Müasir dünyada qarşılaşdığımız ən böyük problemlərdən biri istifadə etdiyimiz enerjinin bizi öldürməsidir.

Bu fikri məşhur futuroloq, yeni bankçılıq konsepsiyasının və bir sıra bestsellerlərin müəllifi Brett King səsləndirib.

“Hər il 10 milyon insan qalıq yanacaqların yaratdığı havanın çirklənməsindən ölür. Nə üçün mühəndis həlləri ilə bu vəziyyətdən çıxmayaq? Niyə biz karbohidrogen enerji bazarının uğurunun ildə 10 milyon insanın həyatına başa gəlməsini qəbul edirik? Niyə biz daha təmiz enerji sistemlərinə sərmayə qoymuruq?”, - King qeyd edib.

Süni intellektin səhiyyə sektoruna tətbiqinin nəticələrinə toxunan King deyib ki, bir neçə ildən sonra sünu intellektin istifadəsi ilə uzunömürlülük ümumi məqsədə çevriləcək: "Gen terapiyasının köməyi ilə genləri redaktə etmək, xəstəlikləri DNT-dən çıxarmaq mümkün olacaq. Bu, səhiyyə ilə bağlı düşüncələrimizi kökündən dəyişəcək.

Ağıllı səhiyyə sizə daha uzun və daha sağlam yaşamağa imkan verəcək pulsuz süni intellektlə işləyən səhiyyə xidmətinə gətirib çıxaracaq. Ola bilsin ki, 10-15 ildən sonra orta ömrümüz 120-130 il olacaq. 120 il yaşasanız, təhsilə daha nə qədər vaxt sərf edəcəksiniz? 40 yaşına kimi oxuya bilərsən. Ya da gələcəkdə biz fərqli olacağıq, bəlkə də bütün həyatımız boyu öyrənəcəyik”, - deyə Kinq vurğulayıb.

Nikol Paşinyanın atdığı addımlar dəhşətli avantüra və sözün əsl mənasında “intihar” kimi görünür. Amma o, bilərəkdən bu yükü öz üzərinə götürdü.

Axar.az xəbər verir ki, bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib.

“Qərbdən zəmanət alan Paşinyan müəyyən müddətdən sonra Qarabağa görə qisas almağa çalışacaq. Bütövlükdə buna nə Qərbin, nə də onun ehtiyacı var. Çünki Qərb hələ də Ermənistana kifayət qədər silah verməyib. Ermənistan qonşuları ilə barışmaq əvəzinə növbəti avantüraya başlayır. Sülh içində yaşamaq istəmirlər. İrəvanın avantüraları nəticəsində Ermənistan dövlətçiliyi sadəcə olaraq çökə bilər”, - o bildirib.

Razuvayevin fikrincə, Rusiya Ermənistanla “uyğunlaşmayacaq”:

“Lakin o, əvvəlki kimi, bütövlükdə Cənubi Qafqazla “uyğunlaşacaq”. Çünki tarixən bu region onun üçün strateji idi, Cənubi Qafqaz bu gün Rusiyanın sərhəddidir. Ermənistan KTMT-dən çıxsa, biz bundan da heç nə itirməyəcəyik. Ümumiyyətlə, Rusiya həmişə Ermənistanın mövcudluğunun qarantı olub. Amma indi elə bir məqam yetişib ki, öz milli maraqlarımıza hörmət etmək xüsusilə zəruridir. Ermənistan real olaraq regionda NATO-nun varlığına zəmin yaratsa, Türkiyənin Alyansın üzvü olduğunu unutmamalıdır. Türkiyə isə Bakıya dəstək olacaq. Eyni zamanda, Ankara Moskva ilə konstruktiv münasibətlərə malikdir. Bundan nə nəticə çıxacaq? Paşinyan ABŞ, eləcə də AB ilə koordinasiyada, sadəcə olaraq, Brüssel və Vaşinqtonun “kasıb”, zərər çəkmiş Ermənistana hərbi, iqtisadi yardım göstərmələrinə dair sənədin imzalanmasına şərait yaradır. Və bu sənəd Cənubi Qafqazın tarixində dönüş nöqtəsi ola bilər. Əslində bu, Ermənistanın NATO-ya qeyri-rəsmi daxil olmasıdır. Ermənistanın Baş nazirinin əvvəllər işğal olunmuş səkkiz kənddən dördünün Azərbaycana qaytarılmasını ört-basdır etmək üçün “eskalasiya”dan istifadə etməsi sadəcə olaraq İrəvanın bütün istiqamətlərdə gördüyü işlərdir. Ermənistan hakimiyyəti hər ehtimala qarşı işğal etdiyi kəndlərin Bakıya verilməsini belə formada qurur ki, ölkə daxilindəki insanlar üsyan etməsin”.

