyur”, - Petrosyan bildirib.
O, iddia edir ki, ən böyük yalan kəndlilərin özlərinin işdən çıxması iddiasıdır.
“Bu, ən böyük yalandır, hansı kəndə gəlsəniz, görərsiniz ki, öyrənməli çox şeyimiz var. Bu proses vasitəsilə vəziyyət dəyişə bilər, insanlar görürlər ki, vəziyyəti dəyişə bilərlər”.
Petrosyan qeyd edib ki, bu gün hamı sübut edib ki, onlardan çox şey asılıdır.
“Hər kəs üsyan və mübarizə mərkəzi yaratmalıdır və bu, şəbəkə prinsipinə uyğun olaraq artmalıdır”, - o qeyd edib.
Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Almaniyanın xarici işlər naziri Annalena Barbok və İsrailin baş naziri Benyamin Netanyahu arasında Qəzza zolağındakı müharibə ilə bağlı qızğın mübahisə yaşanıb.
"Bu barədə İsrailin “Kanal 13” telekanalının jurnalisti Moria Asad Volberq deyib.
O bildirib ki, siyasətçilər bir-birilərinə qarşı olduqca ağır ittihamlar səsləndiriblər.
Mübahisəyə səbəb İsrailin tərəfinin alman nazirə Qəzzadan göstərdiyi görüntülərlə bağlı olub.
Belə ki, videoda Qəzza zolağında bazarlar, orada xeyli ərzaq məhsullarının olduğu görünür.
İddia edilir ki, bu yolla İsrail tərəfi Berboka sübut etmək istəyib ki, Qəzzada aclıq problemi Avropa ölkələri rəsmilərinin düşündüyü qədər kəskin deyil.(Axar.az)
Hindistanın “InterGlobe” şirkəti ABŞ-nin “Archer Aviation” şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır.
“InterGlobe” Hindistanın ən böyük aviaşirkətlərindən biri olan “IndiGo”ya sahibdir və “Archer Aviation” hava taksilərinin inkişafında dünya liderlərindən biridir. Sonuncu Hindistan şirkətini “Midnight” modelinin 200-ə yaxın şaquli hərəkətli (eVTOL) elektrik avtomobili ilə təmin edəcək. Avtomobilin bir elektrik batareyası ilə 40 dəqiqəyə qədər dörd sərnişin daşıya bilir.
İlkin olaraq, Yeni Dehlinin simvolik dairəvi meydanı ilə Qurqaon arasında uçuşların həyata keçirilməsi planlaşdırılır. Səyahət vaxtı təqribən yeddi dəqiqə olacaq, adambaşına düşən xərc 2-3 min hind rupisi (24-36 dollar) təşkil edəcək.
Qeyd edək ki, oxşar marşrutda adi taksi ilə gediş tıxac olmadan təxminən 45 dəqiqə və 700 rupi (8,4 dollar) təşkil edir.(oxu.az)
İran, İsrailin hücumu halında Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər.
“Bu barədə İranın dövlət telekanalı "Press TV" hərbi ekspertlərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, guya İranın bu yaxınlarda İsrailə hücumu zamanı buraxdığı raketlər və pilotsuz uçuş aparatları yəhudi dövlətinin çoxsəviyyəli hava hücumundan müdafiə sistemini aşaraq Negev səhrasındakı Dimona nüvə tədqiqat mərkəzi yaxınlığında yerləşən hərbi obyektləri vurub.
Hərbi ekspertlərin fikrincə, Tehran istəsə Dimonadakı mərkəzə hücum edə bilər. Bu, yalnız İsrail tərəfindən təhlükə yarandıqda baş verə bilər və özünümüdafiə məqsədilə həyata keçiriləcək.
Napoleon Bonapartın nəslinin nümayəndəsi Yoahim Myurat Parisi Avropa Komissiyasının (AK) diktələrindən xilas etməyi və Fransanın Avropada suverenliyini təmin etməyi tələb edib.
Bu barədə Yoahim Myurat “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, Avropa Komissiyasının despotizmi Fransanın sağ qalması ilə bir araya sığmır:
“Avropa quruculuğu naminə daimi qurban vermək Fransanı məhv edir, onu legitimliyi olmayan texnokratların əlinə verir”.
Onun fikrincə, Fransa Rusiya ilə münaqişəyə cəlb oluna bilər ki, bu da nüvə silahının mövcudluğu kontekstində çox böyük nəticələr verə bilər.
O, həmçinin Fransanın xarici borcunun artmasına və Avropa daxilində azad ticarət müqavilələrinin imzalanmasına qarşı çıxıb.
“İranın nüvə obyektlərinə zərər dəyməyib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) öz “X” hesabında açıqlayıb.
“AEBA İranın nüvə obyektlərinə zərər dəymədiyini təsdiq edə bilər. Agentliyin Baş direktoru Rafael Qrossi hər kəsi maksimum təmkin nümayiş etdirməyə çağırmağa davam edir və bir daha bildirir ki, nüvə obyektləri heç vaxt hərbi münaqişələrdə hədəf olmamalıdır. AEBA vəziyyəti diqqətlə izləyir”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir. Adı açıqlanmayan iranlı məmurlar ölkə ərazisinə raket zərbəsinin endirilmədiyini, qeydə alınan partlayışların İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olduğunu qeyd ediblər. Daha sonra isə “CNN” İranın nüvə obyektlərinin İsrail zərbələrinin hədəfi olmadığı barədə məlumat yayıb.
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Bu barədə səhmdar cəmiyyəti xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
“İrana hər hansı raket hücumu olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Reuters” agentliyinə adı açıqlanmayan iranlı məmur bildirib.
Onun sözlərinə görə, İsfahan vilayətində qeydə alınan partlayışlar İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olub.
Bununla da o, ölkə ərazisinə raket hücumunun olmadığını iddia edib.
Digər bir iranlı məmur isə “France-Presse” agentliyinə açıqlamasında ölkə ərazisində obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilə biləcəyini qeyd edib.
Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir.