ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.

Bu barədə Ağ Evin saytında dərc olunan məlumatda deyilir.

"Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək", - bəyanatda deyilir. .

"Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd edə biləcəklər bilsinlər ki, əgər siz amerikalıya zərər versəniz, cavab verəcəyik", - Bayden deyib.

©Report

Ukrayna hərbi kəşfiyyatı dünən rəsmi sosial media hesablarında Rusiyanın “İvanovets” hərbi gəmisini məhv etdiklərini açıqlayıb. Pilotsuz dəniz vasitələri ilə həyata keçirilən hücumun görüntülərində gəminin əvvəlcə yan tərəfə əyildiyi, daha sonra partlayaraq suya batdığı görünür.

Ukrayna Müdafiə Nazirliyi gəminin təxmini dəyərinin 60 milyondan 70 milyon dollara qədər olduğunu açıqlayıb. Xarici İşlər  rəsmisi Aleksandr Şerba hücumu "təsirli" adlandırıb.

“İvanovets” təxminən 40 nəfərdən ibarət ekipajı olan hərbi gəmilərdir. Hücumda hər hansı itki olub-olmadığı məlum deyil. Məsələ ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

Ukrayna uzaqmənzilli raket zərbələri və pilotsuz dəniz vasitələrinin innovativ istifadəsi ilə Moskvanın Qara dənizdəki hökmranlığına böyük zərbə vurdu. Nəticədə Moskva Qara dəniz donanmasının əsas hissəsini Krımdakı əsas bazasından Novorossiyskə geri çəkməyə məcbur oldu. Ukrayna isə Odessa və yaxınlıqdakı digər limanlardan taxıl ixracına yenidən başlamaqla müharibədən əvvəlki səviyyəyə qayıda bildi.

Britaniyanın “The Guardian” qəzeti yazıb ki, son hücum Kiyevin Qara dənizdə genişlənən gücünü ortaya qoyur.

Bundan başqa, Avropa İttifaqı liderləri dünən Macarıstanın baş naziri Viktor Orbanı Ukraynaya növbəti dörd il ərzində 50 milyard avroluq (54 milyard dollar) yardım paketini təsdiqləməyə razı sala biliblər. ABŞ prezidenti Co Bayden isə respublikaçıların veto qoyduğu 61 milyard dollarlıq hərbi yardım paketi üçün “Afina formulası”nı tətbiq etməyi düşünür.

Ardıcıl gələn xoş xəbərlər Kiyev administrasiyasını gücləndirsə də, Ukraynanın Baş Qərargah rəisi Valeri Zalujninin vəzifəsindən azad ediləcəyi ilə bağlı iddialar hələ də gündəmdədir.

İddia edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski “dəmir general” kimi tanınan Valeri Zalujninin açıqlamalarından narahatdır və əks-hücumun uğursuzluğunda baş komandanı günahlandırır.

İctimai rəy sorğuları Zalujninin gələcəkdə Zelenskinin rəqibi ola biləcək qədər güclü fiqur olduğunu ortaya çıxır. Britaniya mediası Zalujninin işdən çıxarılmasına müqavimət göstərildiyini iddia edir. Mülki və hərbi idarə arasındakı böhranın komandanlıq zəncirindəki etimadı zədələdiyi və cəbhədəki əsgərlərin əhval-ruhiyyəsinə təsir etdiyi bildirilir.

© Musavat.com 

Uzun müddətdir ki, Ermənistan iqtisadi baxımdan çətinliklər yaşayır.

Bu ölkənin iqtisadiyyatı illərlə Rusiya və digər ölkələrdən gələn erməni diasporunun pulları, o cümlədən maddi yardımları ilə nəfəs alıb. Lakin bu yardımlar iqtisadi inkişafa nail olmaq, qlobal layihələrdə iştirak etmək üçün nəinki kifayət etmir, hətta xaricdən asılılıq yaradaraq ölkənin rifahı və gələcəyi üçün əsas əngəllərdən birinə çevrilir. Vəziyyətin ən acınacaqlı tərəfi isə Ermənistanın iqtisadiyyatını əsaslı formada gücləndirmək əvəzinə, statistik göstəriciləri müəyyən vasitələrlə müsbət formada təqdim etməsi, bu rəqəmlərlə öz vətəndaşlarını aldatmasıdır.

“Report”un araşdırmasında Ermənistanın çətin vəziyyətdə olan iqtisadiyyatına, şişirdilən rəqəmlərə, Rusiyadan asılılığına diqqət çəkilib.