İŞİD “Turan dəhlizi”ndə? - NƏ BAŞ VERİR“Crocus City Hall”da törədilən terror aktı itki və faciə ilə bərabər, bir çox gerçəklikləri də ortaya çıxardı. Məsələn, hadisənin məsuliyyətini üzərinə götürən İŞİD terror təşkilatının artıq ənənəvi Yaxın Şərq arealından çıxaraq, Asiya mərkəzli fəaliyyətə başlaması barədə deyilənlər ilkin təsdiqini tapdı. Qeyd edək ki, son 6 ildə bu təşkilatın Mərkəzi Asiyaya yayılmaq strategiyasının olduğu, hətta ilk olaraq Tacikistanda tərəfdarlarını artıracağı, Çinə hədəflənmiş fəaliyyət üçün qurumun daxilində uyğur türklərinin sayının məqsədli şəkildə artırıldığı barədə təhlillər vardı. İŞİD-Xorasan transformasiyası bu strategiyanın nəticəsi idi. “Crocus City Hall” İŞİD-in yeni arealda ilk açıq genişmiqyaslı əməliyyatı oldu…

İndi İŞİD Mərkəzi Asiyaya yerləşməklə və burada özünə daha böyük baza toplamaqla, həm Çin, həm də Rusiya üçün ciddi təhdid mənbəyinə çevrilir. İraq və Suriya təcrübələrində bu təşkilatın fəaliyyətinin nəticələri, təəccüblü də olsa, daha çox Qərbin maraqlarına cavab verdi. Yeni hədəflər də elə Qərbin “diqqətində” olan ünvanlardır – Moskva və Pekin. ABŞ və Britaniya Rusiyanın və Çinin zəifləməsini istəyir və buna çalışırmı? Çalışır. ABŞ və Britaniya orta dəhlizə nəzarəti ələ almaq və burada güclənməyə çalışırmı? Çalışır. Qərbin hədəfləri Yaxın Şərqdən Avrasiyaya yönələn kimi İŞİD də dislokasiya dəyişdirir. Uzağa gedən nəticələr çıxarmağa çalışmırıq, bu, sadəcə bir faktdır.

İndi Orta Dəhliz politoloji mətnlərdə həm də “Türk xətti”, hətta bəzi İran mənbələrində hətta “Turan dəhlizi” kimi də adlandırılır. Bu halda, Qərbin bölgəyə türk topluluqları üzərindən daxil olmağa çalışmasından təbii heç nə yoxdur. Elə İŞİD də tərəfdarlarını Mərkəzi Asiya əsilli, xüsusilə uyğur türklərindən olan döyüşçülər hesabına artırır.

Bu əsrarəngiz paralellik bölgənin gələcəyi ilə bağlı nələr vəd edir?

Moskvadakı terrordan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində bu məsələlər barədə geniş müzakirə də açılmışdı. Məsələn, jurnalist Asif Nərimanlı Facebook profilində yazır ki, terror aktını İŞİD-Xorasan qruplaşmasının üzərinə götürməsi, yaxud onun üzərinə qoyulması və terrorçuların xüsusilə tacik əsilli olması bir versiyanı önə çıxarır: Yaxın Şərqdə “missiyasını” başa vuran İŞİD-in yeni ünvanı Asiya ola bilər.

