![]() |
|
Qlobal iqtisadiyyatın yumşaq eniş şansı artır.
"Bu barədə “Böyük iyirmiliyin” (G20) maliyyə liderlərinin yekun bəyanatına istinadən məlumat yayılıb.
Onların fikrincə, qlobal iqtisadi perspektiv üçün risklər daha balanslıdır.
Qeyd olunub ki, sənəd yekun deyil və bu həftə San-Pauluda keçiriləcək G20 toplantısından sonra rəsmi şəkildə dərc olunacaq.
“Əksər ölkələrdə inflyasiya əsasən müvafiq pul siyasəti, tədarük zəncirindəki darboğazların aradan qaldırılması və əmtəə qiymətlərinin endirilməsi səbəbindən aşağı düşüb”, - deyə sənəddə qeyd olunub.
Məlumata görə, qlobal iqtisadiyyatda vəziyyət getdikcə nikbinləşir. Ölkələr COVID-19 pandemiyasının, artan inflyasiyanın və faiz dərəcələrinin kəskin artımının təsirlərini aradan qaldırmağa nail olurlar.
"Mən rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı müzakirənin iştirakçısı olmamışam. Amma məncə, onların oradan getməsi düzgün olardı. Ermənistan öz ölkəsinin sərhədlərini qoruyacaq".
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxışı zamanı deyib.
"Rus sərhədçilərin ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Əminsinizmi? Bir neçə dəfə sübut olunub ki, onları qorumayıblar", - o qeyd edib.
“İsrail Ramazan ayı ərzində Qəzzadakı hərəkətlərini dayandıracaq”.
Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.
“Ramazan yaxınlaşır və israillilər girovları xilas etməyimiz üçün bizə vaxt verəcək. Buna görə də Ramazan ayında əməliyyat etməyəcəklər”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Misir, Qətər və ABŞ rəsmilərinin vasitəçiliyi ilə Qətərin paytaxtı Dohada atəşkəs danışıqları aparılır.
Bayden əvvəlki açıqlamalarında atəşkəs danışıqlarının martın 4-nə qədər yekunlaşacağına ümid etdiklərini bildirmişdi.
2023-cü ilin oktyabr ayının sonundan etibarən İran 60 faiz zənginləşdirilmiş uran ehtiyatını 6,8 kq azaldaraq 121,5 kq-a endirib.
Bu barədə “The Wall Street Journal” MAQATE-nin məxfi hesabatına istinadən məlumat yayıb.
Qəzet yazır ki, “sürpriz addım, çox güman ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə yanacağı yaratmasından təşvişə düşmüş Qərb ölkələri tərəfindən müsbət qarşılanacaq”.
Tehranın 2021-ci ildə uranı 60%-ə qədər zənginləşdirməyə başladıqdan sonra ilk dəfə olaraq ehtiyatını azaltdığı bildirilir.
İranın hələ də “təxminən üç nüvə silahı hazırlamaq üçün” kifayət qədər materiala malik olduğu bildirilir.
"Azərbaycan KTMT-yə üzv ölkələr üçün yad ölkə deyil. KTMT-də çoxlu müsəlman ölkələri var. Siz də bunu başa düşürsünüz".
Bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
"Ermənistan bizim Ermənistanla Azərbaycan arasında müharibəyə qarışmağımızımı istəyirdi? Yəni bu müharibə hələ də davam etməli idi və minlərlə insan həlak olmalı idi.
Yaxşı, biz müharibəni bitirdik. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimizdir, əziz xalqımızdır. Bəs Azərbaycan yaddır? Ona görə də belə vəziyyətə düşdük. Və KTMT-nin heç bir əsası yox idi. Bu münaqişəyə girmək üçün qətiyyən heç bir səbəb yox idi", - Lukaşenko qeyd edib.
Lukaşenko hesab edir ki, Azərbaycan və Ermənistan müharibə yolu ilə sonda məsələnin düzgün həllinə nail oldular. "Ermənistan tərəfi etiraf etdilər ki, Azərbaycanın beş-altı rayonunu işğal ediblər", - Lukaşenko vurğualyıb.
