![]() |
|
Ekvadorda keçiriləcək prezident seçkilərinə 10 gün qalmış korrupsiyaya qarşı mövqeyi ilə tanınan prezidentliyə namizəd Fernando Villavisensio silahlı hücum nəticəsində dünyasını dəyişib.
Xarici KİV xəbər verir ki, Villavisension paytaxt Kitoda qatıldığı tədbirdən sonra maşınına minərkən başından üç güllə ilə vurulub.
Hadisə nəticəsində bir deputat namizədi və 2 polis əməkdaşı olmaqla 9 nəfərin yaralanıb.
Ekvador Baş Prokuroru hücumu həyata keçirən şübhəlinin təhlükəsizlik qüvvələri ilə atışmada güllələndiyini və aldığı xəsarətlərdən həlak olduğunu bildirib.
Yerli polisinin keçirdiyi əməliyyatlarda hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 6 nəfərin saxlanılıb.
Qərbi Afrika ölkələri Fransaya qarşı addımlarını davam etdirir. Paris rəhbərliyinin müstəmləkə keçmişini hədəf alan son addım Burkina Fasodan gəldi.
Xarici KİV xəbər verir ki, Burkina Faso Xarici İşlər Nazirliyi Fransaya verilən vergi güzəştlərinin sona çatdığını açıqlayıb.
Burkina Faso Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi məlumat notasında Fransa şirkətləri və vətəndaşlarının xeyrinə tətbiq edilən “İkiqat vergitutmadan qaçınma” müqaviləsinə xitam verildiyi bildirilib. Xitamın 3 ay ərzində qüvvəyə minəcəyi qeyd olunub.
Anlaşmaya görə, Burkina Fason uzun illərdir ciddi gəlir itkisi yaşayır. Müqavilənin ləğvi ilə əhəmiyyətli miqdarda vergi gəliri əldə edəcəyi bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 vilayətindən 57-sinin valisini (qubernatorunu-red) dəyişərək yenisini təyin etdi.
“Dövlət başçısının valilərin təyin edilməsi ilə bağlı fərmanı “Resmi Gazete”də dərc olunub.
Niger üsyançılarının lideri Abdurahman Çiani yeni keçid hökumətin yaradılması haqqında fərman imzalayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hökumətin tərkibinə 20 nazir daxildir.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.
İranın Şərqi Azərbaycan əyalətinin Merend şəhərində zorlamada təqsirli bilinərək edam cəzasına məhkum edilmiş 5 nəfər edam edilib.
Mizan Xəbər Agentliyi xəbər verir ki, bu barədə Merend şəhərinin İnqilab və Baş prokuroru Yusif Ziya Mehr məlumat verib.
Belə ki, sözügedən şəxslər 2022-ci ilin may ayında bir qadının şikayəti ilə tutulub.
Müttəhimlər məhkəmədə cinayətlərini etiraf edib və ölüm cəzasına məhkum ediliblər.
Rusiya siyasi rəhbərliyinin iqtisadi qərarları da “reallıq hissi” akvatoriyasından kənara çıxmaqda davam edir. İqtisadi sanksiyalar SPİD virusu kimidir, öldürmür, amma iqtisadiyyatın immun sistemini sıradan çıxarır və bir gün ən adi problemlər belə orqanizmi çökdürür. İndi sanksiyalar Rusiya iqtisadiyyatını sıradan çıxırır. Əvvəl monupulyativ manevrlər hesabına rublun "ölməsini" bir qədər əngəlləyə bilsələr də, artıq rubl təzyiqlərə tab gətirə bilmir və bilməyəcək.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, digər tərəfdən də neft-qaz gəlirləri azalır: “Ötən il bəyan edirdilər ki, sanksiyalara baxmayaraq neft-qaz gəlirləri artıb. Amma bu gün bildirilir ki, Rusiyanın neft və qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azalıb.
