![]() |
|
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan Baş naziri İrakli Kobaxidzeni “ukraynalaşdırma” ifadəsindən istifadə etdiyinə görə tənqid edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, Ukraynanın adının təhqiramiz kontekstdə istifadəsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur.
Bəyanatda Kiyevin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə nəzərdən keçirilməsi ilə əlaqədar olaraq Gürcüstanda daxili siyasi vəziyyətin ağırlaşmasından narahatlıq keçirdiyi qeyd olunub.
“Biz bütün aidiyyəti tərəfləri Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə və konstruktiv dialoq vasitəsilə həll yolu tapmağa çağırırıq. Vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən vətəndaş cəmiyyətinin sosial əhəmiyyətli məsələlərin həllinə cəlb edilməsi ölkənin Avropa gələcəyinin qurulması üçün zəruri şərtlərdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu qanun layihəsinin əleyhinə yönəldiyini iddia etdiyi “ukraynalaşma” təhlükəsi ilə bağlı şərhləri narahatlıq doğurur.
Ölkəmizin adının belə təhqiramiz kontekstdə çəkilməsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Gürcüstan üçün real təhdid "ruslaşma"dır, mifik “ukraynalaşma” deyil”, - bəyanatda qeyd olunub.
Bəyanatda qeyd olunub ki, Ukrayna Gürcüstanda sülh mühitində maraqlıdır və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstək göstərib, bu dəstəyi davam etdirir.
İsrail aprelin 13-də hücuma cavab olaraq İrana "məhdud" zərbə endirib.
Bu barədə Fox News mənbəsinə istinadən məlumat yayıb.
"Mənbələr bildirirlər ki, İsfahan əyalətində güclü partlayışlar eşidilib", - İran dövlət televiziyası bildirib.
FARS agentliyinin məlumatına görə, partlayışlar beynəlxalq hava limanının yaxınlığında yerləşən Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.
CNN Amerika rəsmisinə istinadən xəbər verir ki, ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib.
Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün son görüntüləri yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, son dövrlərdə yağıntılar cənub bölgəsində daha çox olub və bu da gölün su ilə dolmasına səbəb olub.
Qərb üçün Ermənistan iqtisadiyyatı maraqsızdır, onlar Azərbaycana sərmayə qoyurlar.
Bunu erməni siyasətçi Mesrop Arakelyan öz Feysbuk səhifəsində yazıb.
Arakelyanın sözlərinə görə, Ermənistan hakimiyyəti tərəfindən aparılan iqtisadi siyasət iqtisadi sahədə ciddi nəticələr vermir: "Görünən odur ki, hakimiyyətin qərbyönlü siyasəti ilə belə, Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız olaraq qalmaqda davam edir.
Ermənistanda hər il həyata keçirilən birbaşa xarici investisiyaların ümumi həcmi bir ciddi Qərb şirkətinin investisiyalarının həcminə də çatmır.
Əslində, hakimiyyətin apardığı iqtisadi siyasət iqtisadi sahədə də ciddi nəticələr vermir.
Maraqlıdır ki, Qərb dövlətləri investisiya cəlbediciliyi baxımından Azərbaycana fəal şəkildə sərmayə yatırmaqda davam edir.
Ermənistan tərəfindən qeydə alınan göstəricilər onu göstərir ki, hakimiyyət heç bir sahədə beynəlxalq tərəfdaşlarla yüksək keyfiyyətli əlaqələr qura bilmir”.
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Aşağı Əskipara (Voskepar) kəndinə gedib.
Paşinyan bu il ikinci dəfə Əskiparaya yollanıb.
Kənd camaatı ilə əvvəlki görüş gərgin keçib. Görüşün mövzusu Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsi məsələsi olub. Kənd sakinləri öz narazılıqlarını bildirsələr də, Paşinyan onlara deyib ki, bu kəndlər Azərbaycana verilməlidir, əks halda müharibə başlayacaq.
İsrail İranın zərbəsinə intiusiya ilə deyil, ağıllı cavab verəcək.
Bunu israilin baş naziri Benyamin Netanyahu "Kan" radiosuna müsahibəsində deyib.