““İslam dövləti” planının Yaxın Şərqdə “məğlub” olmasından sonra bu “ideya” “Böyük Xorasan” adlandırılan Cənubi – Mərkəzi Asiya bölgəsinə daşındı. 2015-ci ildə polkovnik Gülmurod Halimovun İŞİD-ə qoşulması ilə terror təşkilatı daxilində ciddi gücə çevrilən “tacik qrup” Yaxın Şərqdəki “məğlubiyyətdən” sonra “Xorasanda” daha aktiv şəkildə ön plana çıxmağa başladı. Görünür ki, 2017-ci ildən sonra terror planı Yaxın Şərqdən Asiyaya köçürülüb. İŞİD-Xorasan qruplaşmasının aktiv terror hücumlarına ABŞ-in Əfqanıstandan çıxmasından sonra başlaması da diqqətçəkən məqamlardandır. Qruplaşmanın son illər əsasən Rusiyanı – birbaşa Putini təhdid etməsi təsadüfə bənzəmirdi”.

A.Nərimanlı qeyd edir ki, Yaxın Şərqdəki qeyri-stabilliyin Cənubi – Mərkəzi Asiya coğrafiyasına köçürülməsi həm Rusiya ətrafında, həm də Çin və bu ölkənin üstünlük verdiyi nəqliyyat dəhlizlərində qeyri-stabilliyin yaranması ilə nəticələnə bilər: “Baş verənləri dəhlizlər uğrunda mübarizənin tərkib hissəsi kimi də dəyərləndirmək mümkündür”.

Pressklub.az-ın sualını cavablandıran təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikrincə, İŞİD Moskvada törədilən terror aktında Rusiyanı əsas hədəf kimi götürməyib.

“Suriyada bütövlükdə darmadağın və məğlub olandan sonra İŞİD-in müəyyən bir qismi Əfqanıstan-Tacikistan sərhədində yerləşməyə məcbur oldular. Eyni zamanda, qlobal güclər lazım gəldikdə İŞİD-dən təzyiq vasitəsi kimi də istifadə edirlər”.

Müsahibimiz hesab edir ki, İŞİD Tacikistan və Əfqanıstan sərhədlərində möhkəmlənərək, bütün Mərkəzi Asiyaya təsir edə bilər: “Həmçinin Mərkəzi Asiyada İŞİD-in bu və ya digər şəkildə möhkəmlənməsi gərginliyin yaranmasına səbəb olacaq. Çünki bu bölgə Çinlə Rusiya arasında yerləşir və yeri gəldikdə, ərazidən həm Çinə, həm Rusiyaya təzyiq göstərmək mümkündür. Qlobal güclər bundan istifadə edə bilər. Eyni zamanda, Qərbə qarşı da həmin böyük qüvvələrin İŞİD-dən istifadə etməsi mümkündür”.

Beləliklə, dünyanın ən qorxunc terror təşkilatlarından biri Avrasiyada böyük oyuna daxil olur. Bu amilin bölgədə hansı vəziyyəti yaradacağı, proseslərdə hansı rolu oynayacağı yaxın gələcəkdə daha aydın görünəcək. Bəlli olan bircə budur ki, bir şəri yıxmaq üçün başqa bir şərə arxalanmaq hələ heç vaxt, heç kimə xeyir gətirməyib…

Qabil Abbasoğlu,
Mədinə Useynova - Pressklub.az
KTMT qoşunları Ermənistana girə bilər - 5 SƏBƏB"Rusiya KTMT-dən istifadə etməklə Ermənistanda əməliyyat keçirə bilər".

Bu sözləri politoloq Əziz Əlibəyli "Cebhe.info"-ya şərhində Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının Ermənistanda hər hansı əməliyyatının keçirilməsi ehtimalı ilə bağlı suala cavablandırarkən bildirib.

Onun sözlərinə, Moskva beş səbəbə görə Paşinyan hakimiyyətini cəzalandıra bilər.

"Birincisi, bu məsələdə təhlükəsizlik faktorunu nəzərə almalıyıq. Bildiyimiz kimi, Ermənistanda az da olsa etnik ruslar, eyni zamanda qeyri-rus, amma Rusiya vətəndaşı olan ermənilər yaşayır. Onların arasında Qarabağdan köçüb gedən ermənilər də var. Əgər Ermənistanda etnik rusların və Rusiya vətəndaşlarının təhlükəsizliyi təhdid altına düşərsə, bu, Moskvaya tədbir görməyə imkan verə bilər.

