![]() |
|
"Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz müstəqilliyimizin ilk illərindən başlayaraq hadisələrin sonrakı inkişafı ilə bitən faciəvi şəraitə görə indi əlimizdə olan nəhəng məlumatları emal etməli və dərk etməliyik", - o qeyd edib.
Onun sözlərinə görə, tarixi ədalətin şərhləri fərqli ola bilər və bütün problem budur.
"Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-də, Rusiyada, İranda, İsraildə yaşayır. Orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?
Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı sülhdən danışırıq? Bu. Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur. Burada söhbət bu günümüzdən, sabahımızdan, gələcəyimizdən gedir”, - Paşinyan bildirib.
HƏMAS-la müharibə bir neçə aya, qələbə ilə başa çatacaq.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O deyib ki, İsrail HƏMAS-la atəşkəs razılaşmasını qəbul etməyəcək: “İsrail ordusu sistemli şəkildə işləyir. Biz məqsədimizə çatana qədər dayanmayacaq, geri çəkilməyəcəyik”.
Baş nazir bildirib ki, HƏMAS-ın bütün yeraltı tunelleri məhv ediləcək: “HƏMAS-ı tamamilə məhv etməkdən başqa çıxış yolu yoxdur. Biz dörd ay ərzində HƏMAS-ın 20 mindən çox üzvünü öldürmüş və ya yaralamışıq. İsrail müdafiə ordusu HƏMAS üzvlərinin gizləndiyi tunelləri sistemli şəkildə məhv edir. Bizim tam qələbə qazanmamağımız növbəti qırğın deməkdir”.
“Mən ABŞ dövlət katibi Antoni Blinkenə də dedim ki, HƏMAS məhv edildikdən sonra Qəzzanın əbədi olaraq hərbsizləşdirilməsinə əmin olacam”, - hökumət başçısı diqqətə çatdırıb.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
Birləşmiş Ştatlar ordusunun xüsusi təyinatlı qüvvələrini (“yaşıl beretlər”) uzun müddətə Tayvanda yerləşdirəcək.
Nsn.fm-in məlumatına görə, ABŞ xüsusi təyinatlıları hərbi təlimatçı qismində Kinmen və Penqhu arxipelaqlarında qarnizonlarda yerləşdirilərək Tayvan hərbçilərinə təlim keçəcəklər.
Təlimlərdən birində “Black Hornet” mikro-dronlarından istifadə kursu nəzərdə tutulub.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Müdafiə Strategiyası və Resursları Departamentinin rəhbəri Su Tzuyun bildirib ki, “yaşıl beretlər” həm də müdafiə əməliyyatlarında ixtisaslaşıblar və düşmənin sızmasının qarşısını almaq üçün tapşırıqları yerinə yetirə bilirlər.
Oxu.Az
“Prezident Rəcəb Tayyib Ərdoğan bir il öncə baş verən dəhşətli zəlzələdə son dərəcə həssas oldu. “İtirdiyimiz həyatları geri qaytara bilmərik. Ancaq nə olursa olsun, böyük dövlətlər bu cür fəlakətlərdən, bu cür mənfi hallardan mühüm dərs çıxarar və bu yönləriylə seçilərlər”- deyərək dövlət və millət olaraq bu böyük fəlakətdən böyük dərslər çıxarmağımız üçün səy göstərdi. Biz də öz sahəmizdə Türkiyə olaraq Əsrin Fəlakətini təbii fəlakət koordinasiyası kontekstində bir milad kimi qəbul edirik".
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Əsrin Fəlakətinin 1-ci İldönümündə Fəlakət Koordinasiyası Simpoziumu”nda çıxışı zamanı deyib.
Çıxışını davam etdirən Fəxrəddin Altun əlavə edib ki, qarşılarına belə bir hədəf qoyublar: "Türkiyənin fəlakət koordinasiyası nöqtəsində olduğu səviyyəni daha da yüksəltmək, bunun üçün böyük səy göstərmək və bu sahədə akademik və intellektual mükəmməlliyi artırmaq”.
Bir il öncə baş verən zəlzələlər nəticəsində 11 şəhərdə 14 milyon insanın zərər gördüyünü vurğulayan Fəxrəddin Altun dövlətin axtarış-xilasetmə işlərindən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başladığını söyləyib:
“Bu çərçivədə ümumilikdə 307 min evin əksəriyyətinin tenderi keçirilib. Tenderləri keçirilmiş bina və kənd evlərinin tikinti prosesi sürətlə davam edir. İctimaiyyətin bu işləri yaxından izləməsi üçün media mənsublarının bölgədə iştiraklarını asanlaşdırmağa və fəaliyyətlərinə dəstək verməyə çalışırıq”.
Fəxrəddin Altun böyük fəlakətlərin yaratdığı fövqəladə hal psixologiyasını manipulyasiya etməyə və beləliklə, fəlakəti daha da dərinləşdirməyə çalışan bədxah aktyorların olduğuna diqqət çəkərək bunları deyib:
“Bu dezinformasiya kampaniyalarını həyata keçirənlərin məqsədi ictimaiyyətdə dövlət orqanlara qarşı inamsızlıq yaratmaq, yanlış məlumat yaymaqla axtarış-xilasetmə və yardım fəaliyyətlərinə mane olmaq, insanlarda çaşqınlıq, xaos yaratmaqla qərar vermə proseslərinə zərbə vurmaq idi.