“Biz İrana cavab verəcəyik, lakin bunu intuitiv yox, ağıllı şəkildə etməliyik. Bizi stresə saldıqları kimi, onların da stresə ehtiyacı var”, - Netanyahu qeyd edib.
Kan radiosu onu da bildirib ki, İsrail cavab addımı atacağı təqdirdə ABŞ-ni məlumatlandırmağı öhdəsinə götürüb.
ABŞ və digər ölkələrin gərginliyin qarşısını almaq cəhdlərinə baxmayaraq, İsrail cavab verməyə hazırlaşır. "Bu, sadəcə, zaman və yer məsələsidir", - Kan radisouna danışan mənbə bildirib.
Amerikanın "NBC News"dan israilli mənbə İsrailin cavabını “qaçılmaz” adlandırıb, lakin Tel-Əvivin öz hərəkətlərini Vaşinqtonla əlaqələndirmək niyyətində olduğunu vurğulayıb.
Nəşrin ABŞ hökumətindəki mənbələri bildiriblər ki, İsrailin cavabının əhatə dairəsi məhdud olacaq və İran hərbi qüvvələrinə və kənarda İran tərəfindən dəstəklənən qurumlara qarşı yönələcək.
Pakistanda son 3 gündə leysan yağışlar və ildırım çaxması nəticəsində yaranan daşqınlar onlarla insanın ölümünə səbəb olub.
Hökumət təbii fəlakət nəticəsində ən azı 55 nəfərin öldüyünü bildirib. Səlahiyyətlilər Hayber Paxtunhvada 12, Pəncabda 21 və Bəlucistanda 10 nəfərin öldüyünü açıqlayıb.
Bir çox şəhərdə evlər, küçələr, avtomobillər sel suları altında qalıb.
Pakistanın baş naziri Şehbaz Şərif Milli Fəlakət İdarəsinə bütün şəhərlərlə koordinasiya etməyi tapşırıb.
Pakistana həftə boyu güclü yağışların yağacağı gözlənilir.
“Bütün dünya İsrail səmasında baş verənlərdən öyrəndi ki, terrorizmin müdafiəsində effektiv birliyə nail olmaq olar, çünki birlik kifayət qədər siyasi iradəyə əsaslanır. İsrail, Amerika, İngiltərə, Fransa və İordaniya birgə hərəkətə keçdi. Onlar birlikdə terrorun reallaşmasına imkan vermədilər. Baxmayaraq ki, İsrail NATO-nun üzvü deyil və 5-ci maddəni aktivləşdirmək kimi bir şey lazım deyildi. Heç kim müharibəyə cəlb olunmadı. Onlar sadəcə həyatı qorumağa kömək etdilər".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib
Onun sözlərinə görə, İsrail kimi, Ukrayna da NATO üzvü deyil. "Amma "Shahed" kamikadze dronları və ballistik raketləri Yaxın Şərq səmasında olduğu kimi, Ukrayna səmasında da uçur. Lakin onlar məhv olmasaydı, Avropanın səması lazım olan müdafiəni çoxdan itirə bilərdi", - Zelenski bildirib.
O əlavə edib ki, əgər Ukrayna da partnyorlarından PUA və raketlərin vurulmasında belə tam dəstək alsaydı, o zaman terroru hər yerdə tamamilə məhv etmək olardı, daha kiçik bir coğrafiyada yox.
ABŞ, İngiltərə, Fransa və Almaniyanı İsrailə dəstəyi dayandırmayacağı təqdirdə bu ölkələrin, o cümlədən İsrailin istənilən hücumuna sərt cavab verəcəyik.
Belə bir bəyanatla İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi çıxış edib.
O yazılı açıqlamasında ABŞ, İngiltərə, Fransa və Almaniyanı İsrailə dəstək verməkdə ittiham edərək qeyd edib:
“Siz yaxşı bilirsiniz ki, İran müharibə tərəfdarı deyil, lakin biz istənilən təcavüzkarı sizdən və ya çarəsiz rejimdən (İsraildən) İsrailə cavabdan daha güclü şəkildə kəsərik".
Şikarçi rəsmi Tehran adından ABŞ, İngiltərə, Fransa və Almaniyaya çağırış edərək onları bataqlığa qərq olmuş İsraili dəstəkləməməyi və özünü oda atmamağı tövsiyə edib.