![]() |
|
Bu gün günün ikinci yarısında parlament müxalifətinin təşəbbüsü ilə Milli Məclisdə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda növbədənkənar iclası keçiriləcək.
“Ermənistan” və “Mənim şərəfim” fraksiyaları müzakirəyə baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət ediblər.
“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, hər iki məmur parlamentə gələcək.
Müxalifət görüşü açıq, hakimiyyət qapalı rejimdə keçirmək niyyətindədir.
Minasyanın sözlərinə görə, bu məsələ səsvermə yolu ilə həll olunacaq.
İranın qisas almaq ehtimalına görə İsrail diplomatlarının mühafizəsi gücləndirilib.
Bu barədə "Əl-Əhd" nəşri yazır.
Nəşrin yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyinin təhlükəsizlik departamenti İsrailin dünya üzrə 28 nümayəndəliyinin bağlandığını qeyd edib. Bunun səbəbini təhlükəsizlik tədbirləri və İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra qisas addımından qorunmaq kimi izah ediblər.
"Əl-Əhd" İsrail mediasına istinadən xəbər verir ki, Qəzzada müharibə başlayandan bəri ilk dəfə ölkə səfirliklərində yüksək həyəcan siqnalı elan edilib və Misir, İordaniya, Bəhreyn, Mərakeş, Türkmənistan, Ankara və İstanbuldakı missiyaları boşaldılıb.
Türkiyədə Sakarya rayonu Geyve bələdiyyə başçısı seçilən Yenidən Rifah Partiyasından olan Səlcuq Yıldız israfçılığın qarşısını alacağına dair seçkiöncəsi vədinin icrasına başlayıb.
O, xidməti avtomobilini satışa çıxardığını bildirib.
İsrailin İtaliyanın paytaxtı Romadakı səfirliyi fəaliyyətini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Səfirliyin İrandan gələn təhdidlərlə əlaqədar bağlandığı bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, fərmanın mətni “Resmi gazete” qəzetində dərc olunub.
Sənədə əsasən, üç ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, qida və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və avtomobil istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiya.
Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin inkişafı, kompüter, informasiya və kommunikasiya texnologiyaları, kosmik sektor və aerokosmik sənaye, eləcə də poçt xidmətləri sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını nəzərdə tutur.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri - Serdar Berdiməhəmmədov, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birinci zirvə görüşü çərçivəsində "Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında" saziş imzalanıb.
Sammit zamanı Prezidentlər iqtisadi sahədə üçtərəfli tərəfdaşlığın gələcək inkişafı məsələlərini müzakirə ediblər. Danışıqlar nəticəsində Aşqabad, Bakı və Ankara arasında əməkdaşlığa dair 5 üçtərəfli sənəd imzalanıb.
İranın “IranAir” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi son üç gündə üçüncü dəfədir ki, Tehrandan İrəvana gəlib.
KİV-də yayılan məlumatlara görə, təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) istifadəsində olub.
Bildirilib ki, hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.(oxu.az)
“Fransa 1994-cü ildə Ruandada tutsilərə qarşı törədilən soyqırımın qarşısını ala bilərdi, lakin bunu etmək istəməyib”.
Bu bəyanat prezident Emmanuel Makronun Ruandada qırğınların başlanmasının 30-cu ildönümü ilə bağlı bazar günü dərc olunacaq videomüraciətində yer alıb.
“Dövlət başçısı xüsusilə xatırladacaq ki, Fransa Qərbdəki və Afrikadakı müttəfiqləri ilə birlikdə soyqırımı dayandıra bilərdi, lakin bunu etmək istəyi yox idi”, - deyə Yelisey Sarayından bildirilib.
Qeyd edək ki, Ruanda soyqırımı 1994-cü ilin aprelində əsasən radikallardan ibarət Hutu müvəqqəti hökumətin hakimiyyətə gəlməsinin nəticəsində baş verib. Bir neçə ay ərzində tayfalar arasında toqquşmalar, BMT-nin məlumatına görə, 800 minə yaxın insanın ölümünə səbəb olub. Soyqırımı 1994-cü ilin iyulunda Ruanda Vətənpərvər Cəbhəsindən olan tutsi üsyançıları Hutu rejimini məğlub etdikdən sonra sona çatıb.(oxu.az)
ABŞ İsraili dəstəkləməklə Qəzza zolağında böhranın davam etməsinə görə günahkardır.
“Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
“Tamamilə aydındır ki, Qəzza zolağında müharibənin davam etməsində günahkar olan və onun bitməsinə mane olan Birləşmiş Ştatlardır”, - nazirin XİN-in teleqram kanalında yerləşdirilmiş bəyanatda deyilir.
Abdullahian Qəzzadakı humanitar vəziyyətlə bağlı bəzi müsəlman ölkələrinin hökumətləri, BMT-nin Baş katibi Antoniu Quterreş və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə geniş məsləhətləşmələr apardığını bildirib.
O qeyd edib ki, danışıqlar zamanı Qəzza zolağına humanitar yardımın göstərilməsinin prioritet olması və müharibənin dayandırılmasının zəruriliyi vurğulanıb. “BMT Baş katibinin və BQXK rəhbərinin bu istiqamətdə mühüm addımlar atdığını gördük, lakin Ağ Ev və bəzi Qərb ölkələrinin hökumətləri İsrail hakimiyyəti ilə əl-ələ verdikləri üçün bu humanitar səylər hələlik istənilən nəticəni verməyib”, - nazir fikrini yekunlaşdırıb.
“Tehran illərdir bölgədə İsrailə qarşı fəaliyyət göstərir, ona görə də İsrail tərəfi İran və onun əlaltılarına qarşıdır”.
Bu sözləri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu Qüdsdə Təhlükəsizlik Kabinetinin iclasında deyib.
“Uzun illər İran həm birbaşa, həm də öz proksiləri vasitəsilə bizim əleyhimizə işləyib və buna görə də İsrail İrana, onun əlaltılarına qarşı həm müdafiə, həm də hücum xarakterli hərəkətlər edir”, - deyə Netanyahu bildirib.
"Qərbdəki tərəfdaşlarımızın ortağı olaraq Türkiyəni inandıracağıq ki, Ermənistan Qarsı, Sürməlini, İğdırı hərbi yolla almaq fikrində deyil. Elə etməliyik ki, Türkiyə bizdən qorxmasın. Bu zaman Amerika deyəcək: Əzizim. Türkiyə, qorxma, ermənilər marionetdir, Fransa deyəcək: canım Türkiyə, qorxma, ermənilər bizim qardaşımızdır. Türkiyə də öz növbəsində Azərbaycanla danışacaq".
Bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.
"Geridə qalmış, yarı savadlı adama belə aydındır ki, müharibənin ermənilərə xeyri yoxdur", - o qeyd edib.
Qazaxın kəndlərinin qaytarılması məsələsinə bir daha aydınlıq gətirən erməni deputat deyib ki, sadəcə olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünə daxil olan Azərbaycan SSR-yə məxsus yaşayış məntəqələri geri qaytarılır.
O əlavə edib ki, bu baş verməsə müharibə istisna deyil.