Qışda Kiyev təxliyənin astanasında idi.

"Bunu Ukraya ordusunun polkovniklərindən biri “Tayms”a açıqlamasında deyib.

“Çoxları bunu bilmir, amma dekabrın 16-da Kiyevə 49 qanadlı raket atılanda şəhər təxliyənin astanasında idi. Əgər bu zərbələri buraxsaydıq, Kiyevi təxliyə etmək lazım gələcəkdi. 2.5 milyon insanı isə təxliyə etmək çox ağırdır”, - polkovnik bildirib.

"Ukraynanın hava qalxanı bütün Avropanın təhlükəsizliyinə zəmanət verəcək.

"Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, təkcə bu həftə Rusiya Silahlı Qüvvələri Ukraynaya 65 müxtəlif raketdən, 178 hücum pilotsuz uçuş aparatından istifadə edib, onlardan 87-si "Şahed"dir:

"Əhəmiyyətli bir hissəsi məhv edilib. Ona görə hər şey edilməlidir ki, Ukrayna Silahlı Qüvvələri səmada qalib gəlsin".

Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.

Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Məhkəməsi şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.

Həmçinin, Türkiyə Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.

Bu çərçivədə İsveç, Danimarka və Hollandiyada Qurana hücum edən şübhəlilər, oxşar hərəkətləri həyata keçirən Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen eyni cinayətlərə görə həbs qərarı verilib.

Baş Prokurorluq, həmçinin hüquq-mühafizə orqanlarına oxşar əməlləri törədən şəxslərin və sübutların, habelə sözügedən adların müəyyən edilməsi ilə bağlı göstəriş verib.

Xaırladaq ki, iranəsilli Bəhrami Mərcanın dünən Stokholmda polisin iştirakı ilə Quranı yandırdığı müəyyən edilib.

Rusiya prezidenti Vladimir Putin özü üçün məqbul şərtlərə nail olmaqdan ötrü Ukraynadakı döyüşləri 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər uzatmağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Qərb rəsmilərinə istinadən məlumat yayıb

Kəşfiyyat məlumatlarına çıxışı olan adı açıqlanmayan ABŞ rəsmisi CNN-ə bildirib ki, Kremlin rəhbəri 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın qalib gələcəyinə ümid edir.

"Putin bilir ki, Tramp ona kömək edəcək. Bunu həm ukraynalılar, həm də avropalı tərəfdaşlarımız bilirlər”, - anonim mənbə bildirib.

Avropa diplomatik dairələrindən başqa bir mənbə bildirib ki, Putinin planı Ukraynaya qarşı tammiqyaslı təcavüzü 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər uzatmağa çalışmaqdan ibarətdir.
Adının açıqlanmasını istəməyən CNN-ə danışan rəsmilər hesab edirlər ki, Putin Trampın və ya başqa bir respublikaçı namizədin qələbəsini ABŞ-ın Ukraynaya dəstəyindən imtina edilməsi üçün stimul kimi qiymətləndirə bilər.

CNN mənbələri həmçinin bildirirlər ki, Putinin diqqətini qarşıdan gələn prezident seçkilərinə yönəltməsi ABŞ-a "Bayden administrasiyasının daima bəyan etdiyi Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsinin daha da vacib olduğuna” işarədir.

Qarabağ üzərində Rusiya və Qərbin mübarizəsində Soros Fondunun da aktiv iştirakına dair məlumatlar yayılır.

Publika.az xəbər verir ki, Ermənistan mediası Soros Fondunun Qarabağa beynəlxalq sülhməramlıların daxil edilməsini, Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı kampaniyanı maliyyələşdirir.

Kampaniyanın əsas iştirakçıları arasında “Back to Dizak” (Dizağa qayıdış) və “Hanunu Hadrut” (Hadrut naminə) QHT-ləri də var.

“Back to Dizak”ın rəhbəri Marqarita Karamyan və “Hanunu Hadrut”un rəhbəri Levon Hayriyan Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasında çıxış etməyə çağırıb. Onlar baş verənlərə görə Rusiya sülhməramlılarını günahlandırır və onların əvəzlənməsini tələb edir.

Ermənistan mediası yazır ki, “Back to Dizak” təşkilatı Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında Soros fondundan 25 min dollar alıb. “Hanunu Hadrut” təşkilatının rəhbəri, Qarabağdakı separatçı “parlamentin” keçmiş qondarma “deputatı” Levon Hayryan isə ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə görüşüb, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.

Bu məlumat Qarabağ üzərindəki Rusiya-Qərb qarşıdurmasında Soros fondunun da iştirak etdiyini təsdiq edir.

Türkiyə PKK terror təşkilatına bağlı şəxslərin Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olaraq təşkilatın simvolları ilə terror təbliğatı aparmaq cəhdini qəbuledilməz hesab edir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Avropada PKK-ya bağlı qruplaşmalar müxtəlif beynəlxalq təşkilatların binalarına daxil olaraq zorakılıq tətbiq etməyə və terror təbliğatı aparmağa cəsarət edir.

