Pakistanda siyasi partiyanın qurultayında baş verən partlayışda çox sayda ölən və yaralananlar olub.

 “Geotv” xəbər verir ki, Pakistanın “Camiat Ulema-e-Islam" partiyasının qurultayında baş verən partlayışda 40-dan çox insan həlak olub.

Partlayışı kamikadze törədib.

Pakistanın informasiya naziri əvəzi Feroz Camal Şah Kakahelin sözlərinə görə, partlayışda 200-dən çox adam yaralanıb. Yaralılar arasında Geo TV operatoru da var, o, başından və döş qəfəsindən xəsarət alıb, vəziyyəti ağır qiymətləndirilir.

“Reuters”in məlumatına görə, azı 42 nəfər ölüb, 130 nəfər yaralanıb. “Sky News” isə, terror aktı zamanı ən azı 44 nəfərin öldüyünü bildirir.

 

 

 

 

Tanınmış erməni fəal və bloqer, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan Ermənistan ictimaiyyətinin azərbaycanlılara qarşı soyqırımı törətmiş Vaqif Xaçaturyanın saxlanılmasına göstərdiyi isterik reaksiyaya münasibət bildirib.

İşxan Verdyan fikirlərini özünün “Telegram” kanalında paylaşıb.

O hesab edir ki, Vaqif Xaçaturyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmasını “oğurluq” kimi təqdim etmək Ermənistan ictimaiyyətinin Bakının legitim addımlarını qəbul etmək istəməməsindən irəli gəlir:

“Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı mövcuddur və əgər bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq.
Şiddətli kin və reallıq hissini itirilməsi... Sual yaranır: Niyə azərbaycanlıların belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh bağlamaq istəsinlər ki? Niyə öz ölkəsində onlara dözməlidirlər ki? Hansı xidmətlərinə görə?

Özümdən iyrənirəm. Hansı xalqın nümayəndəsi olduğumu düşünəndə özümə nifrət edirəm. Kaş türk olaydım, bir qıraqda oturub bu mənzərəyə güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm”.

Qeyd edək ki, iyulun 29-da 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri ilə birlikdə soyqırımı törədənlərdən biri Vaqif Çerkezoviç Xaçaturyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Erməni quldurlarından biri Samvel Babayan özü kimi cani Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanmasına münasibət bildirib.

O, Azərbaycanın həbs edəcəyi şəxslərin siyahısında kimin olub-olması ilə bağlı fikirlərini bildirib.

“Bilirəm ki, həmin siyahıda mən də varam (gülümsəyir). Amma kimlər orada yer alıb, onu dəqiq deyə bilmərəm”, - o bildirib.

Beləliklə, Samvel Babayan dəqiq bilir ki, o da Azərbaycanın hüquq-mühafizə orqanlarının Birinci Qarabağ müharibəsi zamanı dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsi cinayətkarları siyahısındadır. Onun sürücüsü Vaqif Xaçaturyan artıq həbs edilib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp respublikaçı konqresmenləri Ukraynaya əlavə hərbi dəstəyə yol verməməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.

Tramp bildirib ki, Bayden administrasiyası ailəsinin işgüzar əlaqələrinin araşdırılmasında əməkdaşlıq edənə qədər dəstəyi dayandırmaq lazımdır:

"Konqres, FTB, Ədliyyə nazirliyi və Daxili Gəlir Xidməti Baydenin cinayətkar ailəsinin korrupsiyaya uğramış biznes əməliyyatları ilə bağlı əllərində olan bütün sübutları təhvil verənə qədər, Ukraynaya silah dəstəyini dayandırılmalıdır".

Sankt-Peterburq şəhərində Rusiya-Afrika sammiti keçirilib.

Əvvəlki (2019) zirvədən fərqli olaraq bu dəfə Qara qitədən liderlər səviyyəsində çox az adam Putinin dəvətinə təşrif buyurub.

Rusiyanın müxalifyönlü mətbuatı isə Putinin yeni tərəfdaşlarının bir çoxunun hakimiyyəti silah gücünə ələ keçirən zalım diktatorlar olduğunu bildirir. Onlardan bəziləri 30 ildən çoxdur ki, hakimiyyətdədir.

Musavat.com xarici agentliklərə istinadən Putinin “dostları”nın əslində hansı əməlləri ilə məşhur olduqlarını təqdim edir.

