![]() |
|
Parlamentin açılışı ilə biz də üzərimizə düşəni edəcəyik. Son qərar qəbul edən orqan Türkiyə Böyük Millət Məclisidir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində İsveçin NATO-ya üzvlük prosesi haqqında danışarkən bildirib.
"Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur. İnanırıq ki, dialoq və diplomatiyaya yer açılsa, anlaşılmazlıqlar aradan qalxacaq", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri deyib ki, ölkəsi bu prosesi son 21 ildə dəfələrlə həyata keçirib.
"Biz maneəni keçdik. Bu gün də eyni uğura nail olmağımıza heç bir maneə yoxdur. Ümid edirəm ki, bu addımların müsbət nəticələrini tezliklə görəcəyik ki, bu da həm ölkəmizin, həm də Aİ-nin marağında olacaq", - deyə Türkiyə Prezidenti bildirib.
Moskva sakini “Porsche” markalı avtomobilini Kremldə “görüş üçün” prezidentin yanına sürməyə çalışıb. Amma yol polisi onu buraxmaqdan imtina edib.
Rusiyada ölkə başçısı ilə görüşmək istəyən vətəndaş həm həyəcan, həm də kuryoz hadisəyı yol açıb.
40 yaşlı Aleksey səhər saatlarında Kremlə girməyə cəhd edib. Özünün “Porsche” avtomobili ilə Qırmızı Meydan yaxınlığında növbətçi müfəttişlərə yaxınlaşıb və mətləbi çox uzatmadan deyib ki, təcili olaraq "işgüzar məsələlərlə bağlı prezidentə görüş lazımdır".
Nəticədə Aleksey prezidentlə görüşmək əvəzinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə idarəyə gedib. Sonra o, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə və yol hərəkəti qaydalarını pozduğuna görə 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hindistanda müsəlmanlara qarşı günü-gündən artan təzyiqlər fonunda Hindistanın Şimal Dəmir Yolları İdarəsi qalmaqallı qərar verib.
“Sabah” qəzeti xəbər verir ki, rəhbərlik Yeni Dehlidəki iki məscidin 15 gün ərzində sökülməsinə göstəriş verib.
“India Today”in xəbərinə görə, idarədən bildirilib ki, Benqal bazarı məscidi və Babar Şah Takiye məscidi dəmir yolu üzərində qeyri-qanuni tikilib.
Sözügedən məscidlərin 15 gün ərzində sökülməli olduğu, əks halda məscid idarələrinin “ağır nəticələrlə” üzləşəcəyi vurğulanıb.
Babar Şah Takiyə məscidinin katibi Əbdül Qaffar məscidin təxminən 400 yaşı olduğunu diqqətə çatdırıb.
Məscid Komitəsi də Dəmir Yolu İdarəsinin iddialarını rədd edərək, hər iki məscidin yüz illərlə yaşı olduğuna işarə edib.
İyulun 24-də səhər tezdən pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə Moskvaya yeni hücum edilib.
Bu barədə məlumatı paytaxtın meri Sergey Sobyanin təsdiqləyib.
Merin sözlərinə görə, zərbələr iki qeyri-yaşayış binasına dəyib, lakin ciddi dağıntılar və tələfat yoxdur, təcili yardım xidmətləri işləyir.
Bu, pilotsuz təyyarələrin Moskvaya hücum etmək üçün ilk cəhdi deyil. Mayın 3-nə keçən gecə iki PUA Kremlə hücum edib və mayın 30-da ən azı üç pilotsuz təyyarə paytaxtın cənub-qərbindəki yaşayış binalarına ziyan vurub, pilotsuz təyyarələrin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən Moskva bölgəsi üzərində səmada vurulub və ya radioelektron texnikadan istifadə edilərək yatırılıb. Həmçinin iyulun əvvəlində Yeni Moskvada bir neçə pilotsuz təyyarə yerə endirilib.
“Ümumiyyətlə, hər iki ölkənin parlamentləri tərəfindən sülh müqaviləsi imzalanana və ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Əlbəttə ki, müxtəlif ehtimal miqyası var, lakin bu, əlbəttə ki, qeyd edilməlidir. Buna Azərbaycan tərəfdən açıq-aşkar aqressiv ritorika və nifrət dolu çıxışlar, geosiyasi vəziyyət əlavə olunur", - deyə o bildirib.
Qeyd etmək yerinə düşər ki, Paşinyanın iddia etdiyi aqressiv ritorika səbəb deyil, nəticədir. Üstəlik, Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası etmir, sadəcə, haqqı olan ərazilərlə bağlı diplotik addımlar atır və çıxışlar edir. Paşinyanın aqresiya kimi assosiasiya etdiyi haqlı mövqeyimiz isə Azərbaycana yönəlik həyasız davranışlardan irəli gəlir. Yəni hər dəfə bir bəyanatla gündəmə gələn Ermənistan hökuməti sülh istədiyini desə də, hərəkətləri əksini göstərir və təxribatçı addımlar atır. Bütün bunlardan sonra isə susqun mövqe gözləyir.