İlk olaraq şişirdilən rəqəmlərə yer verən bəzi mətbuat orqanlarının yaydığı xəbərlərə nəzər salaq. Bunlar sırasında ən gülünc olan faktlardan biri 2024-cü il üçün Cənubi Qafqazda adambaşına düşən büdcə xərcləri ilə bağlı statistik göstəricidir. Bu göstəricilərə görə, Ermənistan adambaşına düşən büdcə xərclərində 2650 ABŞ dolları ilə ilk yerdə, Gürcüstan 2 435 ABŞ dolları ilə ikinci yerdə, Azərbaycan isə 2 130 ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

Məsələyə ilk olaraq Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın büdcə gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlərə əsaslanaraq nəzər salaq. Bu rəqəmlərdə 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki məzənnə ilə 6,7 milyard ABŞ dolları, xərclərinin isə 7,8 milyard ABŞ dolları olduğu göstərilir. Əhalinin sayına baxsaq, adambaşına düşən gəlir təxminən 2,2 min ABŞ dolları, xərclər 2,6 min ABŞ dolları təşkil edir. Burada gəlirlər və xərclər arasında yaranan 400 ABŞ dolları fərq isə ianələr, yardımlar və borclar hesabına qapadılır.

Ümumiyyətlə büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı faktorlara əsasən qeydə alınması çox mühüm amildir. Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 21,7 milyard ABŞ dolları, adambaşına düşən büdcə xərcləri isə 2 165-2 170 ABŞ dolları təşkil edir. Ölkəmizin büdcə gəlirləri birbaşa yerli fiskal mənbələr, yəni 100% vergi, gömrük və sair daxili mənbələr hesabına formalaşır, heç bir xarici qrant, maliyyə institutlarından borc alınmır. Amma digər Cənubi Qafqazın iki ölkəsinin büdcəsi xarici maliyyə mənbələri, o cümlədən xarici borclar hesabına formalaşır. Alınan borclar büdcə xərclərində öz əksini tapır ki, bu da rəqəmlərin şişirdilməsi ilə nəticələnir.

Adambaşına düşən xərclərdə əhali faktoruna da nəzər yetirsək görərik ki, Azərbaycan əhalisinin 10 milyon nəfər olması bu xərclərin həcminə təsir edir. Burada belə bir sual yarana bilər ki, qonşu ölkələrdə əhali çox olarsa bu, büdcədə də müsbət formada öz əksini tapacaq. Lakin bu zaman nəzərdən qaçan məqamlar var. İstənilən ölkənin güclü iqtisadiyyatının olması üçün əsasən iki faktor rol oynayır. Bunlardan biri təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olması, digəri isə ölkənin real sektoru, bu istiqamətdə istehsal fəaliyyətidir. Azərbaycan bütün bu faktorlara sahibdir və aparılan islahatlar, yatırılan mühüm investisiyalar ölkə iqtisadiyyatını nəinki inkişaf etdirir, hətta dəyişən geosiyasi vəziyyətlərdən, qlobal böhranlardan qoruyur. Lakin Ermənistana baxsaq bu zaman təməlləri çürük olan iqtisadiyyat görərik. Ölkə təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malikdir ki, bu da ölkənin özünü təminetməsini zəiflədir. Buna əsaslanaraq deyə bilərik ki, Ermənistanın əhalisi 10 milyon olsa idi, o zaman indikindən daha acınacaqlı vəziyyətdə olardı.

2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard ABŞ dolları təşkil edir. Bunun 22 milyard ABŞ dolları və ya 60%-i Azərbaycanın payına düşür. Qalan 40% isə digər iki ölkə arasında bölüşdürülür. Bu faktın özü bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Ölkəmiz həqiqətən enerji mənbələri, kənd təsərrüfatı potensialı, eyni zamanda strateji mövqeyi ilə ön plandadır.

Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasında vacib bir rolu əsasən Rusiyadan gələn yardımlar və erməni diasporasının maliyyə dəstəyi oynayıb ki, bu mənbələr davamlı və böyüyən iqtisadiyyat yaratmaq üçün tamamilə əlverişsizdir. Ermənistanın iqtisadi göstəriciləri rəqəmlərdə artsa da, əslində mahiyyət o qədər də dəyişməyib. Rusiya-Ukrayna münaqişəsinə qədər Ermənistanın aldığı yardımlar münaqişə dövründə Rusiyaya tətbiq olunan sanksiyalar hesabına artımla əvəzlənib. Bir sözlə əvvəllər yardımlar hesabına şişirdilən rəqəmlər indi sanksiyalardan istifadə ilə şişirdilir. Sadəcə əvvəlkindən fərqli olaraq hazırkı vəziyyət statistik göstəricilərdə əksini tapır.

BeynəlBeynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi Robin Bruksun sosial şəbəkədəki paylaşımında “Ermənistanın gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından malların daşınmasında heç vaxt bu qədər böyük sıçrayış qeydə alınmamışdı. Bütün bunların hələ yenidən qablaşdırıb Moskvaya göndərilməsini heç demirəm ki, onsuz da oraya da yönləndirilir” fikri heç də təsadüfi deyil.

Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən idxal (1,81 milyard ABŞ dolları) 2021-ci ilin müvafiq dövrünə, yəni Rusiya-Ukrayna münaqişəsindən əvvəlki dövrə nisbətən 2,2 dəfə artıb. Rusiyaya sanksiyalarda əsas rol oynayan Aİ ölkələrindən bəzilərinə nəzər salsaq görərik ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında Almaniyadan Ermənistana ixrac (505 milyon ABŞ dolları) 2,8 dəfə, Polşadan (133 milyon ABŞ dolları) 3,2 dəfə, Avstriyadan (76 milyon ABŞ dolları) 3,6 dəfə, Fransadan (157 milyon ABŞ dolları) 2,1 dəfə (tarixi rekorddur), Yunanıstandan (51 milyon ABŞ dolları) 2,6 dəfə, İspaniyadan isə (75 milyon ABŞ dolları) 2,2 dəfə artıb.
Aİ ölkələrindən əlavə Rusiyaya sanksiya tətbiq edən digər böyük ölkələrin də Ermənistana məhsul ixracına baxsaq Amerika Birləşmiş Ştatlarından ixracın (584 milyon ABŞ dolları) 5,5 dəfə, Yaponiyadan (327 milyon ABŞ dolları) yeddi dəfə, Cənubi Koreyadan (143 milyon ABŞ dolları) 3,6 dəfə, Böyük Britaniyadan (98 milyon ABŞ dolları) 3,3 dəfə, Kanadadan (79 milyon ABŞ dolları) 4,2 dəfə artdığını görərik.

Bunlarla yanaşı, Ermənistanın ixracındakı artımlara da diqqət edək. Ötən ilin 11 ayında Ermənistan 6 milyard 946 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2,6 dəfə artım deməkdir (2021-ci ilin eyni dövrü ilə müqayisədə). İxracın strukturuna detallı nəzər salanda məlum olur ki, ölkə yüksək texnoloji məhsulların xarici ölkələrə satışını kəskin artırıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın, avadanlıq və mexanizmlər ixracı 89 % artdığı halda, 2021-ci ilin eyni dövrünə nisbətən 22 dəfəlik artım olub. Qeyd edilən dövrdə xaricə satılan digər mallar da 2021-ci ilin eyni dövrünə nisbətən kəskin artıb. Belə ki, yerüstü, hava və su nəqliyyatı vasitələron ixracı (533 milyon ABŞ dolları) 14,5 dəfə, avadanlıq və aparatların ixracı (130 milyon ABŞ dolları) 4,3 dəfə, qiymətli və yarım qiymətli daşlar, qiymətli metallar və onlardan məmulatların ixracı (2,14 milyard ABŞ dolları) 7,2 dəfə artıb. Məsələnin maraqlı tərəfi ixracın artımına əsas səbəb olan bu malların əksəriyyətinin Ermənistanda istehsal olunmaması və ya bu həcmdə ixracı təmin edən potensialdan uzaq olmasıdır. Aydın məsələdir ki, bu məhsullar başqa ölkələrdən alınır və üçüncü ölkəyə, yəni Rusiyaya satılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin rəhbəri Günay Quliyeva açıqlamasında bildirib ki, Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya təkrar ixrac olunmasına imkan yaradıb: “Ermənistan işlənmiş avtomobillərin, məişət elektronikasının və Qərb istehsalı olan digər malların təkrar ixracatçısı olması iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır. 2023-cü ildə Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac məhsullarının ümumi dəyəri 2022-ci illə müqayisədə 50% artımla, təxminən 3,2 milyard ABŞ dolları təşkil edib. Rusiyadan bu və digər nağd pul daxilolmaları da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən biridir”.

Bu faktlar “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında da əksini tapıb. Hesabatda Ermənistan iqtisadiyyatının hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacağı bildirilir.

Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” ölkənin ticarət və enerji baxımından Rusiyadan çox asılı olduğunu qeyd edir və hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir.

Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya və Ermənistan arasında ticarətin kəskin artdığını da bildirirlər.

