“Fransa və digər NATO ölkələri Ermənistanı tam yoxsulluğa sürükləyirlər”.

Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov deyib.

NEWS.ru ilə söhbətində o, respublikanın baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırmaq qərarını “cəsarət tutması” adlandırıb.

“Görünür, Paşinyanın növbəti “cəsarət tutması” Ermənistanın KTMT-də iştirakını birdən dayandırmaq qərarına gəlməsilə bağlıdır. Aydındır ki, o, uzun müddətdir ki, diqqətini NATO ölkələrinə yönəldir. Lakin nədənsə məhz Moskva həmişə Bakı ilə İrəvan arasında münasibətləri tənzimləməli olur”, - deyə Juravlyov bildirib.
Deputatın sözlərinə görə, Paşinyan özünün “açıq Qərb yönümlülüyü” ilə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.

O əlavə edib ki, məhz Rusiya sülhməramlıları o zaman bölgədə humanitar standartlara riayət olunmasına nəzarət ediblər.

“Fransalı müşavirlər ABŞ-nin İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birlikdə Ermənistanı tam yoxsulluğa, bəlkə də ölkəni tamamilə yoxolma həddinə çatdıracaqlar. Paris uzun müddət Afrikanın yarısını sağdı, lakin həmin dövlətlər özlərinə gələndən sonra fransız hərbi müşavirləri rüsvayçılıqla qovuldular”, - deyə parlamentari yekunlaşdırıb.

Baş nazir Nikol Paşinyanın Fransa mətbuatına Rusiyanı hədəf alan açıqlamalarının qalmaqallı məzmunu Ermənistan ətrafında “fəlakət çəmbəri”ni daha da daraldır... Rəsmi İrəvanın Kremllə münasibətləri pozulacaq həddə qədər korlaması Rusiya strateqlərini Ermənistanla bağlı konkret addımları dərhal müəyyən etmək məcburiyyətində buraxıb...

Cənubi Qafqazda nəhəng dövlətlərin geopolitik savaşı taleyüklü mərhələyə keçmək üzrədir. Bu mərhələnin əsas “geopolitik aləti” olaraq, məhz Ermənistan seçilib. Belə ki, Qərb siyasi dairələri Ermənistanı həm Azərbaycanla yeni müharibəyə, həm də Rusiya ilə siyasi qarşıdurmaya sürükləyir. Halbuki, Ermənistanın hətta bu iki istiqamətin birində belə, qarşı tərəfin verəcəyi reaksiyaya duruş gətirmək resursları və şansı yoxdur. Və həm hərbi-siyasi, həm də maliyyə-iqtisadi imkanları olmayan rəsmi İrəvanın Ermənistanı belə bir “geopolitik tunel”in içərisinə salmağa razılaşması yumşaq desək, ciddi təəccüb doğurur.

Ermənistan baş naziri Nikol Paşinyanın Fransa səfəri və bu ölkənin mətbuatına verdiyi açıqlamalar Rusiya ilə qarşılıqlı münasibətlərdə çatları daha da dərinləşdirib. Belə ki, erməni baş nazirin bəyanatları məzmun etibarilə Rusiyanı hədəf almaqla yanaşı, həm də qalmaqallı xarakter daşıyır. Böyük ehtimalla indi baş nazir Nikol Paşinyanın açıqlamaları Kreml strateqlərini Rusiyanın Ermənistana münasibətdə atacağı addımları müəyyən etmək məcburiyyəti ilə üzləşdirib. Və Kremlin erməni baş nazirə qəzəbinin daha da gücləndiyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistan əhalisini bu ölkədə hakimiyyəti devirməyə çağırdığını vurğulayıb. Erməni baş nazirin iddiasına görə, hazırda Kremlin Ermənistanda dövlət çevrilişi ilə bağlı cəhdləri və təbliğatı artan xətt üzrə inkişaf edir. Onun bu açıqlamaları siyasi-diplomatik baxımdan, yolverilməz olsa da, erməni baş nazir Kremlə qarşı ən ağır ittihamların irəli sürülməsində xüsusi canfəşanlıq göstərir. Və bu, Qərbin xoşuna gəlmək niyyəti ilə yanaşı, rəsmi İrəvanın Kremllə münasibətləri pozulacaq həddə qədər korlanmasına cəhd göstərdiyini təsdiqləyir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan əsas diqqəti məhz Rusiyanın Ermənistandakı hərbi bazalarının üzərinə də çəkməyə çalışıb. O, bildirib ki, Rusiya hərbçiləri Ermənistan ərazisində qeyri-qanuni davranışlara yol verirlər. Rəsmi İrəvan buna səbr göstərmək niyyətində deyil. Əgər, Kremlə bu barədə ünvanlanmış tələblər cavabsız buraxılarsa, Ermənistan adekvat addımlar atmalı olacaq. Və erməni baş nazirin bu dedikləri açıq-aşkar Kremlə meydan oxuma, hətta Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasın yönəlik səbəblərin olmasına eyham da hesab edilə bilər.

