![]() |
|
Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır.
"Bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib.
“Türkiyədə yaradılan yerli radar sistemləri respublikanın bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək”.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.
“Türkiyə mühəndisləri tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı (MGR) Qaziantep hava limanında (Türkiyənin cənub-şərqində) quraşdırılıb. Müxtəlif ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində Türkiyənin bütün hava məkanı 1 milyon kvadratkilometr sahədə gecə-gündüz müşahidə oluna bilər. Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (“Eurocontrol” - red.) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına cavab verir”, - nazir “X”də (keçmiş Twitter) yazıb.
O qeyd edib ki, Türkiyənin mülki aviasiyanın ehtiyacları üçün öz radarını yaratması hava hərəkəti təhlükəsizliyinə nəzarəti yaxşılaşdırmağa, xarici asıllılığı azaltmağa və ölkənin aviasiya sektorunda texnoloji inkişafına töhfə verəcək.
Qeyd edək ki, sınaqdan uğurla keçən hava hərəkətinə nəzarət sistemi 112 kilometr mənzilli ilkin müşahidə radarından və 370 kilometr mənzilli ikinci dərəcəli radardan ibarətdir.
Rəsmi Moskva ABŞ-ni Aleksey Navalnının ölümü ilə bağlı geniş ittihamlar səsləndirmək əvəzinə, təmkin nümayiş etdirməyə və məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləməyə çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Niyə ABŞ üçün Rusiya vətəndaşının ölümü Ukrayna həbsxanasında işgəncə ilə öldürülən amerikalı Qonzalo Liranın ölümündən daha vacibdir?", - deyə Rusiya XİN Vaşinqtona müraciət də edib.
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı birgə bəyanat yayıb.
“Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı bu gün yayılan xəbərlər bizi şoka salır və kədərləndirir. Bizim düşüncələrimiz onun həyat yoldaşı Yuliya Navalnaya, ailəsi, Rusiyada və onun hüdudlarından kənarda Rusiyanın demokratik və dinc gələcəyinə inananların hamısı ilədir. Biz onun xatirəsini bir azadlıq döyüşçüsü kimi yad edəcəyik.
Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət və qətiyyət nümayiş etdirdi. O, mənfur sui-qəsd cəhdindən sonra cəsarətlə Rusiyaya qayıtdı. O, Rusiyada demokratlara və vətəndaş cəmiyyətinə ümid verdi, buna görə də ölkənin hər yerindən çoxlu insan onun aksiyalarına qoşulub mesajlarını dinlədi” – deyə bəyanat müəllifləri qeyd ediblər.
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında növbəti dəfə Azərbaycanı suçlayıb. Baş nazir iddia edib ki, guya, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamaq məqsədilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara çalışır: “Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxumaq olar. Buna baxmayaraq, Ermənistanın siyasəti bu ssenarinin qarşısını almaqdan ibarətdir və buna nail olmaq üçün bütün lazımi səylər göstəriləcək. Eyni zamanda Ermənistan ölkənin bütün qanuni maraqlarının müdafiəsində qətiyyətlə dayanacaq”. Paşinyanın sərsəm düşüncəsinə görə, Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir. Baş nazir zənn edir ki, Nerkin-Hand kəndi yaxınlığında baş vermiş son hadisə Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürü idi: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyi və təhlükəsizliyi məsələsinə biganədir. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Xüsusilə, 2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaratdığı halda, Azərbaycan təhlükəsizlik komponentini daxil etmədən sərhədlərin delimitasiyası üzrə komissiya ilə məhdudlaşıb".
Azərbaycan Xarici İşlər Nazirliyi erməni baş nazirin absurd bəyanatlarını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır: "12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi, həqiqətən də, sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
Göründüyü kimi, Ermənistan Baş naziri Nikol Paşinyan yenə qeyri-konstruktiv mövqe sərgiləməklə, Azərbaycanı aqressor kimi göstərib, beynəlxalq təzyiqə nail olmaq istəyini davam etdirir. Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan əsgərini snayper atəşi ilə yaralayan və aylar sonra sərhəddəki atəşkəsi pozan Ermənistan olub, DSX yalnız cavab verib. Digər tərəfdən, Ermənistan Azərbaycana aid kəndləri qaytarmamaq üçün artıq 3 ildən çoxdur müxtəlif bəhanələr gətirir. Halbuki Qazaxın 7, Naxçıvanın 1 kəndinin Ermənistan işğalı altında qaldığını Paşinyan özü belə təsdiqləyib və bu kəndlərin Ermənistanın “29,8 min kv.km ərazisinə daxil olmadığını” elan edib. Bu açıqlamalar müxtəlif bəhanələr gətirmək, riyakarlıq və işğalı davam etdirmək cəhdidir. Fevralın 14-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətindəki mövqelərimiz üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının davamı idi.