Ermənistan hökumətinin də məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb ki, bu da ölkədə xarici ticarətin diversifikasiyasının çox aşağı səviyyədə olması ilə bərabər, yalnız bir ölkədən asılı vəziyyətdə olduğunu göstərir. Eyni zamanda ikitərəfli ticarət dövriyyəsinin dəyəri 40%-dən çox artaraq 6,3 milyard ABŞ dollarına çatıb.

“Fitch” 2024-cü il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunda artımı şərtləndirən digər əsas amil kimi istehlak xərclərinin artmasını göstərib. Belə ki, Rusiyadan Ermənistana gələn miqrantların, həmçinin Qarabağdan köçən etnik ermənilərin istehlak səviyyəsinin yüksəlməsinə töhfə verəcəyi proqnozlaşdırılır.

Sonda qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinə görə Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir.

İqtisadi təməlləri zəif sütunlar üzərində olan Ermənistanın qeyd edilən bu vəziyyətdən çıxması, ölkə iqtisadiyyatının şəffaf, həqiqi gəlirlər hesabına formalaşması üçün strateji addımlar atmağa ehtiyacı var. Ölkənin davamlı və real sektora əsaslanan iqtisadi artıma sahib olması üçün mövcud potensialdan düzgün istifadə etməsi əsas şərtlərdəndir. Buna aparan yol isə mütləq şəkildə regional sabitlikdən, qonşularla sülh və əmin-amanlıq şəraitində qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən və inkişaf etdirilməsindən keçir.

2050-ci ildə xərçəng 70% artacaq - ÜST-dən yeni siyahı

2050-ci ilə qədər 35 milyondan çox xərçəngə tutulma qeydə alına bilər.

Bu isə indikindən 70% çox xəstə deməkdir.

"Medicina" xəbər verir ki, ÜST-nin hesablamalarına əsasən ağciyər xərçəngi bütün yoluxma hallarının 12,4 faizini təşkil etməklə dünyada birinci yeri tutub.

İkinci yerdə qadın döş xərçəngi (2,3 milyon yoluxma, 11,6 faiz), üçüncü i yerdə mədə -bağırsaq xərçəngi (1,9 milyon yoluxma, 9,6 faiz), prostat xərçəngi (1,5 milyon yoluxma, 7,3 faiz) gəlir.

ÜST nümayəndələrindən biri Keri Adams xərçəngin erkən diaqnostikasında və xərçəng xəstələrinin müalicəsində yeni kəşflərə baxmayaraq, hələ də bir çox ölkələrdə bu metodların əlçatmaz olduğunu bildirib.

Avropanın sonu yaxınlaşır. Qitə üzləşdiyi iqtisadi, hərbi və demoqrafiq böhranlardan çıxa bilmir. Köhnə qitənin məhvinə yas tutmağın vaxtıdır. Siyasi elita Avropanı dağılmaq ərəfəsinə gətirib çıxarıb. Köhnə Avropa bu gün ağlamalı vəziyyətə düşüb. Yığılan problemlər o qədər böyükdür ki, onların həlli mümkün görünmür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalədə yer alıb.

Məqalənin müəllifi Allister Heathin fikrincə, Avropanın çürüməsi prosesi o qədər dərinə gedib ki, artıq onu geri qaytarmaq mümkün deyil. Vaxtılə Avropa inkişaf edən varlı qitə idi. Lakin indi Avropanın sonu çatıb və bunu avropalılardan başqa bütün dünya başa düşür. İqtisadi gərginlik, geosiyasi qeyri-müəyyənlik, miqrasiya böhranı, inteqrasiya proseslərinin yarımçıq qalması və demokratiya qıtlığı metastaz verməyə başlayıb. Problemlər o qədər dərinləşib ki, Avropanın siyasi elitasının eqoist və demaqoq siyasətçiləri onları həll etmək iqtidarında deyillər.

Müəllif nəzərə çatdırır ki, Almaniya, Fransa və Niderland sosial partlayışın astanasında dayanıb. Fermerlərin səbir kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Amerika və Avropa arasında davam edən 248 illik qarşıdurmadan Amerika qalib çıxdı. Lakin bu gün ABŞ-da da iqtisadi böhran və əhalinin sosial vəziyyətinin pisləşməsi müşahidə olunur. Kapitalizm, ali dəyərlər, qanunun aliliyi, şəxsiyyət azadlığı kimi dəyərləri əldə rəhbər tutan Avropa nihilizmə, anti-liberalizmə, yoxsulluğa yuvarlanır. Avropa dövlətləri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər.