O eyni zamanda əlavə edib ki, problemin sülh yolu ilə həlli istiqamətində Bakı ilə İrəvan arasında faktiki vasitəçi rolunu oynayıb: "Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində təkcə sülh yolu ilə nizamlanmaya deyil, həm də Ermənistan tərəfinə də maliyyə dəstəyi təklif edib. Mən özüm də bilmədən vasitəçi olmuşam. Mən Bakıdan İrəvana gedib bu siqnalları çatdırmışam. Söhbət Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər sərmayə qoyuluşundan gedirdi. Azərbaycan zəngin ölkədir. Bu məsələni sülh yolu ilə həll etmək üçün çoxlu təkliflər oldu”, - o deyib.
Lukaşenko bildirib ki, lakin əvvəlki illərdə Ermənistan rəhbərliyi sülh yolu ilə nizamlanmaya razılıq vermədiyindən problemli məsələlər yığılıb qalmışdı.
Lukaşneko onu da deyib ki, baş verənlərdə Paşinyanın günahı az idi: "Amma bu problem həll edilməli idi. Bir milyondan artıq azərbaycanlı qaçqın Azərbaycanın üzərinə böyük yük və bu da bir çox başqa problemlər yaradırdı”, - deyə Lukaşenko bildirib.
Türkiyə Qarabağda qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır və əmin addımlarla irəliləyir.
"Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxışında deyib.
"Biz beynəlxalq aləmdə dövlətimizin mənafeyini, millətimizin şərəfini qətiyyətlə müdafiə edirik. Türkiyə regional deyil, qlobal güc olmaq yolunda möhkəm addımlar atır. Böhranların həllində ölkəmizin əsas rolu getdikcə daha çox başa düşülür. Biz Liviyadayıq, Qarabağdayıq", - Ərdoğan bildirib.
Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər.
Axar.az xəbər verir ki, bu barəd rusiyalı politoloq Aleksandr Dudçak deyib.
O, ölkədə yeni inqilab riski barədə xəbərdarlıq edib.
“Gürcüstanda Avropa gündəmini əsasən prezident Salome Zurabişvili irəli sürür. Lakin yerli əhali artıq Rusiya ilə normal mehriban qonşuluq münasibətlərinin bərpasının bəhrəsini hiss edir. Ticarət dövriyyəsi ilə yanaşı, turist axını da var", - deyə Dudçak bildirib.
Ekspert bildirib ki, parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Politoloqun fikrincə, Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq.
Cozef Bayden və Vladimir Putin arasında münaqişənin şəxsi sanksiyalar müstəvisinə keçdiyi bir məqamda deyim ki, ABŞ sanksiyalar olmadan da illərdir ki, Rusiyanın ətrafında halqanı daraldır və bunu daha çox enerji dəhlizləri üzərindən edir.
“Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, 2013-cü ildə Rusiyanın milyardlar xərclədiyi “Yamal-Avropa-2” qaz kəmərinin tikintisi Amerikanın səyi ilə Polşa tərəfindən dayandırıldı:
“2014-cü ildə amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Rusiyanın “Cənub Axını” kəmərinin tikintisinin Bolqarıstan ərazisində yarımçıq saxlanıldığını elan etdi. Ölkələrdən keçən kəmərlərində problem çıxardıqlarını görən Rusiya dənizlərin dibi ilə kəmərlər inşa etməyə başladı. Onda da dənizin dibində kəmərləri sıradan çıxartdılar.
Bizim TAP kəmərindən 10 dəfə böyük olan, yəni illik 110 milyard kubmetr qaz ixrac edə bilən “Şimal Axını” kəmərlər sistemi isə Şimal dənizinin dibində partladıldı. Diametri az qala 1,5 metrə çatan 4 boru kəmərindən 3-ü duzlu dəniz suyu ilə doldu və korroziya səbəbindən heç indidən sonra da istifadə yaramayacaq”.
Ekspertin fikrincə, Amerika Rusiyanı sadəcə bir dəfəlik deyil, tədricən, yavaş-yavaş çökdürmək siyasətini əvvəldən məharətlə davam etdirir:
“Bir həqiqəti anlamaq lazımdır ki, Amerika Rusiyanın qəfil çökməsini və ya parçalanmasını istəmir. Yoxsa, idarə edilə bilməyən xaos yarana bilər. ABŞ isə idarə edilə bilən xaoslar yaratmağı və idarə etməyi sevir və bacarır. Odur ki, bəzən Ukraynaya pul vermirəm şousu, bəzən də başqa şoular göstərir. Lakin nə baş verirsə, A planın bir komponentidir”, - deyə E. Əmirov əlavə edib.