İkincisi, KTMT-nin üzvü kimi Ermənistanın təhlükəsizliklə bağlı öhdəlikləri var. İrəvan həmin öhdəlikləri hər zaman icra etməlidir. Amma indiki Ermənistan hakimiyyətinin hərəkətləri KTMT-nin təhlükəsizlik konsepsiyasına ziddir. Moskvanın ümumi təhlükəsizlik konsepsiyasının qorunması adı altında Ermənistanın bu davranışlarına reaksiyası gözlənilər bilər.

Üçüncüsü, Ermənistan hakimiyyəti monolit bir hakimiyyətdir. Yəni bu hakimiyyətdə Rusiyaya bağlı olan qüvvələr ola bilər. Gözlənilmədən, ölkənin hərbi elitasından kimsə milli təhlükəsizliyi bəhanə gətirməklə Moskvaya məktub göndərməklə KTMT-dən yardım istəyə bilər”.

Ekspert deyib ki, dördüncü səbəb Rusiyanın Ermənistanda iki istiqamətdə hərbi mövcudluğudur:

“Biri, Gümrüdəki 102-ci hərbi baza, digəri isə Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin təhlükəsizliyini mühafizə edən rus qoşunlarıdır. Ermənistanda hərbi mövcudluğun davam olması Rusiya üçün çox önəmlidir.

Beşincisi, təbii ki, Rusiyanın Ermənistanda iqtisadi maraqlarıdır. Ermənistan iqtisadiyyatı demək olar ki, Rusiyadan asılı vəziyyətdədir. Hazırda Kremli narahat edən digər məsələ Ermənistanın Avrasiya İqtisadi İttifaqını tərk edib-etməyəcəyi ilə bağlıdır. Çünki Rusiyanın Ermənistanda milyard dəyərində sərmayələri var. Moskva bu ölkədə iqtisadi mövcudluğunu da əldən vermək niyyətində deyil".
irevan-qarabagla-bagli-qerarlari-nato-nun-tesiri-altinda-verib

“İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib. 

Onun sözlərinə görə, Moskva və KTMT-nin regionda vəziyyətin gərginləşməsi dövründə Ermənistana yardım etməməsi ilə bağlı bəyanatlar yalandır: “Bu ideyanı dəstəkləyən və yayanları yalan danışmaqda ittiham edirəm. Bu, həqiqət deyil, yalandır. Rəsmi İrəvan bu barədə qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”. 

Zaxarova qeyd edib ki, Qərb ölkələri Ermənistanın Qarabağdan rəsmi olaraq imtina etməsi mövzusunu təbliğ edirdilər.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan bir neçə aydır ölkəni tərk edərək Avropaya gedib.

Onun ölkəni tərk etməsini artıq erməni mediası da yazır.

Erməni nəşrlərinin bildirdiyinə görə, Köçəryan uzun müddətdir, aktiv siyasi səhnədən geri çəkilib və ölkədəki siyasi proseslərə çox loyal münasibət bəsləyir. Aktiv siyasi səhnədən geri çəkilən Köçəryan artıq məişət həyatı yaşayır. Bu səbəbdən də uzun müddətdir ki, lideri olduğu parlamentdəki "Ermənistan" fraksiyasının deputatları ilə də görüşmür. O, "Ermənistan" fraksiyasının deputatları ilə sonuncu dəfə ötən ilin sonlarında görüşüb.

Ermənistanı tərk edən Köçəryanın Almaniyada olduğu bildirilir.

Hətta onun aktiv siyasi fəaliyyətə son verməsi və xaricə getməsini parlamentin "Ermanistan" fraksiyasının deputatları belə gizli saxlamağa çalışır və bu barədə ictimaiyyətə açıqlama vermək istəmir.

Bu barədə juranlistlər fraksiyanın deputatı Aqnesa Xamoyandan soruşsalar da, o suala cavab verməkdən yayınıb. Köçəryanın ölkəni tərk edərək xaricə getməsi ilə bağlı suala gəldikdə isə Xamoyan yalnız bunları qeyd edib: "Məhkəmə onun ölkədən çıxışını qadağan edən vəsatəti ləğv etdikdən sonra gedib. Başqa şərh verə bilmərəm”.