Zəlzələlərdən sonra dövlət və millət olaraq göstərdiyimiz səylərlə bu cür çirkin hədəflərin öz məqsədlərinə çatmasının qarşısını böyük ölçüdə aldıq. Amma bu o demək deyil ki, belə hücumlar dayanacaq. Biz bilirik ki, bu cür bədnam cəhdlər mümkün böhran və fəlakət vəziyyətlərində mütləq özünü göstərəcək”, - Altun qeyd edib.
Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür.
Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.
Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.
65 saniyə davam edən 7,8 bal gücündəki zəlzələ o qədər şiddətli idi ki, Misirdə belə hiss edilmişdi.
Təbii fəlakətin miqyası həm də onun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərin bu gün də davam etdirilməsi ilə ölçülə bilər. Türkiyənin 11 əyalətini əhatə edən zəlzələ nəticəsində binalar, yollar, hava limanları yararsız hala düşdü, tarixi tikililər dağıldı, 1 milyondan çox insan dəqiqələr içində evsiz qaldı. Son məlumata görə, zəlzələdən sonra Hatay şəhərinin 1,7 milyon nəfərlik əhalisindən yalnız 250 mini şəhərdə qalır.
Bu, son 30 ilin ən dağıdıcı beşinci zəlzələsi idi. Hesablamalara görə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyə 5 il ərzində 150 milyard dollara ehtiyac duyacaq.
Təbii fəlakətdən dərhal sonra başladılan operativ humanitar yardım fəaliyyətinin iki əsas istiqaməti var idi – axtarış-xilasetmə və sağ qalanlara yardım. İşlərin çətin hissəsi təbii ki, axtarış-xilasetmə işlərinin aparılması, insanların bir an öncə dağıntıların altından çıxarılması idi. Bu məqsədlə Türkiyə bütün gücünü zəlzələ bölgəsinə səfərbər etdi. Lakin zamana qarşı bu yarışda ölkənin təkbaşına iştirakı kifayət edə bilməzdi. Odur ki, dünyanın hər yerindən Türkiyənin dördüncü səviyyəli beynəlxalq yardım çağırışına səs verildi. İlk gələn ölkə təbii ki, qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400-dən çox xilasedicisi zəruri avadanlıqlarla təmin edilərək dərhal zəlzələ bölgəsinə yola salındı. FHN-in 40-dan çox tibbi personalı ərazidəki səhra xəstəxanalarında yaralılara yardım etdi. Azərbaycan Ordusunun hərbi tibbi personalı da əraziyə səfərbər edildi.
Ümumilikdə Türkiyədə təxminən 12 min əcnəbi axtarış-xilasetmə işlərində iştirak etdi.
Türkiyənin hər yerində insanlar müxtəlif kampaniyalar təşkil edərək humanitar yardım göstərməyə çalışdı. Türkiyənin bu çətin günlərində Azərbaycan xalqı da güclü həmrəylik, səfərbərlik nümayiş etdirdi. Ölkənin hər yerində humanitar yardım mərkəzləri yaradıldı, təcili qış geyimləri, qida, gigiyena məhsulları və s. toplanaraq ardı-arası kəsilməyən yük maşınları ilə Türkiyəyə yola salındı. Azərbaycanlıların bu cür genişmiqyaslı səfərbərliyi daha əvvəl 44 günlük Vətən müharibəsi dövründə baş vermişdi. Fəlakətin ilk üç günü ərzində Azərbaycan vətəndaşları Türkiyəyə xeyriyyə məqsədi ilə milyon dollara yaxın vəsait köçürdü.
Zəlzələdə evlərini itirənlərin evlə təmin edilməsi istiqamətində aparılan intensiv proqram çərçivəsində 300 mindən çox evin inşasına başlanılıb və bunlarda təxminən 50 mini artıq təhvil verilib.
Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
Müraciəti təqdim edirik:
“Zati-aliləri,
Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.
Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib.
Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.
Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır.
Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz.
Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir.
Bilyana Pantiç Pilya - nümayəndə heyətinin rəhbəri
Dubravka Filipovski
Elvira Kovaks
Dunya Simonoviç Bratiç
Stefan Yovanoviç
Yelena Zariç Kovaçeviç
Aleksandar Markoviç”.
Rusiya Prezidenti Vladimir Putinin yeni görüntüləri gündəm olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, beynəlxalq tədbirlərin birində İsrailin Baş naziri Benyamin Netanyahuya hörmətsizlik edib.
Həmin görüntüləri təqdim edirik:
Çin ABŞ-a müqavimət göstərmək üçün nüvə arsenalı qurur. Bu, Rusiya-Ukrayna müharibəsi təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Nəşrin məlumatına görə, Si Szinpin hakimiyyətinin ilk günlərindən nüvə silahına üstünlük verib:
“Çin taxtına oturduqdan cəmi 3 həftə sonra nüvə raketlərindən məsul olan generalları çağırdı və onların qarşısına sərt tələb qoydu. Çin qəzəbli düşmənlə mümkün nüvə müharibəsinə hazır olmalıdır”.
Türkiyə "TOGG"dan sonra daha bir yerli avtomobili istehsal etməyə hazırlaşır.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, texnologiya şirkəti "Reeder" ilk avtomobilini bu il istehsal etməyi planlaşdırır.
"Reeder Technology" şirkətindən bildirilib ki, 30 avqust 2024-cü ildə ilk sınaq avtomobili Samsunda istehsal xəttindən buraxılacaq.
Şirkətin yerli texnologiyalarla istehsal etdiyi ilk elektrik avtomobilinin Türk avtomobil sənayesi üçün əhəmiyyətli bir dönüş nöqtəsi olacağı gözlənilir.