“Taxıl müqaviləsinin mövcud olduğu formada davam etdirilməsi bütün mənasını itirib. Ona görə də biz bu belə bir mənasız sövdələşmənin daha da uzadılmasına qarşıyıq”.
Bunu RF prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə deyib.
Putin “taxıl müqaviləsi”nin bərpası ilə bağlı şərtlərini açıqlayaraq deyib ki, Rusiyaya taxıl müqaviləsi çərçivəsində SWIFT sisteminə qoşulma ilə bağlı vədlər və ideyalar yox, hərəkətlər lazımdır.
“Rusiya bankları, ərzaq və gübrə tədarükünə xidmət edən maliyyə institutları üçün bütün maneələr aradan qaldırılmalıdır. Bura onların SWIFT beynəlxalq bank hesablaşma sisteminə dərhal qoşulması daxildir. Bizə lazım olan bu hesabla bağlı bəzi vədlər deyil, ideya lazımdır. Bu şərtlərin yerinə yetirilməsi lazımdır”, - Putin bildirib.
O əlavə edib ki, həmçinin şərtlər arasında Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünün sanksiyalarından çıxarılması, o cümlədən kənd təsərrüfatı texnikası və gübrə sənayesi üçün ehtiyat hissələrinin Rusiyaya tədarükünün bərpası da var.
Putin onu da bildirib ki, Rusiya gəmilərinin sığortası və Rusiya Federasiyasının ixrac tədarükü ilə bağlı bütün məsələlər, ərzaq təchizatının bütün logistikasının bərpası, Rusiyadan gübrələrin və onların istehsalı üçün xammalın maneəsiz tədarükü ilə bağlı bütün məsələlər həll edilməlidir.
"Bu şərtlər yerinə yetirilərsə, o zaman biz dərhal taxıl müqaviləsi sövdələşməsinə qayıdacağıq", - o əlavə edib.
Rusiyanın taxıl sazişindən çıxması qlobal kənd təsərrüfatı bazarında sabitliyi pozmaq və qiymətləri qaldırmaq cəhdidir.
Bu barədə Polşanın Şərqi Avropa Araşdırmaları Mərkəzi OSW yazıb.
Qeyd olunur ki, bu, Rusiya Federasiyasının kənd-ərzaq məhsullarının ixracından əldə etdiyi gəlirin artmasına səbəb olacaq.
Rusiya tərəfi taxılla bağlı sazişi yeniləməmək qərarına gəlməklə həm də Aİ-də Ukrayna taxılının quru yolu ilə tranziti ilə bağlı problemlərin kəskinləşməsinə ümid edir ki, bu da onların fikrincə, Qərbi daha az sərt mövqe tutmağa məcbur edəcək.
Nəşr vurğulayır ki, hər şeydən əvvəl bu qərar Türkiyə diplomatiyası üçün ciddi sınaqdır. Ankara siyasi böhranı mümkün qədər tez həll etməyə və razılaşmanın uzadılması üçün Moskvanın razılığını almağa çalışacaq. Türkiyə üçün bu, beynəlxalq nüfuzu gücləndirən elementdir. Türkiyə tərəfinin yaxın günlərdə Rusiyanı sövdələşməyə qayıtmağa inandırmaq üçün ciddi addım atacağı gözlənilir.
İraqın paytaxtı Bağdadda İsveç səfirliyinə od vurulub.
“Hürriyet”xəbər verir ki, İraqda dini və siyasi lider Müqtəda əs-Sədrin başçılıq etdiyi Sədr Hərəkatına bağlı qruplar səfirliyin binasına daxil olaraq binanın bəzi hissələrini yandırıblar.
Fransada 17 yaşlı yeniyetmənin polis zabiti tərəfindən öldürülməsindən sonra baş verən iğtişaşlar zamanı 850-yə yaxın polis əməkdaşı və yanğınsöndürən yaralanıb, 4000 aksiya iştirakçısı saxlanılıb, 12000 avtobil yandırılıb, yüzlərlə bank, market, obyekt qarət edilib.
Bu barədə Fransa Milli Assambleyasında keçirilən iclasda Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
Fransa parlamentinin aşağı palatasının rəsmi saytında yayımlanan iclasda nazir deyib: “27 iyun-4 iyul tarixləri arasında 850 polis və yanğınsöndürən yaralanıb, onların çoxunun vəziyyəti ağırdır”.
“Bir gəncin ölümü ilə 90 məktəb müəssisəsi, 103 bələdiyyə binası və 180 polis bölməsi, jandarm, yanğınsöndürmə məntəqəsinə edilən hücumlar arasında nə əlaqə var?”, - deyə nazir bildirib.
Nazir həmçinin qeyd edib ki, iğtişaşlar zamanı aralarında bir neçə bələdiyyə sədrinin də olduğu 27 dövlət məmuru hücuma məruz qalıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 12 mindən çox avtomobili, o cümlədən bələdiyyə binalarını, polis bölmələrini və digər qurumları yandırıblar. 4000-ə minə yaxın insan saxlanılıb, onların əhəmiyyətli bir hissəsi yetkinlik yaşına çatmayanlar olub.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, mindən çox ticarət obyekti, 370-ə yaxın bank filialı, 200 ərzaq mağazası və 436 tütün mağazası talan edilib.