Lakin bəzi ekspertlər qeyd edir ki, Köçəryan Paşinyanla anlaşdıqdan sonra aktiv siyasi səhnədən getməyi qərarlaşıb. Anlaşmaya görə, Köçəryanın oğlu parlamentdə deputat mandatı qazanacaq, o isə aktiv siyasi səhnəni təkr edəcək. Belə də oldu.

2023-cü il noyabrında “Ermənistan” blokunun seçki siyahısında deputatlığa üç namizəd Mirdat Madatyan, Angela Nalbandyan və Gerasim Vardanyan Mərkəzi Seçki Komissiyasına namizədliklərindən imtina ediblər. Həmin şəxslər namizədliklərini geri götürməsi ilə Robert Köçəryanın oğlu Levon Köçəryan deputat mandatı qazanıb.

Ermənistan Rusiyaya qarşı pis heç nə etməyib.

Hökümət başçısı bu barədə görüntü paylaşıb. Görüntüdə Paşinyan Rusiya-Ermənistan münasibətlərindən danışıb.

“Rusiya ilə münasibətlərimizdə heç bir səhv etməmişik. Tərəfdaşlarımız yerinə yetirməmədiyimiz hər hansı öhdəliyə işarə edə bilməz. Ancaq biz bunu edə bilərik və edə bilərik. Biz haqlı suallar qaldırırıq və bu suallara əsaslı cavablar gözləyirik. Suallarımıza cavablar gələnə qədər münasibətlərdə gərginlik məsələsi həll olunmayacaq”, - Nikol Paşinyan vurğulayıb.(APA)

Ukrayna artıq terrorçu dövlətə çevrilib.

"Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

O, “keçmiş Ukraynanın terrorçu dövlət” kimi tanınması ilə bağlı müzakirələri “tamamilə sxolastik” adlandırıb.

“Əslində, Ukrayna artıq öz və başqalarının vətəndaşlarını öldürən terrorçu dövlətdir. Ukrayna onları şəhərlərdə və səngərlərdə öldürür, həbsxanalarda belə öldürür”, - Medvedev qeyd edib.

“Mən Ermənistanın Rusiya ilə qarşıdurma kontekstində sözün geniş mənasında ABŞ və Qərbin geosiyasi çəkişmə obyektinə çevrildiyinə inanmağa meyilliyəm. Bu, çox təhlükəlidir".

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

O bildirib ki, bu, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində nüfuzuna, perspektivlərinə çox spesifik ziyan vura bilər. "Bunu anlamamaq çox təhlükəli yanlış fikirdir”, - Karasin bildirib.

İranın paytaxtı Tehranda yüzlərlə insan İnqilab Keşikçiləri Ordusunun Suriyaya cavabdeh olan Qüds Qüvvələrinin komandanı Məhəmməd Rza Zahedi də daxil olmaqla, Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binasına İsrail tərəfindən hücum nəticəsində 7 nəfərin həyatını itirdiyi hücuma etiraz etmək üçün küçələrə çıxıblar.

Tehranın Fələstin meydanına toplaşan qəzəbli kütlə İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlamiyə səslənərək: “Salami, Qolanı İrandan raketlərlə vur”, “İnqilab Keşikçiləri, raketlərə raketlə cavab ver” şüarları səsləndiriblər.

Nümayişdə İranın dəstəklədiyi Suriya, Hizbullah və Fələstində fəaliyyət göstərən Fatimiyyun briqadalarının bayraqları da dalğalanıb. Aksiyada "İsrailə, ABŞ-yə ölüm!” , “Qisas, intiqam!”, “İsrail, mən sənin düşməninəm” kimi plakatlar nümayiş etdirilib.

Qeyd edək ki, İranın "Tasnim" xəbər agentliyi İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Zahidinin İsrailin İranın Dəməşqdəki səfirliyinin binasındakı konsulluq binasına endirdiyi hava zərbəsi nəticəsində həlak olduğunu açıqlayıb.

Bildirilir ki, Zahidi vaxtilə İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin Suriya və Livan zabiti olub.

Dəməşqdəki konsulluğa hücumda həlak olanlar arasında daha bir general və beş zabit olub.

Xəbər lenti