![]() |
|
Ukraynalı döyüşçü Belarusdakı "Vaqner"in rəhbəri təyin edilib.
“Naşa Niva” xəbər verir ki, vaqnerçilər Belarusun Mogilev vilayətinə köçürüldükdən sonra onlara Ukraynadan olan Sergey Çubko başçılıq edib.
46 yaşlı Sergey Vladimiroviç Çubko Ukraynanın cənub-qərbindəki Çervontsı şəhərində anadan olub. SSRİ dağılandan sonra Rusiyaya köçüb. 1994-cü ildə RF Silahlı Qüvvələrinə qoşulub və Çeçenistanda döyüşüb. 2017-ci ilin yanvarında Çubko “Vaqner”ə qoşulub və Suriyaya gedib və orada dəstənin hərbi əməliyyatının rəhbəri olub. Bundan başqa, 2019-cu ildə o, Liviyadakı vaqnerçilərin yeni qərargahına rəhbərlik edib.
“Paşinyan özü Qərbdə Əliyevlə danışıqlar aparır, Qarabağın taleyini müəyyənləşdirir, sonra deyir ki, Rusiya getsə, Qarabağın təhlükəsizliyi təmin olunmur. Yəni Paşinyan məsuliyyəti Rusiyanın və ya təhlükəsizliyi təmin edəcək beynəlxalq vasitəçilərin çiyninə atmağa çalışır. Belə olan halda o, danışıqlar prosesindən geri çəkildiyini deməlidir”.
Bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, İrəvan yenidən Qarabağ böhranını beynəlmiləlləşdirib, Laçın sərhəd buraxılış məntəqəsini beynəlxalq problemə çevirməyə çalışır.
Onun fikrincə, bu yolla Ermənistan zaman qazanır və üstəlik İrəvan münaqişəni beynəlmiləlləşdirir. O eyni zamanda əlavə edib ki, yaranmış vəziyyətdə Moskva öz eksklüzivliyini itirib: “Baxmayaraq ki, əsas sənədlər 9 noyabr 2020-ci il tarixli bəyanat və Rusiyanın vasitəçiliyi ilə imzalanmış sonrakı sənədlərdir, onun əsasında bütün danışıqlar aparılır. Rusiya deyir ki, əgər Qərblə bu baza əsasında danışıqlar apara bilirsənsə, onda danış. Amma hələlik konkret nəticə yoxdur”.
"Dünya maliyyəsində dollar siyasi mübarizə aləti kimi istifadə olunur".
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS Yeni İnkişaf Bankının rəhbəri Dilma Russefflə görüşü zamanı bildirib.
O, BRİKS maliyyə institutunun inkişafının vacibliyini qeyd edib.
“İndiki şəraitdə qlobal maliyyədə baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə alsaq, BRİKS-in bunu etməsi asan deyil”, - deyə o bildirib.
Qeyd edək ki, Moskva birjasında dolların məzənnəsi iyulun 17-dən bəri ilk dəfə olaraq 90 rubldan aşağı düşüb.
Türkiyənin "Aselsan" şirkəti İstanbulda keçirilən IDEF 23 müdafiə sərgisində Rusiyanın "Pantsir" kompleksinə rəqib ola biləcək "GÜRZ" zenit-raket və silah sistemini (ZRPK) nümayiş etdirəcək.
"Bu barədə "Defence News" məlumat yayıb .
Qeyd olunur ki, yeni kompleks yürüşdə stasionar obyektlərin və hərbi kolonnaların mühafizəsi üçün nəzərdə tutulub. ZRPK pilotsuz təyyarələr, raketlər və artilleriya sursatları da daxil olmaqla alçaqdan uçan hədəfləri vura bilir.
Bəzi analitiklər "GÜRZ"i Rusiyanın orta mənzilli özüyeriyən zenit sistemi olan "Pantsir"in təkmilləşdirilmiş versiyası ilə müqayisə edirlər.
İyulun əvvəlində "Rostec" bildirmişdi ki, modifikasiya edilmiş "Pantsir" hava hücumundan müdafiə sistemlərinin HIMARS çoxsaylı buraxılış raket sistemlərinə qarşı performansı 100 faizə çatır.
Çin Kommunist Partiyasının Hançjoudan olan yüksək vəzifəli məmuru Çjou Cianyun 182 milyon yuan (25 milyon ABŞ dolları) rüşvət almaqda ittiham edilərək edam cəzasına məhkum edilib.
"Rüşvətxor məmur torpaq məsələlərini həll etmək müqabilində təşkilatlardan və fiziki şəxslərdən pul alıb.