Emmerson Mnanqaqva, Zimbabve prezidenti

Bu adam vaxtilə ölkəsində partizan müharibəsində iştirak edib, qatarı partlatdığı üçün 10 il həbs cəzasına məhkum olunub. O, "Timsah" ləqəbini təxribat qrupunun adı ilə, həm də rəqiblərinə qarşı qəddarlığa görə alıb. Mnanqaqva hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.

Yoveri Museveni, Uqanda prezidenti

Museveni qanlı vətəndaş müharibəsində qalib gələn üsyançı "Milli Müqavimət Hərəkatı"nın lideri olub. O, 1986-cı ildən, yəni 37 ildir hakimiyyətdədir. Yoveri Museveni prezident postunu tərk etməmək üçün Uqanda konstitusiyasını dəyişib. Müxaliflərə qarşı amansız rəftarı ilə seçilir və hətta siyasi opponentlərindən biri haqqında "Onu tutub piroq kimi yeyəcəyik" sözlərini işlədib. 2005-ci ildə Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Uqandanı Konqonu işğal etməkdə təqsirli bilib.

Assimi Qoita, Malinin "keçid prezidenti"

Qoita Mali Xüsusi Qüvvələrinin polkovniki olaraq 2020-ci ildə hərbi qiyam nəticəsində hakimiyyətə gəlib. Bundan sonra ölkədə daha iki çevriliş olub və hər biri yatırılıb. Bütün ictimai tədbirlərdə Qoita hərbi geyimdə görünür.

İsaias Afeverki, Eritreya prezidenti

Afeverki 1993-cü ildən, 30 ildir hakimiyyətdədir. 1997-ci ildən sonra o, ölkədə keçirilən prezident seçkilərini ləğv edib. Eritreya həbsxanalarında ən azı 10 min siyasi məhbus var.

İbrahim Traore, Burkina-Fasonun "müvəqqəti prezidenti"

35 yaşlı ordu kapitanı 2022-ci ilin sentyabrında hərbi çevrilişlə hakimiyyətə gəlib. "Vaqner" ÖHŞ-nin muzdlularının üsyançılara ölkə hökumətini devirməkdə kömək etdiyi yayılan xəbərlər arasındadır.

Bill Qeyts özünün "Twitter" hesabında Kolumbiyada ildə 30 milyon xüsusi növ ağcaqanad yetişdirən fabrik qurulması barədə xəbəri yaymaqla haqqında yeni söz-söhbətlərin yayılmasına səbəb olub.

“Medicina” xəbər verir ki, Konspiroloji nəzəriyyə tərəfdarları bu xəbəri Bill Qeytsin yeni epidemiya və pandemiyaların anonsunu verməsi kimi qiymətləndiriblər.

Bundan öncə Qeytsin adı koronavirusun yayılmasında, peyvəndlərlə bərabər insanların orqanizminə çiplərin yerləşdirilməsi iddiasında hallandırmışdır.

Ağcaqanad yetişdirən fabrik fikri qəribə səslənsə də, Bill Qeytsin sözlərinə görə, xüsusi peyvəndlər və bakteriyalarla yoluxdurulmuş ağcaqanadlar insanları sancmaqla müxtəlif növ xəstəliklərin qarşısını ala, təbii immunitet yarada bilərlər.

Wolbachia bakteriyası yoluxdurulmuş ağcaqanadları guya qorxunc xəstəliklərin yayılmasının qabağını almağa hesablanıb. Qızdırma, tif, ziko, sarı humma, çikungunya, nil virusu kimi qorxunc xəstəliklərin ağcaqanadlar vasitəsilə yayıldığı məlumdur.

Bu ağcaqanadlar isə adı çəkilən xəstəliklərin qarşısını alacaqdır – deyə Bill bildirib.

Bill Qeytsin ildə 30 milyon növ yeni növ ağcaqanadının bioloji silah kimi istifadə olunacağına dair iddialar da səslənməkdə davam edir.

Rusiya İranla gəmi daşımalarını əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə Ukraynanın “texty” saytı məlumat yayıb.

Bildirilir ki, 2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər Rusiya Xəzər dənizində İranla gəmi daşımalarını əhəmiyyətli dərəcədə artırıb. Peyk görüntüləri Həştərxan istiqamətində, eləcə də İranın iki ən böyük limanında gəmilərin sayının artdığını göstərir.

Eyni zamanda qeyd edilir, Azərbaycan və Türkmənistan limanlarında gəmiçilik artmayıb.

“Trafikdə nəzərəçarpacaq artım 2022-ci ilin sentyabr-oktyabr aylarında qeydə alınıb. Məhz 2022-ci ilin oktyabr ayından Rusiya Federasiyası Ukrayna ərazilərini İran pilotsuz təyyarələri ilə aktiv şəkildə atəşə tutmağa başlayıb.

İran Rusiya Federasiyasına təkcə pilotsuz təyyarələri deyil, digər döyüş sursatlarını da verir, çünki yalnız dronların daşınması nəqliyyatın hərəkətinə bu qədər güclü təsir göstərə bilməzdi”, - məlumatda bildirilir.

 

 

 

 

Türkiyədən Rostov-na-Dona taxıl üçün gedən gəmidə yenidən partlayıcı maddələrin izləri aşkarlanıb.

Bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB/FTX) məlumat yayıb.

“İyulun 26-da taxıl məhsullarını yükləmək üçün Sinop limanından (Türkiyə) Kerç boğazı vasitəsilə Rostov-na-Dona gedən “VMO River” quru yük gəmisinin yük anbarında partlayıcı maddələrin izləri aşkar edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, FTX bundan öncə də oxşar məlumat yaymışdı. Bəyan etmişdi ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Don limanına gedən xarici quru yük gəmisinin ambarında partlayıcı maddələrin izləri, habelə dəniz gəmisinin konstruksiya hissələrinə üçüncü şəxslərin müdaxiləsi əlamətləri aşkar edilib.

“May ayında gəmi Ukraynanın Kiliya limanında olub, iyulda isə 12 Ukrayna vətəndaşından ibarət ekipaj Türkiyənin Tuzla limanında tamamilə dəyişib”, - Rusiya qurumu ötən dəfə bildirib.

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Seyid Zeynəbdə bombalı hücum həyata keçirilib.

 “Haberler.com” xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Hücumun hələlik kim tərəfində törədildiyi məlum deyil.

Xatırladaq ki, Səyid Zeynəbdə iki gün əvvəl şiə müsəlmanların matəm münasibəti ilə axın etdikləri ziyarətgahın qarşısında baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.

 

 

 

 

Kimsə buna başqa cür yanaşa bilər, amma Ermənistanın baş naziri Qarabağın Azərbaycanın ərazisi olduğunu tanımaqla, o, mahiyyətcə Qarabağın kimə məxsus olması ilə bağlı bu münaqişəyə səbəb olan fundamental problemi həll etdi.

Bunu İsrailin “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri, tanınmış politoloq Yakov Kedmi deyib.

Onun sözlərinə görə, Paşinyan bununla da mövcud prosesə son qoyub.

“Bu prosesə fərqli yanaşmaq olar. Paşinyan deyəndə ki, Qarabağ Azərbaycandır, onunla da Qarabağın nə vaxtsa Ermənistanın bir hissəsi olacağına ümidlərini basdırıb”, - o qeyd edib.

Politoloq xatırladıb ki, Rusiya qoşunları həm Ermənistan, həm də Azərbaycan tərəfinin razılığı ilə Qarabağdadır.

“Bu razılaşma mövcud olduğu müddətdə Rusiya sülhməramlılarının qalması davam edəcək. Əgər razılaşma pozularsa, o zaman sual yaranacaq ki, orada qalsınlar, ya yox. Əgər Azərbaycan tərəfi razılaşmasa, o zaman erməni tərəfinin razılığı ilə rus sülhməramlıları Ermənistan tərəfinə keçib orada qala bilərlər. Qərar həm erməni, həm də azərbaycanlı tərəflərin hər birinin nəyə razı olacağından asılıdır. Rusiya da buna uyğun qərar verəcək”, - Kedmi əlavə edib.

O izah edib ki, Rusiya sülhməramlılarının olmasının məqsədəuyğunluğunu hər iki tərəf müəyyən edir.

“Əgər sabah Paşinyan müəyyən maraqlarına əsaslanaraq desə ki, orada Rusiya sülhməramlılarına ehtiyac yoxdur, o zaman Rusiya qalmayacaq”, - ekspert qed edib.

Xəbər lenti