Məqalədə bildirilir ki, Avropa Statistika Komitəsinin məlumatına əsasən, qitə əhalisi miqrasiyaya baxmayaraq, azalır. Qitə əhalisinin sayı 2100–cü ildə 419,5 milyona düşəcək. Avropada sosial vəziyyətin ağır olması dünyaya uşaq gətirmək istəyən ailələrin sayını kəskin azaldıb ki, bu da əhalinin qocalmasına səbəb olub. Fransa, Almaniya və Belçika miqrantları qəbul etsələr də, onların işlə təmin olunmasına, təhsil almalarına diqqət ayırmır. Bu da gələcəkdə kriminal və digər neqativ halların artması üçün əsas yaradır.

Həmçinin vurğulanır ki, 2023-cü ildə ABŞ-da ümumi daxili məhsul 3,3 faiz artsa da, Avropada iqtisadi artım sıfır səviyyəsində olub. Vergilərin artması və dövlətin özəl sahələrə həddən artıq müdaxiləsi Avropanın istehsal qabiliyyətini xeyli azaldıb. Ekologiyanın qorunması adı altında istehsal müəssisələrinə və kənd təsərrüfatına qadağalar tətbiq olunur. Bu da populist siyasətçilərin öz məqsədlərinə çatmalarına xidmət edir.

Yazıda Avropanın təhlükəsizliyi məsələsinə də toxunan müəllif qeyd edir ki, qitənin müdafiəsi tamamilə ABŞ-ın üzərinə düşür və bu da uzun müddət davam edə bilməz.

 

 

 
Ermənistan Avropanı belə aldadır - BruksErmənistan Avropa Birliyindən (AB) aldığı malları Rusiyaya göndərir.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks X sosial şəbəkə hesabında yazıb.

O, Ermənistanın AB-dən məhsul idxalını kəskin şəkildə artırdığını bildirib:

"Ermənistan gömrük polisinin uzun və şərəfli tarixində Avropa Birliyindən malların daşınmasında belə böyük sıçrayış heç vaxt qeydə alınmayıb. Bütün bunların hələ də yenidən qablaşdırılaraq Moskvaya göndərildiyini demirəm".

Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik Bəyannaməsinin müddəalarına qonşu dövlətlərin nöqteyi-nəzərindən baxmaq barədə çağırış edib.

Belə bir fikirlə Paşinyan İctimai radioda müsahibəsi zamanı çıxış edib.
Paşinyan bildirib ki, əgər müstəqillik Bəyannaməsi bu qaydada qorunub saxlanılarsa, biz heç vaxt sülhə nail ola bilməyəcəyik.

“Biz həqiqətən də bu gün münasibətimizi bəyannamə ilə tənzimləməliyik.
Dövlət siyasətimiz doğrudanmı Qarabağla və Ermənistanın birləşdirilməsi ilə bağlı qərarına əsaslanmalıdır və ya bu mesajı rəhbər tutmalıdır?...
Bu, siyasi seçim məsələsidir.

Əgər belədirsə, bu o deməkdir ki, biz heç vaxt sülhə nail ola bilməyəcəyik. Üstəlik, bu o deməkdir ki, biz müharibəyə başlamaq üzrəyik”, - Paşinyan qeyd edib.

Paşinyan Qazaxıstana işgüzar səfərə gedib

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.

Bu barədə baş nazirliyi məlumat yayıb.

Baş nazir Paşinyan bu gün Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerin Baş naziri, İqtisadiyyat və maliyyə naziri Ali Lamin Zeyni Prezident Kompleksində qəbul edib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə ilə Niger arasındakı siyasi və iqtisadi əlaqələr, terrorla mübarizə, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Ankaranın Niameyin siyasi, hərbi və iqtisadi müstəqilliyini gücləndirmək istiqamətində atdığı addımları dəstəklədiyini ifadə edib. O, Türkiyənin Niger xalqını qurbana çevirən xarici hərbi müdaxilələrə qarşı olduğunu və bunu davam etdirəcəyini vurğulayıb.

Prezident Ərdoğan Türkiyənin Nigerə dəstəyini artırmağa davam edəcəyini və iki ölkə arasında ticarət həcminin artırılması üçün addımların atılacağını bildirib.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Ani Gevorqyanın nazir müavini olan həyat yoldaşının həbsinə qərar verib.

Ötən gün İqtisadiyyat Nazirliyində 7 nəfər, o cümlədən Ani İspiryan həbs edilib. O həmin gün iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Hüquq-mühafizə orqanları tender və intensiv bağçılıq proqramında iştirakla bağlı iki saxtakarlıq faktını araşdırır.

Xəbər lenti