Hazırda Çində ölüm hökmü əksər hallarda ölümcül inyeksiya ilə həyata keçirilir, bundan əvvəl isə günümüzdə yalnız müəyyən kateqoriya cinayətkarlara – - qatillər və narkotik satıcıları üçün tətbiq edilən güllələnmə qüvvədə idi. Bununla belə, yerli medianın yazdığına görə 56 yaşlı partiya funksioneri üçün edam ömürlük həbslə əvəz oluna bilər. Bu halda o, həm də ömürlük siyasi hüquqlarından məhrum ediləcək, əmlakı müsadirə olunacaq.(Report)
Dünyada ilk dəfə olaraq Türkiyədə uzunmənzilli ağıllı sualtı mina yaradılıb.
“Mina “F-16” qırıcılarından, “Akıncı” və “Aksunqur” PUA-larından yüksək hündürlükdən atıla bilir ki, bu da onu aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.
Yeni silah İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim olunacaq. Mina Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Şirkəti, KOC Müdafiə və Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutuna daxil olan Texnologiya Araşdırmalar Şurasının konsorsiumu tərəfindən yaradılıb.
Layihənin məqsədi, tərtibatçıların fikrincə, “MK-84” ümumi təyinatlı bombaları hücum dəniz minalarına çevirməkdir.
Bunun üçün minanın yaradıcıları ona qanadlı bələdçi, hədəfləri aşkar etmək üçün ağıllı funksiya və minaatan qurğunu əlavə ediblər.(Report)
Deyəsən, Qarabağın erməni əhalisini rəsmi Bakı ilə danışıqlarda təmsil edə biləcək yeni diplomat peyda olub.
Qarabağdakı qanunsuz rejimin silahlı qüvvələrinin keçmiş “komandanı” və qondarma qurumun “təhlükəsizlik şurasının” keçmiş katibi Samvel Babayan “qarşılıqlı etimad yaradılması üçün Bakı ilə dialoqa getmək” barədə təkliflərini bir daha təsdiqləyib. Bu barədə Ermənistan mediası xəbər yayıb.
Babayan bildirib ki, onun əlində “Azərbaycanla razılığa gəlmək üçün konkret addımlar paketi” var.
Onun sözlərinə görə, “müdafiə ordusu”nun buraxılması barədə Bakının tələbi müzakirə oluna bilər. Lakin bunun üçün Bakı Qarabağda erməni əhalinin yaşadığı ərazilərin ətrafında “yaşıl zona” yaratmalıdır. Görünür, “yaşıl zona” deyəndə o, Azərbaycan ordusunun hazırkı mövqelərindən geri çəkilməsini nəzərdə tutur.
“Ermənistan hakimiyyəti hesab edir ki, Dağlıq Qarabağ hökuməti və onun tərəfdaşları nə etdiklərini özləri bilirlər, mən bu barədə məlumatlı deyiləm. Bəlkə də oturaq etiraz aksiyasından sonra Araik Arutyunyanın son addımı aclıq aksiyası olacaq, lakin mən belə ağılsız mübarizə formalarını dəstəkləmirəm. O ki qaldı Ağdam vasitəsilə daşımalara, biz, nəhayət, göydən yerə enib, anlamalıyıq ki, 2020-ci il noyabrın 9-dan sonra yaranmış şəraitin içərisindəyik, ona qədər vəziyyət başqa idi”, – Babayan deyib.
Qeyd etməyə dəyər ki, Babayan artıq bir neçə həftədir bu tipli fikirlər səsləndirir. Onun bu konstruktivliyinin kökündə nə dayanır, aydın deyil. O, hazırda separatçı qurumun rəhbərliyində təmsil olunmur. Lakin əvvəllər olub və oradakıları heç də pis tanımır. Mümkündür ki, Bakı Samvel Babayaı hansısa səbəblərə görə uyğun fiqur hesab edib və onunla əlaqəyə girərək, onu Bakı ilə danışıqlarda erməni əhalini təmsil etməyə razı sala bilib. Hətta o da ola bilər ki, bu missiyanı uğurla yerinə yetirəcəyi təqdirdə müəyyən vədlər verilib – məsələn, yerli administrasiyada hansısa vəzifə… Lakin mühüm olan bu deyil. Mühüm olan odur ki, Babayan yerli erməni əhali arasında ciddi avtoritet sahibidirmi? Bu amil, onun çətin həll prosesində təkliflərinin əksəriyyət tərəfindən dəstəklənməsi üçün çox vacibdir. Doğrudan da belədirsə, onda dialoq da, erməni əhalinin Bakı ilə münasibətlərində dönüş də asan olacaq.
