![]() |
|
Türkiyənin Hatay və Malatya şəhərlərində zəlzələ baş verib.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Hataydakı zəlzələ yerin 7 km dərinliyində baş verib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin planlaşdırılan görüşü zamanı müzakirə ediləcək mövzular bəlli olub.
“Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, liderlər Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqlar:
“Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi “Taxıl sazişi” məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”.
Putinin sözçüsü əlavə edib ki, liderlərin görüşünün yeri və vaxtı ilə bağlı diplomatik yollarla müzakirələr aparılır:
“Görüşün yeri müzakirə olunacaq, bu, mütləq Türkiyə deyil. Prezidentin özü Sankt-Peterburqda keçirdiyi gecə mətbuat konfransında sadəcə deyirdi ki, indi onun ölkədə olmasının vaxtıdır, ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”.
2018-ci ildə ABŞ-nin Pensilvaniya ştatında sinaqoqa hücum edən Robert Bowers ölüm cəzasına məhkum edilib.
Xarici KİV xəbər verir ki, bu, Prezident Co Baydenin dövründə çıxarılan ilk federal ölüm hökmüdür.
Belə ki, 2018-ci ilin oktyabrında ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərində Həyat Ağacı sinaqoquna hücum edən 50 yaşlı Robert Bowers haqqında 12 nəfərlik federal münsiflər heyəti hökmünü verib.
İki günlük müşavirədən sonra münsiflər heyəti yekdilliklə Bowersə ölüm cəzası vermək qərarına gəlib.
Qərar yekdil olmasaydı, Bowers ömürlük həbs cəzasına məhkum ediləcəkdi.(Qafqazinfo)
“Şimali Atlantika Müqaviləsi Təşkilatı Polşanın Belarusa qarşı ittihamları ilə əlaqədar kollektiv müdafiə prinsipinin aktivləşdirilməsi variantını nəzərdən keçirmir”.
“Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.
“NATO ölkələrinin 5-ci maddəyə istinad etməsi prosesi var. Biz hazırda o vəziyyətdə deyilik”-deyə, o bildirib.
Qeyd edək ki, 5-ci maddə təşkilatın bir və ya bir neçə üzv ölkəsinə silahlı hücuma məruz qaldıqda kollektiv cavab tədbirləri nəzərdə tutur.
Avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğunu bəyan edib.
“Yaponiyanın Kuril adalarının mülkiyyəti ilə bağlı istənilən etirazı Rusiya tərəfindən daxili işlərə qarışmaq cəhdi kimi qiymətləndiriləcək”.
"Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlması zamanı deyib.
“Bir daha bildiririk ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu tamamilə təkzibedilməz faktı nəzərə alaraq Tokionun hər hansı etirazı daha sonra bizim işlərimizə qarışmaq cəhdi kimi qiymətləndiriləcək. Bu, BMT Nizamnaməsinin əsas prinsiplərini pozmağa cəhddir”, - deyə Zaxarova bildirib.
Rusiyaya məxsus pilotsuz təyyarə Odessanın cənubundakı liman və sənaye obyektlərini vurub.
KİV xəbər verir ki, hücumdan sonra yanğın baş verib.
Həmçinin taxıl anbarının da zədələndiyi bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri erkən saatlarda Rusiya İHA-larının Dunaydakı əsas limanlardan İzmailə doğru uçduğunu bildirmişdi.
Rusiya ötən ay Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna ilə taxıl müqaviləsindən çıxdıqdan sonra Ukrayna limanlarını hədəfə almağa başlayıb. Rusiya Ukraynanın Qara dəniz limanlarına doğru hərəkət edən gəmiləri də vurmaqla hədələyib.
Buna görə də Dunay çayı Ukrayna taxılının ixracı üçün mühüm alternativdir.
Qeyd edək ki, Rusiya iyulun 17-də ötən ilin iyulunda başlayan Taxıl Dəhlizi Sazişindən öz ərzaq məhsullarının satışına maneələrin aradan qalxmadığına görə çıxdığını açıqlayıb.
Hindistan “Pinaka” reaktiv yaylım atəş sistemlərini Ermənistana təhvil verib.
