![]() |
|
Rusiya Silahlı Qüvvələrinin (SQ) ayrı-ayrı bölmələri müharibənin əvvəlində Belarus ərazisindən Ukrayna sərhədini keçib.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Bəli, Belarus ərazisindən müəyyən bölmələr Ukrayna sərhədini keçib. Niyə Rusiya qoşunları Çernobıl bölgəsində Belarus - Ukrayna sərhədini keçdilər? Bunu Zelenskidən soruşun!”, - deyə jurnalistə bildirib.
ABŞ biolaboratoriyaları bütün dünyaya yayır. Süni infeksiya ocaqlarını formalaşdırmaq üçün Rusiyanın sərhədlərinin də perimetrini cızır.
Bu haqda Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
“Xəstəliklərin monitorinqi adı altında Vaşinqton həyasızcasına dünyanın hər yerinə qanunsuz laboratoriyalar yerləşdirir. Rusiya sərhədlərinin perimetri də bu cür qurumlarla sıx şəkildə qurulub. Pentaqonun Ukraynadakı fəaliyyəti isə xüsusi narahatlıq doğurur. ABŞ öz layihələrinə ölkənin onlarla dövlət qurumunu və özəl şirkətlərini cəlb edib”, - məlumatda qeyd edilib.
Bildirilir ki, ABŞ bunu bioloji böhranlar yaratmaq, süni infeksiya ocaqlarını formalaşdırmaq və epidemiyaları idarə etmək məqsədilə edir.
Paşinyan Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Sünik (Zəngəzur) bölgəsinə səfərə hazırlaşır.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Onun bu rayona sonuncu səfəri 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra yerli sakinlər tərəfindən təhqir olunduğu vaxt olub.
Nəşr qeyd edir ki, bunun ardınca “bir daha təhqir olunmaması üçün” cinayət işləri başlanıb. Bundan sonra Paşinyan bu bölgədə görünməkdən yayınıb.
Bildirilir ki, Ermənistan baş nazirinin təhlükəsizlik xidməti dünəndən Sünik bölgəsindədir və onun səfərinə hazırlaşır: “İğtişaşların qarşısını almaq üçün dəqiq tarix gizli saxlanılır”.
Ermənistan Müdafiə Nazirliyində islahatlar fonunda həyata keçirilən sertifikatlaşdırma prosesi orduda qeyri-sağlam ab-hava yaradıb ki, bu da kadrların böyük axınına səbəb ola bilər.
Bu barədə Ermənistanın gündəlik “Hraparak” nəşri yazır.
“Attestasiya kifayət qədər yüksək standartlara malikdir, burada nə hərbçinin döyüş yolu, nə ləyaqəti, nə yaşı, nə də peşəkar hərbçiyə mənsubiyyət faktı rol oynamır. Sertifikatlaşdırma iki hissədən ibarətdir: nəzəri, peşəkar sınaqlar və praktiki tapşırıqlar - hər kəsin keçə bilmədiyi döyüş hazırlığı, kimsə yaşa görə, kimsə döyüş yaralarına görə.
Nəticədə onlar attestasiyadan kəsilir, real əmək haqqı isə aşağı qalır ki, bu da inflyasiya şəraitində yaşamağı mümkünsüz edir. Məlum oldu ki, bu qeyri-bərabər və qeyri-sağlam mühitdə bəziləri artıq xidmətdən təqaüdə çıxıb, kimsə getmək barədə düşünür, bu da ordu üçün ağır nəticələrə səbəb ola bilər”, - qəzet yazır.
Çətin həyat şəraiti və qanun pozuntularına görə xaricə üz tutan Ukrayna vətəndaşlarının sayı arta bilər.
Bu sözləri Rusiyaya sığınan ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.
Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində Kiyevin nəzarətindəki ərazilərdə əhalinin sayı 19,4 milyon nəfər olub:
“Gedənlərin sayı isə 18.1 milyondur. Məlumatlara görə, təkcə son 6 ayda 188 min insan ölkədən gedib. Qaçqın axını isə dayanmır. Bu templə payıza qədər ölkədən gedən və ölkədə qalan ukraynalıların sayı bərabərləşəcək. Fərq hələ ki, 1 milyondur. Ardınca isə gedənlərin sayı qalanları keçməyə başlayacaq”.
NATO-ya daxil olmaq üçün Ukrayna hətta Kiyevdən də imtina etməlidir.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Teleqram hesabında yazıb.
“Şimali Atlantika Alyansının ofisindən Ukrayna üçün yeni ideya var. Belə ki, Ukrayna mübahisəli ərazilərdən imtina edərsə, NATO-ya üzv ola bilər. Fikir maraqlıdır. Yeganə sual isə budur ki, guya onların bütün əraziləri çox mübahisəlidir. Bloka daxil olmaq üçün Ukrayna hakimiyyəti hətta Rusiyanın qədim paytaxtı Kiyevin özündən də imtina etməli olacaq”, - Medvedyev bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təcili ABŞ-yə gedir.
“Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, Mirzoyan İrəvanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda çağırılan fövqəladə iclasında iştirak edəcək.
Xatırladaq ki, avqustun 16-da Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının Qarabağdakı “humanitar” vəziyyətlə bağlı iclası keçiriləcək.
Dağıstanın Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
“Bu barədə Dağıstanın Tibbi Fəlakət Mərkəzi məlumat yayıb.
Patrlayış nəticəsində 102 nəfər xəsarət alıb.
Xəsarət alanlar xüsusi reyslə Mahaçqaladan Moskvanın tibb müəssisələrinə çatdırılıb.
Bundan əlavə hadisə yerində 20-dək texnika xəsarə alıb.
Dağıstan hökumətinə Mahaçqalada həlak olanların ailələrinə yardımın göstərilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.
Həlak olanların ailələrinə bir milyon rubl verilməsi vəd edilib.
Baş verən hadisə ilə bağlı bu gün Dağıstanda matəm elan edilib.
Bayden administrasiyası diqqətini Putinin Ukraynadakı hərəkətlərinə qarşı durmağa yönəltsə də, Kreml sakitcə Yaxın Şərqdə artan təsirini həyata keçirir. Regionda strateji əhəmiyyətli ölkə olan Livanla yaxınlaşma Moskvaya yeni liman və ticarət bazarlarına çıxış imkanı verəcək.
“Nyusvik” xəbər verir ki, Rusiyanın Aralıq dənizinə çıxışı olan Livanda mövcudluğunun genişləndirilməsi, ona Qərbin sanksiyalarından yan keçməyə kömək edəcək və beynəlxalq forumlarda Moskvanın mövqeyini dəstəkləyəcək daha bir tərəfdaş verəcək. Kremlin əsas məqsədi ABŞ-ni regionda daha da sıxışdırmaqdır.
Nəşr Rusiyanın Livanda məqsədlərinə çata biləcəyi “bir neçə rıçaqları” sadalayıb:
- Moskvaya həmişə simpatiya bəsləyən nüfuzlu pravoslav icması;
- Qərbdən məyus olan və Putini inancın müdafiəçisi kimi qəbul edən xristian icmaları;
- Şərqi Avropa universitetlərinin məzunlarının böyük bir kontingenti, əsasən də keçmiş kommunistlər Rusiyanı hələ də “Qərb imperializmi”nə qarşı tarazlıq kimi görürlər.
Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə (Sevan) gölündə batıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Hadisə bazar günü baş verib. Ukraynalı diplomat Göyçə gölündə çimərkən batıb. Hadisə yerinə cəlb olunmuş su xilasediciləri diplomatı təxminən 1,5 m dərinlikdən çıxararaq motorlu qayıqla sahilə çıxarıblar.
Hadisə yerinə gələn xilasedicilər onun öldüyünü müəyyən ediblər.
Ölən diplomatın adı açıqlanmır.