Lakin bir sıra suallar hələ də qalır. Bütün bunlara Qarabağdakı digər siyasi klanlar necə yanaşacaqlar? Onlar Babayanın bu prosesdə üstün roluna və ən əsası, Bakı ilə dialoqun vacibliyinə razılaşacaqlarmı? Və Moskva regiondakı hərbi kontingentinin rəhbərliyi vasitəsilə prosesə necə müdaxilə edəcək?
Tanınmış rusiyalı ekspert, “Radio Svoboda”nın əməkdaşı Vadim Dubnov (Praqa) məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb.
O, düşünmür ki, Babayanın hərəkətlərinin kökündə mümkün danışıqlar məsələsi dayanır. “Bu mövzu, məncə, Qarabağ məsələsi ilə eyni müstəvidə deyil. Bu suallar Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində həll olunur. Fikrimcə, onların arasında Bakı ilə Xankəndinin müzakirə edə biləcəyi bütün məsələlər danışılır”.
Babayanın dediklərinə gəlincə, Dubnov hesab edir ki, bu, Qarabağdakı ermənilərin daxili məsələsidir: “Onun dərdi nə xarici siyasət məsələsidir, nə də danışıqlar. Bakı bu prosesi maraqla müşahidə edə bilər, bundan artıq heç nə. Düşünürəm ki, Samvel Babayan bütün bunlarla özünün siyasi görüşləri üçün əlverişli mühit axtarır. Belə bir elektoral baza var və o, tədricən güclənəcək. Hesab etmirəm ki, dominant olacaq, lakin artıq var. Fikrimcə, Babayanın hərəkətlərini bu aspektdən dəyərləndirmək lazımdır. Hətta Xankəndi-İrəvan kontekstdində də baxmaq olar, çünki belə düşünən insanlar hazırda İrəvan üçün vacibdir. Bu baxımdan, Babayanın hərtəkətlərini daha çox daxili siyasi kontekstdə qiymətləndirmək düşgün olardı”, – Dubnov deyir.
Türkiyənin Adana şəhərində 5.5 ballıq zəlzələ baş verib.
“Hürriyet” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Kozan rayonunda baş verən zəlzələ yerli vaxtla 08:44-də qeydə alınıb.
Zəlzələ ətraf şəhərlərdə, xüsusilə də Kahramanmatraş və Osmaniyədə hiss olunub.
Hadisə nəticəsində dağılan bina və yaralanan şəxslərin olmadığı bildirilir.
Məlumata görə, zəlzələ yerin 11,27 kilometr dərinliyində qeydə alınıb.
Afrika ölkəsi Malidə fransız dili rəsmi dil olmaqdan çıxıb.
“Star” qəzeti xəbər verir ki, Malidə 18 iyunda keçirilən xalq səsverməsində əhalinin 96,91%-i fransızcanın rəsmi dil olmaması üçün "hə" deyib. Bu ölkədə qəbul edilən yeni konstitusiyaya əsasən, bundan sonra iş dili kimi fransız dili istifadə olunacaq. Ölkədə danışılan 13 milli dil də rəsmi dil statusu alacaq.
Qeyd edək ki, keçmiş Fransanın müstəmləkəsi olan Mali 1960-cı ildə müstəqillik qazandıqdan sonra fransız dilini rəsmi dil kimi istifadə edirdi. 70-ə yaxın yerli dilin danışıldığı ölkədə "Bambara", "Bobo", "Bozo", "Dogon", "Fulanice", "Maure", "Miniyanka", "Malinke", "Sarakole", "Sonrhai", "Senoufo", "Khassonke" və "Tamashek" 1982-ci il tarixli fərmanla milli dil statusu alıb.
Parlamentin açılışı ilə biz də üzərimizə düşəni edəcəyik. Son qərar qəbul edən orqan Türkiyə Böyük Millət Məclisidir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində İsveçin NATO-ya üzvlük prosesi haqqında danışarkən bildirib.
"Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur. İnanırıq ki, dialoq və diplomatiyaya yer açılsa, anlaşılmazlıqlar aradan qalxacaq", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri deyib ki, ölkəsi bu prosesi son 21 ildə dəfələrlə həyata keçirib.
"Biz maneəni keçdik. Bu gün də eyni uğura nail olmağımıza heç bir maneə yoxdur. Ümid edirəm ki, bu addımların müsbət nəticələrini tezliklə görəcəyik ki, bu da həm ölkəmizin, həm də Aİ-nin marağında olacaq", - deyə Türkiyə Prezidenti bildirib.