İyulun 26-da Hindistan istehsalı olan silahların İran vasitəsilə Ermənistana ötürülməsini əks etdirən görüntülər yayıldı.
Ermənistanın Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemləri aldığı məlum olub.
“Eurasian Times” yazır ki, Hindistanın Ermənistana 250 milyon dollarlıq ixrac müqaviləsi ilə sözügedən texnikanı satması müdafiə ixracatında sıçrayış olub.
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
İki liderin görüşünün mühüm gündəm bəndlərindən biri də dünyanın gözünün çevrildiyi Taxıl Dəhlizi sazişinin gələcəyi olacaq.
BMT-nin Rusiyanı razılaşmaya qaytarmaq cəhdləri heç bir nəticə verməyib. Müqavilənin imzalanmasında ən böyük payı olan prezident Ərdoğan Taxıl Dəhlizinin açılması üçün diplomatik təmaslarına diqqət çəkib.
“Milliyyət”in yazdığına görə, bu kontekstdə Ərdoğanın Putinlə mühüm telefon danışığı olacaq. Rusiya-Afrika Sammitindən sonra Putin çərşənbə günü Ərdoğanla telefonla görüşəcəyini bildirib. Beləliklə, Taxıl dəhlizinin yenidən açılmasını gözləyən milyonlarla insanın gözü Ərdoğan-Putin görüşünə çevrilib.
Telefon danışığında eyni zamanda Türkiyədə təbii qaz mərkəzinin yaradılması layihəsi və Rusiya ilə Ukrayna arasında daimi atəşkəsi təmin edəcək sülh təşəbbüsləri, həmçinin iki liderin üz-üzə keçirməyi planlaşdırdıqları görüşlə bağlı məsələni də müzakirə ediləcəyi gözlənilir.
Biz hər zaman bəyan etmişik ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə oluna bilməsi üçün hər iki tərəf çətin kompromislərə getməlidir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib.
“Biz sülh sazişindən danışmağa davam edirik. Biz sülh razılaşmasının əldə olunacağına inanmaqda davam edirik. Lakin biz hər zaman demişik ki, buna nail olmaq üçün hər iki tərəf çətin kompromislərə getməlidir və buna görə də katib həm Ermənistanı, həm də Azərbaycanı güzəştə getməyə təşviq etmək üçün fəaliyyətini davam etdirib”.
Yaxın Şərqin ən nüfuzlu ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və İran arasında münasibətlər əvvəlki illərlə müqayisədə daha ahəngdar olub.
Bu barədə Amerikanın özəl kəşfiyyat və analitik şirkəti “Stratfor” yazıb.
2023-cü ilin martında diplomatik münasibətlərin bərpası haqqında saziş bağlayan Səudiyyə Ərəbistanı ilə İranın regionda baş verən bir neçə oxşar hal arasında ən parlaq nümunə olduğu vurğulanır. Bu yaxınlaşmaların hərəkətvericiləri müxtəlif olsa da, onların hamısı Yaxın Şərqdə normallaşma istiqamətində daha geniş tendensiyanın bir hissəsidir.
Mayın 19-da Suriya prezidenti Əsəd 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində iştirak edib.
İyunun 17-də Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana səfər etdi ki, bu da Körfəzdəki iki rəqib arasında Çinin vasitəçiliyi ilə yaxınlaşmada nəzərəçarpacaq irəliləyişin son əlamətidir.
İyulun 4-də Türkiyə və Misir 10 ildən sonra ilk dəfə qarşılıqlı səfir təyinatlarını bəyan etdilər və bununla illərlə davam edən münaqişədən sonra diplomatik sıçrayışa imza atıldı.
Son bir neçə ildə İsraillə münasibətləri Yaxın Şərqin bir çox ərəb ölkələri, o cümlədən BƏƏ, eləcə də Türkiyə normallaşdırıb.
Nəşr qeyd edir ki, davam edən yaxınlaşma qismən Çin və Rusiya ilə artan rəqabət fonunda ABŞ-ın regiona sadiqliyinə dair şübhələrlə izah oluna bilər. Digər mühüm amil qlobal iqtisadi qeyri-müəyyənlik dövründə investisiya və ticarət imkanlarının yaradılması zərurətidir.