Baş nazir Nikol Paşinyan Rusiyaya əsas siyasi zərbəni isə məhz KTMT üzərindən vurmağa çalışıb. Belə ki, erməni baş nazir Ermənistanın Rusiyanın patronajlığı aıtında olan KTMT-da təmsilçiliyinin dondurduğunu bildirib. Böyük ehtimalla o, bunu Qərb siyasi dairələrinin son vaxtlar Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və MDB-dən çıxması barədə tələblərinin güclənməsinə qarşılıq olaraq, dilə gətirib. Və bununla da, Kremldə ciddi şəkildə çaşqınlıq yaratmağa nail olub.

KTMT-nın katibliyi dərhal erməni baş nazirin dediklərini təkzib etməyə çalışıb. Belə ki, bu hərbi-siyasi alyansdan Ermənistanın KTMT-də üzvlüyünü dayandırması barədə hər hansı müraciət alınmadığı bildirilib. Eyni zamanda, Kreml təmsilçisi Dmitri Peskov da rəsmi İrəvandan heç bir xəbərdarlıq edilmədiyini vurğulayıb. Həm KTMT, həm də Kreml erməni baş nazirin bəyanatını sadəcə, Ermənistanın son vaxtlar bu qurumun fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirməklə, kifayətlənmək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı açıqlamaları Ermənistanda da müəyyən narahatlığa səbəb olub. Bəzi erməni politoloqlar hesab edirlər ki, rəsmi İrəvan Fransanın vədlərinə və yetərsiz hərbi dəstəyinə aldanaraq, Ermənistanı böyük təhlükəyə atır. Erməni hərbi ekspert Ayk Haqapetyan hesab edir ki, Fransa ilə hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə qətiyyən təminat vermir. Əksinə, Ermənistan ətrafında “fəlakət çəmbəri”ni daha da daraldır.

Erməni hərbi ekspert əmindir ki, Fransanın “Bastion” zirehli döyüş maşınları Ermənistanın effektiv müdafiəsini təmin edə biləcək hərbi texnika deyil. Çünki bu hərbi texnika döyüş meydanında heç bir önəm daşımırlar: “Gecə görmə cihazlarını isə istənilən ölkədən almaq olardı. Fransanın Ermənistana verdiyi hava hücumundan müdafiə vasitələri də silah sayılmır. Çünki onlar yalnız PUA-ları aşkar edə bilirlər. PUA-ların vurulmasındasa, heç bir iştirakı yoxdur”.

Ayk Haqapetyan hesab edir ki, Fransa Ermənistan üzərindən hiyləgər oyun oynayır. Belə ki, Ermənistan və Rusiya arasında ortaq hava hücumundan müdafiə barədə müqavilə mövcuddur. Fransa Ermənistana göndərdiyi radarlar sayəsində Rusiya ilə ortaq sistemə daxil olmaq niyyəti güdür. Bu niyyətin reallaşacağı təqdirdəsə, Qərb Rusiya-Ukrayna savaş meydanında baş verənlər barədə daha dəqiq məlumatlar əldə edə biləcək. Bu baxımdan, Fransanın əsas hədəfi Ermənistanı gücləndirmək deyil, Rusiyaya qarşı ikinci cəbhənin açılması ilə bağlıdır. Çünki Ukrayna savaşının NATO-nin məğlubiyyəti ilə sona çatacağını Qərbdə artıq anlamağa başlayıblar.

Göründüyü kimi, Fransa Qərb hərbi-siyasi dairələri üçün Rusiyaya qarşı növbəti qarşıdurma məkanının açılmasına cəhd göstərir. Bu məkan üçün isə məhz Ermənistan seçilib. Yəni rəsmi Paris Ermənistanı Rusiya ilə açıq qarşıdırmaya sövq etməklə, Cənubi Qafqazda yeni savaş meydanı yaratmağa çalışır. Və bu savaş meydanında Qərbin növbəti “qurban veriləcək materialı” isə Ermənistan ola bilər.(Yeni Müsavat)

Paşinyana Qarabağ haqda göndərilmiş “ölümcül sənəd” - Ermənistan KİV

Qarabağda ləğv edilmiş qondarma rejimin “başçısı” Samvel Şahramanyan 2023-cü ilin son iş günlərində Ermənistan Baş naziri Nikol Paşinyana separatçı rejimin buraxılması haqqında sənədin ləğvi barədə “qərar”ı göndərib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Nəşr yazır ki, Paşinyan üçün “ölümcül” olan bu “sənəd” onu və komanda yoldaşlarını məyus edib.

“Onlar hesab edirdilər ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazisini xilas edəcəklər, lakin buna müvəffəq ola bilmədilər”, – məlumatda qeyd edilib.

Qəzet Azərbaycanın 8 kənd məsələsində qərarlı olduğunu vurğulayıb.

Tramp İrəvanı Ərdoğana verəcək - XalatyanRusiya Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəldikdən sonra Cənubi Qafqazda öz mövqeyini bərpa edəcək və Moskvanın burada indiki passivliyi müvəqqəti xarakter daşıyır.

Axar.az xəbər verir ki, bunu Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan bildirib.

Ekspert hesab edir ki, Qərb və ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistan hakimiyyətini əlində alətə çevirib:

“Ermənistan rəhbərliyi Rusiya ilə müttəfiqlik münasibətlərinə tam yenidən baxılması kursunu davam etdirir. Bu, əslində, mövcud gərginliyin əsas səbəbidir.

Rusiya təhlükəsizlik sahəsində problemlərin olduğunu başa düşür və hesab edir ki, məhz Ermənistan rəhbərliyinin hərəkətləri İrəvana yardımın ya qeyri-mümkün, ya da çətinləşməsinə gətirib çıxarıb. Təbii ki, Ukrayna ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqaz regionundakı proseslərə təsir imkanlarını nəzərəçarpacaq dərəcədə məhdudlaşdırıb və bu, bir neçə dəfə müzakirə olunub. Amma problemin kökü Ermənistan hakimiyyətinə inamsızlıqdadır. Rusiya öz regional siyasətini Ermənistanın müttəfiq olmadığı paradiqmada qurmağa məcburdur”.

Ekspert bildirib ki, Moskva getdikcə Ermənistanın öz yanlış hesablamaları ucbatından Türkiyə və Azərbaycana qarşı tək qalacağı, Qərbin isə gözləntilərin əksinə olaraq, imdadına çatmayacağı ssenarisini dilə gətirir:

“Görünür, İrəvan öz milli maraqlarını deyil, başqa ölkələrin göstərişlərini rəhbər tutur. Yaxud səhvən belə hesab edirlər ki, antirusiya ritorikası nə qədər sərt olsa, Ermənistan Qərbdən bir o qədər çox yardım alacaq. Ermənistan rəhbərliyi unudur ki, Qərbin Azərbaycanla öz maraqları var. İndi Fransanın yeni strateji müttəfiq olduğunu, onun köməyinə gələcəyini, Ermənistana təcavüzə yol verməyəcəyini söyləmək dəb halını alıb. Soruşmaq istəyirəm, 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Praqa Bəyannaməsi imzalananda Paşinyan, Mişel və Əliyevlə kim bir masa arxasında oturub? Makron oturmamışdı? Mən Fransa ilə münasibətlərin kəsilməsinin tərəfdarı deyiləm, lakin bu münasibətləri digər ölkələrlə, xüsusən də müttəfiqlərlə əlaqələrlə müqayisə etmək olmaz”.

O bildirir ki, ABŞ-dakı siyasi proseslər nəzərə alınarsa, Ermənistan rəhbərliyinin davranışı ikiqat qəribə və risklidir:

“Respublikaçılar Partiyası hakimiyyətə gələrsə - və bu ehtimal çox yüksəkdir - Cənubi Qafqaz Vaşinqtonun xarici siyasətinin diqqət mərkəzində olmaqdan tamamilə çıxacaq və Türkiyənin Amerika administrasiyası üçün rolu xeyli artacaq.

Respublikaçılar Ankaranın Yaxın Şərqdə Moskva və Tehrana qarşı çəkindirici kimi güclənməsində maraqlı olacaqlar. Təbii ki, Ərdoğan Qərb üçün problemli müttəfiqdir, amma hər halda müttəfiqdir.

Rusiya Federasiyası getsə belə, onun yerini Qərbin tutacağı fakt deyil. İran Qərbin Cənubi Qafqazda güclənməsinə imkan verməyəcək”.

Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – siyasətçi vurğulayıb və əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq.

İran Ermənistana bunun üçün yalvarır - DETALLARErmənistanda İranla hərbi və təhlükəsizlik istiqamətində yüksək səviyyəli saziş imzalanması istiqamətində təbliğat işləri getdikcə artır.

Axar.az xəbər verir ki, bu təbliğat fonunda xüsusilə İranın təsir dairəsində olan kəsimin fəallaşdığı görünür. Belə bir sazişi imzalamaq üçün rəsmi Tehranın necə cani-dildən çalışdığı və Ermənistan hakimiyyətini razı salmaq istədiyini ekspertləri də təsdiqləyir.

Belə ki, Qafqaz məsələləri üzrə iranlı ekspert Məcid Kərimi fevralın 20-də Tehranda “Regional və trans-regional təhdidlər fonunda İran və Ermənistanın milli təhlükəsizliyi” adlı seminarda çıxış edərək, Ermənistan və İran arasında Cənubi Qafqazda mövcud geosiyasi böhrandan çıxmaq və ümumi təhlükələri neytrallaşdırmaq üçün birgə müdafiə və təhlükəsizlik sazişi bağlamaq üçün tarixi imkan olduğunu bildirib. Bundan əvvəl isə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü, müxalifətçi Tiqran Abramyan İrana dəvət olunmuş, “bir sıra yüksək səviyyəli” görüşlər keçirmiş və bağlı qapılar arxasında müzakirələr aparmışdı. O, geri qayıdandan sonra İranın Ermənistanın təhlükəsizliyi üçün hərbi baxımdan hər şey etməyə hazır olduğunu elan etdi.

İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan erməni mediasına deyib ki, Ermənistan təhlükəsizlik arxitekturasını formalaşdırmalı, təhlükəsizliyimizdə maraqlı olan müttəfiq dövlətləri bu prosesə cəlb etməlidir. Bu müttəfiqlərdən biri də İrandır.

Voskanyan Məcid Kəriminin o sözləri təsadüfən demədiyinə də diqqət çəkib və vurğulayıb ki, Kərimi bu fikirləri bildirən yeganə adam deyil:

“İranda ekspertlər əsasən dövlətin mövqeyini ifadə edirlər - o sözləri ki, diplomatlar dilə gətirmir, amma masa arxasında müzakirə edirlər. Buna görə də hesab edirəm ki, bu, İran dövlətinin və yaxud ən azı dövlət siyasətini müəyyən etməyə qadir olan bir strukturun rəsmi mövqeyidir”.

Onun fikrincə, Ermənistanı regionda yalnız iki ölkə müdafiə edə bilər – birinci Rusiya, ikinci isə İran:

“Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir və bu, çox sadə bir vəziyyətlə bağlıdır - bir çox məsələlərdə Ermənistan və İranın maraqları üst-üstə düşür. Sözün daha geniş mənasında Ermənistan-İran sivilizasiya birliyi qurmaq olar. Və bu ideoloji himayə altında təhlükəsizlik, iqtisadi əlaqələr, mədəniyyət və təhsil sahələri ilə bağlı ayrı-ayrı komponentlər formalaşdırmaq mümkün olacaq.

Biz İranla əməkdaşlıq etməsək, əslində Azərbaycan-Türkiyə-İsrail-Pakistan düşmən ittifaqı ilə baş-başa qalırıq. Ermənistanın isə təkbaşına bu alyansa qarşı durmaq imkanı yoxdur”.
Paşinyan “qırmızı xətt”i keçir – Medvedyevlə əldə edilmiş anlaşma pozulurPolitoloq Elşən Manafov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə bildirdi ki, Rusiya-Ukrayna məsələsində biz Moskva ilə müttəfiq deyilik, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Rusiya tərəfi bunu etirazla qarşıladı. Paşinyanın bu məsələni gündəmə gətirməsi nə ilə bağlıdır?

- Paşinyanın bu mövzuya qayıtması əslində Rusiya ilə münasibətləri Qərbin sifariş etdiyi bəlli müstəvi üzərinə gətirməsi üçün növbəti addımdır. Böyük ehtimalla Paşinyan yaxın perspektivdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə yenidən baxa biləcəyi ilə bağlı mövqe sərgiləyəcək. Hələlik Ermənistanın bu təşkilatla bağlı münasibətlərinə xitam verib və ya verməyəcəyini söyləmək bir qədər çətindir. Amma hadisələrin gedişatı göstərir ki, Paşinyan Qərbdən təhlükəsizlik kəmərləri ilə bağlı ciddi zəmanətlə alacağı təqdirdə, məlum təşkilat ilə münasibətlərinə yenidən baxacaq. Ola bilsin ki, Ermənistan həmin təşkilatın tərkibindən çıxsın. Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə münasibətlərinə də baxacağı istisna deyil. Çünki Paşinyan bu günlərdə bəyan edib ki, Qazaxıstan və Qırğızıstanla münasibətlərimizi ikitərəfli rakursda da genişləndirib, inkişaf etdirə bilərik. Bu isə Ermənistanın, ümumiyyətlə Avropa İqtisadi Birliyi ilə münasibətlərə önəm verməsi kimi qəbul oluna bilər. Paşinyan birliyin keçən ilin sonunda Peterburqda keçirilən sammitinə qatılmışdı.

Belə məlum oldu ki, Ermənistanın keçən il üçün Rusiya və Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə ticarət dövriyyəsi əhəmiyyətli şəkildə artıb. Ona görə də istisna etmək olmaz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından çıxa biləcəyi halda, Rusiya ilə münasibətləri tam olaraq Ermənistanın xeyrinə olmaması fonuna gətirməmək üçün Paşinyan Avrasiya İqtisadi Birliyində qalsın. Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi Birliyi ilə İran arasında azad ticarət zonasının yaradılması barədə məhz həmin sammitdə, keçən ilin dekabrında razılıq əldə olundu. Azərbaycan bu birliyinin üzvü olmadığı üçün Ermənistan təbii ki, birlik ölkələrinin İran arasında azad iqtisadi ticarət zonasının həyata keçirilməsində vasitəçi dövlət olaraq düşünülə bilər. Ermənistan onun üçün bu iqtisadi imkandan bundan sonra da istifadə etmək qərarında olacaq. Amma bütövlükdə artıq Rusiya da Ermənistanla əvvəlki illərdə əldə edilmiş bir sıra razılıqların yerinə yetirilməsi istiqamətində addımlar atıb.

Söhbət 2021-ci ildə bu iki ölkə arasında Ermənistan ordusunun məlum silahların təchizi ilə bağlı məsələlərdən gedir. İrəvan həmin silahların ona ötürülməsi ilə bağlı maliyyə xərclərini ödədiyi halda silah-sursatların böyük əksəriyyəti Rusiya tərəfindən Ermənistana verilməmişdi. Amma artıq bu işə də start verilib. Güman edirəm ki, Ermənistan Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı davam etdirə bilər. Hazırda Ermənistan Hindistan və Fransa ilə bu sahədə əməkdaşlıq imkanlarını genişləndirir. Rusiya ilə münasibətlərdə Ermənistanın xeyrinə olmayacaq hadisələrin inkişafına yol verməmək üçün ola bilsin ki, Paşinyan Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərinə baxsın və onu daha da genişləndirsin.

- Bəs Rusiyadan aralanmaq istəyən Ermənistanın bu məqsədinə çatması ehtimalı nə qədərdir?

- Rusiyanın dairəsindən çıxması üçün bölgədəki geosiyasi reallıqlar, Ermənistanın durumu hələlik buna imkan vermir. Çünki Ermənistanın dövlət sərhədlərinə nəzarəti Rusiya həyata keçirir. Ermənistanın paytaxtında hava limanında nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilir. Ermənistan iqtisadiyyatında rusların təsir imkanları kifayət qədər böyükdür. Amma bir amili də qeyd edim ki, Ermənistanda yeni konstitusiya islahatları keçirə biləcəyi ilə bağlı məsələ var.

Ermənistan Azərbaycanla münasibətlərdə mövcud problemlərin nizama salınması üçün istiqlal bəyannaməsindən imtina edib. Konstitusiyada Azərbaycan və Türkiyəyə olan ərazi iddiaları götürükəcək. Eyni zamanda Ermənistan qəbul olunacaq yeni konstitusiyada özünü bitərəf dövlət elan edə bilər. Bitərəf dövlət olacağı təqdirdə, Ermənistanın konstitusiyaya istinad edərək Rusiyadan hərbi bazaların çıxarılması ilə bağlı mövqe sərgiləmək hüququ olacaq. Amma bir amil də var ki, Ermənistanın bitərəf dövlət kimi qalması və Qərbin təhlükəsizlik sisteminə, NATO-ya inteqrasiya olunmayacağı ilə bağlı vədləri də Rusiyanı qane edə bilər. Əgər Ermənistan gərçəkdən bitərəf dövlət olacaqsa, geosiyasi anlamda Rusiya Ermənistanın bu addımını bəyənə bilər. Bu kontekstdə artıq Rusiya bazalarının Ermənistanda qalıb-qalmayacağı ilə bağlı məsələlər dövlətlərarası danışıqların gedişində həllini tapa bilər.

Gümrüdəki bazaların 2044-ci ilə qədər Ermənistan ərazisində qalması ilə bağlı Dmitri Medvedyevin prezidentlik müddətində əldə edilmiş razılıqlar olub. Paşinyan yaxın perspektivdə Qərbdə olan havadarlarını ABŞ-ni təmin etmək üçün bu addımı ata bilər. Bir məqam da var ki, ABŞ-də Prezident seçkilərində Trampın qalib gələcəyi təqdirdə, nəinki Ukrayna iqtidarı, Paşinyanın özü üçün də Rusiya ilə münasibətlərə yenidən baxmaq məsələsində əyləc mexanizm rolunda çıxış edə bilər. Trampın qələbəsi artıq Paşinyanı bu kimi addımlar atmaqdan çəkindirəcək.

- Ermənistanın Rusiyaya qarşı demarşlarına Moskva hansı cavabları verə bilər?

- Rusiyanın Ermənistana təsir etmək üçün ciddi rıçaqları var. Bu rıçaqlar ilk növbədə Ermənistanın Rusiyadan olan enerji təhlükəsizliyi ilə bağlı amilləri özün ehtiva edir. Paşinyan İlk növbədə bunu götür-qoy etməlidir. Ermənistanın enerji təhlükəsizliyini Rusiyasız təmin edə biləcəkmi? İran variantı üzərində düşünmək olar. Lakin bir amil də var ki, regionun təhlükəsizlik problemlərinə münasibətdə İran və Rusiyanın mövqeyi üst-üstə düşür. Yəni 3+2 formatında Azərbaycan və Türkiyə birlikdə regionun təhlükəsizlik problemlərinin həllində maraqlıdır. Bu formula isə Ermənistanın can atdığı və əməkdaşlıq etdiyi Qərbi qane etmir. ABŞ bu formatı qəbul etmir. Çünki 3+2 formatı Qərbin regionda cərəyan edən hadisələrə müdaxiləsinin qarşısını alır.

Ermənistan Rusiya ilə enerji təhlükəsində yaranmış problemləri İran hesabına həll etmək istəsə, şübhəsiz ki, İran bu geosiyasi anlamda bu zəmanətlərin verilməsini tələb edəcək. Ermənistan belə zəmanətləri ancaq Qərb ilə götür-qoy edəndən sonra verə bilər. Ermənistanın iqtisadiyyatı, infrastrukturu, dəmir yolları bütünlüklə Rusiyanın məlum şirkətlərinin nəzarəti altındadır. Bu baxımdan Ermənistanın qısa zaman kəsiyində Rusiyanın təsir dairəsindən çıxacağı inandırıcı görünmür. Əgər Qərb Ermənistana Paşinyan iqtidarının gözlədiyi kreditləri ayırarsa, İrəvana Moskvadan olan basqı müqabilində ciddi təhlükəsizlik zəmanətləri verərsə, Ermənistandan fərqli addımları müşahidə edə bilərik. Amma bunun üçün vaxta az qalıb. Vladimir Zelenski kimi Paşinyan da seytnota düşə bilər. Çünki Trampın seçkilərdə qalib gəlmə ehtimalı böyükdür.

Ermənistan Ukraynadan fərqli olaraq, Avropaya yaxın deyil. Ermənistan Türkiyə ilə münasibətlərdə gərginliyi aradan qaldırmalıdır. İranla münasibətlərdə heç nə Ermənistanı qane edən vəziyyətdə deyil. Bu kontekstdə Ermənistan Qərbdən hansı zəmanətlər alır alsın. Zamanında Ukraynaya da belə zəmanətlər verilmişdi. Amma biz artıq Ukraynada müharibənin yaxın zamanda sonlanacağı ilə bağlı anonslar verə bilərik. Ukrayna dövlətinin qalıb-qalmaması ilə bağlı məsələ özü şübhə altındadır. Avropanın bəlli dairələri artıq Ukraynanın məğlub olacağı təqdirdə onların torpaqları iddiaları ilə bağlı məsələləri qaldırıblar. Bütün bunlar Paşinyan üçün ibrət olmalıdır. Ermənistanın Ukrayna ilə müqayisədə elə bir ciddi resursları, iqtisadi potensialı, sərvətləri yoxdur. Geosiyasi dəstək də indiki anlamda Ermənistanın karına gəlməyə bilər. Çünki bəlli məsələlərə görə, Ermənistan coğrafi anlamda Qərbdən çox uzaqdır. Bu kontekstdə Rusiyanın Ermənistan iqtidarı ilə münasibətləri Moskvanı qane edə biləcək vəziyyətə gətirmək üçün imkanları kifayət qədər müxtəlif çeşidlidir.
“Heç bir erməni Rusiya sülhməramlılarının zəmanəti ilə Qarabağa qayıtmayacaq...” - “Azatutyan”“Heç bir artsax vətəndaşının Rusiya sülhməramlılarının zəmanəti ilə geri qayıtmayacağına əminəm”.

Moderator.az xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı-terrorşu rejimin hazırda İrəvanda sülənən keçmiş “dövlət naziri” Artak Beqlaryan Amerikanın “Azadlıq” radiosunun erməni bürosuna (“Azatutyan”) müsahibəsində bildirib.

“Düşünürəm ki, bəli, artsaxa qayıdış üçün uzunmüddətli strateji perspektiv var və indi etməli olduğumuz şey həm qısamüddətli, həm də ortamüddətli perspektivləri qeyd etməklə, uzunmüddətli strateji mübarizə ilə, konkret istiqamətlərlə irəliləməkdir. Lakin mənim üçün ən önəmlisi odur ki, Ermənistan Respublikasının rəsmi dövlət mövqeyi əsaslı şəkildə dəyişməlidir”, - deyə separatçı məmur çərənləyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın paytaxtı Parisə səfərə yola düşüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyri-rəsmi xarakter daşıyan səfər iki gün davam edəcək.

Son günlərdə Ermənistanda "Afrika taunu" sürətlə yayılması nəticəsində gündə yüzlərlə ev heyvanları ölür.

Təkcə Kotayk rayonunun Kamaris kəndində minə yaxın donuz tələf olub.

Bu barədə "news.am"a kəndin fermerlərində olan Ararat Danielyan məlumat verib.

Onun sözlərinə görə, əhali təşviş içindədir və nə edəcəyini bilmir, çarəsiz vəziyyətdədir.

Bildirib ki, təkcə onun fermasında 130-dan artıq donuz naməlum xəstəlikdən tələf olub.

“Bu, təkcə məndə deyil, bütün regionda, Respublika üzrə naməlum xəstəlik yayılıb. Ərzaq müfəttişliyindən gəlib yoxladılar və heyvanların ətini satmağa icazə vermədilər. Xəstəliyə yoluxan heyvanların əti qara olduğundan sata bilmədik", - o qeyd edib.

Bilmir ki, bu, "Afrika vəbası"dır, yoxsa başqa bir xəstəlik, xalqdan gizlədildiyini düşünür.

"Ərzaq müfəttişliyi "Afrika vəbası"nın olmadığını bildirsə də, baytarlar bunun tamamilə əksi olaraq "Afrika vəbası" xəstəliyi olduğunu israr edirlər.

Fermer Varujan Nersisyan deyib ki, saxladığı bütün donuzlar naməlum xəstəlikdən tələf oldu: “Onların hamısı öldü, bütün pullar yerin altındadır”.

Baytar həkimi Aram Gevorkyan deyib ki, klinik əlamətlərə əsasən, bunun vəba ola biləcəyinə şübhə edirik: "Eyni əlamətlər klassik vəbada da müşahidə olunur”, - o bildirib.

Xəbər lenti