Türkiyə antiterror əməliyyatlarını davam etdirəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Səfirlərin 14-cü Konfransında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Suriya və İraqda vəziyyətin sabitləşməsi qaçqınların geri qayıtmasını sürətləndirəcək

Türkiyə Prezidenti çıxışında taxıl müqaviləsi ətrafında yaranmış vəziyyətə də toxunub. O, bildirib ki, ölkəsi razılaşmanın uzadılması üçün səylərini davam etdirəcək.
“Taxıl sövdələşməsi məsələsinin həlli Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır”, - deyə Ərdoğan vurğulayıb.

O, həmçinin rəsmi Ankaranın münaqişənin Qara dəniz hövzəsinə yayılmasının qarşısını almağa imkan verən Montrö Konvensiyasına ciddi şəkildə riayət etdiyini bəyan edib.(Haber Global)

Rusiya Ukraynanın Donetsk vilayətində yaşayış massivinə raket hücumu həyata keçirib.

"Haberler.com" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 31 nəfər yaralanıb.

İlk hücumda 4 mülki vətəndaşın, ikinci hücumda isə 1 təcili yardım işçisinin həlak olduğu bildirilib.

İki raketin istifadə edildiyi hücumda 5 mərtəbəli yaşayış binası zərər görüb.

Klimenko bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

“Dövlətimiz FETÖ virusundan təmizlənənədək onunla mübarizəni davam etdirəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 3,5 saat davam edən iclasından sonra mediaya açıqlamasında bildirib.

O, öz ölkəsinin inkişafı üçün çalışan hər bir vətəndaşa səslənərək deyib ki, insanlar kimi, dövlətlər də həyatlarında dalğalanmalar yaşaya bilərlər.
“İstər daxili, istərsə də regional böhranlar kimi bəzi problemlər müvəqqəti xarakter daşıyır. Türkiyənin gücü keçmişlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Bu dövrdə birlikdə qorumalı olduğumuz şey millətin ortaq dəyərləridir. Biz buna nail olanda heç kim önümüzə mane ola bilməz. Qurumlarımızın işində, sistemin fəaliyyətində hələ də çatışmazlıqlar varmı? İki əlin barmaqları kimi sıxsaq, hamısına qalib gələ bilərik. İndiyə qədər göstərdikləri səbrə görə hər bir vətəndaşımıza millətim adından minnətdarlığımı bildirirəm. Bu tarixi dönüş nöqtəsini uğurla başa vuraraq, Türk əsrinin pillələrini birlikdə atacağıq”, - deyə Ərdoğan vurğulayıb.

“Bu qədər zənginliyə sahib olan Afrika bu gün necə dünyanın ən kasıb qitəsi ola bilər?”
Burkino Fasonun müvəqqəti dövlət başçısı İbrahim Traorenin söylədiyi bu sözlər son günlər bütün dünyada müzakirələrə səbəb olub.
NATO qoşunları Afrikadan çıxarılır, burada qərb yönümlü liderlər devrilərək Rusiya, Çin, İran, Hindistan və Səudiyyə Ərəbistanının dəstəklədiyi liderlər hakimiyyətə gəlir.

Afrika ölkələrində davam edən çevrilişlər fonunda qərblə şərq arasında qalan bu qitənin taleyi isə sual doğurur.

Mövzu ilə bağlı  danışan politoloq Turan Rzayev 2010-cu ildən dünyada çoxqütblü modelə keçid edildiyini və bu mübarizənin Afrika qitəsində getdiyini bildirib. Onun sözlərinə görə, bu gün Avropada müşahidə olunan rifah Afrikada aparılan müstəmləkəçilik siyasətinin nəticəsidir.

Politoloq deyir ki, bu gün Asiya və Şanxay Əməkdaşlıq Təşkilatı Ölkələri Qərbin Afrikadakı mövqelərini sıxışdırmağa çalışır.
Ekspert NATO ölkələrinin Afrikadan birdən-birə çıxarılmasının ziyanlı ola biləcəyini düşünür.

Turan Rzayev onu da əlavə edib ki, indiki məqamda Afrika ölkələrinin Qərb və Şərq bloku arasıında qalması onlar üçün yaxşı heç nə vəd etmir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ölkə Az (@olke.az)

İranın Güney Azərbaycan ərazilərində etiraz aksiyaları başlayıb.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb.

Qeyd olunur ki, Təbriz sakinləri su çatışmazlığı səbəbindən küçələrə çıxıblar.
Bildirilib ki, azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə tez-tez ekoloji, məişət və oxşar xarakter daşıyan aksiyalar keçirilir.

Qışda Kiyev təxliyənin astanasında idi.

"Bunu Ukraya ordusunun polkovniklərindən biri “Tayms”a açıqlamasında deyib.

“Çoxları bunu bilmir, amma dekabrın 16-da Kiyevə 49 qanadlı raket atılanda şəhər təxliyənin astanasında idi. Əgər bu zərbələri buraxsaydıq, Kiyevi təxliyə etmək lazım gələcəkdi. 2.5 milyon insanı isə təxliyə etmək çox ağırdır”, - polkovnik bildirib.

"Ukraynanın hava qalxanı bütün Avropanın təhlükəsizliyinə zəmanət verəcək.

"Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, təkcə bu həftə Rusiya Silahlı Qüvvələri Ukraynaya 65 müxtəlif raketdən, 178 hücum pilotsuz uçuş aparatından istifadə edib, onlardan 87-si "Şahed"dir:

"Əhəmiyyətli bir hissəsi məhv edilib. Ona görə hər şey edilməlidir ki, Ukrayna Silahlı Qüvvələri səmada qalib gəlsin".

Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.

Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Məhkəməsi şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.

Həmçinin, Türkiyə Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.

Bu çərçivədə İsveç, Danimarka və Hollandiyada Qurana hücum edən şübhəlilər, oxşar hərəkətləri həyata keçirən Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen eyni cinayətlərə görə həbs qərarı verilib.

Baş Prokurorluq, həmçinin hüquq-mühafizə orqanlarına oxşar əməlləri törədən şəxslərin və sübutların, habelə sözügedən adların müəyyən edilməsi ilə bağlı göstəriş verib.

Xaırladaq ki, iranəsilli Bəhrami Mərcanın dünən Stokholmda polisin iştirakı ilə Quranı yandırdığı müəyyən edilib.

Rusiya prezidenti Vladimir Putin özü üçün məqbul şərtlərə nail olmaqdan ötrü Ukraynadakı döyüşləri 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər uzatmağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Qərb rəsmilərinə istinadən məlumat yayıb

Kəşfiyyat məlumatlarına çıxışı olan adı açıqlanmayan ABŞ rəsmisi CNN-ə bildirib ki, Kremlin rəhbəri 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın qalib gələcəyinə ümid edir.

"Putin bilir ki, Tramp ona kömək edəcək. Bunu həm ukraynalılar, həm də avropalı tərəfdaşlarımız bilirlər”, - anonim mənbə bildirib.

Avropa diplomatik dairələrindən başqa bir mənbə bildirib ki, Putinin planı Ukraynaya qarşı tammiqyaslı təcavüzü 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər uzatmağa çalışmaqdan ibarətdir.
Adının açıqlanmasını istəməyən CNN-ə danışan rəsmilər hesab edirlər ki, Putin Trampın və ya başqa bir respublikaçı namizədin qələbəsini ABŞ-ın Ukraynaya dəstəyindən imtina edilməsi üçün stimul kimi qiymətləndirə bilər.

CNN mənbələri həmçinin bildirirlər ki, Putinin diqqətini qarşıdan gələn prezident seçkilərinə yönəltməsi ABŞ-a "Bayden administrasiyasının daima bəyan etdiyi Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsinin daha da vacib olduğuna” işarədir.

Qarabağ üzərində Rusiya və Qərbin mübarizəsində Soros Fondunun da aktiv iştirakına dair məlumatlar yayılır.

Publika.az xəbər verir ki, Ermənistan mediası Soros Fondunun Qarabağa beynəlxalq sülhməramlıların daxil edilməsini, Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı kampaniyanı maliyyələşdirir.

Kampaniyanın əsas iştirakçıları arasında “Back to Dizak” (Dizağa qayıdış) və “Hanunu Hadrut” (Hadrut naminə) QHT-ləri də var.

“Back to Dizak”ın rəhbəri Marqarita Karamyan və “Hanunu Hadrut”un rəhbəri Levon Hayriyan Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasında çıxış etməyə çağırıb. Onlar baş verənlərə görə Rusiya sülhməramlılarını günahlandırır və onların əvəzlənməsini tələb edir.

Ermənistan mediası yazır ki, “Back to Dizak” təşkilatı Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında Soros fondundan 25 min dollar alıb. “Hanunu Hadrut” təşkilatının rəhbəri, Qarabağdakı separatçı “parlamentin” keçmiş qondarma “deputatı” Levon Hayryan isə ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə görüşüb, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.

Bu məlumat Qarabağ üzərindəki Rusiya-Qərb qarşıdurmasında Soros fondunun da iştirak etdiyini təsdiq edir.

Xəbər lenti