“PKK-nın Avropa ölkələrində ifadə və sərbəst toplaşma azadlığı adı altında öz fəaliyyətini, o cümlədən təbliğatını sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və təcavüzkar hərəkətlərə sövq edir. Bu təcavüzkar hərəkət bir daha göstərdi ki, PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişinə və təhlükəsizliyinə təhlükə yaradır. Bu kontekstdə PKK terror təşkilatının Avropada təbliğat, maliyyələşdirmə və yeni üzvlərin cəlb etmə fəaliyyətlərinə son qoymağa çağırışımızı bir daha təkrar edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya Prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə şəxsin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.

Xarici KİV xəbər verir ki, Kuleba bunu jurnalistlərə açıqlaması zamanı bildirib.


Kuleba Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünə qaytarmaq üçün səylərini koordinasiya etdiklərini ifadə edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin təşəbbüsü ilə 22 iyul 2022-ci ildə Rusiya ilə Ukrayna arasında Qara Dəniz Taxıl Dəhlizi Sazişi imzalanıb. Rusiya 2023-cü il iyulun 17-də öz qida məhsullarının satışına maneələrin aradan qaldırılmadığını əsas gətirərək müqaviləni uzatmamaq qərarına gəlib.

Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun anası, Axmat Kadırov adına regional ictimai fondun rəhbəri Aymani Kadırovanı “Şərəf nişanı” ordeni ilə təltif edib.

“Mükafat Çeçenistan rəhbərinin anasına fəal ictimai fəaliyyətinə görə verilib.

Aymani Kadırova Respublikada Rusiyanın yeni regionlarının sakinlərinə müntəzəm olaraq humanitar yardım göndərən fondu idarə edir.

Qeyd olunur ki, Kadırova artıq on mükafata, o cümlədən Donetsk və Luqansk "Xalq Respublikaları"nın “Dostluq” ordeninə malikdir.

Qarabağdakı terrorçu-quldur dəstəsinin başçısı Arayik Arutyunyan mövcud reallıq və yaranmış durumdan çıxış yolları ilə bağlə “artsax tv”yə eksklüziv müsahibə verəcəyini açıqlaması erməni cəmiyyətində ciddi rezonansa səbəb olub. Bəziləri Arutyunyanın bu açıqlamasını Qarabağ ermənilərinin Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getmək istəyi ilə izah edir.

Bu baradə “hraparak” yazır.

Nəşrin yazdığına görə, onlar hesab edirlər ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir. O, açıq şəkildə “inteqrasiya yoxdur” bəyanatlarına qoşulsa da, amma reallıqda gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.

Nəşr onu da qeyd edib ki, Arutyunyan bu məqsədlə yaxın gələcəkdə nə edəcəyini müzakirə edəcək və qərarlar qəbul edə biləcək başqa bir qurum yaratmaq qərarına gəlib.

“Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə nə qədər yüksək vəzifə tutmasından asılı olmayaraq, bir nəfər təkbaşına həll edə bilməz. Həmin qurum orada yaşayan insanların fikrini əks etdirməlidir. Lakin həyat göstərir ki, Qarabağda nüfuz sahibi olan insanlar, məsələn, “keçmiş prezidentlər” (terrorçu-quldurlar-red) məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü şəxslərin iştirakı yalnız dağıdıcıdır”, - nəşr yazır.

İrəvan Moskva arasında gərginlik

İrəvanla Moskva arasında gərginlik getdikcə daha da dərinləşməkdədir. Ermənistan-Rusiya münasibətlərinin daha da kəskinləşməməsi və yaranmış böhranlı durumdan çıxmaq üçün tərəflər müəyyən addımlar atmaq qərarına gəliblər.

erməni mediası xəbər verir ki, tərəflər gərginliyin aradan qaldırılması üçün ilk olaraq səfirləri dəyişdirməyi qərara alıblar.

Moskva onsuz da xeyli vaxtdır, Ermənistanın Rusiyadakı səfirindən ciddi narazılığı olub. Odur ki Moskva Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın əvəzlənməsi məsələsi uzun müddətdir İrəvanla müzakirə edirdi. Lakin İrəvanın onu əvəzləyəcək yeni namizədin tapılmasında problemi var idi. Nikol Paşinyanın etimadını qazanacaq və Rusiya hakimiyyəti tərəfindən məqbul sayılacaq namizəd yox idi.

Erməni nəşrin yazdığına görə, bir sıra namizədlər müzakirə olunub. Paşinyan parlamentin deputatı Qurgen Arsenyanın üzərində dayanıb. Rusiya tərəfdən isə yeni səfir postuna namizəd Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurudur.

Lakin bir çox ekspertlər hesab edir ki, səfirlərin dəyişdirilməsi də, İrəvan-Moskva arasındakı mövcud problemi həll etməyəcək. Çünki tərəflər arasında yaranan uçurum və gərginlik o qədər dərinləşib ki, bunu diplomatlar səviyyəsində həll etmək qeyri-mümkündür.

Xəbər lenti