Belə bir şəraitdə Putin yenə emosional qərar qəbul edərək, Rusiya ilə “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv etdi. Əvvəla, ümumiyyətlə “dost olmayan ölkə” ifadəsi doğru ifadə deyil. Münasibətlərin diversifikasiyasında bu ifadənin nə iqtisadi, nə də siyasi mahiyyəti doğru deyil”.
Ekspertin sözlərinə görə, vergi müqavilələrinin ləğvi bu münasibətlərin daha da sıradan çıxarılmasına xidmət etməklə yanaşı iqtisadi zərər formasında ən böyük mənfi təsirini Rusiyaya göstərəcək:
“Hazırdan Putinin “dost olmayan ölkələr” siyahısında dünyanın iqtisadi cəhətdən ən yaxşı ölkələri olan 43 ölkəsi var. Əksəriyyəti də “iqtisadi əjdaha”dır. Bunlarla vergi müqavilələrini qismən ləğv etmək nə deməkdir?! Doğurdanmı Rusiya bu ölkələrin hər birinə dəyəcək 1 dollar zərər qarşılığında özünə dəyəcək ən azı 43 dollarlıq zərəri görmür?!”, - deyə E. Əmirov əlavə edib.
Rusiya prezidenti Vladimir Putinin toyunda rəqs etdiyi Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl artıq ölkəsini tərk edərək Rusiyada yaşamağa qərar verib.
“Bu barədə sabiq nazir Karin Knaysl “Vidsboku”ya müsahibəsində deyib.
O bu günlərdə Rusiya Federasiyasında məskunlaşdığı Ryazan vilayətinin Petruşovo kəndində keçirilən şənlikdə iştirak edib.
2017-2019-cu illərdə Avstriya xarici işlər naziri vəzifəsində çalışan Karin Knaysl müsahibəsində deyib ki, üç il əvvəl Avstriyanı tərk etməyə məcbur oldu: “Fransada işləməyə icazə vermədilər, hətta bank hesabı açmaqdan belə imtina etdim. Qorxdum və Avropadan qaçmalı oldum, məni heç yerə qəbul etmədilər. Mən ərəb dilini bildiyim üçün Livana getdim. Rusiyada qalmaq üçün mənə kömək lazım idi. Yaşayış yeri tapmaqda mənə kömək edə biləcək bir neçə insanla əlaqəm var idi. Onlar mənə rus dilini öyrənməyə kömək edirlər. Mən səkkiz dil bilirəm, amma rus dili təəssüf ki, yenicə öyrənməyə başlayıram”, - sabiq nazir qeyd edib.
Rusiyaya köçdükdən sonra Putinlə görüşüb-görüşmədiyinə gəldikdə sabiq nazir deyib ki, onu sonuncu dəfə 2019-cu ildə görüb.
“Bura gəlmək asan deyildi, amma yolumu tapmağa çalışıram. Mən buranı bəyənirəm. İşə başladım, öyrətməyə və öyrənməyə davam edirəm, kitablarımı yazıram, dil öyrənirəm. Köhnə həyatımı tərk etməli, hər şeyi yenidən başlamalı oldum və 60 yaşda bu, asan deyil”, - siyasətçi bildirib.
Kiyev Kosovanın müstəqilliyini tanısa, o an hər şeyini itirəcək.
Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Vuçiç bildirib ki, Ukrayna Serbiya üçün dost ölkədir:
“Dövlətlər arasında heç vaxt münaqişə və problem olmayıb. Ümidvaram ki, bundan sonra da olmayacaq”.
"Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Səfirlərin 14-cü Konfransı"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla da Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün önəmli bir fürsət yaranıb.
"Suriyanın şimalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar cənublu vətəndaşlarımızın təhlükəsizliyini təminat altına alıb, eyni zamanda, terror dövləti qurma həvəslərini də qursaqlarda buraxıb", - Türkiyə Prezidenti əlavə edib.
“2008-ci il hadisələrində Azərbaycanın rolu kifayət qədər qiymətləndirilmir”.
Bunu özünün “Facebook” səhifəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yazıb.
“Qonşu dövlət bizi yanacaq və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - eks-prezident qeyd edib.
O, mühüm dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Qeyd edək ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.