Millət vəkili Asim Mollazadə "Sherg.az"a deyib ki, Ermənistan daxilində çox ciddi problemlər, siyasi-iqtisadi təlatümlər yaşanır. Parlament üzvünün sözlərinə görə, Ermənistan baş nazirinin tutarsız və məntiqsiz açıqlamaları bir daha göstərir ki, Paşinyanın sülhlə bağlı heç bir açıqlamasına inanmaq olmaz. Çünki İrəvan hökuməti sülhlə imitasiya edir və Azərbaycanla münasibətlərin normallaşmasına çalışmır:
"Nikol Paşinyan hamı ilə oynayır, qarşı tərəfi yalanları ilə aldatmaq niyyəti güdür. Paşinyan qonşu ölkələrlə əməkdaşlıq, münasibətlərin normallaşmasını istəmir. Çünki Ermənistanda radikal, revanşist qüvvələrin mövqeyi getdikcə güclənir. Erməni diasporası da hökumətə təzyiqlərini artırır. Həmçinin bir sıra Qərb və region ölkələrinin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyəti ortadadır. Onlar da aktiv fəaliyyətə keçiblər. Dalana dirənmiş Paşinyan dünən dediyini bu gün təkzib edir, əvvəlki ritorikasını dəyişərək müharibədən, hərbi əməliyyatlardan danışır, heç bir əsas olmadan Azərbaycanı suçlayır. Əlbəttə, qeyri-müəyyən mövqe sərgiləyən bir hökumətlə nəyisə normal müzakirə etmək mümkünsüzdür".
Amerika Prezidenti Co Bayden Rusiyanın milli təhlükəsizliyə yaratdığı təhdidlə əlaqədar Moskva ilə birbaşa dialoqa getməyi əmr edib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
Onun sözlərinə görə, Bayden bu məsələ ilə bağlı diplomatik kanalların yaradılması barədə göstəriş verib.
"O, Konqresə müntəzəm brifinqlər, Rusiya ilə birbaşa diplomatik əlaqələr də daxil olmaqla bir sıra ilkin addımların atılmasını əmr edib", Kirbi əlavə edib.
Bundan əlavə, Birləşmiş Ştatların rəhbəri müttəfiqlər və tərəfdaşlarla, eləcə də dünyanın maraq dairəsinə təsir edən bütün digər ölkələrlə bu istiqamətdə işi gücləndirməyə çağırıb.
Qeyd olunub ki, milli təhlükəsizliyə təhdid Rusiyanın hazırladığı iddia edilən peyklərə qarşı silahlara aiddir.
Bundan əvvəl "ABC News" Rusiyanın kosmosa nüvə bombası yerləşdirmək istədiyi barədə məlumat yayıb.
Niger hərbi rejiminin başçısı general Abdürrəhman Tçiani ölkəsinin təbii sərvətlərinin bir əsrdən artıq müstəmləkə və neokolonial üsullarla talan edilməsinə görə Fransadan təzminat tələb edib.
“Fransa müstəmləkə və neokolonial rejim dövründə yüz ildən artıqdır ki, bizim sərvətlərimizi nəzarətsiz şəkildə talayıb. Bunun əvəzini bizə tam ödəyəcək. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik”, - deyə o bəyan edib.
General fransızların topladıqları bütün sərvətlərə görə yaranmış borcları ödəməsi üçün ətraflı cədvəl tərtib edəcəklərini deyib.(oxu.az)
“Nerkin-And yaşayış məntəqəsi yaxınlığında baş verən hadisəyə gəlincə, ilk növbədə hər şeyə aydınlıq gətirilməlidir. Bildiyimə görə, günah bizdə olub”.
Caliber.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı Akop Aslanyan mediaya açıqlamasında deyib.
A.Aslanyan əlavə edib ki, o, Nerkin-And kəndindən olan şəxslərlə danışıb.
“Onlar mənə dedilər ki, birinci qanun pozuntusu bizim tərəfimizdən olub”, - deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.
Ermənilərin təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib.
"Trampı həmişə qeyri-sistemli siyasətçi adlandırıblar. Onun ABŞ-ın müttəfiqləri ilə münasibətləri necə inkişaf etdirməsi ilə bağlı öz fikirləri var".
Bunu Putin Zarubinə müsahibəsində deyib.
Oun sözlərinə görə, ABŞ praktikasına belə hallar olub: "Götürək, ABŞ-ın ekologiya sahəsində Kioto sazişlərindən çıxmasını. ABŞ-ın o zamankı prezidenti ekoloji gündəmin cəlbediciliyinə baxmayaraq, ABŞ-ın bu sazişlərdən çıxacağına qərar verdi, çünki bunun Amerika iqtisadiyyatı üçün zərərli olduğuna inanırdı. Avropa liderləri onu nə qədər söysələr, arxasınca danışsalar da o, bunu etdi", - o qeyd edib.
Trampın NATO məsələsində tutduğu mövqeyə gəlincə isə Putin hesab edir ki, NATO-nun heç bir faydası və mənası yoxdur: "Bunun yalnız bir mənası var. O da ABŞ-ın xarici siyasətinin aləti olmasıdır. Amma ABŞ bu alətə ehtiyac duymadığına inanırsa, bu, onun qərarıdır".
Baydenin yürütdüyü siyasətə gəlincə Putin deyib ki, üç il əvvəl Baydenlə İsveçrədə görüşəndə onun bacarıqsız olduğunu deyirdilər: "Mən belə bir şey görmədim.
Bayden daha təcrübəli insandır, proqnozlaşdırılandır, köhnə formasiyanın siyasətçisidir. Amma biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik".