![]() |
|
“İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”-deyə, o bildirib.
Gürcüstan prezidenti Ermənistan baş naziri Nikol Paşinyanın ölkəyə səfərini alqışlayır, lakin bununla belə o təəssüflə qeyd edib ki, ona hakimiyyət Paşinyanla görüşmək imkanı verməyib.
Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Facebook səhifəsində yazıb.
“Aidiyyatı qurumların ölkədə baş verən yüksək səviyyəli səfərlər, görüşlər və ya tədbirlər barədə prezidentə məlumat verməməsi təəssüf doğurur və diqqətəlayiqdir”, - deyə o yazıb.
Qeyd edək ki, Paşinyan yanvarın 26-da Gürcüstana səfəri zamanı gürcü həmkarı Qaribaşvili ilə danışıqlar aparıb.
Türkiyənin İzmir şəhəri və ətraf vilayətlərdə hiss edilən zəlzələ baş verib.
Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata görə, İzmir Menderesdə 8,51 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 5,1 bal olub. Zəlzələ Manisa və Aydın kimi ətraf vilayətlərdə də hiss olunub.
Həmçinin Mərmərə dənizinin Mudanya sahillərində də üç bal gücündə zəlzələ olub. Zəlzələ 9,51 kilometr dərinlikdə qeydə alınıb.
Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərin sayını açıqlayıb.
Axar.az xəbər verir ki, Kreml rəhbəri döyüş zonasında 600 mindən çox hərbçinin olduğunu bildirib.
“Elə məsələlər var ki, onlara əlavə diqqət və həll yolları lazımdır. Nəyisə həmişə tənzimləmək lazımdır. Çünki döyüş zonası böyükdür - demək olar ki, 2000 kilometr. Döyüş zonasında isə 600 mindən çox insan var. Mexanizm böyükdür”, - Putin bildirib.
1994-cü ildə Novo-Oqarevoda Amerika prezidenti Bill Klintonla görüşdə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin bəyan edib ki, NATO-nun genişlənməsi halında Alyansa birinci Rusiya qoşulmalıdır.
Məxfilikdən çıxarılan stenoqrama görə, Yeltsin beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ, Rusiya və Avropa ölkələrinin daxil olduğu kartel yaratmağı təklif edib.
Yeltsinin fikrincə, Rusiyadan sonra Mərkəzi və Şərqi Avropanın digər ölkələri də izləməli idi. Bununla belə, Bill Klintonun bu təklifə cavabı çox təmkinli olub və ölkələrin birliyinin yaradılması və ya Rusiyanın NATO-ya üzvlüyü ideyasını qeyd etməyib.
©Qaynarinfo
Ermənistan siyasi və diplomatiya arenası AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni İrəvan üçün uğurlu diplomatik addım hesab etmir.
Hətta Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin müxalifətdən olan üzvü, "Mənim şərəfim" fraksiyasının rəhbəri Hayk Mamicanyan məlum qərarını şərh etməkdən imtina edib.
"Hraparak"ın yazdığına görə, müxalifət dairələri AŞPA-nın qərarının Azərbaycanla bağlı heç bir ciddi nəticəsi ola bilməyəcəyi düşüncəsindədirlər.
Ermənistan baş naziri Nikol Paşinyanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın fikrincə, Qarabağ məsələsindən sonra belə bir qərarın qəbulu gecikmiş addımdır.
Erməni diplomat Dzyunik Ağacanyanın sözlərinə görə, bu qərar daha çox Azərbaycanın Qərbdən uzaqlaşaraq Rusiya və İranla sıx əməkdaşlıq etdiyi üçün qəbul edilib.
“Qərb Qarabağda ermənilərin boşaldılması faktına göz yummaqla ümid edirdi ki, bu sülh müqaviləsi imzalanmasını asanlaşdıracaq. Amma nəticə gözlənildiyinin tam əksinə oldu", - o qeyd edib.
AŞPA qərarının nəticəsinə gəldikdə isə erməni diplomat deyib ki, Bakı Ermənistanla yox, Qərblə qarşıdurma və manevrdən yayınmağa çalışacaq.
Onun fikrincə, Azərbaycanla Qərb arasında yumşalma və kəskin qarşıdurmadan qaçma prosesi 7 fevral seçkisindən sonra başlayacaq: “Təbii ki, Türkiyə də bu baxımdan onlara dəstək olacaq. Eyni zamanda, əminəm ki, erməni tərəfinə təzyiqlər davam edəcək, ritorika dəyişməyəcək. Bu prosesdə İngiltərə də aktiv rol oynayacaq. Qərbin adından çıxış edən İngiltərə Ermənistan hakimiyyətini güzəştə getməyə inandırmağa çalışacaq. Sülh prosesinin tam iflasa uğramaması üçün Azərbaycanın tələbini yerinə yetirməyə inandıracaq”.
Erməni diplomat onu da əlavə edib ki, bu gün Qərb Azərbaycana sanksiyalar tətbiq etmək niyyətində deyil: "Qərb sülh sazişinin imzalanmasında maraqlıdır. Qərb hesab edir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiya regiondan və bununla da rus hərbi bazası Ermənistandan çıxarılacaq".
AŞPA-nın Ermənistan nümayəndə heyətinin keçmiş üzvü Naira Zohrabyan bu qətnaməni diplomatik qələbə hesab etmir. "Bunu diplomatik qələbə hesab etmirəm. Azərbaycana qarşı sanksiyalar təkcə A4 kağızı olacaq. Konkret nəticə olmayacaq”, - Zöhrabyan bildirib.
2022-ci il aprelin ortalarında Ukrayna və Rusiya nümayəndə heyətləri Volodimir Zelenski ilə Vladimir Putin arasında görüş keçirməyə çalışıblar.
Bu barədə Saymon Şuster Ukrayna liderinə həsr olunmuş “Şoumen” kitabında deyir.
2022-ci ilin yazında Rusiya və Ukraynada sülh danıqşılarını aparan nümayəndə heyəti münaqişəni dalandan çıxarmağın yeganə yolu kimi Putinlə Zelenskinin təkbətək görüşünü təşkil etmək barədə razılığa gəliblər.
Şusterin yazdığına görə, bu zaman Kiyev Qərbin təzyiqinə məruz qalıb. Belə ki, Qərb Ukrayna hakimiyyətini Moskvanın şərtlərini qəbul etməməyə təkid edib.
Xüsusi hərbi əməliyyatın başlanmasından sonra sülh danışıqlarının ilk raundu fevralın 28-də, hərbi əməliyyatların beşinci günündə Belarusda baş tutub.
Danışıqlarda Ukrayna ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya, İsrail və digər dövlətlərin daxil olduğu qarant ölkələrin təhlükəsizlik zəmanətləri müqabilində NATO və digər hərbi ittifaqlara qoşulmaq planlarından imtina etməyə hazır olub.
Kiyev öz təkliflərini martın 29-da İstanbulda keçirilən görüşdə təqdim edib. Krım məsələsinin həllində 15 il fasilə vermək təklif olunub. Bu müddət ərzində güc tətbiq etməyəcəyinə söz verən tərəflər sülh yolu ilə həll yolu tapmalı olacaqlar. Ukraynanın cənub-şərqində Rusiyanın nəzarəti altında olan ərazilərin statusu məsələsi “müharibə edən tərəflərin liderlərinin ixtiyarına” buraxılırdı.
“Rusiya tərəfdən danışıq aparan nümayəndə heyəti çıxılmaz vəziyyətdən çıxmağın yeganə yolunun iki liderin qapalı otaqda görüşün keçirilməsi ilə razılaşırlar. Göyə işarə edərək onlar tez-tez deyirdilər ki, Krım, Donbas və digər ərazi mübahisələri ilə bağlı qərar qəbul etmək hüququ yalnız “boss”a məxsusdur”.
Şuster yazır ki, görünür, onlar liderlərin şəxsi görüşünün təşkil edilməsinə ciddi yanaşırdılar.
Müəllif qeyd edir ki, Zelenski Qərb tərəfdaşları tərəfindən təzyiqlərlə üzləşib. Onlar Kiyevdən əlavə güzəştlər etməyi tələb ediblər. Zelenskinin xarici işlər üzrə müşaviri Andrey Sibiqa Şusterə deyib ki, Qərb tərəfdaşlarının əsas tövsiyələri Rusiyanın şərtlərini qəbul etməkdən ibarət idi. Amma İstanbuldakı görüşlərə Buça şəhərindəki baş verənlər danışıqların sonrakı mərhələsinə ciddi təsir etdi. Şuster yazır ki, Buçada baş verənlərdən sonra Ukrayna prezidentinin komandasının bir qismi ondan sülh prosesini dayandırmağı və Putinlə görüşdən imtina etməyi tələb edib. Zelenski danışıqları dayandırmaqdan imtina edib və kompromis kimi bəzi sahələrdə təmasları məhdudlaşdırmağa razılaşıb. Ondan sonra iki ölkə arasında məhdud əlaqələr İstanbul vasitəsilə baş tutub.
Şuster yazır ki, aparılan məhdud danışıqlar mərhələsində 2022-ci ilin aprelin ortalarında Putinlə Zelenskinin mümkün görüşünü keçirmək üçün gündəliyinin razılaşdırılması planlaşdırılıb. Lakin mayın 17-də Moskva və Kiyev nümayəndələri danışıqların faktiki olaraq dayandırıldığını elan ediblər.
Almaniya Soyuq Müharibədən sonra ilk dəfə olaraq hərtərəfli müdafiə planı hazırlayır
Bu barədə Almaniya bundesverinin ərazi komandanlığının rəhbəri, general-leytenant Andre Bodemann məlumat verib.
Yeni planın gələn çərşənbə günü müzakirəyə çıxarılması və mart ayında yekunlaşdırılması planlaşdırılır.
“Mən Almaniyanın şimalındakı düzənlikdə tank döyüşü və rus paraşütçülərinin enişini gözləmirəm. Lakin bizim kritik infrastrukturumuz, limanlarımız, körpülərimiz, enerji şirkətlərimiz təhlükə altındadır”, - Bodemann bildirib.
O qeyd edib ki, Almaniyanın qorxduğu bir neçə təhlükə var. Bunlara saxta xəbərlər və dezinformasiyalar da daxildir:
“Enerji və telekommunikasiya şirkətlərinə də kiberhücumlar gözlənilir. Hərbçilər təxribatın və mümkün balistik raket hücumlarının qarşısını almaq istəyirlər”.(oxu.az)
ABŞ İrana gizli şəkildə İŞİD terror təşkilatının Kirmanda general Süleymaninin anım günündə terror aktı törətmək niyyəti barədə xəbərdarlıq edib.
"Bu barədə “Wall Street Journal” məlumat yayıb.
“ABŞ İŞİD-in İrana hücum planlaşdırdığı barədə kəşfiyyat məlumatı aldıqdan sonra məxfi xəbərdarlıq edib”, - deyə bildirilib.
Vurğulanıb ki, müvafiq məlumat konkret və vaxtında olub və hücumun qarşısını almaq və ya qurbanların sayını azaltmaq mümkün idi. Lakin İran rəsmilərinin xəbərdarlığa cavab vermədiyi iddia edilir.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.(Axar.az)
Xəbər verdiyimiz kimi dünən İran və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi arasında təkbətək görüş baş tutub.
Liderlərin iştirakı ilə ölkələr arasında 10 müqavilə imzalanıb.
İmzalanan sazişləri təqdim edirik:
1.Türkiyə Elektrik Ötürmə AŞ (TEİAŞ) və İran Şəbəkə İdarəetmə Şirkəti (IGMC) arasında Əməliyyat Sazişi
2.Türkiyə Respublikasının Ticarət Nazirliyi ilə İran İslam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurası arasında Azad Zonalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu
3.Türkiyə Respublikası Rəyasət Heyəti ilə İran İslam Respublikası Rəyasət Heyətinin Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
4.Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyi arasında Dəmir Yolu Nəqliyyatı üzrə Çərçivə Sazişi
5.Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İranın Elm və Texnologiya üzrə vitse-prezidenti arasında elmi, sənaye və texnoloji əməkdaşlıq haqqında Anlaşma Memorandumu
6.Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-ci ilin Qarşılıqlı Mədəniyyət İli ilə bağlı Əməkdaşlıq Niyyət Bəyannaməsi
7.Türkiyə Respublikasının Polis Akademiyası ilə İran İslam Respublikasının Əmin Polis Universiteti arasında Anlaşma Memorandumu
8.Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında Anlaşma Memorandumu
9.Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Silahlı Uçuş Təhlükəsizliyi Zabitlərinin Təyinatı haqqında Anlaşma Memorandumu
10.Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu